Qloballaşan dünyada diaspor fəaliyyəti
Bu gün
“Azərbaycan diasporu” dedikdə tarixi Vətəndən kənarda məskunlaşmış həmvətənlərimiz nəzərdə
tutulur. “Xaricdə yaşayan
azərbaycanlılar” anlayışının təfsiri isə
“Xaricdə yaşayan azərbaycanlılarla
bağlı dövlət siyasəti haqqında” Azərbaycan
Respublikasının Qanununda öz əksini tapıb. Həmin
qanuna əsasən bu
anlayış Azərbaycan Respublikasının
hüdudlarından kənarda yaşayan Azərbaycan
Respublikasının vətəndaşlarına və
onların övladlarına, əvvəllər Azərbaycan SSRİ-nin və ya Azərbaycan
Respublikasının vətəndaşları olmuş,
lakin
hazırda xarici dövlətlərdə
məskunlaşan şəxslərə və onların
övladlarına, bu kateqoriyaya
aid olmayan, lakin etnik, dil,
mədəniyyət və ya tarixi əlaqələr baxımından özünü Azərbaycana bağlı və
ya azərbaycanlı hesab
edənlərə aid edilir.
Diaspora anlayışına görə
İranda (Cənubi Azərbaycanda), Gürcüstandan
(Borçalıda), Rusiyanın Dərbənd bölgəsində
yəni öz tarixi ata-baba yurdlarında yaşayan Azərbaycanlılar
diaspora hesab oluna bilməzlər.
Amma bu ərazilərdən
yəni tarixi ata-baba
yurdlarını tərk edərək dünyanın müxtəlif
bölgələrində yaşayan azərbaycanlılar
da Azərbaycan diasporunun
tərkib hissəsinə daxildir. “Diaspor və Lobbi”
Elmi Araşdırmalar Mərkəzinin rəhbəri
Zaur Əliyev deyir ki, Sovetlərin işğalından sonra Azərbaycan burjuaziyasının nümayəndələri,
elm adamları, sənətkarları,
ziyalıları Qərbi Avropada, Amerikada və Türkiyədə
sığınacaq tapıblar: “Sovetlərin,
qırmızı imperiyanın millətimizə qarşı
apardığı qanlı siyasət nəticəsində
1937-38-ci illərdə minlərlə düşünən
beyinlərimiz güllələnib və Orta
Asiyaya, Sibirə sürgün
olunublar. İkinci Dünya Müharibəsi vaxtı əsir
düşən həmvətənlərimiz də Stalinin qorxusundan müharibədən
sonra geri dönməyib,
Avropada, Türkiyədə, Birləşmiş
Ştatlarda məskunlaşıblar. SSRİ-nin süqutundan sonra isə yenə də millətin
başına gətirilən müsibətlər nəticəsində
minlərlə həmvətənlərimiz, Türkiyəyə,
Avropaya, Amerikaya
mühacirət ediblər. Eləcə də İranda
baş verən tarixi
hadisələr zamanı da milyondan artıq azərbaycan türkləri
Birləşmiş Ştatlar və Avropaya səpələniblər”. Mərkəz rəhbərinin sözlərinə
görə, milli müstəqilliyin
gerçəkləşməsi öz
növbəsində başlıca ideoloji siyasi, mənəvi və psixoloji
dəyərlərə, eləcə də elmin
humanitar sahələrinə yeni bucaqdan
baxışı zərurətə çevirdi
və bunun əhəmiyyətli nəticələrindən
biri kimi sovetlərə
qarşı əks qütbdə dayanan diaspor mövzusunu gündəmə
gətirdi: “Dünya siyasətində
inteqrasiya proseslərinin surətləndiyi
bir vaxtda diaspor problemini çəkisini
xususilə artırdı. Müasir formada ortaya çıxan bütün yeniliklər, o
cümlədən diasporlarım fəaliyyəti dünyada gedən qloballaşma
prosesində sivilzasiyalararası dialoqun
dinamikasına öz dəstəyini
göstərir”. Zaur Əliyev deyir ki, tarixin
gedişatında kainat və bəşəriyyət
inkişaf etdikcə onun
mədəni prosesləri, hadisələri, predmetləri dəyişir,
yeniləşir və dayanmadan təkamül
edir: “Dövrlərin və ictimai formasiyaların bir-birini
əvəz etməsi, dövlət idarəcilik üsulları
yeniləşməsi ilə sosial – siyasi, iqtisadi – mədəni
sferalarda yeni tələblər
meydana çıxması ilə beynəlxalq
münasibətlər sistemində yeni metodlar yaranmağa
başladı. Dünyada baş
verən qlabalizasiya, xalqlar
arasında gedən elm, texnika və incəsənət mübadiləsi
ümumdünya mədəni əlaqələrinə
töfhə verir və bu
oyunda iştirakçının dünyəvi
inkişafına zəmin yaradır. Qlobusdan
ayrılan, sivilzasiyalararası dialoqda, mədəniyyətlərarası
əməkdaşlıqda iştirak etməyən,
“dünya içində özünə başqa dünya quran” dövlətlər tənəzzülə
məhkum olurlar. Müasiri
olduğumuz yeni dünya mənzərəsində,
demokratiyanın transformasiya etdiyi kapitalizm sistemində
insan resursunun ön plana keçməsi,
modern tələblərin meydana
gəlməsini əsas tələb kimi ortaya qoydu. Zamanın
tələbinə uyğun olaraq cəmiyyətdə coğrafi
məkanın, etnik mənşənin, dini mənsubiyyətin, ümumi-siyasi
dünyagörüşün fərqi
qabarıq şəkildə görünməyə
başladı. Belə demək mümkünsə, yer kürəsi öz spektrinda fırlandıqca, demos
hakimiyyətinin dalğalarının təsir
imkanları artdıqca, cəmiyyətin həyat tərzi dəyişir,
yeni beynəlmiləl metodlar
ortaya çıxır. Bildiyimiz kimi “diaspor” yunan sözüdür, mənası
“səpələnmə” deməkdir. Diaspor
– vətəndən qıraqda yaşayan mənasını
verir. Buraya həm hökmdar, həm də adi
bəşər övladı daxildir.
Çoxlarına görə diaspor təkcə
vətəni düşünən, varlığını onun yolunda verənlərə
aiddir. Sadəcə bu
lobbidir. Lakin hamı əqidəsindən
, düşüncəsindən, adından asılı olmayaraq vətən dərdi, xiffəti çəkən
xalqını, yurdunu dünyaya
tanıtmaq istəyənlərdir.
“Diaspor” termini ilk dəfə İncilin yunan dilinə tərcümə olunan variantı “Septuaqainte”-də
insanların, etnik qrupların səpələnməsi
– təxminən indiki diaspor
anlayışında işlədilib”.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2013.- 16-18 noyabr.-
S.15.