Əlif  Şəfəq aşiqlərinə ...

 

Son zamanlar Azərbaycanda da Əlif Şəfəqı tanımadan kor - koranə şəkildə təbliğ edənlərin sayı gündən-günə artmaqdadır. Mən bu barədə bu səpkidə yazan məhşur insanları, yazarları şiddətlə qınayıram. Sevdiyinizyaxud da xoşunuza gələn hər hansı bir yazarı təbliğ etmədən, doğru-dürüst araşdırmadan niyə təbliğ edirsiniz??? Hər  hansı bir yazarın onun yaşadığı ölkədə necə, nə kimi təbliğ olunduğuna baxaq, sonra təbliğ edək bəlkə. Bu kimi məsələlərdə ehtiyatlı olaq bəlkə. Biz bəzən kimlərinsə getdiyi yolu təkrar etməkdə israr edirik. Biri oxuyur, o biri isə onun havasına düşür. Amma məntiq arayan yoxdur! Nə üçün yoxdur? Bax bu bizim çağdaş ədəbiyyatımızda olan problemlərdən biridir. Almaniyada yaşadığım şəhərdəki kitabxanaya baş vurdum.  Bu hadisə bir neşə il bundan qabaq olmuşdu. “Türkiyəli yazarların kitablarından sizdə varmı” deyə soruşdum. Dərhal Əlif Şəfəq və Orhan Pamukun kitablarını mənə gətirdilər. Heyrət etdim, bu insanların kitabları nə tez və nə çox satışa buraxılıb, hələ üstəlik də şəhər kitabxanasında oxuculara verilir.

 

Maraqlıdır görəsən əslən türk olub, türklüyü təbliğ edən insanların kitablarını niyə buralardan tapıb oxuya bilmirik. Bir Avropada yaşayan azərbaycanlı türk kimi niyə bu imkanlara asanlıqla nail ola bilmirik? Əlbəttə bu kitabları çap etdirmək üçün  maliyyə vəsaitləri lazımdır, bir sözlə yəni asan məsələlər deyil bunlar. Amma türklük əleyhinə yazanların əsərləri iki gün keçmir tərcümə edilib bütün dünyaya yayılır. Az qala qarşıma çıxan kitabsevərlərin hamısı Əlif Şəfəqin kitablarını oxuduğunu həvəslə dilə gətirirlər. Hər dəfəsində də soruşuram türkcəsinimi oxudunuz yoxsa almancasınımı? (Əslində türkcə və yaxud da almanca olması fərq etməz. Amma bilmək istəyirəm türkcə oxuyanlarınmı sayı çoxdur, yoxsa almancamı?) Bu ölkədə doğulanlar əlbəttə almancasını deyə dilə gətirirlər. Bu ölkədə doğulub-böyüyən, yaşayan hər bir türkiyəli alman dilində özünü daha yaxşı ifadə edirəm, alman dilində daha yaxşı başa düşürəm deyə almancasını oxuduğunu deyir. Mən onları anlayıram, amma üzüldüyüm budur ki, biz onları yavaş-yavaş itiririk. Onları itirməmək üçün gəlin əl-ələ verək, təbliğatımızı gücləndirək! Nə olar, bunu edək, əziz oxucular, əziz soydaşlarım! Həm də düzgün təbliğat aparmağı bacaraq.

Milliyətçilik baxımından deyil, tarixi düzgün anladaq o insanlara. Ermənilərin heç bir vaxt böyük bir dövləti olmayıb, olmayacaq da! Onlar azınlıqdan ibarət olub və belə də qalacaqlar. Mən belə düşünürəm ki, bu barədə ermənilər dünyaya yanlış mesajlar verməkdədirlər. Onlar özləri-özlərini aldadaraq uşaqlarını düşmənçilik ruhunda tərbiyə edir, gələcəyə yeni canavarlar, Əlif Şəfəq kimilərini hazırlayırlar.

Bizlər hər şeyi unutmağa doğru gedərkən onlar sinsicə altdan planlar cızaraq Xocalı faciəsini bizlərə yaşatdılar. Bizləri doğma yurd-yuvamızdan zorla köçürdülər, qovdular, öldürdülər, soyqırımlar yapdılar. Bizləri-Azərbaycan türklərini, siz bizim düşmənimiz türklərin qanını daşıyırsınız deyə sizləri məhv edirik dedilər. Amma, zaman vardı biz onlarla dost olmuşduq, evimizin baş köşəsində yer verib, əziz qonağımız adlandırırdıq onları. Bax bugünkü Türkiyədə də insanlar onları baş köşəyə oturdur, qız verib, oğul evləndirirlər. Biz onlara dost dedikcə onlar yerlərini daha da rahatlayaraq, planlarını birər-birər həyata keçirməyə davam edirlər.

Əziz və dəyərli oxucular, soydaşlar, bu kimi hallarla qarşılaşmamaq üçün kitabsevərlər toplayaq, yanlışın yalnış, doğrunun isə doğru olduğunu insanlarımıza anladaq.

Bəli, bu o deməkdir ki, Türkiyə və Türk insanları  əleyhinə  yazan yazarları Avropada daha tez təbliğ etmək üçün bu kitabları çap edib yayırlar. Bunun arxasında isə güclü mafiya dayanır. Kitabxanada Kitabı əlimə alıb açan kimi, bir erməni qadının başına gələn hadisədən bəhs edildiyini gördüm. Aha! Erməni qadını türk tərəfindən əzilir, onunla evlənib Türkiyəyə getdiyi üçün qadın əzab çəkir. Bununla nə demək istəyir bu Əlif Şəfəq? Anlamıram.... biz bilirik ki, ayrı – ayrı mədəniyyətlərlə böyüyən insanların anlaşması çətin olur. Buradavar ki,.... bildiyim bir şey var, ümumiyyətlə Əlif Şəfəq bununla nə demək istəyir, türkləri pisləmək, onları küçük düşürmək. Bu qadının (Əlif Şəfəq) hələ kim olduğunu biləndən sonra qərar verərsiniz..... Bir mənbədən götürülmüş yazı... Buyurun oxuyun Ey Azərbaycan oxucuları, Ey Əlif Şəfəqə aşıq olanlar! Bu erməni südü içmiş qadın, yarı türk olduğunu bütünlüklə unudaraq türklər haqqında nələr yazmamışdır.....

Əgər sənin atan sənin düşündüyün qədər pis olsaydı, sənin erməni ananla evlənməzdi... Ananla atan ayrılmasaydı sənin anan onun barəsində bu qədər nifrətlə danışmazdı.

Çox insanlar çox millətlərlə evlənib, amma anlaşa bilmədikdə boşanıblar sadəcə, düşmənçilik etməyiblər. Amma Əlif Şəfəq deyəsən nifrətdən yaranıb, heç sevgi adlı insanlığın baş tacını dadmayıb.....yazıqlar olsun! Türk çörəyi yeyib, yarıtürk qanı daşıdığı halda bu qədər nankorluq olmaz axı....mən çox millətlər tanıyıram, yarıtürk ata-ana ayrı yaşasa da, uşaq çox qururla mən “yarı türkəm” deyib. Hər zaman bu kimi hallara (ataana ayrı millətdən olan), hadisələrə heyrət  etmişəm...Halal olsun demişəm. Məni özünə doğma bilən belə insanlarda, gürdüyüm türklük sevdasına bağlanmışam. Onların üzündəki sevinc, o qəqər əvəzedilməzdir ki, yazmağa söz belə tapa bilmirəm. Axı onların ata – anası aralarında sevgi olmasaydı evlənməzdilər. Onlar biri- birini sevib evlənib, yoxsa müasir insanlar biri - birinə necə bağlana bilərdilər axı? Onun üçün düşünürəm ki, bu yazarın düşüncələri türk əxlaqına ziddir. Bunu onunAşk” romanından açıq-aydın sezmək olar. O bu barədə müsahibələrində də qeyd edirmiş.

Anadolu müsəlman  qadınları “Aşk” adlı romanında güya başqa cür düşünür, başqa cür yaşayırlar. Gəlin Əlif Şəfəqlə bağlı qısa da olsa oxuyaqonun əsərlərindən birində olan cümlələrə diqqət yetirək.

Əlif Şəfəq 1971-ci də Fransada doğulmuşdur. Erməni bir ananın uşağı olan Əlif Şəfəqın erməni vəqflərındən pul aldığına dair çox çox iddialar var. Əlif Şəfəq 2005-2009-cu illər arası tam dörd ilZaman” Qəzetinin başyazarlığını etdi. Zaman” Qəzetinin Başyazarlığını etdiyi Əlif Şəfəqın 2006-cı ildə ingilis dilində qələmə aldığı “BabaPiç” yəni “Atabic” romanı çap edilər-edilməz bütün Türkiyədə böyük səs-küy yaratmışdı. Roman Türkiyə və Amerika arasında, biri türk o biri isə erməni əsilli iki ailədən və 90 illik bir zaman kəsimi içərisində baş verən türk-erməni münasibətlərindən bəhs edir. Əsərin qalmaqal yaratmasına əsas səbəb isə romanda türk-erməni münasibətlərinə hər iki cəbhədən baxılması olur. Hətta bu romana görə Əlif Şəfəq haqqında “Türklüyü təhqir etmə” iddiası ilə cinayət işi açılmışdır.

Bu kitabda Türk Millətinə və Osmanlı tarixinə qarşı ağzına gələni yazan Əlif Şəfəq məhkəməlik oldu.

İndi isə bu kitabdakı (“Atabic”) söyüşlə dolu bir  neçə cümləyə baxaq.

Bütün qohumlarını 1915-ci ildə qəssab türklərin əllərində itirmiş soyqırımzadə bir sülalənin nəvəsiyəm (səhifə 63)

Sən qalx gəl Orta Asiyadan bura, düz Anadolunun bağrına, sonra bir baxmısan ki, hər yerdə yayılıblar! Orada məskən salmış  milyonlarla erməniyə nə oldu bəs? Assimilyasiya edildilər! Əridim! Yetim buraxıldılar! Sürüldülər. Mal-mülklərindən oldular! (səhifə 65)

Sıravi türklərlə nə danışacaqsan, nə anladacaqsan? Təhsil görmüşü ya milliyyətçi, ya cahil (səhifə 130)

Azyaşlılardan sağ qalan olmamışdır, Çankayaya aparılanlar da öldürülmüş, çubuqlarla, balta saplarıyla döyülmüşdürlər. Bəziləri aclıqdan ölmüş, bəziləri də öldürülmüşdür. (Səhifə 170-171)

Türklər idi bunları 1915-ci ildə bunları ermənilərə edənlər (səhifə 172)

1909-cu ildə Adana qırğınlarından, ya da 1915-ci il köçündən sənə bir şey xatırlatdımı? Erməni soyqırımı deyə bir şey eşitmədinmi heç? (səhifə 185-186)

Torpağımızdan qovulduq, əşyalarımızdan olduq, heyvan rəftarı gördük, qoyun kimi oldular. Doğru-düzgün həssas bir ölüm belə əsirgəndi bizdən. (Səhifə 192)

İnsan buraxmırlar ortada. Silah axtarışı bəhanəsiylə ermənilərin evlərinə girib, sonra da onları öldürürdülər və s.

Bu kitabin iddia mövzusu olması Avropa Parlamentində danışıldı və dövrün xarici işlər naziri Abdullah Gül, Avropadan gələn təlimat üzrə Əlif Şəfəqi məhkəmədən qurtardı. 2007-ci ildə Abdullah Gül prezident olduqdan sonra Çankayadakı bir yeməyə Əlif Şəfəq da qonaq olaraq getmişdi.

Hətta Fətullah Gülən kimi bir insanın mənəvi oğlu olan Eyüp Can bütün Fətullahçılar gimi Amerikada təhsil aldı və Türkiyəyə dönərək “Zaman” və “Referans” qəzetində işləməyə başladı. Sonra da Eyüp Can 2005-ci ildə Almaniyanın Berlin şəhərində Əlif Şəfəqlə evlənib. Maraqlı olsun deyə Fətullah Gülən ismi və Əlif Şəfəq ismi bir arada – necə də maraqlı bir paradoks! Yəni bunlar hamısı oxucular və soydaşlarım üçün ən azından məlumat olsun!

Əziz soydaşlarım, əziz oxucular! Bununla bildirmək istərdim ki, bunun kimiləri bəzi mafiyalar tərəfindən dəstəklənir və təbliğ edilir. Gəlin hər əsən küləklə, rüzgarla əsməyək, bir azacıq da dirəniş göstərək. Yoxsa hər gələn küləklə, yellə sovrular, yox olarıq!

 

Şəfəq AZƏR

 

Olaylar.- 2013.- 13 noyabr.- S.11.