Bolqarıstanda diaspor təşkilatları
Avropa məkanında Azərbaycan
diaspor təşkilatlarının fəaliyyət
göstərdiyi ölkələrdən biri
də Bolqarıstandır. Almaniya kimi bu ölkədə
türklərin çox olmasına baxmayaraq Azərbaycan diasporu
o qədər də aktiv
deyil. Bu ölkədə yalnız məhdud sayda Azərbaycan diasporu fəsaliyyət
göstərir ki, onların da kifayət qədər aktivliyi
müşahidə edilmir.
Ümumiyyətlə, bu ölkədə
yaşayan soydaşlarımızın tərkibinə və
onların bolqar cəmiyyətindəki mövqeyinə nzərə
salsaq görərik ki, Bolqarıstan azərbaycanlıları
bu ölkədə yaşayan etnik qruplardan biridir. Azərbaycanlılar bir
qayda olaraq rəsmi
siyahıyaalınma zamanı sadəcə türk
olaraq qeydə alınır və
Türkiyə türklərinin tərkibində
hesablanırlar. Bolqarıstanda yaşayan həmvətənlərimizin dilləri
Azərbaycan dilinin Qars
ləhçəsi olsa da,
təhsillərini bolqar və Türkiyə
türkcəsində alırlar. Bu ölkədəki
azərbaycanlıların müəyyən bir
hissəsi şiə qızılbaşdırlar. Dünya Azərbaycanlıları Konqresinin-DAK-bütün dünyada
yaşayan azərbaycanlıların
sayına dair 2006-cı ildə
yayınladığı məlumatlara əsasən isə,
Bolqarıstanda 65,000 nəfər etnik azərbaycanlı
yaşamaqdadır.
2001-ci ildə
aparılmış rəsmi əhali
siyahıyaalınmasına əsasən Bolqarıstan
Respublikasının ümumi əhalisi 7 milyon 928 min 901 nəfər
təşkil edib. Onlardan:
dini inancına əsasən müsəlmanların
ümumi sayı 966,978 nəfərdir.
Bolqarıstanda yaşayan müsəlmanların
913,957 nəfəri sünni, 53,021 nəfəri isə
qızılbaş-şiədir. Bu ölkədə
öz milliyyətini türk
olaraq qeyd edənlərin
sayı 746,664 nəfər təşkil edir
ki, onlardan:
Ana dilini türkcə olaraq qeyd edənlərin ümumi sayı isə 720,136 nəfərdir. Bu sırada bolqarca olaraq qeyd edənlərin ümumi sayı 26,147 nəfərə
çatıb.
2001-2011-ci illər
arası yəni son iki
siyahıyaalınma tarixləri arası zaman
intervalında 131,539 nəfər Bolqarıstan sakini
daimi yaşamaq üçün ölkəni tərk edərək
digər ölkələrə köç
etmişdir.
Bolqarıstanda Azərbaycan
diaspor təşkilatları-Azərbaycan
Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
məlumatlarında da qeyd
olunur ki,
Bolqarıstanda azərbaycanlılara aid diaspora təşkilatlarının sayı məhduddur.
Diasporla İş
üzrə Dövlət Koimitəsinin rəsmi internet saytında Bolqarıstanda yalnız 3 diaspor təşkilatının fəaliyyət
göstərdiyi əksini tapır. Burada
maraqlı məqamlardan biri isə ondan ibarətdir ki, bu ölkədəki 3 diaspor
təşkilatının hər üçü
eyni adla-Bolqarıstan Azərbaycan Dostluq Cəmiyyəti adı altında fəaliyyət
göstərir. Bir neçə təşkilatın
eyni ad altında fəaliyyət
göstərməsinin nə dərəcədə doğru olub-olmadığını isə yəqin
ki, bu sahəyə cavabdeh olan müvafiq qurumlar daha yaxşı bilər.
Bolqarıstan-Azərbaycan
Dostluq Cəmiyyəti-2003-cü ildə
yaradılıb. Cəmiyyət əsasən ölkənin Blaqoevqrad şəhərində fəaliyyət
göstərir. Balaqardaş Sultanovun sədrlik etdiyi təşkilatın
əsas məqsəd və vəzifəsi Azərbaycanla
Bolqarıstan arasında dostluq əlaqələrinin
inkişaf etdirilməsidir. Fəaliyyət
göstərdiyi 10 il ərzində cəmiyyət
sözügedən.istiqamətdə bir
sıra uğurlu addımılar atıb.
Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyəti
Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi və
Xocalı soyqırımının dünya
ictimaiyyətinə çatdırılması prosesində də
fəal iştirak edir.
Bolqarıstan-Azərbaycan
Dostluq Cəmiyyəti-2004-cü ildə Bloqoevqrad şəhərində təsis edilib. Cəmiyyət sözügedən şəhərdə
yerləşən Amerika Universitetində
təhsil alan azərbaycanlı tələbələr
tərəfindən yaradılıb. Təşkilatın daimi sədri olmur. Hər üç aydan bir qurumun toplantısı keçirilir və cəmiyyətə yeni sədr seçilir.
Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyəti
əsasən bolqar tələbələrlə
azərbaycanlı tələbələr arasında münasibətlərin
inkişaf etdirilməsi, hər iki ölkənin təhsil ocaqları
arasında əlaqələrin qurulması istiqamətində
çalışır. Bundan başqa cəmiyyət mütəmadi olaraq Bloqoevqrad şəhərindəki
Amerika Universitetində Azərbaycanla
bağlı tədbirlər təşkil edir,
ölkəmizin həqiqətlərini həmin təhsil
ocağında oxuyan xarici
ölkələrin gənclərinə çatdırır.
Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinə
təkcə bu ölkədə təhsil alan azərbaycanlı tələbələr deyil, eləcə də bolqar
gənclər də üzvdürlər.
Bolqarıstan-Azərbaycan
Dostluq Cəmiyyəti- 2005-ci il, iyul ayının 5-də Bolqarıstanın
paytaxtı Sofiya şəhərində
Bolqarıstan-Azərbaycan dostluq cəmiyyəti
yaradılıb. Bolqarıstan-Azərbaycan Dostluq
Cəmiyyəti də Bakı ilə Sofiya
arasında dostluq münasibətlərinin
inkişaf etdirilməsinə öz töhfəsini vermək üçün
təsis edilib. Cəmiyyət Azərbaycan
tarixində olan əlamətdar günlər,
eləcə də 20 Yanvar, Xocalı
soyqırımı kimi tarixləri hər
il qeyd edir.
Müsbət dəyərləndirilməli olan
məqamlardan biri ondan
ibarətdir ki, Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinə sədrliyi əslən
Bolqarıstandan olan N. Petev
edir. Həmçinin
Bolqarıstanın Yazıçılar Birliyinin
sədri vəzifəsini cira edən N.Petev iki ölkənin şair və yazıçıları
arasında əlaqələrin inkişaf
etdirilməsinə də maraq göstərir.
Fəaliyyət göstərdiyi 8 il ərzində
Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyəti
bu ölkənin bir
sıra rəsmi və qeyri-rəsmi qurumları ilə də normal əməkdaşlıq mühiti
yaradılıb. Məhz yaradılmış
qarşılıqlı münasibətlər Azərbaycanın
Bolqarıstanda daha yaxından
tanınmasına yardımçı olub.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2013.- 16-18 noyabr.- S.15.