Qədim musiqi alətlərinin tədqiqatçısı
Ecazkar, təkraredilməz musiqilərilə ürəklərdə dərin iz salmış, Qədim xalq çalğı alətləri ansamblının rəhbəri, sənətşünaslıq elmləri doktoru, professor respublikanın xalq artisti Məcnun Kərimovun vəfatından 40 gün keçir. Bir neçə xatirəni dərc etməklə Məcnun Kərimovun ruhunu şad etmək, onun pərəstişkarlarına təsəlli vermək istəyirik. Tibb elmləri doktoru, Professor Kərəm Kərimovun qardaşı haqqında dedikləri:
-Bu gün Məcnun
haqqında danışmaq mənə çox
çətindir. Bu sətirləri yazarkən gözlərim
önündə bütün cizgiləri,boy-buxunu,mənəvi
aləmi zəngin olan qardaşım
canlanır və qulaqlarıma sədası gəlir.“Qardaşım,
kövrəlmə, qıymıram, dözmürəm göynərtinə”
.Bu sözlər sevinc
dolu,qəm dolu ,gözləri nəm
dolu bir musiqilə sədalanır. Mayası
xalqımızın ruhundan və klassik muğamlarımızdan
yoğrulmuş sənət nümunələrinin təsirindən
sehrlənməmək, ovsunlanmamaq mümkün idimi?
Sənətkar
ölmür deyirlər.
Çünki,musiqiləri milyonların ürəyində, qəlbində
yaşayır.Bu cazibəli melodiyalar
xalqımızın həmişə məhəbbətlə
xatırladığı nəğməkar oğlunun
ömrünün davamı kimi ürəklərdə isti-isti
yuvalar quracaqdır. Onun həyatda
olmamasını, dünyasını dəyişməsini hələ
də qəbul edə bilmirəm. Mənə elə gəlir ki, bunun üçün
müəyyən vaxt lazımdır. Məcnun
həyatı boyu çox
gərgin işləsə də, istirahətə çox az vaxt
ayırırdı. Ailədə, qohumlarda,
ümumiyyətlə insanlarda çətinlik
görəndə dərhal problemin həllinə
çox məsuliyyətlə yanaşar, onu öz işi hesab edərdi. Ailəsinə, qohumlara,
insanlara qarşı çox
məsuliyyətli və səmimi idi. Onlara çox isti münasibət bəsləyərdi. Saxtakarlıq,
yalan danışmaq onun
xarakterinə uyğun deyildi.
Hər nə edirdisə onu ürəkdən
edirdi. Çox kiçik yaşlarından o
musiqi ilə (əsasən tarla )məşğul olmağa
başlamışdır. O bütün
çalğı alətlərinə -simli-nəfəsli və
zərb alətlərinə diqqətlə
yanaşırdı.
Məcnun həmişə
gərgin işləyirdi. Onun qədim musiqi alətlərinin
tədqiqatı ilə məşğul olması istəyi onun qanında,canında var
idi.Bütün əziyyətlərə qatlaşaraq qədim musiqi
mədəniyyətimiz, musiqi alətlərimizlə
onların bərpası və səsləndirilməsi ilə
məşğul olmağa başladı.
O uzun
illər gecələr 1 otaqlı mənzilində ( ailə üzvlərini narahat
etməsin deyə) səhərə kimi unudulmuş musiqi alətlərimizi
bərpa edir, onu səsləndirməyə
çalışırdı. 1970 – ci ildən
bu işlə məşğul olmağa başlayan Məcnun
bir çox qədim musiqi alətlərini bərpa edərək səsləndirdi.
Bunların içərisində müasir
musiqi alətlərimizdən başqa Qopuz, Çoqur, Çəqanə, Rübab,
Bərbəd, Şirvan tənburu, Çənq,
Rud , Səntur Qanun, Ney və bir çox zərb nəfəs, simli
alətləri həyata vəsiqə aldı və musiqi səsləndirməyə nail oldu.
Musiqi alətlərinin 10-dan çoxunu bərpa
etdikdən sonra Qədim musiqi
alətləri ansamblı adı altında çox
maraqlı bir kollektiv
yaratdı. İlk dəfə 1988- ci ildə Filarmoniyada Şah İsmayıl Xətainin 500 illik yubleyinə həsr olunmuş
gecədə çıxışları oldu.Yaxşı
yadımdadır, həmin gecəni xalq şairi Sabir Rüstəmxanlı aparırdı. O
ansamblın yaranma tarixi
haqqında maraqlı açıqlama verdi.
Bu uğurlu gecə Məcnunda daha
da ruh yüksəkliyi
yaratdı.O yaratdığı ansamblla gecə-gündüz
işləməyə başladı.Musiqi alətlərinin səslənməsi
onun simlərinin hazırlanması, musiqi alətlərinin ağaclarının
tapılması, seçilməsi, rəndələnib,
hamarlanması qədim musiqi alətini
o zamanki
formasının və səsinin alınması demək olar ki,45 illik bir dövrdə müntəzəm təkmilləşdirilirdi.
Yaxşı yadımdadır akademik
Yusif Məmmədəliyevin yubiley gecəsində çıxış edən
zaman (zənnimcə 1996-cı il idi) Ulu
öndərimiz Heydər Əliyev ansambılın
çıxışını ilk dəfə
gördü və ansambl
onu çox
maraqlandırdı . Onun birbaşa
göstərişi ilə bu kollektivə
dövlət statuslu ansambl
adı verildi və onun
inkişafı üçün və daha da təkmilləşdirilməsi
haqqında öz göstərişlərini
verdi.Bundan sonra ansambl Azərbaycan musiqi mədəniyyəti
Dövlət muzeyi nəzdində bu günə qədər fəaliyyət
göstərir. Bir çox xarici
dövlətlərdə qastrol səfərində
olan ansambl (Türkiyə,
Rusiya, Qazaxıstan,
Qırğızıstan, Özbəkistan, Fransa,
Avstriya, Almaniya,
Rumıniya, Macarıstan, Hindistan, Küveyt, Qətər, Şotlandiya
və bir çox digər
dövlətlərdə qastrol səfərlərində
olan Qədim musiqi alətləri
ansamblı layiqincə Azərbaycanı təmsil etmişdir. Bu müddət ərzində Məcnun namizədlik və
doktorluq dissertasiyalarını müdafiə
etmişdir, məşğul olduğu qədim musiqi alətlərinin
bərpası və səsləndirilməsini elmi
surətdə əsaslandırmışdır, Azərbaycan Musiqi Akademiyasının nəzdində elmi laboratoriya yaratmışdır. Musiqi mədəniyyətimizə onun inkişafına xüsusi
önəm verən Mehriban xanım
Əliyevə ansamblın fəaliyyətinə yaxından
köməklik göstərmişdir.
O heç
vaxt nə özündən, nə də insanlardan şikayət etməzdi.Qəlbi həyat
eşqilə aşıb
daşırdı.Ağrıdığı nahiyyəni heç kəsə bildirməzdi. Bunu hətta məndən də gizlədirdi. Son bir ildə mən onun arıqlamasını hiss
edirdim. Ondan soruşanda gərgin işlədiyini,yorulduğunu
dedi.Bir gün həyat
yoldaşım mənə dedi ki, Məcnun
yemək yemir,iştahsızdır.Mən elə həmin gün ona zəng vurdum dedim ki,sabah
Gömrük Hosbitalına gəlsin, orada bəzi müayinədən keçək.O
yenə Rusiyaya qastrol
səfərinə gedəcəklərini dedi.Qayıdandan sonra müayinə olunacağını
bildirdi.Səfərdən qayıtdıqdan sonra
kompyuter tomoqrafiya
müayinəsindən keçdi. Mənə
mədəaltı vəzi başında törəmənin
olmasını bildirdilər. Biz bir həftə ərzində sənədləri
düzəldib Almaniyanın Heydelberq şəhərinə
getdik. Universitet cərrahi
klinikası olan xəstəxanada Professor Markus Buxler bizi qəbul
etdi və təcili əməliyyat olunmağı məsləhət
gördü. Mən digər yolun
olmadığını görüb
razılaşdım.Aparılan əməliyyat diaqnostik xarakter
daşıdı. Professor Markus Buxler törəmənin damara
çox yaxın olduğunu, onu belə
çıxarmağın çox təhlükəli
olduğunu, törəmədən bir neçə yerdən
biopsiya götürdüyünü dedi, 3 aylıq kimya terapiya
kurs müalicəsi təyin olundu.Onun fikrincə
aparılan kimya terapiya törəməni qan damarından
aralayacaq və ondan sonra yenidən əməliyyat aparıb
törəməni çıxartmağın daha yaxşı
nəticə verəcəyini bizə izah etdi.Onlar deyilən
sxem üzrə müalicəni qurtardıqdan sonra biz yenidən
həmin klinikaya qayıtdıq.11 iyunda Məcnuna təkrar əməliyyat
təyin olundu.10 saata yaxın əməliyyat aparıldı, bu
dəfə törəmə çıxarıldı. Məcnunun əməliyyatdan sonra əhval-ruhiyyəsi
yaxşı idi.Tədricən yaxşılaşma gedirdi, mən
bir həftədən sonra Məcnunun təkidi ilə
Bakıya qayıtdım.Məndən 4 gün sonra Məcnun
da qızı Könül həkimlə qayıtdılar. Məcnun
Bakı üçün – doğma ansamblı
üçün çox darıxırdı.Orada olarkən
ansamblın üzvləri, bir çox yaxınları onunla zəngləşir,hal-əhval
tuturdular.
Düşünürəm
ki,Məcnun əməliyyatdan sonra
Bakıya qayıtmaqda tələsmişdi. Bir aydan
sonra ona yüksək dozada kimya terapiya
başlandı, dozanı 5 dəfə
artırmışdılar.Qarın boşluğunda
assid əmələ gəlməyə
başladı.Biz kimya terapiyanı
dayandırdıq.Çünki hər kimya
terapiyadan sonra vəziyyəti
pisləşməyə, assid artmağa başladı.Klinika ilə əlaqə
saxladıq bizə dedilər ki, bu əməliyyatdan sonra yaranan reaktiv
assitdir.Məcnunun vəziyyəti günbəgün pisləşməyə
başladı. Qaraciyər çatmamazlığı meydana gəldi.Dəfələrlə qarın
boşluğundan maye
çıxarıldı, lakin vəziyyət
dinamik olaraq pisləşməyə
doğru gedirdi,
aparılan müalicələr demək olar
ki, əhəmiyyətsiz idi.
Əməliyyatdan sonra Professor
Markus Buxler Məcnuna
baxarkən dedi "Sən şişdən
azadsan, gedib yeyib-içib sağlam həyat
sürə bilərsən, səndə olan
törəmə vaxtında çıxarıldı".Bu
deyilən həmin sözlərdən 3 ay
iyirmi gün keçmişdi.
Məcnun oktyabr ayının ikisində bütün
aparılan reanimasion tədbirlərə baxmayaraq həmişəlik həyatı tərk
etdi.Məcnun Almaniyada olarkən dəfələrlə
Mehriban xanım Əliyeva onunla
maraqlanır və maliyyə dəstəyi göstərirdi. Bu Məcnunun
əməyinə verilən böyük
hörmət idi.Bu münasibət onu çox
ruhlandırırdı, iradəli olmağa,
ruh yüksəkliyi yaranmasına çox köməklik etdi.Həmkarlarının
onunla tez-tez
maraqlanması ona elə bil
ki,böyük qüvvə verirdi. Məcnun çox dözümlü və qürurlu
idi.O,ölümə də sanki baş əymək istəmirdi.Onun
halını soruşanda həmişə
yaxşı olduğunu
deyirdi.Ölümündən bir saat qabaq mən onun vəziyyətini soruşdum,o
yenə də yaxşı olduğunu dedi və mənim əlimi möhkəm-möhkəm
sıxdı, anlayırdı ki, mənimlə
həmişəlik vidalaşır.Bir azdan
gözlərini əbədi olaraq yumdu.
Prezident seçkilərindən 8 gün öncə həyatla vidalaşan
Məcnun mənə dedi ki,
sənə vəkalətnamə verim,
seçkidə mənim adımdan İlham
Əliyevə səs verin. Mən prezident təqaüdçüsiyəm, mən
səsvermədə iştirak etməliyəm.Amansız
ölüm ona imkan vermədi. Mən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanıma, Mədəniyyət Nazirliyinin, Bakı Musiqi
Akademiyasının rəhbərliyinə, Bəstəkarlar
İttifaqının sədrinə, Məcnuna diqqət
göstərən bütün insanlara öz minnətdarlığımı
bildirirəm.
Respublikanın xalq
artisti Sadıq Zərbəliyev:
-Məcnun Kərimov gözəl sənətkar olmaqla yanaşı, yüksək
keyfiyyətli insan idi.Bir sənətkar kimi həmişə onu izləyirdim. Onun konsert proqramı başqalarından fərqlənirdi.
O, həmişə çalışırdı
ki, köhnə, yəni unudulmuş nəğmələrə yeni
nəfəs versin. Onun təşkil etdiyi ansambl ona layiq
bir kollektiv idi. İnanıram ki, ansambl bundan sonra da
onun yarımçıq
qalan arzularını həyata keçirəcək.Respublikanın
xalq artisti Məcnun Kərimov xalqımızın istəklisi
idi. O, bizim aramızdan çox tez getdi. Allah
ona rəhmət etsin, qəbri nurla dolsun.
Şövkət Hüseynova,
Həsən bəy Zərdabi mükafatı laureatı
Olaylar.-
2013.- 9-12 noyabr.- S.13.