Xalq Bank- "Xalq Əmanəti" layihəsinin hədiyyəlik
nəşri
Mikayıl Müşfiq - Seçilmiş əsərləri. Bakı, 2013-cü il.
Nəhayət ki, Mikayıl Müşfüqin adına layiq, həm tərtibat, həm də məzmun baxımdan sanballı bir kitab işıq üzü gördü.
Xalq Bank “Xalq Əmanəti”
layihəsi çərçivəsində layiqli
bir nəşrlə
Mikayıl
Müşfiq poeziyasının, Mikayıl
Müşfiq sözünün,
Mikayıl Müşfiq əxlaqının pərəstişkarlarını
və tədqiqatçılarını sevindirdi: 105 il bundan əvvəl dunyaya göz açan şairin 596 səhifəlik əsərləri toplusu ədəbi
aləmə ayaq
açdı. Kitabın üstündəki Mikayıl Müşfiq-
“Seçilmiş əsərləri”
başlığı diqqəti cəlb edir;
seçilmiş əsərdirsə, deməli, bu,
çoxlu əsərlərin içindən seçilib.
Əgər Müşfiqin
hələ də çoxumuzun
adını eşitmədiyimiz, üzünü
görmədiyimiz əsərləri
varsa, əgər
kitabın üstündəki
“Seçilmiş əsərləri
“ adı şərti deyilsə,
Mikayıl Müşfiqin külliyyatını
görmək arzumuz təbiidir, bəyəniləndir.
Kitabın
üstündə şairin “Mən
belə dünyadan necə əl çəkim...” misrasını dedyi
vaxtdan
altı il əvvəl-1929-cu ildə
çəkdirdiyi foto şəkli verilmişdir. Bu, Mikayıl Müşfiqi dünyaya tanıdan , şəxsiyyətini təsdiq
edən şəkildir.
Başqa sözlə,
dünya
oxucuları rus şairi
A.S.Puşkini hansı şəkildən tanıyırlarsa , M.Ə.
İsmayılzadəni (Müşfiqi) də bu şəkildən
tanıyırlar.
Mikayıl Müşfiqi tanıdan şeir
pasportları çoxdur. Əlbəttə,
paspotu şeir olan şairlər
çoxdur. Elə şair var ki,
10-15 şeir
pasportu var.Onların bu
şeirlərlə lovğalanmağa,
yüksək qürur hissi
keçirməyə haqları var.Vaxtilə gürcüstanlı rus şairi Vladimir Vladimiroviç Mayakovski xarıcə səfərə yola düşərkən onun
sovet pasportunu diqqətlə araşdıran, təftiş
etməyə maraqlı olan dövlət
məmuruna şairin
yalançı ritorika ilə nəyinsə xatirinə dediyi sözlər
yada düşür:
Alın a ...(rusca bunu
başqa cür də
düşünmək olur-N.N.)
yana-yana qalın
a...
Mən sovet vətəndaşıyam...
Mikayıl Müşfiq sərhədi istənilən şeiri
ilə keçə bilərdi. O illərdə
onun əsas pasportu "Tar” idi. Mikayıl Müşfiq "Tar" şeirinin yazılma tarixi 1929-cu ildən başlayır. Bir sıra nəşrlərdə
"Tar"ın yazılma
tarixi 1932- 1934-cü illər
kimi göstərilir.Görünür,
M.Müşfiqin tarı
çöx
su ararmışdır.
Onun ”Həyat sevgisi“ şeiri də, rübai sayılan dördlükləri
də nəsillərin
əzbər
bildikləri əsərlərdəndir.
Qısası, Mikayıl
Müşfiq zəmanəsinin,
mühitinin sərhəd
tanımayan, bir ölkəyə sığmayan,
sığışmayan, daim qanadlanıb uçmaq eşqində olan şairi idi. Bəlkə də onun paxıllığını
çəkənlər yox
idi, ona həsəd aparanlar, həyatda da, həyatın bir maraqlı
və gərəkli əyləncəsi olan poeziyada ona oxşamağa
çalışanlar, əlləşənlər
daha çox idi. Mikayıldan əvvəl də Azərbaycan poeziyasının Müşfiqi olub: XIX əsr şairi şamaxılı
Müşfiq Xaksar.
Şamaxılı Müşfüqin adına və ünvanına ( Müşfiq
Xaksar ibn Məhəmməd , sakini şəhri-Şirvan
,məhleyi Qələbazar
) və şeirinə
“Ziyayi –Qafqasiyə” qəzetinin 1884-cü il aprelin 18-də çap olunmuş 7-ci nömrəsində rast gəlirik. Şairin 65 beytlik qəsidəsi "Ziyayi-Qafqasiyyə"
qəzetinin
naşiri
və
redaktoru Səid Ünsizadəni
onu gözləyən təzyiqlərdən,
dedi-qodudan qorumaq məqsədilə
yazılmışdır.
Kasıb həyat
tərzi keçirən
Müşfiq Xaksar (Həqir -N.N.) XIX əsrin Şamaxı
şairlərindəndir.Onun şeirlərinə "Kəşkül"də
də rast gəlirik. Şamaxılı
Müşfiq Mikayıl
Müşfiqin atası Mirzə Əbdülqədirin müasiri
olan söz ustalarındandır. Mikayılın təxəlüsünün də
bu müasirlikdən, bəlkə
də dostluqdan qaynaqlanmasını
düşünmək olar.
Hər halda bu məsələ öz əsaslı elmi təsdiqini tapandan sonra bu haqda ətraflı
söz açmaq daha çox
məsqədəuyğun olacaqdır.
Qayıdırıq yeni nəşrin-Mikayıl Müşfiqin
“Seçilmiş əsərləri”nin
təəssüratlarına.Kitabın redaktoru və tərtibçisi
şair və tərcümə ədəbiyyatı
sahəsində maraqlı
işləri ilə yadda qalan, oxucular
tərəfindən dəyərləndirilən Səlim
Babullaoğlu, məsləhətçisi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat muzeyinin direktoru, Milli Məclisin üzvü, AMEA-nın müxbür üzvü R.Hüseynovdur.
R.Hüseynovun
görkəmli şairə dərin və sonsuz məhəbbətlə
yazdığı, özünün
"Bağ
romanı“ adlandığı
50 səhifəlik esse kitaba ön söz əvəzində
yerləşdirilmişdir. “Esse” sözünə son vaxtlarda elmi ədəbiyyatda tez-tez fəsadüf olunur, onu ədəbi
janr kimi izah etməyə təşəbbüs
və həvəs göstərirlər. Bu da başadüşüləndir.
Esseni inşa ilə bərabərləşdirməyə də səhd edirlər. Olsun, hər halda
esse elmi leksikonumuza daxil olmaqdadır.Dunya ədəbiyyatında
fransız yazıçısı
Gi de Mopasananın esseləri bu janrın ən mükəmməıl nümunələri
kimi diqqəti cəlb edir. Esse mənsur şeir kimi də izah edilə
bilər.Bu cəhətdən
Azərbaycan
radiosunun
“Bulağ”ından , “Axşam görüşləri”
verilişindən gələn
söz melodiyaları yada düşür. R.Hüseynov
“Axşam
görüşləri” verilişində
onlarla söz və mədəniyyət
adamlarından
söz
aça-aça oxucu
və dinləyicilərə Məhsətini
tanıtdı, Hüseyn
Cavidi doğmalaşdırdı , Mikayıl Müşfiq fenomenini göstərə
bildi. Ön söz yerində verilən “ Bağ romanı” da bu məqsədə
xidmət edir.Bu roman əsmər bənizli gözəlin -Arifənin romanıdır. Bu, 30-cu illərin-qanlı -qadalı illərin tarixə dağ çəkən illərinin romanıdır.
Kitabın bədii
mətni 1926-cı ildən
nəğməyə dönən “Olkəm” beşliyi ilə başlayır. Bu,
18 yaşlı gəncin nəğməsidir.
Mikayıl Müşfiq
az yaşadı (1908-
1937), amma şərəfli
ömür yaşadı.“Küləklər”i yazdı:
Bəziniz qorxulu,
bəziniz qorxusuz,.
bəziniz duyğulu,bəziniz
duyğusuz,
Bəziniz uyğulu,
bəziniz uyğusuz,
Küləklər, küləklər,
Ey sərin küləklər,
Sizdə var
qoxusu,
hər yerin , küləklər.
M.Müşiq kosmopolit tay-tuşlarının bəyənmədiyi
tarı çaldı,
özü də necə çaldı...
Oxu,
tar,
oxu,tar!
Səsindən
ən lətif şeirlər dinləyim.
Oxu,tar,
bir qadar...
Nəğməni
su kimi alışan ruhuma çiləyim.
Oxu,
tar!
Səni kim
unudar?
Ey geniş
kütlənin şirini,
şərbəti,
Alovlu sənəti!..
M.Müşfiq hələ
1935-ci ildə
onu və bəşəri gözləyən
fəlakətin gəldiyini
bilirdi
, ürəyində bu
qara günlərə
ağlaya-ağlaya partlayırdı:
Ah mən gündən
-günə bu gözəlləşən
İşıqlı dünyadan
necə əl çəkim?
Bu yerlə
çarpışan,göylə əlləşən
dostdan,
aşinadan necə əl çəkim?
...Həyat dedikləri
bu kəşməkeşdən,
Qəlbimdə,qanımda
yanan atəşdən,
Gecədən,gündüzdən,aydan,
günəşdən,
Bu əngin
fəzadan necə əl çəkim?
M.Müşfiq ürəyinə
damanlar haqqında pıçıltı
ilə danışırdı,
dərdini kiminləsə bölüşmək
istəyirdi:
Mənim könlüm
deyir ki,
hələ bunlar nədir ki...
Böyük günlər,
şanlı günlər,
şən günlər,
yoluna düşən günlər
hələ qarşımızdadır!
Evli-eşikli Mikayıl
Müşfiq
evliliyinin 3-cü və ya 4-cü ilində əvvəlki illərin xatirələrini çözələyirdi:
Yenə o bağ
olaydı,yenə yığışaraq siz
O bağa
köçəydiniz.
Biz də muradımızca
fələkdən kam
alaydıq,
sizə qonşu
olaydıq.
Yenə o bağ
olaydı,səni tez-tez görəydim,
qələmə
söz verəydim.
Hər gün
bir yeni nəğmə,hər gün bir yeni
ilham...
yazaydım səhər,
axşam...
Arzuya bax,
sevgilim, tellərindən incəmi?
Söylə ürəyincəmi?
"Seçilmiş
əsərlər"də M.F.Axundzadənin Səbuhi" imzası ilə farsca "yazdığı
"Dər
vəfati -A.S.Puşkin"
("A.S.Puşkinin ölümünə"-N.N.)
qəsidəsinin
tərcüməsinin də daxil edilməsi bəyənilən
işlərdəndir.
Matəm qəsidəsi
kimi tanınan bu əsərin Azərbaycan dilinə bir neçə tərcüməsi var. C.Xəndan,B.Qasımzadə və
M.Soltanın tərcümələri
ilə müqayisədə
M,Müşfiqin tərcüməsi
tərcümə sənətkarlığına
görə daha önəmlidir: tərcümənin
qafiyəsi
qəsidədə olan
formadadır-aa,ba,da,ea...şəklindədir.
Yeni nəşrin ən çox xoşagələn məziyyətlərindən
biri də topluda
xronoloji ardıcıllıq
cədvəlinin verilməsidir.
Yeni nəşrə daxil edilmiş tərcümələr,epistolyar üsluba aid
olan məktublar da maraqla oxunur.
Nəşrin "Səni kim unudar" adlı 20 səhifəlik
"Son söz əvəzi"ni
S.Babullaoğlu
yazmışdır. Bu hissə maraqlı filoloji araşdırma kimi çöx
faydalıdır.
*****
... “Hər günü bir yeni nəğmə
olan” Mikayıl Müşfiq tələsirdi. O, sonet
də yazırdı,yarımşıq misralı şeir də (müstəzad da), həyatda ona göz ağardanlardan
çəkinərək, traktordan
da yazırdı, Tərtərhesdən də.
O, Şəngülə də....Şüngülə də,
Məngülə də söz qoşmuşdu...Bu da zamanın tələbi idi.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar
müəllimi,
Avropa Azərbaycan Məktəbinin
Azərbaycan dili və
ədəbiyyatı kafedrasının
müəllimi,
TQDK-nın eksperti...
09.11.2013.
P.S. və SOS.
Azərbaycan Respublikasında , səhv etmirəmsə,
5000-ə yaxın tam orta
təhsil müəssisəsi və onların da elə o qədər kitabxanası vardır. Yeni nəşrin 5000 nüsxəsinin
hamısı məktəb
kitabxanalarına verilsə,kimlərəsə
kitab çatmayacaq.
Olaylar.- 2013.- 13 noyabr.-
S.10.