Diaspordan lobbiçiliyə doğru

 

Son zamanlar poli-etnik cəmiyyətdə yaşayan milli azlıqlar arasında öz etnik mənsubiyyətinə, mədəniyyətinə maraq artıb, qrupdaxili inteqrasiya prosesləri güclənib. Bu proseslərin nəticəsi kimi bir cox hallarda muxtəlif etnik qruplar diasporlarda birləşiblər. Ekspert Ceyhun Mahmuudov deyir ki, diaspora ilə əlaqədar elmi ədəbiyyatda iki mövqe vardır.  Bir qrup tədqiqatçı bu anlayışı yunanlarla əlaqələndirsə də, başqa bir qrup isə onu yəhudilərlə əlaqələndirir:

 “Linqvistik yöndən yanaşsaq görərik ki, diaspora yunan sözü olub, səpələmə deməkdir. Elmi ictimaiyyət arasında bu anlayışın leksik mənası ilə əlaqədar fikir ayrılığı olmasa da, bu terminin hansı şəraitdə, kimlər üçün işlədilməsi barədə ortaq fikir yoxdur. Bir qrup alim bu sözün yaranma tarixini yunanların eramızdan xeyli əvvəl başladıqları işğal və köçürmə dövrünə təsadüf etdiyini bildirir.  Başqa bir qrup tədqiqatçı isə "diaspor" anlayışını yəhudi tarixi ilə əlaqələndirir. Hətta bir cox lüğətlərdə və ensiklopediyalarda bu termin birbaşa yəhudilərin öz vətənlərindən qovulub dünyanın müxtəlif yerlərinə səpələnmələri kimi izah edilir. İncilin yunan dilinə tərcuməsi olan "Septuaqinte" ilk dəfə olaraq diaspora anlayışını yəhudilərin öz yerlərindən qovularaq, müxtəlif ölkələrə səpələnmələrini bildirmək üçün istifadə edilmişdir. Bunun ardınca Plutarx, Filana Aleksandriskidaha sonra xristian alimləri bu termini yəhudi tarixi ilə əlaqələndirirlər”. Ceyhun Mahmudov bildirir ki, son dövrlərdə "diaspora, anlayışı müxtəlif proseslərlə əlaqələndirilərək kəsb etdiyi mənanın sərhədləri genişləndirilib: “Q. Şefferə görə diaspora etnik qrupların könüllüya məcburi miqrasiya prosesləri nəticəsində ortaya çıxır. Onlar mühacirət etdikləri ölkələrdə milli azlıq statusunda yaşayırlar, etniketno-dini mənsubiyyətlərini, qrup daxili həmrəyliklərini mühafizə ediblər. J.T. Toşenka və T.İ. Capitkovun da diasporaya verdiyi tərif Şifferin tərifinə yaxındır. Onlara görə diaspora, öz tarixi vətənlərindən kənarda yaşayan, mövcud cəmiyyətdə fəaliyyət göstərmək və inkişaf etmək üçün müvafiq sosial institutlara sahib, eyni etnik qrupa aid insanlardan ibarətdir. Bundan başqa diaspora anlayışı imiqrasiyamilli azlıqlar sözləri ilə sinonimlik təşkil edir”. Ekspertin sözlərinə görə, son dövrdə rus dilində "diaspora" kəlməsi istənilən etnik qrupu ifadə etmək üçün işlədilir: “1945-ci ilə qədər diaspora fenomeni tamamilə yəhudilər ilə əlaqələndirilsə də, bu dövrdən sonra dünyada baş verən proseslər nəticəsində şimali afrikalılar, hindlilər, turklər oz tarixi torpaqlarını tərk edərək, yeni diasporlar formalaşdırdılar. Məhz həmin hadisələrin axarında "diaspora" anlayışı yeni mənalar kəsb etməyə başladı. Müasir beynəlxalq sistemdə dovlətlərin xarici siyasətində prioritet təşkil edən mənsəblərdən biridiaspor quruculuğudiasporla əməkdaşlıq məsələsidir. Bunun əsas səbəblərindən biri diaspora təşkilatlarının beynəlxalq sistemə təsir edə bilən beynəlxalq aktyorlara çevrilməsidir”. Ekspert qeyd edir ki, diaspora təşkilatları əsasən Birləşmiş Ştatlar, Avropa İttifaqı ölkələri, Rusiya və digər dünya siyasətinə təsir edə bilən dövlətlərdə fəaliyyət göstərirlər. Həmin qrupların əsas məqsədləri öz etnik qruplarının və tarixi vətənlərinin lehinə qərarlar qəbul etdirməkdir: “Dünyada təsir imkanlarına görə yəhudi, yunan və erməni diasporlarını göstərmək olar. Adı çəkilən etnik qruplar xüsusilə dünyanın super dövləti olan Birləşmiş Ştatlarda fəaliyyət göstərir və tarixi vətənlərinin lehinə əhəmiyyətli qərarların verilməsində müstəsna rol oynayırlar. İstər yəhudi, istər yunan, istərsə do erməni diasporu qrup daxili həmrəyliyə əsaslanaraq müxtəlif ölkələrdə təşkilatlanaraq öz etnik birliklərini qurmuşlar. Amma son dövrlərdə diasporların təşkilatlandırılmasına dövlətlər özləri nəzarət edirlər. Məsələn, dünyanın onlarla ölkəsinə səpələnmiş Azərbaycan diasporu uzun tarixə sahib olsa da, bir müddət pərakəndə fəaliyyət göstərərək, qarşısına qoyduğu məqsədlərə çata bilməmişdir. Məsələnin ciddiyyətini anlayan Azərbaycan dövləti bu prosesi öz nəzarətinə götürmüş milli diaspora quruculuğunda birbaşa iştirak etməyə başlamışdır. Hazırda bu məsələ ilə məsğul olan xüsusi komitə fəaliyyət göstərməkdədir”. Ceyhun Mahmudovun sözlərinə görə,  diasporların fəaliyyətinin səmərəliyi həmin cəmiyyətlərdə mövcud olan sosial-iqtisadi vəziyyətindən, siyasi sistemindən asılı olur: “Yaxşı təşkilatlanmış diaspora təşkilatları öz tarixi vətənlərinin xeyrinə lobbiçilik fəaliyyəti ilə də məşğul olurlar. Lobbiçilik bu gün yəhudi, yunan və erməni diasporlarının müvəffəq olduqları fəaliyyət növündəndir. Lobbiçilik fəaliyyətini təhlil etməzdən əvvəl "lobbi" sözünün etimologiyasına diqqət etmək lazımdır. Lobby  ingilis dilindən tərcümədə gözləmə salonu adlanır. "Lobbiçilik" isə bir fəaliyyət növüdür, "lobby" sözü zamanla öz mənasını dəyişməsi nəticəsində formalaşmışdır. Ehtimal olunur ki, bu ifadənin işlədilməsinin tarixi Birləşmiş Ştatların 1869-1877-ci illərdə 18-ci prezidenti olmuş Ulysses S.Granta aiddir. General Grant Villard hotelinin lobbisində siqar çəkməyi sevərdi. Mövcud şəraitdən istifadə edən siyasi alverçilər müəyyən məsələləri həll etmək ucun onunla danışıqlara girib müvafiq qərarın qəbul olunmasına çalışırdılar. Bu işlə məşğul olan siyasi alverçilərə "lobbiçi" bu fəaliyyətə isə "lobbiçilik" fəaliyyəti adı verildi.

BBC-nin məlumatına görə "lobbiçilik" ifadəsi İngiltərə parlamentində palataların iclaslarından əvvəl və sonra parlament üzvlərinin parlament binasının lobbisində ənənəvi olaraq toplanması və burada bəzi məsələlər barədə müzakirələr aparmasından ortaya çıxıb. İngilis dilinin izahlı luğəti, Longmanda "lobbiçiliyin" lüğəti mənası hökumət qərarlarına təsir etmək məqsədi ilə planlanan və həyata keçirilən fəaliyyət kimi izah edilir. Təyyar Arı "Amerikada siyasi yapı: Lobbilər və xarici siyasət" adlı kitabında "Lobbiçilik" fəaliyyətinə tərif verərək qeyd edir ki, lobbiçilik bir qrup hökumətin qərarlarına təsir etmək məqsədi ilə planlananbu məqsədlə vətəndaş ilə qərarverici arasında ünsiyyət vasitəsidir”. Ekspert vurğulayır ki, Birləşmiş Ştatlarda "lobbiçilik" qanunla müəyyənləşdirilmiş ölçülər çərçivəsində fəaliyyət göstərir. Bu fəaliyyəti tənzimləmək üçünsə 1946-cı ildə Federal Lobbi qanunu qəbul edilmişdir: Bu qanunda lobbiçinin kim olduğu müəyyənləşdirilir və onun maliyyə imkanları nəzarət altına alınırdı. Bu qanunda deyilir ki, "Birləşmiş Ştatlar Konqresindəki qanunlara təsir etməyə və ya müvafiq qanunun çıxmasına çalışan, bunun üçün birbaşaya dolayı yolla pul və digər qiymətli əşyalar toplayanya əsl məqsədi bu olan şəxslər

lobbiçi olaraq adlandırılır. Bu sadalananlara sahib olan şəxslərin məsrəfləri incəlməlidir". Lobbiçilik növlərinə görə iki yerə bölunur. 1) Birbaşa lobbiçilik; 2) İctimaiyyət arasında təşviqat aparılaraq qurulan lobbiçilik. Birləşmiş Ştatlarda lobbiçiliklə xüsusi maraqlı qruplaretnik diaspora təşkilatları məşğul olur. Etnik diaspora təşkilatları ya özləri birbaşa olaraq bu işlə məşğul olur, ya da ixtisaslaşdırılmış lobbi şirkətləri vasitəsi ilə öz fəaliyyətlərini həyata keçirirlər. Özəl lobbi şirkətləri çox bahalı olduğu üçün adətən etnik biznes təşkilatları bu işi özləri həyata keçirmoyə üstünlük verirlər. Lobbilər öz məqsədlərinə çatmaq üçün bir çox üsuldan istifadə edirlər. Bu üsullardan üz-üzə göruşmə, Konqresin komitələrinin iclaslarında iştirak etmə, məktub göndərmə, ictimaiyyətlə əlaqələr (PR) kompaniyalarının keçirilməsi, lobbilər arası əməkdaşlıq və koalisiyalann qurulması, namizədin seçki kompaniyasına pul yardımı göstərilməsi və.s. daxildir”. Ekspert deyir ki, üz-üzə göruşmə ən təsirli üsullardan biridir. Bu zaman lobbiçi Konqresin üzvüya başqa bir bürokratla birbaşa ünsiyyətə keçir, bacardığı qədər təsir etməyə çalışır: “Bu üsuldan istifadə edərkən lobbiçinin şəxsi keyfiyyəti çox əhəmiyyətli rol oynayır. Hər hansısa bir seçici qrupunun birbaşa olaraq əlaqədar şəxsə məktub yazması çox təsirli ola bilər. Adətən seçieilərdən asıh olan şəxslər bu məzmunda olan məktublara çox ciddi yanaşırlar. Mümkun qədər məktubda göstərilən tələbi yerinə yetirməyə çahşırlar. Lobbi qrupları bəzi xüsusiyyətbrinə gorə bir-birindən güclüya zəif ola bilərbr. Təcrübə göstərir ki, maraqlar üst-üstə düşdüyü zaman zəif lobbilər güclü lobbilərin imkanlarından geniş istifadə edir. Erməni lobbisinin bir çox hallarda yunan lobbisinin imkanlarından istifadə etdiyi məlumdur. Lobbiçilik fəaliyyətinin ən təsirli üsullarından biri də Konqresə keçirilən seçkilərdə namizədlərin kompaniyalarmda aktiv işlirak etməkdir. Seçki kompaniyasında maliyyə və insan resursları ilə iştirak edən hər hansısa etnik Iobbi qrupu seçkilərdə qalib gələn konqresmenə fəliyyəti dövründə təsir etmək imkanına sahib olur”. Ceyhun Mahmudov bildiri ki,  son dövrlərdə Azərbaycan diasporu da dirçəliş dövrünü yaşamaqdadır: “Bir çox ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatları artıq lobbiçilik fəaliyyətləri ilə də məşğul olurlar. Hazırda Birləşmiş Ştatlar Konqresində fəaliyyət göstərən Azərbaycan dostluq qrupuna artıq 40 konqresmen daxildir. Adı çəkilən fəaliyyətlər ümid verir ki, ölkə xaricində Azərbaycanın dövlət və milli maraqlarına xidmət edən qərarların qəbul edilməsində Azərbaycan diaspora təşkilatları daha müvəffəq olacaqlar”.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2013.- 20 noyabr.- S.15.