“Diaspor təşkilatlarının
fəaliyyətlərinin gücləndirilməsində
gənclərin rolu
danılmazdır”
Xaricdə təhsil alan gənclərimizin öz enerjilərini vətənimiz üçün sərf etmələri, ölkə xaricində Azərbaycanla bağlı həqiqətlərin çatdırılması, Azərbaycan tarixi və mədəni dəyərlərinin təbliğ olunmasında bilavasitə mühüm rol oynayır. Bu işdə əlbəttə ki, xaricdə və Azərbaycanda fəaliyyət göstərən diaspor təşkilatlarının, tələbə və gənclərlə bağlı olan qeyri-hökümət təşkilatlarının müstəsna rolu vardır. Məhz bu tip təşkilatların olması xaricdə təhsil alan tələbələrimizin gücünün vahid mərkəzdən idarə olunaraq Azərbaycanın maraqlarına uyğun istifadə olunmasında mühüm əhəmiyyət kəsb edir. "Şərqi Avropada Təhsil Alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyi məhz bu tip təşkilatlardandır. Məqsədi Şərqi Avropada oxuyan tələbələri şəbəkələndirmə, ölkələr arasında münasibətləri genişləndirib, gücləndirilməsinə öz töhfəsini vermək olan təşkilat Azərbaycan tarixinin və mədəniyyətinin təbliği, tarixi həqiqətlərin Şərqi Avropaya çatdırılması, dövlət əhəmiyyətli müxtəlif tədbirlərin, forumların keçirilməsi istiqamətində də fəaliyyət göstərir.
“Şərqi Avropada Təhsil
Alan Azərbaycanlı Tələbələr və Məzunlar”
İctimai Birliyinin baş katibi Tural Hümbətov deyir ki,
mürəkkəb qlobal siyasi və iqtisadi proseslərin cərəyan
etdiyi müasir dünyada Azərbaycanın milli
maraqlarının qorunmasında diaspor təşkilatlarının
da üzərinə böyük vəzifələr
düşür: “Bu gün diaspor təşkilatlarının
fəaliyyətinin gücləndirilməsində gənclərin
rolu danılmazdır. Buna səbəb kimi diaspor təşkilatlarında
azərbaycanlı tələbələrin üstün
qüvvəyə çevrilmələridir. Möhtərəm
prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi
günümüzün tələbləri savadlı gəncliyimizin
olmasıdır. Yalnız bu halda Azərbaycanın uğurlu gələcəyi
təmin olunacaqdır. Bu işdə möhtərəm
prezidentimizin imzaladığı 2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xaricdə təhsil alması barədə
dövlət proqramı gənclərimizin dünyanın
öndə gedən universitetlərində təhsil
almaları üçün əlverişli şərait
yaratmış oldu”. Tural Hümbətovun sözlərinə
görə, təşkilat kimi fəaliyyət göstərmələri
dövlətin bu kimi təşkilatlara dayaq olmasıdır: “Təşkilatın
yarandığı gündən aktiv fəaliyyətə
başlaması artıq Şərqi Avropada yaşayan azərbaycanlı
gənclərin bir təşkilat ətrafında birləşməsi,
yumruğu bir nöqtəyə vurması baxımından əhəmiyyətli
rola malikdir. Dövlətimizin Azərbaycan gənclərinin
maarifləndirilməsi məqsədi ilə yeritdiyi aktiv siyasət
son dövrlərdə regionda azərbaycanlı tələbələrin
sayının artmasına səbəb olub. Bu baxımdan
regionda tələbələrin bir mərkəzdən ictimai fəaliyyətlərinin
əlaqələndirilməsi vacib olan fəaliyyət istiqamətlərdəndir.
Dövlətimizin artan qüdrəti, beynəlxalq nüfuzu
regionda Azərbaycana olan marağı artırır”. Təşkilat
rəsmisi deyir ki, beynəlxalq aləmdə Azərbaycanın
dəstəklənməsi yönündə sözü gedən
gənc intelektual kapitalın rolu danılmazdır: “Bu
kapitalın düzgün istiqamətləndirilməsi, qiymətləndirilməsi
və idarə olunması ölkəmizin başlıca
konsepsiyalarindandır. Bu prizmadan çıxış edərək
biz “Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr
və Məzunlar” İctimai Birliyini təsis etmişik və
Ulu Öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir”
kəlamına sadiq qalaraq ölkəmizin gələcəyi
naminə Şərqi Avropada təhsil alan gənclərin daha
sıx ictimai fəaliyyətə cəlb edilməsində
maraqlıyıq. Müxtəlif elmi konfranslarda, tədbirlərdə
azərbaycanlı gənclərin iştirakının
artırılması, elmin müxtəlif sahələri
üzrə gənclərimizin səmərəli müzakirələrinin
təşkil edilməsi, əldə etdikləri yeni bilik və
bacarıqların həmkarları arasında
bölüşdürülməsi, yeni elmi texnologiyaların
ölkəmizdə tətbiqi istiqamətində səmərəli
addımların atılması əsas hədəflərimizdəndir.
Biz gənclərin ən ümdə vəzifəsi ölkəmiz
- Azərbaycanın dünyada tanıdılması
yönündə əlimizdən gələnin ən
yaxşısını etməkdir. Hamımız azərbaycanlıyıq.
Biz gənclər Azərbaycan gələcəyi naminə fəaliyyət
göstəririk. Öz fikirlərimizi həmkarlarımızla
bölüşürük, onların fikirlərini
paylaşırıq, qarşıya qoyulan hər hansı bir
işin həyata keçirilməsi üçün birgə
fəaliyyət göstəririk. Biz Azərbaycanın təbliği
işində bir-birimizlə yarışmırıq, əksinə
bu işdə bir-birimizə yardım edirik. Onsuz da beynəlxalq
aləmdə bizə maneə olan, bizi istəməyən
qüvvələr də var. Bizim işimiz 100 metrlik
qaçış yarışı deyil ki, tək
başımıza qarşıya qoyduğumuz məqsədə
çataq və işimiz bununla bitsin. Bizim yolumuz uzundur və
bu yarışda bayrağı biraz biz, bir az həmkarlarımız,
yəni hər kəs fəaliyyət göstərməklə
daşıyırıq və daşıyacağıq. Fərq
sadəcə formadadır, məzmun isə eynidir – Azərbaycan
gənclərinin ictimai fəaliyyətinin əlaqələndirilməsi,
Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılması, Azərbaycan tarixi və mədəniyyətinin
təbliği. Bizim məqsədimiz qarşıda qoyduğumuz
vəzifələrin layiqincə yerinə yetirilməsidir. Bu
işdə möhtərəm prezidentimiz İlham Əliyev
başda olmaqla dövlətimizin dəstəyi sözsüz
ki, bizlərə qarşıya
qoyduğumuz məqsədlərə çatmağa bilavasitə
yardımçı olur”. “Şərqi Avropada Təhsil Alan Azərbaycanlı
Tələbələr və Məzunlar” İctimai Birliyinin
baş katibi Tural Hümbətov deyir ki, bu gün Azərbaycan yüksələn
xətlə inkişaf edir və bu danılmaz fakt olaraq
qalmaqdadır: “Dünya dövlətlərinin Azərbaycana
olan rəğbətinin artmasına və bir çox dövlətlərin
Azərbaycanın ərazi bütövlüyünü
tanımasına baxmayaraq ikili standartlardan
çıxış etməkdə davam edirlər. Bunun bariz
nümunəsi kimi bir müddət əvvəl şahidi
olduğumuz moldovalı ombudsman Aureliya Qriqoriu və onun ətrafında
cərəyan edən hadisələri göstərə bilərik.
Moldovalı ombudsmanın Ermənistan parlamentində
Qarabağda baş vermiş hadisələrdə erməni vəhşilikləri
ilə bağlı məlum çıxışından sonra
ona göstərilən təzyiqlər və hədələrə
baxmayaraq Aureliya Qriqoriunun da dediyi kimi “Həqiqətə
görə üzr istəmədi”. Ermənistanın onun
hüquq və azadlıqlarını pozduğuna baxmayaraq
Moldova dövləti öz ombudsmanının müdafiəsinə
qalxmadı. Əksinə olaraq Moldova parlamentində
ombudsmanın səlahiyyət müddətinin oktyabrda başa
çatmasına baxmayaraq artıq indidən onun səlahiyyətlərini
düzgün yerinə yetirməməsinə görə
uzaqlaşdırılması tələbi ilə
çıxış edənlər oldu. Bu məsələnin
pik nöqtəsi isə Moldova Konstitusiya Məhkəməsinin
üzvü Viktor Popanın Moldova parlamenti adından üzr istəməsi
və bunun ermənilər tərəfindən əldə
bayraq edilməsi oldu. Sözsüz ki, Moldova dövləti Azərbaycanla
münasibətlərini qarşılıqlı əməkdaşlıq
istiqamətində qurmaqdadır Lakin baş vermiş bu
insidentdə dövlətin susma mövqeyində durması onun
öz ombudsmanına, öz vətəndaşına
qarşı mövqeyinin açıq göstəricisidir. Belə
məsələlərin təkrarlanmasının artıq bir
neçə dəfə şahidi olmuşuq hər dəfə
bunun izahı güclü erməni diasporu və bu kimi bəhanələrlə
izah edilməkdədir”. Onun sözlərinə görə, bu
gün Azərbaycan həqiqətlərinin beynəlxalq arenada
hətta məhz İrəvan parlamentindən belə
çatdırılması Azərbaycanın
apardığı siyasətin nəticəsidir: “Sözsüz
ki, aparılan siyasətin bir parçası olaraq Azərbayan
gənclərinin yaşadığı ölkələrdə
Azərbaycan həqiqətlərinin bu ölkənin vətəndaşlarına
çatdırılması yönündə
gördüyü işlər də böyük əhəmiyyət
kəsb etməkdədir. Muasir dövrümüzdə ikili
standartlardan çıxış edən dövlətlərdə
gənclərin Azərbaycan həqiqətlərinin
çatdırılması yönündə
gördüyü işlər sözsüz ki, bu yöndə
həmin dövlətlərin ikili standartlardan
çıxış edərək həyata keçirtdikləri
fəaliyyətlərinin aradan qaldırılmasına yönəlmişdir.
Bu işlərin nəticəsi kimi Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə məhz bu ölkələrin
nümayəndələri tərəfindən
çatdırılması Azərbaycanın haqq işinin məntiqi
nəticəsi kimi qiymətləndirilməlidir. Tural Hümbətov
təmsil etdiyi təşkilatın fəaliyyət müddətində
keçirdiyi layihələr və qarşıdakı hədəflər
barədə də məlumat verib: “Layihələrimiz həddindən
çox olduğuna görə ən möhtəşəm
layihələr haqqında məlumat vermək istərdim.
Bunların arasında Bakıda keçən il, Şərqi
Avropa ölkələrindən məzun olmuş tələbələr
üçün karyera mərkəzinin açılması,
Ukraynanın paytaxtı Kiev şəhərində 26 fevral
Xocalı soyqırımı günü şəhərin
İcra hakimiyyətindən rəsmi icazəsi olmaqla
böyük miqyaslı fleşmobun keçirilməsini qeyd etməyə
bilmərəm. Ukraynada yaşayan İrəli gənclər təşkilatının
fəalı, indi Ukrayna elminin tanınmış simalarından
olan fəlsəfə dotoru Azər Əliyevin bu layihədə
göstərdiyi fədakarlığı o zaman tələbələrimizi
heyrətə gətirmişdir. Minsk şəhərində gənc
fəalların vahid şəkildə fəaliyyət göstərməsi
erməni lobbisini o qədər
qıcıqlandırmışdı ki, ordakı daşnaklar əlindən
gələni edərək gənc istedad Orxan Muxtarlını
təhsil aldığı universitetdən ixrac olunmasına
nail olmuşdurlar. Nəticədə Orxanın istedadı və
bizim səylərimizlə Orxan daha üstün universitet tərəfindən
təhsil almağa dəvət olundu. Keçən il
Bakıda bir Malayziya, Belarus, Ukrayna, Kıprps Türk Cumhuriyyəti
və Serbyadan bir sıra mütəfəkkirlər, rektorlar və
gənc fəalların qatıldığı elmi seminar məncə
ən uğurlu nailiyyətlərimizdəndir. Gələcək
planlarımıza gəlincə isə planlarımız
çoxdur: “Şəxsən mənim fikrim budur ki, nə
ediriksə edək əsas həmmişə pozitiv olmaqdır.
Qarşıda bir sıra beynalxalq təşkilatlarla birlikdə
edəcəyimiz layihələr durur.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olayalr.- 2013.- 14 noyabr.- S.15.