Azərbaycanın güclü diasporu var
Bu gün
dünyanın əksər bölgələrində, dövlətlərində
azərbaycanlılar yaşayır. Hətta balaca
okean ada dövlətlərində
belə bu gün bizim soydaşlarımıza rast
gəlmək mümkündür. Belə milli pərakəndəliyin yaxşı cəhətləri
də çoxdur. Bunlar
ondan ibarətdir ki, Azərbaycanın
səsini istənilən an dünyanın
hər yerinə çatdırmaq, vətənimizi,
xalqımızı, mədəniyyətimizi təbliğ etmək,
bütün dünyada
tanıtmaq imkanı qazanmışıq.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla
iş bölməsinin müdiri Qafar Əliyev deyir ki, bu
gün dünya qloballaşır, dünya informasiya inqilabı
dövrünü yaşayır və vahid dünya vahid
dövlət prinsiplərinə inteqrasiya olunur: “Bu qədər
inkişafın, genişlənmənin və vahidliyin fonunda bu
ölkələrdə, dövlətlərdə azərbaycanlıların
yaşaması, fəaliyyət göstərməsi sanki Azərbaycan
dövlətinin nümayəndəliklərinin, səfirliklərinin,
konsulluqlarının fəaliyyəti kimi səciyyələnir.
Bu mənada
imkanlarımızın genişlənməsi onu
göstərir ki, bugünkü
informasiya əsrində dünyanın hər
bir yerində azərbaycanlıların mövcud olması Azərbaycan həqiqətlərinin
dünyaya bilavasitə və
dolayısıyla çatdırılmasına
yardımçı olur. O ki, qaldı Azərbaycan
diasporunun gücünə, dünyada ən güclü
bir neçə diaspor
var: yəhudi diasporu, italyan diasporu, yunan diasporu və erməni
diasporu. Bunlar həqiqətən
də güclüdür. Amma
Azərbaycan diasporu da
aparılan təhlillər nəticəsində, görülən
tədbirlər sayəsində adlarını
sadaladığımız diasporlardan imkan və təsir vasitələrinə
görə heç də geri
qalmır. Türk soy
kökünə malik olmağımız,
islam etiqadına sahib
olmağımız dünyada bizə çoxlu tərəfdarlar verir.
Misal olaraq, dünyada mövcud olan 55 müsəlman ölkəsi islam dini faktoruna
görə hər zaman bizim
mənafelərimizi müdafiə edir. Bundan başqa, dünyada güclü türkdilli dövlətlər və xalqlar vardır. Bu türkdilli dövlətlər və xalqlar dünyanın böyük
ərazilərinə, o cümlədən
keçmiş sovetlər məkanının
böyük bir hissəsinə
sahibdirlər. Buna görə də türkdilli xalqlar və
dövlətlərin də bizim mənafelərimizi
müdafiə edən diaspor təşkilatları
vardır. Onlar da bizi müdafiə edirlər: çünki
ortada qan
qardaşlığı, dil, din qardaşlığı, mənafe eyniliyi var. Beləliklə,
Azərbaycan diasporu heç
də dünyanın o biri
millətlərindən geri qalmır. Buraya Azərbaycan
Respublikasının prezidenti cənab İlham Əliyevin 2007-ci ildə Antalyada etdiyi
çıxışında Azərbaycan və Türkiyə diaspor təşkilatlarını birgə fəaliyyətə
çağırışını əlavə etsək və
onun qeyd etdiyi kimi, “bir
millətin iki diasporu ola bilməz” sözlərindən sonra bizim gücümüz
birə iki artmışdır.
Biz sovetlər dövründə əsasən
rus dilini bildiyimizə,
bu böyük məkanın
bir çox yerlərinə
yayıldığımıza, həmin millətlərin adət-ənənələrini
bildiyimizə görə güclü diaspor təşkilatları yaratmağa
nail olmuşduq. Doğrudur, o zamankı diaspor təşkilatlarına
heç bir təşkilati
dəstək verilmirdi, onlar
əsasən sadə yerliçilik,
maraqları, bəzən özünümüdafiə
maraqları çərçivəsində yaranaraq
fəaliyyət göstərirdilər. İndi
isə vəziyyət tamamilə başqa cürdür. Azərbaycan dövləti öz diasporunun ən kiçik təşkilatlarına belə dəstək
verir, onların problemlərini həll edir və onları vətənimiz Azərbaycan
naminə çalışmağa ruhlandırır, səfərbər
edir”. Qafar Əliyevin sözlərinə görə, bizdən
öncə Türkiyənin Avropa ölkələrində
və Amerikada güclü
diaspor təşkilatları olduğuna görə bizim
birgə əməkdaşlığımız nəticəsində
Azərbaycan diasporu daha
da güclənib və artıq hər bir yerdə öz mənafelərimizi
müdafiə etmək gücünə malikdir:
“Əgər konkret olaraq
hazırkı vəziyyəti analiz etmiş olsam, tam əminliklə deyə bilərəm ki, diasporumuzun vəziyyəti
qənaətbəxşdir, ürəkaçandır,
günü-gündən möhkəmlənir və inkişaf edir. Qısa bir dövrdə diasporumuz əldə
etdiyi nailiyyətlər yuxarıda
adlarını qeyd etdiyimiz
diasporların yüz illərlə
qazandığı və əldə etdiyi
nailiyyətlərə bərabər tutula
bilər. Bunun da əsas
banisi, yaradıcısı diasporumuzun
bu gün bu qədər güclənməsinin memarı
ümummilli liderimiz
Heydər Əliyevdir. Bildiyiniz kimi, 2001-ci ildə ümummilli liderimizin rəhbərliyi
altında Bakıda dünya azərbaycanlılarının
I qurultayının keçirilməsi xaricdə yaşayan tanınmış diaspor
təşkilatları təmsilçilərinin Azərbaycana gətirilməsi
ölkəmizin tarixində çox mühüm bir hadisə oldu. Yəni 50, 100 il
öncə öz vətənini tərk edib getmiş insanlar Azərbaycanı, mən deyərdim ki, müəyyən mənada öz
vətənləri hesab etmirdilər. Onlar Azərbaycana
gəldikdən, qurultayda iştirak
etdikdən sonra ümummilli
liderimizin “Mən həmişə fəxr
etmişəm, bu gün
də fəxr edirəm ki, mən Azərbaycanlıyam”
kəlamını eşitdikdən sonra
dünyanın hər bir yerində vətənimizin
adını fəxrlə çəkməyə başladılar,
onun maraqlarını öz
maraqları saydılar. Daha sonra 2006-cı ildə dünya azərbaycanlılarının II
qurultayının keçirilməsi, türkdilli
xalqların və dövlətlərin XI qurultayının
Bakı şəhərində çağırılması,
Dünya Azərbaycanlıların Əlaqələndirmə
Şurasının yığıncağının Azərbaycanda
keçirilməsi və Dünya Azərbaycanlılarının
Xartiyasının, yəni onların birləşdirilməsi üçün nizamnamənin
hazırlığına başlanılması xaricdə yaşayan azərbaycanlıların sürətlə
təşkilatlanmasından xəbər verir”.
Qafar
Əliyev deyib ki, bizim işimizə ciddi
yardım göstərən məqamlardan biri
də Azərbaycanın gün-gündən yüksələn,
artan iqtisadi qüdrəti
və bunun nəticəsində
dünyanın əksər dövlətlərində səfirliklərimizin,
konsulluqlarımızın açılmasıdır: “Hər bir səfirlik, konsulluq orada azərbaycanlıların
mənafeni müdafiə edir və onları
birləşdirir. İşimizə təkan verən başqa bir məqam isə
dünya dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların səfirliklərinin
və nümayəndəliklərinin Bakıda fəaliyyət
göstərməsidir. İl-ildən, gün-gündən
Azərbaycanı tanıyanların, ona
hüsn-rəğbətlə baxanların sayı durmadan artır. Deməli, Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması
asanlaşır. Ümumiyyətlə, qeyd
etmək istəyirəm ki, hal hazırda dünyada
300-dən artıq böyük Azərbaycan
diaspor təşkilatları var. Bu sayın çox olması və
burada fəaliyyət göstərən
insanların həmin ölkələrin ictimai-siyasi
həyatında fəal iştirakı bizə əminliklə
deməyə əsas verir ki,
bu gün Azərbaycanın
köklü, çevik,
mobil və güclü
diasporu var”. Prezident Administrasiyasının rəsmisi
qeyri-hökumət təşkilatlarının diaspor
sahəsindəki fəaliyyətinə də toxunub:
“Bu geniş şəbəkə,
sistem şaxələnmiş diaspor təşkilatlarının fəaliyyətini
əlaqələndirmək üçün
Azərbaycanda əsası ümummilli liderimiz tərəfindən qoyulmuş
konkret dövlət siyasətimiz
vardır. Bu haqda qanun qəbul olunmuşdur.
Həmin qanuna və dövlət siyasətinə
uyğun olaraq, 1995-ci
ildə Prezidentin İcra
Aparatının İctimai-siyasi məsələlər
şöbəsində mənim indi rəhbərlik
etdiyim sektor
yaradılmışdır. Bundan öncə,
2002-ci il iyul
ayının 5-də isə Xarici Ölkələrdə
Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi
yaradıldı. Həmin Komitə 2008-ci ilin
dekabrında cənab prezidentimizin fərmanı
ilə Diaspora ilə iş
üzrə Dövlət Komitəsinə çevrildi.
Qeyd etdiyimiz çoxsaylı diaspor
təşkilatları ilə, dünya azərbaycanlıları
ilə iş həm dövlət səviyyəsində,
həm də eyni zamanda
qeyri-hökumət qurumları səviyyəsində, yəni
dünyanın bir çox
dövlətlərinə səpələnmiş 300-dən
artıq diaspor təşkilatları vasitəsilə
aparılır. Bu diaspor
təşkilatları həm Azərbaycanda, həm də xaricdə,
fəaliyyət göstərdikləri ölkədə, qeydiyyatdan keçiblər. Bütün
bu dövlət və qeyri-hökumət
qurumlarının fəaliyyətinin əlaqələndirilməsini
isə Azərbaycan Respublikası Prezidentinin
İcra Aparatının İctimai-siyasi
məsələlər şöbəsinin diasporla
iş sektoru həyata
keçirir. Bizim əsas
vəzifəmiz diaspor təşkilatlarının,
dövlət komitəsinin ideya siyasətini
istiqamətləndirmək, onların fəaliyyətini əlaqələndirmək,
onlara lazım olan informasiya təminatını həyata
keçirməkdir”. Qafar Əliyev deyib ki, zəruri hallarda biz konfranslar,
toplantılar, qurultaylar keçiririk:
“Həmin təşkilatların rəhbərlərini Azərbaycana
dəvət edirik və günün
aktual məsələlərini onların
diqqətinə çatdırırıq. Diaspor
quruculuğu sahəsində önəmli
fəaliyyət göstərən nümayəndələrin əməyini
prezidentimiz qiymətləndirir, əvvəlki
dövrlərdə olduğu kimi, bu insanlar
yüksək dövlət təltifləri ilə
mükafatlandırılırlar. Beləliklə, biz çalışırıq ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar öncə həmin
dövlətin dilini, adət-ənənələrini
öyrənsin və bu dövlətə inteqrasiya olunsunlar. Orada aktiv vətəndaş
hüququ qazanıb yaşasınlar və
fəaliyyət göstərsinlər. Lakin
milli kimliklərini, ana
vətəni heç zaman
unutmasınlar, onun beynəlxalq
qayğı və problemləri ilə yaşasınlar”. Qafar Əliyev diaspor təşkilatlarının
Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılmasında fəaliyyətindən də
danışıb: “Azərbaycan diasporunun
qarşısında duran ən mühüm vəzifələrdən biri - Dağlıq Qarabağ
probleminin mahiyyətini dünya
ictimaiyyətinə çatdırmaq, erməni diasporunun
yalançı təbliğatını alt-üst
etmək, Azərbaycan həqiqətlərini dünyaya
çatdırmaqdır. Eyni zamanda, Azərbaycan mədəniyyətini, tarixinin, incəsənətini və başqa dəyərlərini dünyaya
çatdırmaq bizim vəzifəmiz və
borcumuzdur. Yuxarıda qeyd
etdiyim amillər nəticəsində Azərbaycan
diasporunun fəaliyyətində xeyli irəliləyiş və inkişaf
hiss olunur. Bildiyiniz kimi, ermənilərin
ən güclü lobbi
təşkilatları Birləşmiş Ştatlardadır. Ona görədir ki,
ABŞ Konqresində ermənilərin mənafeyini müdafiə
edən işçi qrupu
var. Hələ 1992-ci ildə Azərbaycana
yardımı məhdudlaşdıran 907-ci maddə qəbul edildiyi vaxt bu
qrupun üzvlərinin sayı yüzü aşmışdı. Azərbaycanın
mənafeyini müdafiə edən konqresmenlərin sayı isə
barmaqla sayılası qədər idi”.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2013.- 6 noyabr.-
S.15.