Milli birliyin təmin
olunması və
diasporun inkişaf istiqamətləri
Azərbaycan 1991-ci ildə tarixində ikinci dəfə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli birliyin təminatı, dünya azərbaycanlılarının vahid milli mənafe ətrafında birləşməsi dövlət quruculuğunun əsas vəzifələrindən birinə çevrildi və atılması vacib olan addımlardan oldu. Lakin müstəqilliyini yenicə əldə etmiş bir dövlətdə bu mühüm vəzifənin yerinə yetirilməsi o qədər də asan başa gələ bilməzdi və bu bir çox ideoloji, siyasi, sosial-iqtisadi məsələlərin həlli ilə bağlı idi. Ancaq milli potensialın dünya miqyasında səfərbər edilərək vahid məqsədə yönəldilməsi məhz dövlətçiliyin qorunmasına və inkişafına zəmin olduğundan ölkəmizdə az bir müddətdə bu sahədə sözün həqiqi mənasında fövqəladə işlər görüldü. Dqısa zamanda dünyanın müxtəlif yerlərində məskunlaşmış azərbaycanlıların mütəşəkkil diaspor kimi formalaşması, lobbiçiliyin təşkili Azərbacan Respublikasının xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Bu isə əslində respublikamızda aparılan dövlət siyasəti ilə ümummilli mənafelərin ortaqlaşması deməkdir. Aparılan düzgün və məqsədyönlü siyasət nəticəsində Azərbaycan Respublikası dünya azərbaycanlıları tərəfindən milli-tarixi təkamülün bəhrəsi, milli mənliyin rəmzi, Ana Vətən kimi qəbul edildi.
Dövlət
maraqları ilə milli mənafeyin vəhdəti
sovet dönəmindən sonra
ictimai şüurda inqilabi hadisə, milli təkamüldə
keyfiyyətcə yeni mərhələ idi. Bunun əsas zəmini Azərbaycan xalqının ümumilli lideri Heydər
Əliyevin dünya azərbaycanlıları
arasında böyük nüfuza
sahib olması, həm dövlətçilik
metodologiyasının, həm də milli
ideologiyanın yaradıcısı kimi qəbul
edilməsidir. Məhz onun
iradəsi ilə müstəqilliyimizin ilk
illərindən Azərbaycan Respublikası dünya
azərbaycanlılarının mənafe və
maraqlarınıın təminatçısı olduğunu rəsmən bəyan etdi və xaricdə yaşayan
azərbaycanlılarla dövlət səviyyəsində sistemli iş
aparılmağa başladı.
Azərbaycan
xalqının ümumilli lideri Heydər Əliyev Azərbaycan
Respublikasının dünyaya
inteqrasiyası, iqtisadi-mədəni inkişafı, müstəqilliyimizin
gerçək təsbitində böyük
rol oynayan
çoxsaylı xarici səfərləri
zamanı həmvətənlərimizlə görüşlər
keçirərək, onların problemləri ilə maraqlanır, dəyərli
tövsiyələrini verir, səfirliklərimizi
bu işə cəlb edir,
soydaşlarımızı ölkəmizin ictimai,
iqtisadi, mədəni həyatında fəal
iştiraka dəvət edirdi.
Həmvətənlərimizin milli-mənəvi
birliyində önəmli hadisə olan bu görüşlər, eləcə də hər
il dekabrın 31-də Dünya
azərbaycanlılarının həmrəylik günü
ilə əlaqədar Azərbaycan xalqına müraciəti, bu münasibətlə respublikamızda və
xaricdə keçirilən tədbirlər Heydər
Əliyevin bəyan etdiyi prioritet
məsələnin həllində - diasporumuzun
mütəşəkkil qüvvə kimi
formalaşmasında, lobbiçilik fəaliyyətimizin
istiqamət və perspektivlərinin müəyyənləşməsində
həlledici amillərdən oldu. Milli birliyin ideoloji əsası
olan azərbaycançılıq
ideyası və məfkurəsi məhz dahi
rəhbər Heydər Əliyev tərəfindən
formalaşdırıldı. Dünya azərbaycanlılarının
mənəvi birliyini, əqidə və əməl
ortaqlığını, vətənə
bağlılığını təmin edən bu məfkurənin mühüm
müddəaları ümummilli lider Heydər Əliyevin "Yeni
2001-ci il, yeni əsr və
üçüncü minillik
münasibətilə Azərbaycan xalqına müraciət"ində
öz konseptual ifadəsini
tapırdır. Xalqımızın tarixi keçmişinə, müasir
dövrə konseptual qiymət verilən,
mənəvi dəyərlərimizi ümumiləşdirən,
milli idealları əks etdirən bu tarixi sənəd bir çox önəmli cəhətləri
ilə yanaşı, dünya azərbaycanlıları
ilə iş üzrə fəaliyyət
perspektivlərini müəyyənləşdirdi. Böyük
siyasətçinin bu müraciətində,
çıxışlarında milli birliyin təməl prinsipləri kimi tarixi yaddaş
və varisliyin qorunması, ana dilinin inkişafı və
tətbiqinin genişlənməsi, mədəni özünəməxsusluğun,
etnoqrafik özəlliklərin, milli əxlaq və mənəviyyatın hifz edilməsi, həmvətənlərimizin
ümummilli ideallara sadiqliyi, siyasi-iqtisadi
maraqların təminatı, milli simanı
və mədəniyyəti saxlamaqla, dünyaya inteqrasiyanın vacibliyi
təsbit edilirdi.
Müstəqilliyinin ilk illərindən etibarən azərbaycanlıların
təşkilatlanması məsələsi ilk
növbədə ideoloji və tarixi əhəmiyyət daşıyan bir problem idi.
Buna nail olmaq üçün Azərbaycan
dövlətinin ideya-siyasi təməlini yaratmaq, onun iqtisadi qüdrətinə və siyasi nüfuzuna güclü inam
formalaşdırmaq tələb olunurdu. Heydər Əliyev də bu
ideyanın həyata keçirilməsi prosesinə məhz həmin
amilləri nəzərə almaqla
başladı. Azərbaycan dövlətinin tarixi
ənənələrinin formalaşması və onun siyasi əsaslarının
mükəmməl bir ideoloji
sistemin tərkib hissəsi kimi
təsbit olunması milli dövlətçilik
təfəkkürünün meydana gələməsində
müstəsna rol oynayırdı. Milli dövlətçilik düşüncəsi
isə artıq XX əsrin sonları, XXI əsrin əvvəllərində
vahid ideoloji konsepsiya kimi özünü təsdiq edirdi.
Dünya azərbaycanlılarının
birləşdirilməsi məhz bu ideologiyaya əsaslanırdı ki,
onun şəriksiz müəllifi isə
Heydər Əliyevdir. Məh ümummilli liderin böyük fədakarlıqlar
bahasına ayağa qaldırdığı
Azərbaycan dövləti bütün dünya azərbaycanlılarının tarixi və siyasi
istinadgahına, dayaq nöqtəsinə çevrildi.
2001-ci ilin mayın 23-də Heydər Əliyevin
dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin
müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin
daha da möhkəmləndirilməsi,
dünya azərbaycanlıları
arasında birliyin və həmrəyliyin
təmin
olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və
birliklərin fəaliyyətinin gücləndirilməsi və
əlaqələndirilməsi ilə bağlı məsələlərin
müzakirə edilməsi zərurətini nəzərə alaraq Dünya Azərbaycanlılarının
I Qurultayının keçirilməsi haqqında fərmanı
bu möhtəşəm ideologiyanın
gerçəkləşməsinə xidmət edirdi.
Elə həmin il noyabrın 9 və 10-da
Bakıda keçirilən Dünya Azərbaycanlılarının
I Qurultayı Azərbaycan tarixinə böyük
bir prosesin
başlanğıcı kimi daxil oldu. Dünya
Azərbaycanlılarının I Qurultayında 36 xarici ölkədə yaşayan
həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil
etməklə 406 nümyəndə və 63 qonaq
iştirak edirdi. Azərbaycan
Respublikası Qurultayda 130-dan çox dövlət və ictimai
qurumlardan, elm, təhsil,
mədəniyyət və digər yaradıcı təşkilatlardan,
25 siyasi partiyadan 702
nümayəndə və 844 qonaq ilə təmsil
olunurdu. Dünya Azərbaycanlılarının
I Qurultayının keçirilməsi həmvətənlərimizin
təşkilatlanması prosesində əhəmiyətli
dönüşə gətirib çıxaran addımlar idi. Heç şübhəsiz,
Heydər Əliyev bu tarixi
hadisənin reallaşdırılmasına nail
olmaqla Azərbaycan diasporunun
daha mütəşşəkkil şəkildə
və dinamik fəaliyyətinə əsas
yaratmış oldu. Vacib məqamlardan biri də bundan ibarətdir
ki, Azərbaycan dövlətinin həyata keçirdiyi bu tədbirlərin
hər biri xaricdə yaşayan
soydaşlarımızın milli
maraqlarımızın gerçəkləşdirilməsində
yaxından iştirakına təminat yaratmış oldu. Ona görə
də bu gün fəxrlə
deyə bilərik ki, həmin vaxtdan etibarən dünya
azərbaycanlılarının əsl milli
özünüdərk və ümummilli ideya - azərbaycançılıq, müstəqil
dövlətçilik və milli-mənəvi dəyərlər
ətrafında birləşməsi prosesi
başlandı. Qurultayda ümummilli lider Heydər
Əliyev azərbaycanlıların təşkilatlanması üçün bir çox vəzifələrin həllinin vacibliyini qeyd etdi. O, Azərbaycan
icmalarının fəaliyyətini əlaqələndirmək
üçün xüsusi
bir dövlət orqanının
yaradılması ideyasını irəli sürməklə, bu tarixi missiyanın daha müvəffəqiyyətlə həyata keçirilməsinin
konkret yollarını da
müəyyənləşdirmiş oldu.
Bu mənada
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyevin "Xaricdə Yaşayan
Azərbaycanlılarla İş üzrə
Dövlət Komitəsinin yaradılması haqqında"
2002-ci il 5 iyul tarixli Fərmanı Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil
şəkildə koordinasiya edilməsi və
dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təmin olunması
baxımından müstəsna əhəmiyyət kəsb edən
mühüm tarixi sənəd
idi. Qeyd etmək lazımdır ki, Xarici Ölkələrdə Yaşayan
Azərbaycanlılarla İş üzrə
Dövlət Komitəsinin yaradılması bu
sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli
addımlar atmağa və Azərbaycan diasporunun fəaliyətinin milli
maraqlarımızın gerçəkləşdirilməsi
istiqamətində mərkəzləşdirilməsinə
imkan verdi. Ümummilli lider Heydər
Əliyev tarixi proseslərin məntiqi ilə
ortaya çıxan mövcud
ictimai-siyasi vəziyyətin diqtə etdiyi şərtləri dəqiq qiymətləndirməyi
bacarır və azərbaycanlıların milli
birliyinin yaradılmasının çox mühüm bir vəzifə kimi
qarşıda dayandığını görürdü.
Ötən dövr ərzində bu sahədə əldə olunmuş
nailiyyətlər Heydər Əliyevin kifayət qədər müdrik bir qərar qəbul
etdiyini əyani şəkildə təsdiqləyir.
Diaspor quruculuğunun mühüm sahələrindən biri də xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin hazırlanması və həyata keçirilməsidir. Bu siyasət uzun illər boyu Heydər Əliyevin bilavasitə məqsədyönlü fəaliyyəti sayəsində reallaşdırılmışdır. 2002-ci il dekabrın 27-də qəbul edilmiş "Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı Dövlət Siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu xaricdə yaşayan soydaşlarımız və həmvətənlərimiz qarşısında çox geniş perspektivlər açır və onların ölkəmizin milli mənafeləri ətrafında daha sıx birləşdirilməsini nəzərdə tutur. Bu qanun Azərbaycan diasporunun inkişafına dövlət qayğısının daha da artırılması, bu sahədə ciddi nailiyyətlər əldə olunması məqsədi ilə vahid strategiyanın hazırlanması kimi mühüm məsələlərin həllinə imkan yaradan hüquqi prinsipləri müəyyənləşdirir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2013.- 19 noyabr.- S.15.