Günümüzün Nizamisi

 

Sözü qulağım eşidəndən, ağlım kəsəndən tanımışam xalq şairi Nəriman Həsənzadəni. Valideynlərimin stolüstü kitabı olanZümrüd quşu” poemasından:

Uçmaq istəyirdi Zümrüd quşuydu,

Dünyanı su basdı, adada qaldı.

-misralarını eşitdiyim zaman hələ nə şeirin, nə də şairinolduğunu bilmir, dərk etmirdim. Atamdan “N.Həsənzadə bizim ailənin şairidir” sözlərini eşidəndə elə bilirdim ki, hər şair bir ailəyə məxsusdur. Yalnız orta məktəb illərində şairin şeirləri ilə tanış olandan sonra, N.Həsənzadə poeziyasının şirin, ürəyə yatan misraları qəlbimə hakim kəsiləndən sonra anladım ki, o təkcə bizim ailənin deyil, bütün Azərbaycan xalqının sevimli şairidir. Sonralar şairin daha bir neçə poeması ilə tanış oldum. Bu poemaların biri Türk dünyasının böyük alimi, böyük siyasi xadim H.Əliyevin “Çox böyük professor” adlandırdığı Nizami Cəfərov haqqında yazdığı “Nizami” poemasıdır.

N.Həsənzadə tariximizin çeşidli dövrlərinə aid bir sıra tarixi poemaların müəllifidir. Bu gün tam əsasla demək olar ki, Azərbaycan tarixini N.Həsənzadə qədər yazan, işıqlandıran, sadə şeir dilində xalqa çatdıran ikinci bir şair yoxdur. “Nizami” poeması da müəyyən bir tarixi poemadır. Kiçik həcmli bir poemada nə qədər tarixi bilgilər almaq mümkündür. Tariximizin müxtəlif dövrlərinə aid müxtəlif bilgilər verən şair təəssüflə qeyd edir ki,

Tarix bizim olubdur,

Tarix yazan özgələr.

Nizamipoemasında şair tək Nizami Cəfərov haqqında yazmaqla kifayətlənmir. Poemada vahid bir süjet xətti yoxdur. Yəni burada konkret olaraq nəyinsə, kiminsə haqqında yazılmır. Əsərdə bir Güney həsrəti, bir Qarabağ nisgili, bir Vətən, bir millət sevgisi bir əlifbanın bir neçə dəfə dəyişdirilməsi, bir sözlə xalqımız üçün bu gün ağrılı olan problemlər ürək ağrısı ilə təsvir olunur. Lakin şair nədən yazırsa-yazsın bu dərdlər bu gün ata-babalarının taleyinə bir qaçqınlıq qisməti düşmüş Nizami Cəfərovun yaşadığı, dərdlər, problemlərdi. Çünki şair Nizamini çox yaxından tanıyır. Quşa türk dilini öyrədən”, “Qolu hər çalınan havaya qalxmayanbu görkəmli alimin ağrı-acılarını hamıdan yaxşı bilir.

N.Həsənzadə yaradıcılığına xas olan bir gözəl özəllik var ki, o da şairin doğma elinə, Poyluya bağlılığıdır. Digər əsərlərində olduğu kimi bu poemasında da o, öz gələnəyinə sadiq qalmış, Poylu kəndinin gözəl mənzərəsini, poyluların Roma sərkərdəsi Pompeyə qarşı qəhrəmanlıq mübarizəsindən iftixarla bəhs edir.

Məlum olduğu kimi şairin yaşamının müəyyən hissəsiƏdəbiyyatqəzeti ilə bağlı olmuşdur. Məhz burada işlərkən haqsız danlaqlara, tənələrə məruz qalan şair kommunist rejimi dövrünə xas olan haqsızlığı, “Qanmazın qanana hökm eləməsi”nihəyatın daimi bir faciəsihesab edir. Bəzənilhamsız kəslərdən macal istəyənvaxtları da olur. Zənnimcə poemadakı ictimai motivli fikirlər zamandan, bir çox insanların dönüklüyündən şikayət məhz bu dövrün məhsuludur.

N.Həsənzadə xalqımızın ağrı-acılarını, sevincinə ürəkdən şərik olan, onları şeirlərində yaşadan şairlərimizdəndir. XX yüzilin başlarında əlifbamızın iki dəfə

dəyişdirilməsini, xalqımızın öz mədəni irsindən ayrı salınmasını şair ürək ağrısı ilə qeyd edir:

Məhəl qoymadılar göz yaşımıza,

düşündük, daşındıq hər çalar üçün.

Əski”ni-

köçürdük başdaşımıza,

Kiril”i-

qırmızı parçalar üstə.

əlifbanın dəyişdirilməsi, digər basqılar xalqımızı ona böyük yaradan tərəfindən verilmiş istedaddan məhrum edə bilməz. Tarixin bütün dövrlərində xalqımızı dünyada tanıdan şairlərimiz, alimlərimiz vardır. Şairin öz sözləri ilə desək,

Əski”də-Füzuli,

Latın”da-Cavad,

Kiril”də-Vurğunu yaratdı millət.

Həcmcə kiçik olan bu poemada şair həm özünü, həm Nizami müəllimi bu gün narahat edən ağrıları ustalıqla verir. Vətəninin hər bir problemi onu ciddi narahat edir. Əhalisinin yarısından çox Azərbaycan türkləri olan İran bu gün ikibaşlı siyasət yeridir, Xəzər dənizinin statusunun müəyyənləşdirilməsini uzadır. OnlarıƏhrimənadlandıran müəllif özlərini sözdə müsəlman adlandıran fars siyasətinin üzünü belə açıb göstərir.

Minbərə qalxanda fars

Əli- deyir,

Minbərdən düşəndə

Vazgenə-qardaş.

Poemada şair N.Cəfərovun xarakterini tam aydınlığı ilə açıb göstərir. Nizami müəllim mehriban, üzügülər, sadə, nikbindir. Bu mehribanlıq, bu səmimiyyət, bu sadəlik böyük alimə şair demişkən;

Bir gülüşünə-bu yaz yağışı,

Əmin deyirdi ki, atandan keçib.

Nizami Cəfərov elmin yeni-yeni zirvələrini fəth etdikcə daha da sadələşir. Bu tamamilə təbiidir. Çünki, “Ağac bar gətirəndə başını aşağı dikər”-demiş atalarımız. Bu gün onun yetərli qədər elmi fəxri adları vardır. O, böyük ideoloqdur, xalqımızın, ümumən türk dünyasının milli sərvətidir.

Lakin onu da qeyd edim ki, Nizami Cəfərov bir insan kimi sadə olduğu qədər bir alim kimi onu öyrənmək olduqca çətindir. Nəinki N.Cəfərovun əsərlərini, hətta onun haqqında yazılmış əsərləri belə öyrənməkdə çətinlik çəkirəm. bir qeyd edim ki, Nizami müəllim haqqında yazmaq da çox çətindir, çünki hər şey yazılıb. Tam əsasla demək mümkündür ki, bu gün Azərbaycanda ədəbiyyat sahəsində ən böyük fenomen yaddaşa malik iki şəxsiyyət var. Zəlimxan Yaqub Nizami Cəfərov. mənim taleyim elə gətirib ki, hər iki şəxsiyyəti istədiyim zaman ziyarət etmək səlahiyyətim var. Bəli Nizami müəllim doğrudan da fenomen yaddaş sahibidir. Fikrimcə o, istədiyi xarici dili qısa zamanda öyrənə bilər.

Nəriman Həsənzadədə əsil insanlara xas olan bir gözəl xüsusiyyət vardır. Dar gündə ona kömək əlini uzadan insanları şeirlərində vəsf etmək. Şair istər özünün,

istərsə Nizami Cəfərovun fəaliyyətində böyük rol oynamış H.Əliyevi unutmur;

O, əsil ədalət tərəfdarıydı.

-deyir.

Əsərdə doğma torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsi, dünya dövlətlərinin xalqımızın haqq çağrışlarına məhəl qoymamaları da təsvir olunur.

İndi bu dünyanın kardı qulağı,

QARABAĞ deyəndə, eşidə bilmir.

Lakin şairin hər əsərində olduğu kimiNizamipoemasında da bir nikbinlik, xoşbət gələcəyə, torpaqlarımızın tez-gec azad olunmasına inam vardır.

Vedili Vediyə dönəcək bir gün

Şair Nizami Cəfərovun gələcəyinə böyük ümid bəsləyir, daha böyük uğurlar qazanmasına inanır. O, Nizami müəllimə o qədər qəlbən bağlıdır ki, hətta onu yuxuda görür. Görür ki,

Günəşin şüası axır sel kimi.

Bildiyimiz kimi günəş ulduzlar bir fövqalədə hadisə baş verəndə axışır. Bu yuxu isə N.Həsənzadəyə alimin böyük gələcəyindən xəbər verir. Bu nikbinlik şairin misralarından görünür.

Şair Nizamimiz yaşayır oğlum,

Yaşasın tənqidçi Nizamimiz .

 

Yeqzar Cəfərli

 

Olaylar.- 2013.- 14 noyabr.- S.12.