Ukrayna Azərbaycanlıları
Birləşmiş Diasporu
Ukrayna da
postsovet məkanında Azərbaycan diasporunun fəal olduğu
ölkələrdən hesab edilir. Ukraynaya azərbaycanlıların
mühacirəti XIX əsrin sonu – XX əsrin
əvvəllərində başlayıb. XX əsrin əvvəllərindən
buraya təhsil almağa
gələn azərbaycanlı tələbələr ictimai fəallıq göstərməyə
başlayıblar. Onların fəallığı sayəsində
paytaxt Kiyev şəhərində Azərbaycan Milli Mədəniyyət Mərkəzi
yaranmış və burada
yığılan azərbaycanlılar Azərbaycan mədəniyyəti,
poeziyası, ədəbiyyatı barəsində müzakirələr
aparmışlar. Kiyevdən başqa, digər
böyük şəhərlər - Xarkov və Lvovda da azərbaycanlı gənclər təhsil
aldıqları müəssisələrdə eyni
istiqamətdə iş aparırdılar.
Ukraynada 1917-1918-ci il lərdə
tanınmış yazıçı Tağı Şah bazi
Simurq Xorvak şəhərində məskunlaşaraq "Cənub
səsi" adlı qəzet nəşr etmişdir. Ukraynada 1920-ci ildə bolşevik işğalına məruz qalandan sonra Azərbaycan-Ukrayna
münasibətlərində xeyli irəliləyişlər
yarandı. O, dövrdə Ukrayna-Azərbaycan arasında, eyni zamanda, tələbə-mütəxəssis
mübadiləsi də aparılırdı. Müxtəlif sahələr
üzrə mütəxəssis hesab olunan yüzlərlə
azərbaycanlı Ukraynaya köçərək
buranı özlərinə daimi
yaşayış məskəni seçirdilər. Bunun nəticəsində Kiyev,
Xarkov, Odessa, Lvov, Krım şəhərlərində və
Valın, Vinnitso, Dnepropetrovsk,
Donetsk, Zakarpatye, Zaparodce, Jitomir, İvano-Frankovsk, Kirovoqrad,
Nikolayev, Poltava, Rovina, Ternopol, Suşk, Xerson, Xmelnitski, Cerkask, Cerniqo, Cernovisti vilayətlərində
soydaşlarımız məskunlaşırlar. Məskunlaşdığı
şəhər və vilayətlərin ictimai
işində fəallıq göstərən azərbaycanlılar
Ukrayna dövlət idarələrində
də irəli çəkilməyə başlayırlar.
1991-ci ildə Sovetlər Birliyinin
dağılmasından sonra müstəqillik
əldə edən Ukrayna və Azərbaycan
arasında ikitərəfli diplomatik
münasibətlər quruldu. Artıq beynəlxalq
birliyin bərabər hüquqlu
üzvü olan Ukrayna və Azərbaycan bütün
sahələr üzrə münasibətləri inkişaf etdirirlər. Hazırda Ukraynada 500 min azərbaycanlı yaşayır. Bu şəxslər
ötən əsrin əvvəllərindən ta
bu günə qədər davam
edən intensiv mühacirət nəticəsində
buraya gələnlərdir. 500 min azərbaycanlının bir-biri
ilə əlaqə saxlaması və ictimai
fəaliyyəti bəzi ölkələrdəki azərbaycanlıların
fəaliyyətindən nisbətən daha
fəaldır. Bu ölkədə onlarla Azərbaycan diaspor təşkilatı,
mədəniyyət mərkəzi, kütləvi informasiya vasitəsi olmaqla
yanaşı, ana dilimiz
həm Ukrayna ali məktəblərində,
həm də Azərbaycan dilli “Həftə
sonu” məktəblərində tədris edilir. Azərbaycan folklor
ansambllarının yaradılması isə Azərbaycan mədəniyyətinin
təbliğinə xidmət edir.
Hazırda Ukraynada çoxsaylı Azərbaycan
diaspor təşkilatları və milli mədəniyyət mərkəzləri fəaliyyət
göstərir. Onlardan ən böyüyü bir çox regional diaspor təşkilatlarını ətrafında
birləşdirən Ukrayna azərbaycanlıları
Konqresidir.
Müstəqilllik illərində
Ukraynada Azərbaycan diasporunun
formalaşması və ictimai qüvvəyə
çevrilməsində ümummilli lider Heydər Əliyevin xüsusi
xidməti olub. Məhz Heydər
Əliyevin tapşırığı və xüsusi
diqqəti sayəsində Ukraynada Azərbaycan
diasporu təşkilatlanmış və inkişaf yolu tutmuşdu. 1997-ci ildə Ukraynaya
rəsmi səfər edən Prezident Heydər
Əliyev burada yaşayan
azərbaycanlılarla görüşdə deyirdi:
"Harda yaşamasından asılı olmayaraq heç bir azərbaycanlı öz
Vətənini, ulu babalarını, dilini unutmamalıdır. Harda
yaşayırsansa yaşa, yaxşı da, pis də yaşasan, gərək ürəyin öz vətəninlə, torpağınla döyünsün. Gərək nəbzin vətənin
nəbzi ilə vursun. Bu
vətənpərvərlik hissi bizim hər birimizdə olmalıdır. O
cümlədən, respublikamızdan kənarda, Ukraynada yaşayan azərbaycanlılarda
da olmalıdır."
Azərbaycan və Ukrayna münasibətlərinin dostluq
və qarşılıqlı etimad əsasında
inkişafında Ukraynadakı Azərbaycan icması fəal iştirak edir. Ukrayna Prezidenti cənab Viktor Yanukoviçin 28 aprel 2011-ci ildə Azərbaycan Respublikasına
rəsmi səfəri zamanı Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir:
“Diasporlarımız ölkələrimizi,
xalqlarımızı birləşdirən təbii körpüdür. Mənə çox xoşdur ki, həm Azərbaycanda yaşayan
ukraynalılar, həm də Ukraynada yaşayan azərbaycanlılar özlərini rahat, inamlı, öz evlərindəki
kimi hiss edir, öz dövlətlərində
bir ailə kimi
yaşayır, eyni zamanda,
Ukrayna ilə Azərbaycan arasında
münasibətlərin, indi olduğu kimi, fəal inkişaf etməsinə
çalışırlar.” Ukraynada yaşayan bir neçə
yüz minlik Azərbaycan
diasporu bu gün də ölkələrimiz və
xalqlarımız arasında dostluq və əməkdaşlıq
əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır.
Ukraynada son illərdə diaspor təşkilatları arasında baş verən ziddiyyətlər bir sıra adekvat
addımların atılmasını zəruru edib
ki, belə tədbirlərdən biri də Ukrayna Azərbaycanlıları
Birləşmiş Diasporunun yaradılmasıdır.
Müəyyən mənada Ukraynadakı diaspor təşkilatları arasında yaranan gərginlik və ziddiyyətləri aradan qaldırmağa nail olan qurum
qarşıdakı müddətdə də əsas diqqəti
birlik və həmrəyliyin təmin
olunmasına yönəltməyi nəzərdə tutub. Elə bir
müddət əvvəl paytaxt Kiyevdə
“Prezident” mehmanxanasında Ukrayna
Azərbaycanlıları Birləşmiş Diasporunun
II Forumunun keçirilməsi və forumda qəbul edilkən mühüm
qərarlar da belə deməyə əsas
verir. Belə ki, Azərbaycan
Respublikasının Ukraynadakı Səfirliyinin dəstəyi
ilə “Ukrayna Azərbaycanlılarının
Birləşmiş Diasporu” (UABD) Ümumukrayna ictimai təşkilatı
tərəfindən keçirilən tədbir “Ukraynada Azərbaycan Diasporunun
inkişaf perspektivləri” mövzusuna
həsr edilib. Ukrayna Azərbaycanlıları
Birləşmiş Diasporunun sədri Hikmət
Cavadov tədbiri giriş
sözü ilə açaraq rəhbərlik etdiyi
təşkilatın 2012-ci ilin iyun ayında Ukrayna Azərbaycanlıları
diasporunun I Forumundan
sonrakı müddətdə keçirdiyi
çoxsaylı tədbirlər haqqında məlumat verib, rəhbərlik etdiyi
qurumun taktiki və
strateji planları, o
cümlədən Azərbaycan Respublikasının Diasporla İş üzrə
Dövlət Komitəsi ilə birlikdə dünyanın
müxtəlif ölkələrində yaşayan
həmvətənlərimizlə telekörpülər təşkil
edilməsi barədə danışıb. UABD rəhbəri
Ukrayna Azərbaycanlılarının bundan sonra da
həmrəy olması, bir neçə təşkilatın
vahid sağlam ictimai qüvvə şəklində birləşməsi
məsələsinə daimi dəstək
və hərtərəfli köməyə görə Azərbaycanın
Ukraynadakı Səfirliyinə və Səfir Eynulla
Mədətliyə təşəkkürünü bildirib. Sonra Səfir Eynulla Mədətli çıxış edib. O, Ukrayna Azərbaycanlıları
Birləşmiş Diasporunun və onun sədrinin fəaliyyətini müsbət
qiymətləndirərək Hikmət Cavadova
işində yeni uğurlar
arzulayıb. Səfir həmvətənlərimizin təşkilatları
arasında nəzərə çarpan fəallığı
və sağlam rəqabəti, onların
birləşməyə yönəlmiş müxtəlif tədbirlər
keçirmələrini vurğulayıb. Eynulla Mədətli diasporun indiyə qədər keçirdiyi
forumları xatırladaraq, Dünya Azərbaycanlıları
Konqresi (DAK) tərəfindən Donetskdə
və Sumı vilayətində, “Azərbaycançılıq
İnstitutu”
tərəfindən Kiyevdə keçirilmiş
forumları, habelə oktyabrın 5-də Ukrayna
paytaxtındakı “Kiyevskaya Rus” mehmanxanasında formalaşma
mərhələsində olan Ukrayna Azərbaycanlılarının Birləşmiş
Konqresini
nümunə göstərib. Səfir Azərbaycanın
daxili və xarici siyasətdə
möhtəşəm uğurları, cari
ilin oktyabr
ayının 1-dən etibarən ölkəmizin Birləşmiş
Millətlər Təşkilatı Təhlükəsizlik
Şurasında sədrliyə başlaması, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsində
vəziyyət məsələləri barədə ətraflı
danışıb. Eynulla Mədətli çıxışının sonunda xalqımızın öz
iradəsini demokratik, azad
və şəffaf ifadə etməsi üçün
Azərbaycanın diplomatik nümayəndəliyində
hər cür şərait
yaradıldığını vurğulayıb. Ölkəmizin Ukraynadakı keçmiş səfiri Tələt Əliyev,
Ukrayna Azərbaycanlıları Konqresinin keçmiş sədri İlqar
Abbasov, Nikolayev vilayətindəki
Azərbaycan Diasporunun liderlərindən biri olan Ələddin Məhərrəmov
və başqaları Ukraynadakı həmvətənlərimizin
daha sıx birləşməsi, tarixi vətənlə əlaqələrin
möhkəmləndirməsi mövzusunu davam etdirərək hamını öz vətəndaş borcunu
yerinə yetirməyə çağırıblar. Məşhur ukraynalı siyasətçi, Ukrayna Azərbaycanlıları Birləşmiş
Diasporunun tərkib hissəsi olan Ukrayna Türk
Xalqları Konqresinin rəhbəri Yuri Zbitnev etnik
azərbaycanlıların ictimai fəallığını
yüksək qiymətləndirərək əmin olduğunu bildirib ki, bu insanlar
yaşadıqları ölkənin böyük
siyasətində, Ukrayna hakimiyyət
orqanlarının bütün şaxələrində
sanballı mövqelər tutacaqlar. Sonra hüquq elmləri doktoru, Ukrayna Milli Aviasiya
Universitetinin Beynəlxalq Münasibətlər
İnstitutunun beynəlxalq hüquq
kafedrasının professoru, Ukraynanın əməkdar
təhsil işçisi Arif
Quliyev Azərbaycan diasporunun
Ağsaqqallar Şurası və Alimlər
Şurası kimi ictimai
təşkilatlarının yaradılmasını, sahibkar Murad Cəfərov,
tanınmış hüquq müdafiəçisi
Eduard Bağırov, Kiyevdəki bir sıra ali məktəblərin
müəllimi, dosent Fərhad Turanlı öz profillərinə uyğun
strukturlar yaradılmasını təklif
ediblər. Müslüm Maqomayev
adına Azərbaycan Mədəniyyət Mərkəzinin sədri,
Ukraynanın xalq artisti
Qurban Abbasov Ukrayna Azərbaycanlılar Diasporunun
I Forumundan sonra keçirilmiş çoxsaylı mədəni
tədbirlər haqqında danışıb. Xarkov vilayətində həmvətənlərimizin
liderlərindən Fəxrəddin İsmayılov, diaspor sahəsində qadın hərəkatının
fəal üzvü Mətanət Rzayeva, Dnepropetrovsk Vilayəti
Azərbaycanlıları Liqasının nümayəndəsi Eldar Tağıyev, Odessa
vilayətindəki Gənclər Təşkilatının
fəal üzvü Elsevər
Paşayev və başqaları Ukraynada Azərbaycan diasporunun
inkişaf perspektivləri barədə
fikirlərinin bölüşüblər.
Çıxışlardan sonra Azərbaycan
diasporunun tanınmış nümayəndələrinə
Ukrayna Azərbaycanlıları Birləşmiş
Diasporunun fəxri mükafatları təqdim
edilib.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2013.- 8 noyabr.- S.15.