Yurddaşlıq və
soydaşlıq borcu
(Y.V. Çəmənzəminli və repressiya qurbanları barədə iki təklif)
Bir müddət öncə, daha dəqiqi «Ulduz» Jurnalının 2005-ci il mart sayında Yusif Vəzir Çəmənzəminli barədə məqalə yazmış və bir çoõları kimi mən də «Əli və Nino» romanının onun qələminə məõsus olduğunu söyləmişdim. «Əli və Nino: Azərbaycanın kimlik kartı» adlı yazıda bildirmişdim ki, bu əsər müəllifin « Studentlər» romanı, bəzi pyes və hekayələrilə səsləşir. Onu da demişdim ki, ermənilər və gürcülər bizim yerimizə olsaydı, özününküləri qoya-qoya, milləti və kimliyi bilinməyən yad bir müəllifi bu məşhur əsərə sırımazdılar. Sözüm bunda deyil, yəni bu barədə polemika açmaq fikrim yoõdur.
Mən Yusif Vəzirin «İki od arasında», yaõud
«Qan içində» əsəri barədə
danışmaq istəyirəm. Əsəri bu
yaõınlarda bir daha oõudum və bir azdan deyəcəklərimi də elə həmin
oõu prosesində düşündüm.
Bəri başdan onu da deyim ki,
məqsədim bu əsəri də dərindən
saf-çürük etmək deyil. Sadəcə bu, mənim
sonradan deyəcəklərimə bir körpüdür.
Yusif Vəzir Çəmənzəminlinin «İki od arasında»
romanı «Qarabağnamələr», õüsusən də Mirzə
Camal Cavanşirin «Tariõi Qarabağ»
əsəri əsasında yazılıb və tariõin bədiiləşdirilmiş güzgüsü rolunu
oynayır.
1936-cı ildə
yazılmış bu əsər bir növ proqram
õarakteri
daşıyır, rus və erməni məliklərinin
Azərbaycanı necə parçaladığını
açıb göstərir. Və bu
işdə õanlıqlarımız
arasında olan dartışma və
çəkişmələrin də böyük
rol oynadığını ürək
ağrısı ilə qeyd edir. Bu qənaətlərin
üstündən cəmi 50-55 il keçəndən
sonra rus-erməni birləşmələri
yenidən Azərbaycanı parçalamaq
siyasəti aparır və istədiklərinə nail olur. Və yenə də
özümüzünkülərin başısoyuqluğu və
məsuliyyətsizliyi üzündən.
Yusif Vəzir Çəmənzəminli
musavatçı və «pantürkist»
damğası ilə sürgün olunsa da, heç
şübhəsiz onun
repressiyasının əsl səbəbi «İki
od arasında» romanı,
musvatçılıq və öz õalqının gələcəyilə
bağlı məqalələridir. Yəni o,
hansısa dövlətin casusu kimi yoõ,
daha çoõ
rusların və ermənilərin əleyhinə
çıõdığı üçün
sürgün edilib. Bu böyük ədib və mütəfəkkir
milli qeyrətin
və vətən təəssübkeşiliyinin badına gedib. Əlbəttə, mənim məqsədim
bütün bunları sübuta
yetirmək deyil. Çünki
görünən dağa bələdçi
gərəkməz.
Yusif Vəzir təkcə romançı kimi yoõ,
həm də gözəl hekayəçi kimi
tanınır. Onun ədəbiyyat tariõimizə və
folkşünaslığımıza verdiyi
tövhələr də göz
qabağındadır. Bircə onu deyə
bilərəm ki, Yusif
Vəzirin «İki od
arasında» əsəri onun canı və
qanı ilə yazılıb və həyatı bahasına başa gəlib.
Keçməkeşli
həyat keçirən, ağrılı-acılı günlər
yaşayan, zaman-zaman vətənindən
didərgin düşən və bütün
bu çarpışqmalarda yüksək təhsil
alan Yusif Vəziri
Qırmızı imperiya nökərləri
Özbəkistanın əyalət şəhərlərindən birində tutub,
vətənə gətirib və sürgün
ediblər. Çünki ona
öz vətənində yer
yoõ idi.
Bütün bunları Yusif Vəzirin
bioqrafıyasından öyrənmək mümkündür.
Ona görə də dərinə getmək
və yenidən Amerika kəşf eləmək
fikrində deyiləm.
Sözümün canı nədir? Azərbaycanın ədəbiyyat
tariõi və tariõ ədəbiyyatı sahəsində böyük õidmətlər göstərmiş,
bizlərə sənət nümunələri qoymuş,
vətənpərvərlik örnəyi nümayiş
etdirmiş Yusif Vəzir
Çəmənzəminlinin nəşinin qalıqları hələ
də vətənə gətirilməyib.
Onun sürgün edildiyi yer də (Nijni Novqorod) vəfat etdiyi kənddə (Suõobezvodnaya), dəfn olunduğu
qəbristanlıq da (Betluqa
çayının sahili) məlumdur.
Təklifim: Yusif Vəzirin nəşinin qalıqları vətənə
gətirilsin: əgər həmin qəbristanlıq və məzar
durursa. Onun adı bir daha əbədiləşdirilsin,
heykəlləşdirilsin. Bir daha ona görə deyirəm
ki, Yusif Vəzirin əsərləri
orta və ali məktəblərdə
tədris olunur, adına küçə
də var.
Bu təklifin davamı olaraq repressiya qurbanlarına bir park yaratmağı da təklif edirəm. Azərbaycanın ədəbi-mədəni, ictimai,
siyasi, elmi –hərbi həyatında mühüm rol oynamış, dəyər
vermiş insanların
da nəşinin qalıqları (məzarları
məlumdursa) vətənə
gətirlisin, həmin
parkda dəfn olunsun və onlara abidə, yaõud abidə kompleksi ucaldılsın. (Repressiya olunmuş yazıçı və şairlərin barelyefi
AYB-də var). Çünki ziyalı elitasının
repressiyası soyqırımdan
da betərdir.
Bildiyimə
görə, ikinci təklifi bəndənizdən
qabaq da səsləndirənlər olub. Mən onu bir daha
aktuallaşdırmaq istəyir
və bu məsələdə məni
dəstəkləyəcək ziyalılarımıza və
bu işi gerçəkləşdirəcək dövlətimizə arõayınam.
Bizim
repressiya qurbanlarına
bir soydaşlıq və yurddaşlıq borcumuz var.
Elçin Hüseynbəyli
Olaylar.- 2013.- 16-18 noyabr.-
S.11.