Ukraynada Azərbaycan diasporunun

görkəmli nümayəndələri

 

Tarixin müxtəlif dövrlərində bir sıra ölkələr kimi Ukraynaya da mühacir etmiş azərbaycanlılar olub ki, onlar da həmin ölkələrdə yaşadıqları müddətdə Azərbaycanın tanıdılması, onun təbliğ edilməsi istiqamətində çalışıblar. Həmin insanlar haqlı olaraq müasir tariximizə Azərbaycan diasporunun görkəmli nümayəndələri kimi daxil olublar. Ukraynada Azərbaycan diasporunun görkəmli nümayəndələrindən biri də Sadıq bəy Ağabəyzadədir. General-mayor, şərqşünas alim, Azərbaycan Demokrartik Respublikasının Daxili işlər nazirinin müavini Sadıq bəy Ağabəyzadə 1865-ci il mart ayının 15-də Bakı quberniyasının Göyçay şəhərində dünyaya gəlib.

 O, 1883-cü ildə Bakı real məktəbini bitirdikdən sonra Peterburq şəhərində II Konstantinov hərbi məktəbinə daxil olub. 1886-cı ildə, Qafqazda podporuçik  rütbəsində xidmət etməyə başlayıb. 10 il keçdikdən sonra, 1896-ci ildə imtahanlarını müvəffəqiyyətlə verib, Baş ştab nəzdində, Sankt-Peterburq şəhərində Şərq dilləri institutuna qəbul olunub. Həmin institutu bitirdikdən sonra, 1899-cu ildə hərbi xidmət keçmək üçün Türküstan vilayətinə göndərilib. 1913-cü ildə Sadıx bəy xəstəliyinə görə General-mayor rütbəsində istefaya çıxıb. O, Türkmənistanda, hərbi xidmət keçdiyi müddət ərzində, bir şəqşünas alim kimi xalq rəvayətlərinin, dastanlarının və əfsanələrinin toplanması ilə məşğul olub. Böyük əmək nəticəsində Sadıq bəy "Türkmən Ləhcəsi" dərsliyini nəşr etdirib. Bu xidmətinə görə Buxara əmiri onu xüsusi fərmanla mükafatlandırıb. İstefaya çıxdıqdan sonra Sadıq bəy əmin idi ki, onun hərbi karyerası başa çatdı və ömrünün qalan hissəsini doğma Göyçayda keçirmək ona qismət olacaq. Lakin I Dünya Müharibəsi başlayanda Sadıq bəy andına sadiq qalaraq könüllü müharibəyə yollanır, Qafqaz, sonra isə Ukrayna cəbhəsində döyüşlərdə iştirak edir. 1916-cı ildə Sadıq bəy öz vətəninə qayıdır və Göyçay şəhərində valideyinlərinin yanında yaşamağa başlayır. 1918-ci ilin 23 oktyabrında, Azərbaycan Demokratik Respublikası hökümətinin qərarı ilə Sadıq bəy daxili işlər nazirinin müavini vəzifəsinə təyin edilir. Bu vəzifədə o 1919-cu ilin dekabr ayına qədər fəaliyyət göstərir. Sadıq bəy Ağabəyzadə tərəfindən polis işçi rütbələrinin təsnifat sistemi işlənib hazırlanır. Azərbaycan Demokratik Respublikası süquta uğradıqdan sonra Sadıq bəy ailəsi ilə birlikdə Türkiyəyə mühacirət edirİstanbulda qohumları ilə yaşayır. Sonra Parisə köçüriki il Sorbon şəhərində farstürk dillərini tədris edir. Parisdə alim-şərqşünas taleyin bir zərbəsinə məruz qalır və  həyat yoldaşını  itirir. O, 1927-ci ilin fevral ayında Ziqmunt Smoqojevskinin dəvəti ilə Ukraynanın Lvov şəhərinə köçür. Lvova köçdükdən sonra Sadıq bəy Lvov universitetinin fəlsəfə fakultəsində işləyir. Lakin az sonra Lvov ali ticarət məktəbində türk, fars və ərəb dillərini tədris etmiş, eyni zamanda polyakukrayna dillərini öyrənir. Sadıq bəy Ziqmunt Smoqojevski və V. Kotviç ilə birgə şərqşünaslıq məktəbinin özəyini təşkil edirlər. Bu məktəb sonralar Lvovsko-Peterburqskiy adlandırılır. Lvov universitetində Sadıq bəy bir sıra fənnləri, o cümlədən türk dili (müasir və əski), fars, ərəb dilləri, ərəb qrammatikası, islamşünaslıq, müsəlman paleoqrafiya, kalliqrafiya və epiqrafiyası və s. tədris edir. 1931-ci ildə Sadıq bəy Ağabəyzadə polyak dilində özünün türk dili dərsliyini, 1932-ci ildə elementar ərəb dili qrammatikasını (fonetikamorfologiya), (Ovqusta Peryenin "Yeni ədəb dili qrammatikası" ikinci nəşr əsasında yazılmış) nəşr etdirir. Lvov şəhərində Sadıq bəyin bir sıra tələbələri olub. Onlardan Teofil Bolodimirski, Maryan Leviski, Omelyan Prisak, Tadeus Leviski, Frantişek Maxalski və başqalarını misal göstərmək olar. Faşist işğalı zamanı hitlerçilər qocaman alimi öz mənzilindən çıxarırlar və o, çətin vəziyyətdə yaşamalı olur. Sadıq bəy Ağabəyzadə 1943-cü ildə ağır xəstələnir və 9 oktyabr 1944-cü ildə Lvov azad ediləndən sonra vəfat edir. Sadıq bəy Ağabəyzadə Lvovda, Liçakovski qəbiristanlığında dəfn edilir.

Məmməd Bağırov- Professor, tibb elmləri doktoru Məmməd  Bağırov 1942-ci ildə Azərbaycanın Gədəbəy rayonunun Qaraməmmədli kəndində anadan olub. O, 1964-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetini bitirərək 1968-ci ilədək Gəncə şəhərində cərrah işləyir. 1968-1972-ci illərdə Kiyev həkimlərin ixtisasartırma institutunda cərrahiyyə kafedrasının aspirantı olur. 1972-ci ildə elmi işini müdafiə edərək elmlər namizədi dərəcəsi alır. Məmməd Bağırov 1972-1986-cı illərdə həmin institutda çalışır. 1988-ci ildə “Traxeya xəstəliklərinin cərrahi müalicəsi” mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsi alır. Məmməd Bağırov 1977-ci ildən cərrahların, pulmonoloqların və bronxoloqların hazırlanması istiqamətində əmək sərf edir. O, pulmonologiyatorakal cərrahiyyə üzrə metodik vəsaitlərin müəllifidir. Onun dəstəyi ilə həkimlərin tədrisi üçün müvafiq kompüter proqramı hazırlanır. Məmməd Bağırov 1968-ci ildən həzm sisteminin rekonstruktiv-bərpa cərrahiyyəsi ilə məşğuldur. Ezofaqoplastik ağırlaşma və ölüm hallarının yüksək göstəricisi ilə əlaqədar professor davamlı olaraq tədqiqatlar aparıb. Onun yeni yanaşma üsulları nəticəsində əməliyyat sonrası ölüm hallarının 5 faizdən sıfıra endirilməsinə nail olunub. Torakal cərrahiyyənin digər bölmələri ilə yanaşı Məmməd Bağırov 1971-ci ildən rekonstruktiv traxeobronxal cərrahiyyə ilə məşğul olur. O, professor A.Avilova ilə birgə lokal zədələrin əməliyyatına yeni yanaşma tapmağa nail olub. Onun bütün kəşfləri patentləşdirilib və müəlliflik şəhadətnamələri alınıb.  Professor Məmməd Bağırov rekonstruktiv torakal cərrahiyyə üzrə dünyada aparıcı mütəxəssislərdən sayılır. Onun nailiyyətləri 300-dən çox elmi işdə əksini tapıb. Professorun 6 monoqrafiyası, nəfəs orqanları və həzm sistemi xəstəliklərinin müayinəsi və müalicəsinin yeni üsulları 22 müəlliflik şəhadətnaməsi və patenti var. Onun elmi tədqiqatlarının nəticələri Avropa Kardiotorakal Cərrahlar Assosiasiyası tərəfindən tanınır. 1997-ci ildə polmonologiya sahəsində xidmətlərinə görə Məmməd Bağırov elmtexnika sahəsində Ukrayna Dövlət mükafatına layiq görülüb, 2008-ci ildə ona Ukraynada elm və texnika üzrə əməkdar xadim fəxri adı verilib. 1998-1999-cu illərdə Ameriak və İngiltərə bioqrafiya cəmiyyətləri Məmməd Bağırovu dünyanın 100 ən yaxşı həkimindən biri adlandırıb. 2012-ci ildə o, Ameriak Bioqrafiya İnstitutu tərəfindən qızıl medalla təltif edilib.

Məmməd Cəfərov-  Tibb elmləri doktoru, professor Məmməd Cəfərov 1924-cu ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra Lvov Bədən Tərbiyəsi və İdman İnstitutunda calışıb. 1946-cı ildə Məmməd Cəfərov institutun anatomiyabiomexanika kafedrasının yaranmasında yaxından iştirak edib və həyatının 53 ilini həmin tədris ocağına həsr edib. 1954-cu ildə Məmməd Cəfərov Moskva şəhərində, Dovlət Mərkəzi Bədən Tərbiyəsi İnstitutunda namizədlik dissertasiyasını uğurla mudafiə edib. 1956-cı ildə Lvov Dovlət Bədən Tərbiyəsi İnstitutunu bitirərək, pedaqoq ixtisasına yiyələnib. 1968-ci ildə İ.M.Secenov adına 1 saylı Moskva Tibb Akademiyasında doktorluq dissertasiyasını mudafiə edib. O, 1969-cu ildən anatomiyabiomexanika professorudur. Məmməd Cəfərov dord dəfə SSRİ İdman Komitəsi, dord dəfə Ukrayna Hokumətinin Fəxri Fərmanı ilə təltif olunub. Onun rəhbərlik etdiyi kafedra sovet dovrundə olkənin aparıcı kafedralarından biri hesab olunurdu. XXIV Olimpiya oyunlarından oncə Məmməd Cəfərov 5 il kamandan oxatma idman novu uzrə SSRİ yığma komandasının elmi rəhbəri olub. O,  idman elminə boyuk tohfələr vermiş alimdir. Onun elmi əsərləri anatomiya, biomexanika, mualicəvi bədən tərbiyəsi uzrə dərsliklərə daxil edilib. O, tələbələrin proqramlaşdırılmış tədrisində istifadə olunan idman trenajorlarının, elektromexanika modellərinin muəllifidir. Onun elmi işləri fiziki hərəkətlərin doş qəfəsinə və qarın boşluğuna təsiri, skelet əzələlərinin fiziki calışmalarda funksiyası, idman avadanlıqlarının təkmilləşməsində yeni cihazların yaradılmasına və tətbiqinə həsr olunub. SSRİ-nin bir cox institutlarından gələn mutəxəssislər onun kafedrasında təcrubə kecib. 1999-cu ildə Məmməd Cəfərov tibb sahəsindəki xidmətlərinə gorə Ukrayna Prezidentinin Fərmanı ilə Ukraynanın Əməkdar həkimi adına layiq gorulub. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun mohkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq gorulmuşdur. 135 elmi əsərin, 4 ixtiranın muəllifidir.

Fərman Gülməmmədov- Tibb elmləri doktoru, professor Fərman Gülməmmədov 7 noyabr 1939-cu ildə Gürcüstanda anadan olub. O, 1957-ci ildə orta məktəbi bitirib, 1958-ci ildə Donesk Tibb İnstitutunun pediatriya fakültəsinə qəbul olunub. 1964-cü ildə tibb universitetini bitirdikdən sonra Donesk vilayəti Volnovaxa şəhəri Mərkəzi rayon xəstəxanasında çalışmağa başlayıb. O, 1969-cu ildə Donesk Tibb İnstitutunun ümumi cərrahiyə kafedrasının kliniki ordinaturasına daxil olub, 1971-ci ildə buranı bitirərək Vilayət klinik xəstəxanasının 4-cü cərrahiyə şöbəsinin müdiri kimi işləməyə başlayıb. Elmi tədqiqat işini uğurla müdafiə edən Fərman Gülməmmədov 1985-1988-ci illərdə Donesk Tibb İnstitutunun ümumi cərrahiyə kafedrası müdirinin köməkçisi kimi çalışıb. 1980-ci illərdin ortalarında doktorluq elmi işini müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsini qazanıb. 1990-cı ildə Fərman Gülməmmədova professor elmi dərəcəsi verilib. 1996-cı ildən Fərman Gülməmmədov Donesk Tibb İnstitutunun ümumi cərrahiyə kafedrasının müdiri işləməyə başlayıb.  2002-ci il, oktyabrın 4-də o, Ukrayna Elmlər Akademiyasının akademiki, “Ukraynanın elm və texnika əməkdar xadimi” adlarına layiq görülüb.

Eldar Vəliyev-Fizika-riyaziyyat elmləri doktoru, professor Eldar Vəliyev 1951-ci il tarixində Bakı şəhərində anadan olub. O, 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olub. 1972-1973-cü illərdə diplom işi ilə məşğul olmaq məqsədilə Ukrayna Elmlər Akademiyasının Xarkovda yerləşən RadiofizikaElektronika İnstitutuna göndərilib. Daha sonra 1977-ci ildə həmin institutda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi dərəcəsi alıb. 2000-ci ildə o, Xarkov şəhərində tətbiqi radioelektronika akademiyasının akademiki seçilib. Eldar Vəliyevin adı Müasir Ukrayna Ensiklopediyasına daxil edilib. Eldar Vəliyev Xarkov şəhərində 1990-cı ildə yaradılmış “Xətai” Azərbaycan mədəni cəmiyyətinin təsisçisi və ilk rəhbəri olub. 2007-2010-cu illərdə o, Xarkov Vilayət Dövlət Administrasiyası rəhbərinin sosial-iqtisadi məsələlər üzrə müşaviri kimi çalışıb. Azərbaycan və Ukrayna alimləri arasında yaratdığı əlaqələrə, elmi sahədə əməkdaşlığa verdiyi töhfəyə görə Eldar Vəliyev Azərbaycan və Ukrayna elmlər akademiyaları tərəfindən fəxri şəhadətnamələrlə mükafatlandırılıb. Millətlər arasında anlayışın qorunmasında fəal vətəndaşlıq mövqeyinə və böyük elmi nailiyyətlərinə görə o, Xarkov Dövlət Vilayət Administrasiyası, Xarkov şəhər meriyası və Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi tərəfindən mükafatla təltif edilib.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2013.- 9-12 noyabr.- S.15.