Gənclər diaspora işində aktivdirlər
Müasir
qloballaşan dünyada Azərbaycan diasporu inkişaf etdikcə
onun hərəkətverici qüvvəsi da artır, bu prosesə
öz müsbət təsirini göstərən faktorlar
meydana çıxır. Bu mənada dünyanın müxtəlif
ölkələrində təhsil alan azərbaycanlı
gəncləri xüsusi qeyd etmək yerinə düşər.
Hazırda dünyanın əksəriyyət ölkəsində
dövlət və ya qeyri-dövlət xətti ilə ali təhsil alan gənclərimiz var ki, onlar
öz boş vaxtlarında Azərbaycanın təbliği,
onun yaşadığı ölkədə
tanıdılması, başımıza gətirilən
müsibətlər, Xocalı soyqırımının
dünya ölkələri tərəfindən qəbul edilməsi
istiqamətlərində fəaliyyət göstərirlər.
Sevindiric hal ondan ibarətdir ki, diaspor təşkilatları
da öz növbəsində həmin gənclərlə birgə
işləməyə üstünlük verirlər. Xüsusilə, Dünya Azərbaycanlı Gənclər
Birliyinin yaradılmasından sonra gənclərimizin qeyd edilən
istiqamətlərdə aktivliyi nəzərə çarpacaq dərəcədə
artıb. Belə gənbclərdən biri də
Polşada ali təhsil alan Tural
Hüseynovdur. Varşavada diplomatik elmlər sahəsində təhsil
alan həmyerlimiz 2008-ci ildə İngiltərədə,
2012-ci ildə isə Almaniyada eyni sahə üzrə təhsil
alıb. Tural Hüseynov Polşada təhsil alan azərbaycanlı
tələbələrin həmrəyliyi,
onların diaspora fəaliyyətinə verdiyi töhfələrdən
danışıb. Azərbaycanlıların Polşada aktiv,
birgə fəaliyyət göstərməsi və təşəbbüskarlığının
qənaətbəxş olduğunu deyən Tural Hüseynov
bildirib ki, hər bir gənc buna maraqlı olmalıdır: “Hər
bir azərbaycanli bilməlidir ki, əgər güclü
dövlətin möhkəm diasporundan danışmaq istəyiriksə,
ilk növbədə bunu hər bir Azərbaycan vətəndaşından
başlamalıyıq. Qeyd etmək istərdim
ki, xaricdə yaşayan hər bir azərbaycanlı ölkənin
qeyri rəsmi-səfri, təbliğatçısı və
vasitəçisidir. Cənab Prəzident İlham
Əliyev tədbirlərin birində
çıxışı zamanı söyləyib: “Mən 9
milyon deyil, 50 milyonluq azərbaycanlıların prezidentiyəm”.
Bu o deməkdir ki, xaricdə yaşayan azərbaycanlılar
hər zaman qüdrətli Azərbaycana və onun
başçısı cənab İlham Əliyevə arxalana
bilərlər. Azərbaycanlılar xaricdə
bir-biri ilə əlaqəli və həmrəy
çalışmalı, bütün çətinliklərə
baxmayaraq milli maraqlar naminə fəaliyyət göstərməlidirlər”.
Polşada təhsil alan azərbaycanlı gənclərin
diaspor sahəsində fəallığına gəlincə
Tural Hüseynovun sözlərinə görə, gənclər
bu istiqamətdə də fəaldırlar: “Dünyanın
müxtəlif ölkələrində fəaliyyət
göstərən Azərbaycan diaspor təşkilatlarının
fəaliyyət prinsipi sahələrindən biri də ölkəmizin
həqiqətlərinin, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi, ermənilərin
işğalçılıq siyasətinin dünya ictimaiyyətinə
çatdırılması, Xocalı
soyqırımının beynəlxalq aləmdə tanıdılmasına
nail olmaqdır. Sevindirici hal ondan ibarətdir ki, Polşada Azərbaycan
diasporu qeyd edilən istiqamətlərdə fəallığı
hər ötən il bir qədər də
artır. Bu da öz-özlüyündə Azərbaycanın
üzləşdiyi problemlərin Polşa ictimaiyyətinə
çatdırılmasına öz müsbət təsirini
göstərir. Məhz diasporların fəaliyyətinin
göstəricisidir ki, son illər müxtəlif ölkələrin
ali qanunverici orqanlarında Ermənistanın
işğalçılıq siyasətini pisləyən bəyanatlar
qəbul edilir, 1992-ci il, fevralın 26-da ermənilər tərəfindən
Xocalıda həyata keçirilən vəhşilik aktı
soyqırım kimi tanınır”. Gənc soydaşımız
Azərbaycan-Polşa münasibətləri, Polşadan Azərbaycana
olan maraq barədə də fikirlərini
bölüşüb: “Azərbaycan və Polşa
arasındakı əlaqələr qədim dövlərdən
mövcud olub. İndi də Azərbaycanda polyakların
sayı kifayət qədərir . Münasibətlərin tarixi XV əsrə gədib
çıxır. XVI əsrdə
Ağqoyunlu hökmdarı Uzun Həsən Polşa kralı
Yagello ilə sıx əlaqə saxlayıb. Polyak Ledinski və azərbaycanlı
Topçubaşov çar Dumasında Polşanın və Azərbaycanın
muxtariyyəti uğrunda mübarizə aparan xüsusi fraksiya
yaradıblar. Birinci Dünya müharibəsindən
sonra polyaklar Polşadan deportasiya olunarkən, on minlərlə
insan Azərbaycana gəlib. Təəssüflər
olsun ki, 1945-ci ildə Nasist Almaniyasındakı Azərbaycan
batalyonu Varşavadakı çıxışda polyaklara
qarşı vuruşub. Ancaq dövrün
şərtlərini nəzərə aldıqda bu başa
düşüləsi hadisədir. Bir
faktı da qeyd etmək istərdim ki, Vəli bəy Yadigarov
kimi bir çoxları da Polşa ordusunda xidmət edib. Nəzərinizə çatdırım ki, son illər
Azərbaycan - Polşa iqtisadi-ticari əlaqələr sahəsində
ciddi uğurlar əldə olunub. 2008-ci ildə iqtisadi
münasibətlər tariximizdə ilk dəfə olaraq Azərbaycan
müsbət saldoya nail olub və iki ölkə
arasındakı mal dövriyyəsi 166,9
milyon dollara çatıb. Enərji sahəsində
əməkdaşlıqda da böyük perspektivlər
gözlənilir. Artıq uzun illərdən
bəri əfsanə kimi görünən
Bakı-Odessa-Brodı-Plotsk (Qdansk) neft kəmərinin
texniki-layihə sənədlərini hazırlamaq
üçün "Sarmatiya" konserni yaradılıb.
Bu isə Polşanın enərji təhlükəsizliyinin
təmin edilməsində Azərbaycanın əhəmiyyətinin
yaxın illərdə daha da artacağını göstərir.
Münasibətlər strateji əməkdaşlıq
səviyyəsində də yüksəlməkdədir. NATO, Avropa Birliyi və digər nüfuzlu bəynəlxalq
təşkilatların üzvü olan Polşa ilə
mövcud əlaqələrin daha da gənişləndirilməsi
Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb
edir. Polşa Ermənistan - Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həllində problemin Azərbaycanın
ərazi bütövlüyü və suverenliyi çərçivəsində,
beynəlxalq hüquq normaları əsasında nizamlanması
mövqeyindən çıxış edir”. Azərbaycanlı
gənclərin xarici ölkələrdə təhsil
almasının ölkəmizin tanıdılması
baxımından əhəmiyyətli olduğunu deyən Tural
Hüseynov qeyd edib ki, Azərbaycan gənclərinin xaricdə
təhsil alması olduqca əhəmiyyətlidir: “Onu da qeyd etmək
yerinə düşər ki, bu yeni bir hal deyil. Hələ
əsrin əvvəllərində Cümhuriyyət
dövründə azərbaycanlı tələbələr
xaricə göndərilməyə başlandı. Sovet dönəmində ulu öndər Heydər
Əliyevin rəhbərliyi dövründə bu məsələ
yenidən aktuallaşdı və çox sayda tələbələr
xaricə göndərildi. Təbii ki, o
zaman “xaric” dedikdə keçmiş Sovet İttifaqının
sərhədləri nəzərdə tutulurdu. Nəhayət,
müstəqillik əldə etdikdən sonra bu proses daha da
genişləndi. Məhz
Prezident İlham Əliyevin imzaladığı “2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı” nəticəsində bu
gün Azərbaycan tələbələrinin səsi
dünyanın ən yaxşı təhsil ocaqlarından gəlir
və bu siyasət nəticəsində xaricdə təhsil almaq hər bir azərbaycanlı
gəncin xəyalı yox, reallığa çevrilir”. Gənc
soydaşımız deyir ki, azərbaycanlı gəncələrə
göstərilən bu qayğı hər bir gəncin xaricdə
bir maraq bir ideologiya arxasınca getməyə stimul verdi: “Hal- hazırda
İngiltərədə, Amerikada və digər Avropa ölkələrində
diaspor fəaliyyəti ilə məsğul olmaqları, xaricdə
azərbaycanlı gənclərin təhsil alması yeni bir
dünya görüşünün formalaşmasına və
Qarabağ həqiqətlərinin dünyaya
çatdırılmasına misilsiz töhfə olacaq. Düzdür, təhsil aldığım sahə
yenilik tələb etməyən bir sahədir. Ancaq ölkəmizin maraqlarını beynəlxalq arenada
təbligi üçün əlimizdən gələni edəciyik
və nə qədər ki, ölkə
başçısı İlham Əliyev siyasətdə
olacaq, biz gənc diplomatlar hər zaman onunla olacağıq.
Azərbaycanın təbliği baxımından
da gənclərin xarici ölkələrdə təhsil
alması əhəmiyyətlidir. Onu qeyd edim
ki, artıq qısa bir zamanda Azərbaycan dünya miqyasında
böyük nüfuza sahib olan ölkəyə çevrilib.
Bu gün dünyanın bir çox ölkələri ilə mədəni,
iqtisadi və qarşılıqlı hörmət əsasında
qurulmuş münasibətlər mövcuddur. Bir
çox ölkələrdə güclü Azərbaycan təşkilatları
formalaşıb və fəaliyyət gostərir. Onlar müxtəlif vəzifələrdə vəzifələrində
çalışırlar, hətta bəzi ölkələrdə
artıq qanunverici orqanlara seçilirlər. Xaricdə
yaşayan və təhsil alan gənclər
öz ölkələrini layiqincə təmsil edirlər. Bu həmrəylik Azərbaycan icmalarını xaricdə
gücləndirir və Azərbaycan həqiqətlərinin
dünyaya catdırılmasına imkan yaradır. Təsadüfi deyil ki, bəynəlxalq maliyyə
qurumları Azərbaycanın bu istiqamətdə – iqtisadi və
siyasi islahatların aparılması istiqamətində
gördüyü işləri yüksək qiymətləndirir.
Bunun üçün bütün Azərbaycan vətəndaşlarını
həmrəy olmağa və daha böyük uğurlar əldə
etməyə səsləyirəm. Bu
işdə xaricdə yaşayan azərbaycanlılar və gənclər
təhsil aldıqları ölkələrdə müxtəlif
dərnəklər və ictimai birliklər yaradırlar.
Azərbaycan diospor təşkilatlarının məhz
40-dan çoxunu gənclər təsis edib. 2009-cu ildə
Moskvada Rusiyanın Azərbaycan Gənclər Təskilatının
təsis edilməsi Azərbaycan diosporunun və xaricdə təhsil
alan gənclərin həyatında
mühüm bir hadisə oldu. Leyla Əliyevanin sədrliyi
ilə bu təskilat qisa müddət ərzində Azərbaycan
həqiqətlərinin dünyaya
çatdırılmasında və gənclərin diospor fəaliyyəti
işinə cəlb olunması istiqamətində çox
önəmli addımlar atıb. Məhz Polşada da
oktyabr ayında cənab səfir Həsən Həsənovun
Vrostlav universtetində tələbələrlə
görüşü zamanı tələbələr bildiriblər
ki, 2013-cü ilin sonuna qədər AYPU (Polşada Azərbaycan
Gənclər Birliyi - Azerbaijani Youth Union in Poland) təşkilatının
təsis olunması nəzərdə tutulub. Hesab
edirəm ki, bu təşkilatın yaradılması Azərbaycan
həqiqətlərini Polşa cəmiyətinə və beynəlxalq
tələbələr çatdırılmasında xidməti
yaxşı olacaq. Bu təşkilatın
yaradılması biz gənclərin bir mərkəz ətrafinda
birləşməmizə şərait yaradacaq və Azərbaycanı
Polşada tanıtmaq istiqamətində mühüm bir hadisə
olacaq. Hər bir azərbaycanlı gəncin
ölkəmizi öz tərbiyəsi, savadı vətənpərvərliyi
ilə təbliğ etməli və Azərbaycanı
Polşada tanıtmalıdır”.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.-
2013.- 13 noyabr.- S.15.