70-i adlamış “60- cı” və ya xalq yazıçısı Elçinə

 

Açıq məktub!

 

Hörmətli Elçin müəllim! Sizi-çağdaş ədəbiyyatımızda milli nəsrin və dramaturgiyanın banilərindən biri, çoxlu sayda hekayə, povest, roman, publisistik, ədəbi qeydlər, fundamental elmi məqalələr, tədqiqatlar müəllifini, hər şeydən öncə isə böyük mənəviyyat sahibini anadan olmanızın 70 illiyi münasibəti ilə təbrik edirik.

Siz Azərbaycan ədəbiyyatının ”60-cılar” adlanan məşhur nəslinə mənsubsunuz. Bu dövrdə mədəniyyətin bütün sahələri kimi ədəbiyyatda da coşqun bir inkişaf vardı və bu dövrü XII və XVIII yüzil Azərbaycan ədəbiyyatının intibah dövrü ilə müqayisə etmək mümkündür. Bu dövrün gənc qələm sahibləri kimi siz də R.Rza, S.Vurğun, S.Rüstəm kimi şairlərin, Əli Vəliyev, Süleyman Rəhimov, İlyas Əfəndiyev kimi yazıçıların, M.A.Dadaşzadə, Abbas Zamanov kimi alimlərin mənəvi dünyasından bəhrələnmisiniz, ədəbiyyata vəsiqə almısınız. 1959-cu ildə ilk hekayəniz olan “O inanırdı”nı ”Azərbaycan gəncləri” qəzetində çap etdirməklə ədəbi aləmə qədəm qoymusunuz.  Bu ədəbiyyat nəhənglərinin əlindən vəsiqə alıb ədəbiyyata gəlmək heç də asan deyildi.  İndi sizin və ədəbi nəslinizin digər nümayəndələrinin yaradıcılığı ilə tanış olunca aydınlaşır ki, siz istədiyiniz zaman o ədəbiyyat nəhənglərini ziyarət edir, onların mənəvi dəstəyini hiss edirdiniz.

Çağdaş dövrün qələm sahibləri üçün ən böyük çətinlik oxucu tapmaqdır. Anar yazır ki,  “İndi hər kəs ancaq özünü oxuyur”. Zənnimcə, o haqlıdır. İnformasiya bolluğunda oxucu tapmaq həqiqətən də çətindir. Amma, düşünürəm ki, siz istisnalardan birisiniz. Sizin xalqımızın ruhunu oxşayan və insanları mübarizəyə səsləyən, özünüz demiş “beyinə qida, gözə nur, dizə qüvvət verən əsərləriniz”- “Bir görüşün tarixçəsi”, “Dolça”, “Mahmud və Məryəm”, “Poçt şöbəsində xəyalı”, “Fikir karvanı”, “Karvan yola düşür”, “Sos”,  “Ağ dəvə”, “Ölüm hökmü” və onlarla bu kimi əsərləriniz bütün nəsil oxucuların zövqünü oxşayır.  Çünki, bütün bu əsərləri birləşdirən bir ümumi cəhət var: millilik. Çünki, bu əsərlərdə xalqımızın dərdləri, arzu və istəkləri ifadə olunmuşdur.

1982-ci ildə 12 illik yaradıcılıq əməyiniz olanToyuğun diri qalması” povest və hekayələr məcmusuna görə Sovetlər Birliyinin çox ali ödülü sayılan Lenin komsomolu ödülünə layiq görüldünüz. Tanınmış sovet tənqidçisi Lev Appenski “Əncir ağacı” na yazdığı ön sözdə yazırdı: “Onun nəsrində özünəməxsus bir cazibə qüvvəsi vardır. Bu nəsrdə bir coşqunluq, bir yüksəliş, gündəlik hadisələrin çərçivəsindən kənara çıxmaq meyli duyulur”.

Mahmud və Məryəm” isə tarixi roman janrında ilk təcrübənizdir. Mövzusu xalq dastanı Əsli və Kərəmdən götürülən bu əsərin süjetı başqa əsərlərinizə nisbətən daha mürəkkəbdir. Əsərin qəhrəmanları isə yeniyetmə gənclərdir. Bu gənclərin belə mürəkkəb məsələlərdən baş çıxarması əlbəttə ki, sizin qələminizin möcüzəsidir. Əsər bügünkü günümüz üçünçox güncəldir, ona görə də sevilə-sevilə oxunur.

Lakin bu gün sizi Azərbaycan cəmiyyətində tanıdan başqa özəlliklər də var: Mədəniyyət, mənəvyyat, fədakarlıq, səmimiyyət sizə əsərlərinizdən heçaz şöhrət gətirməyib. Siz bu gün ədəbi mühitimizdə (ümumən cəmiyyətimizdə) çox nadir təsadüf olunan, barmaqla sayıla biləcək o ziyalılardansınız ki, düşündükləri ilə yazdıqları, dedikləri ilə əməlləri üst-üstə düşür. Yazdıqlarınızı müdafiə etməyi bacaran, “onların altında qol çəkməyə hazır olanbir sənətkarsınız. Sevimli müəlliminiz  Əli Fəhmi deyirdi: “Kimin ki, bir dünyası var, onun iki sifəti var, kimin ki, iki dünyası var onun bir sifəti var”. Tam məsuliyyətlə demək olr ki, bu gün siz məhz belə bir həyat yaşayırsınız.

Sizin yaradıcılığınızın başlıca özəlliklərindən biri az sözlə daha çox ifadə etmək, daha çox düşündürməkdir (bu cəhət sizi Mirzə Fətəli ilə birləşdirir). İnsanın dünyaya cüt gəlməsi fəlsəfəsinə inanmaq lazım olarsa R.Rza ilə Sabirin, Anarla Mirzə Cəlilin və Elçinlə Mirzə Fətəlinin dünyaya cüt gəlməsinə inanmaq olar.  Siz də qədim spartalılar kimi lakonik danışırsınız. Sizi spartalılarla birləşdirən daha bir cəhət isə odur ki, siz də spartalılar kimi  yaxşı döyüşürsünüz, əlbəttə, qələmlə. Vaqif Bəhmənli yazır: “Elçində dil ürək kimi çırpınır, beyin kimi düşünür, su kimi axır, gün kimi işıq saçır, dərd kimi ağrıdır, ruh kimi susur”. Hörmətli Vaqif müəllimin bu fikri ilə razılaşmamaq mümkün deyil.

Siz əsil yazıçını o kəs hesab edirsiniz ki, ” vərəqlə üzbəüz oturub hissini, ürəyini, dünyagörüşünü, sevgisini, nifrətini o vərəqlərə köçürsün, yəni özünü ifadə edir”. Siz bütün yaradıcılıq boyu bu prinsiplərə əməl edirsiniz. Bu gün sizin şəxsiyyətinizi tanımaq üçün ən yaxşı vasitə əsərlərinizdir. Bu əsərlərdə hər sətir başı bir millilik, bir azərbaycançılıq duyulur. Yazdığınız hər bir əsərdə müəllifin adı, coğrafi adlar verilməsə belə,  personajların adları şərti verilsə belə yenə də bu əsərlərin bir azərbaycanlı tərəfindən yazıldığını başa düşmək heç də çətin olmaz.

Sizin əsərləriniz bu gün bütün yaş kateqoriyalarını əhatə etməsinə hər bir oxucunun zövqünü oxşadığına və nəhayət ən çox tənqid və müzakirə olunmasına bazmayaraq orta məktəbin XI sinif ədəbiyat dərsliyində şagirdlərə yalnız bir neçə cümlə ilə təqdim olunmağınız yalnız təəccüb doğurur. Burda deyirlər ki, “hamıdan gözəl mənəm, amma heç danışmıram”.

Siz öz yazdıqlarınızın məsuliyyətini dərindən dərk edən qələm sahiblərindənsiniz. “Əsər yazılınca müəllifindir, yazılıb qurtarandan sonra isə oxucuların” deyirsiniz”. Yaradıcılığı isə taleyin qisməti sayırsınız. Belə hesab edirəm ki, hər bir qələm sahibinə istedadla yanaşı güclü mütaliə da lazımdır. Sizin müsahibələrinizi oxuduqca aydınlaşır ki,  kabinet şəraitində, gərgin rejimində belə siz mütaliə edir, bu günkü ədəbi prosesləri yaxından izləyirsiniz.

1975- 1987-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin katibi kimi ictimai fəaliyyətə başlamış “Literaturaya qazeta”, “Drujba narodov”,  “Voprosı Literaturı”, “Yunost”, “Literaturnıe obozrenie”, kimi bütün ittifaq miqyasında tanınmış olan qəzet və dərgilərdə Azərbaycan ədəbiyyatının təbliği yolunda durmadan mübarizə apardınız. Eyni zamanda tənqidi yazılarınızda kompliment tənqidə qarşı barışmaz mübarizə aparmısınız. Ədəbi tənqidin inkişafı, yeni nəsil tənqidçilərin yetişməsi üçün yorulmadan çalışmısınız. Ümumiyyətlə hansı vəzifə daşımağınızdan asılı olmayaraq bu gün Azərbaycan oxucusu, Azərbaycan cəmiyyəti sizi obyektivprinsipial bir şəxsiyyət kimi tanıyır. Siz bütün yaradıcılığınız, bütün həyatınız boyu bu iki prinsipə əməl etmisiniz. Eyni zamanda ədəbiyyatda öz yaşıdllarınızın (düşünürəm ki, elə gənclərin də) hər bir uğuruna sevinir, uğursuzluna görə kədərlənirsiniz. Bu gün bunu hər bir Azərbaycan oxucusu bilir.

1987-ci ildə xaricdə yaşayan həmvətənlərlə Azərbaycan Mədəni əlaqələr cəmiyyəti( Vətən) Rəyasət heyətinin sədri seçildiniz. Dünyanın bir çox ölkələrini dolaşıb soydaşlarımızla sıx əlaqələr qurdunuz, soydaşlarımızla görüşüb onların problemlərini öyrənmisiniz. Lobbiçilik fəaliyyətini genişləndirdiniz. İndi sizin “Vətən” dəki fəaliyyətinizi araşdırdıqca necə fədakarcasına mübarizə apardığınızın şahidi oluruq. Bədxah qonşularımız torpaqlarımızı işğal edəndə siz meydan hərəkatına ilk qoşulanlarsınız. Bu günün özündə də əsərlərinizdə qaçqın və köçkün soydaşlarımızın vətən həsrətini, nisgilini ürək yanğısı ilə ifadə edirsiniz.

Xalqımız bu gün sizi bir kinoteatr xadimi kimi də tanıyır.  Qələmə aldığınız əsərlər əsasında Tofiq Tağızadə “Bağ mövsümü”, Arif BabayevArxadan vurulan zərbə”, Şahmar Əkbərov “Sahilsiz geçə”, Oqtay Mirqasımov “Gümüşü furqon”, Kamil Rüstəmbəyov “Mən hələ qayıdacağam”, Vaqif MustafayevMilli bomba” filmlərini çəkmişlər.

Teatrdakı fəaliyyətiniz daha genişdir. “Ah, Paris, Paris”, “Dəlixanadan dəli qaçır və yaxud mənim sevimli dəlim”, “Mənim ərim dəlidir” və sair əsərləriniz Azərbaycan teatrlarının səhnələrində tamaşa qoyulmuşdur.

Əsərləriniz dünyanın bir sıra xalqlarının dilinə-polyak, xorvat, gürcü, litva, moldovan, türkmən, özbək, qazax, tacik, serb, çex, macar, bulqar, slovak, ingilis, rus, fransız, ərəb və türk dillərinə tərcümə olunmuşdur. Dünyanın müxtəlif dillərinə tərcümə olunmuş 100-ə qədər kitabın müəllifisiniz. Çap olunmuş kitablarınızın ümumi tirajı 5 milyondur. Sizin zəngin yaradıcılığınızın təhlili bir qəzet səhifəsinə sığan deyil. Ona görə də bu yaradıcılığa xronoloji nəzər salmaqla kifayətləndim.  “70 il tarix üçün nədir ki?” deyirsiniz. Biz isə deyirik ki, 70 il bir ömürçün nədir ki, Sizin yubileyiniz hər bir Azərbaycan oxucusununbütün Azərbaycan xalqının bayramıdır. Biz də “Olaylarolaraq bütün kollektivimiz adından sizi bir daha təbrik edir, keçdiyiniz keşməkeşli və şərəfli həyat yollarında sizə yalnız uğurlar arzu edirik

 

Yeqzar Cəfərli

 

Olaylar.- 2013.- 7 noyabr.- S.12.