Zirvələrdə dalğalan, Şanlı Bayrağım!!!

 

Bir kərə yüksələn bayraq bir daha enməz!!!

 

Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin bu sözləri hər bir azərbaycanlının zehninə əbədilik həkk olunub. Bunu 70 illik sovet əsarəti əzmkar xalqın zehnindən qəlbindən silə bilmədi. Hər dəfə bu sözü eşitdikdə, sanki insanların daxilində bir şövq yaradır. Bu cümlə bizim xalqın bütövlüyünün rəmzi kamilliyinə imkan yaradan bir vasitədir. Rəsulzadə çox ümidlə inamla bu sözü işlədəndə inanırdı ki, bayrağımızın üzərində olan üç rəng dövlətin xalqın əzmkarlığının bariz nümunəsi olacaq.

Bayrağımızın üzərində əks olunan rənglərin hər biri xüsusi bir məna daşıyır.

Üçrəngli bayrağımızın birinci rəngi mavi rəng türkçülüyü özündə təcəssüm etdirir :Bayrağımızdakı mavi rəng qədim zamanlardan türk xalqlarının əbədi Səma Tanrısına sitayişlə Göy Tanrısına etiqatla bağlı olub. Türk xalqları Səmanın rəngini simvol kimi istifadə ediblər. Azərbaycan xalqı da türk dünyasının bir parçası olduğundan mavi rəng bir çox dövlətlərimizdə bayrağın əsas rənglərindən biri olub. Məhz bütün bunları nəzərə alan Azərbaycan hökuməti 1918-ci ildə bayrağımızın ilk rəngini mavi seçib”.

 Azadlıq anlayışını bildirən bayrağımızdakı ikinci rəng qırmızının isə orta əsrlərdə Azərbaycanda qalxmış Xürrəmilər hərəkatı ilə bağlı olduğu ehtimal edilir. Belə ki Babək ərəb işğalçılarına qarşı mübarizədə dünya tarixində ilk dəfə azadlığının rəmzi kimi qırmızı bayraq qaldırıb qırmızı paltar geyinib. Fəxredicidir ki, dünya tarixində bu rəngin azadlıq simvolu kimi qəbul edilməsində Azərbaycanın rolu böyükdür. Sonralar müxtəlif vaxtlarda qırmızı bayraqdan azadlıq rəmzi kimi istifadə ediblər : məsələn, Çində monqol işğalçılarına qarşı mübarizədə, XIX əsrdə Fransada fəhlə hərəkatında, Rusiyada sosialist inqilabında, Türkiyədə milli-azadlıq hərəkatında s. Qırmızı rəngin əsas mənalarından biri demokratiya müasirlikdir.

İslam mənasını verən bayrağımızdakı üçüncü rəng yaşıl isə Azərbaycanın VII əsrdən müsəlman ölkəsi olması Azərbaycanın tarixi dövlətlərində islamın mühüm yer tutması, vahid islam bloku çərçivəsindəqara donlu kafirlərəqarşı mübarizə aparması bu dinin xalqımızın mənəviyyatına daha yaxın olması ilə bağlı olub.

Azərbaycan dövlətinin suverenliyinin rəmzi Azərbaycan Respublikasının Dövlət Bayrağıdır. Aypara şəkli səkkizgüşəli ulduz islam dinindən irəli gələn rəmzlərdir. Bayrağımız xalqımızın azadlıq istiqlal ideyalarının, milli varlığının təcəssümü, ərazilərimizin bölünməzliyinin simvoludur.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Azərbaycan Respublikasının müasir üçrəngli Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi XX əsrin  əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edənTürkçülük, islamçılıq müasirlikdüsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.

Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü rəhbərliyi ilə keçirilən sessiyada  Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali SovetiAzərbaycan Respublikasının Dövlət bayrağı haqqındaQanun qəbul edərək onu Dövlət bayrağı elan edib.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqındaKonstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqındaAzərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.

Dövlət bayrağı respublikamızın dövlət qurumlarının diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.

Azərbaycanın üçrəngli bayrağı Vətənini sevən hər bir insan üçün şərəf ləyaqət simvoludur. Çox da uzaq keçmişə qayıtmayaraq xatırladım ki, Azərbaycan zabiti Ramil Səfərovun 2004-cü ildə Macarıstanda erməni zabitini qətlə yetirməsinin əsas səbəbi erməninin bayrağımıza qarşı etdiyi nalayiq hərəkətlər idi. Ramil Səfərovun daxilində olan Vətən sevgisi, bayraq sevgisi onun üçün azadlıqdan da dəyərli oldu. Erməni zabitinin bayrağımıza qarşı etdiyi təhqiramiz hərəkətlər Azərbaycan övladının boğazından keçmədi zabit Səfərov bu hərəkətini erməniyə bağışlamadı. Macarıstan məhkəməsinin qərarı ilə Səfərov ömürlük həbslə cəzalandırıldı bundan sonrakı həyatının qalan hissəsini dəmir barmaqlıqlar arasında keçirəcəyini bildikdən sonra törətdiyi əməldən peşmançılıq duymadı. 8 illik həbs həyatı sürdü qəhrəman zabitimiz. Budur Vətənə, bayrağa olan sevgi... Ramil Səfərov canından belə daha çox dəyər verdi bayrağına...

Ürəyi Vətən sevgisi ilə çırpınan dahi şairimiz Əhməd Cavad öz şeirində bayrağımızı bu cür vəsf edib:

 

Yol üstündə dərdli nənə

Görür səni ağlamaz?!

Sən öylə bir şeirsən ki,

Sevməyənlər anlamaz!

 

Ey sevgili bayrağımın

O dalğalı duruşu!

Sandım salam rəsmi sana

Buludların yürüşü!

 

Milli şərəf ləyaqət simvolu olan üçrəngli bayrağımızın dünya tribunalarında dalğalansa da öz doğma Qarabağ səmasında dalğalana bilmir. Qarabağımızın başının üzərini kəsdirənqara buludlarbayrağımızın o torpağın səmasında dalğalanmasına imkan vermir. Üçrəngli şanlı bayrağımızın Qarabağımızın səmasında dalğalanacağı gün bayrağımız dünya tribunalarında daha qürurla dalğalanacaq.

Azərbaycan bayrağını

Qarabağdan asacağız!!!

 

Sevda Qurbanqızı

 

Olaylar.- 2013.- 9-12 noyabr.- S.8.