Moldovada Azərbaycan diaspor təşkilatları
Azərbaycan diasporunun fəaliyyət
göstərdiyi ölkələrdən biri
də Moldova Respublikasıdır. Keçmiş SSRİ məkanına daxil olan ölkələrdən
sayılan Moldovada təxminən 6 mindən
çox soydaşımızın
yaşadığı barədə məlumatlar var. Yaxın
tarixə nəzər salsaq görərik ki, Azərbaycanlıların bu
ölkədə məskunlaşması XX əsrin ilk onilliyindən başlayıb. Bu illərdə azərbaycanlılar Moldovaya işləmək və təhsil almaq üçün
köçürdülər. Sözügedən proses xüsusilə XX əsrin 60-80-ci illərində daha intensiv xarakter
almağa başladı.
Moldovanın paytaxtı Kişinyov başda
olmaqla, digər şəhər və rayonlarına səpələnən
azərbaycanlıların əsas iş yerləri ticari obyektlər
və elm təhsil müəssisələri idi. Onu qeyd etmək
yerinə düşər ki, burada 1993-cu ilə qədər pərakəndəlik
və passivlik hökm sürürdü. Artıq həmin
tarixdən etibarən təşkilatlanmaq, Vətənlə əlaqə
qurmaq, birləşmək fikri Moldovada yaşayan
soydaşlarımız arasında tez-tez səslənməyə
başladı. İlk zamanlar təbliğat sahəsində bir
sıra uğurlar əldə edən Moldova azərbaycanlıları
"Araz" adlı qəzet nəşr edirdilər. Həmçinin
bu müddət ərzində Moldova dovlət televiziya
kanallarında, radio proqramlarında və qəzetlərdə
Azərbaycan və azərbaycanlılar barəsində bir
sıra məlumatlarda dərc olunmuş və
yayımlanmışdı. Hazırda Moldovada bir neçə
Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir
ki, həmin təşkilatlar da Azərbaycan həqiqətlərinin,
Dağlıq Qarabağ problemi, Ermənistanın
işğalçılıq siyasəti, eləcə
Xocalı soyqırımının dünyada
tanıdılması istiqamətində zaman-zaman bu və ya
digər tədbirlər həyata keçirirlər. Moldovada fəaliyyət
göstərən Azərbaycan diaspor təşkilatlarından
ən fəalı isə Moldova Azərbaycanlıları
Konqresi hesab edilir. Konqres Moldovada fəaliyyət göstərən
ən böyük diaspor təşkilatlardan sayılır.
Moldova Azərbaycanlıları Konqresi‑Moldova Azərbaycanlıları
Konqresi 2001-ci ildən
Kişinyov şəhərində fəaliyyət göstərir.
Moldova Azərbaycanlıları Konqresinin Moldovada yaşayan bütün azərbaycanlıların
vahid ideya ətrafında
birləşməsi, soydaşlarımızla əlaqələrin
genişləndirilməsi, onlar arasında
birlik və həmrəylik hisslərinin
gücləndirilməsində müstəsna rolu
var. Moldovada yaşayan soydaşlarımız daim bəşəri dəyərlərin və
mütərəqqi milli ənənələrimizin,
dilimizin, mədəniyyətimizin
daşıyıcısı olmuş, Azərbaycan
həqiqətlərinin dünyaya
çatdırılmasında öz fəallıqları
ilə seçilmişlər. Hazırda Moldova
Azərbaycanlılar; Konqresinın nəzdində Azərbaycan dilini və tarixini tədris
edən “Həftəsonu” məktəbi fəaliyyət göstərməkdədir.
Bununla yanaşı, Moldova
Azərbaycanlıları Konqresində Azərbaycan mədəniyyətini
və musiqisini təbliğ edən rəqs
ansamblı da yaradılıb. Moldova Azərbaycanlıları Konqresinın mətbu
orqanı olan“Araz” qəzeti
isə buradakı Azərbaycan diasporunun həyatı
ilə bağlı yenilikləri, habelə Azərbaycanda gedən
sosial-iqtisadi inkişaf
prosesləri ilə bağlı məlumatları yerli ölkə ictimaiyyətinə
çatdırır. Konqres Mərkəz,
Cənub, Şimal, Şərq və Qərb
regionları olmaqla 5 regional
təşkilatı özündə birləşdirir. Moldova Azərbaycanlıları Konqresinin
sədri Vuqar Novruzovdur.
Moldova Azərbaycanlıları Konqresinin sədri olan Vüqar Novruzov 1962-ci ildə
Azərbaycanda anadan olub.
1980-ci ildən isə o, Moldovada
yaşayır. Vüqar Novruzov
1988-ci ildə Kişinyov Dövlət Universitetinin Hüquq
fakültəsini bitirib. 1992-ci ildən
soydaşımız bizneslə məşğuldur. Vüqar Novruzov “Aztol Company” şirkətinin
baş direktorudur və
2004-cü ildən Moldova Azərbaycanlıları
Konqresinin sədridir.
Moldova Azərbaycanlıları Konqresi
2001-ci ildə təsis edilən zaman
qarşısına bir sıra məqsədlər
qoyub ki, hazırda həmin
vəzifələrin icrası istiqamətində müntəzəm
addımlar atır, layihələr, tədbirlər həyata keçirir.
Moldova Azərbaycanlıları
Konqresinin əsas məqsədlərinə
Moldova Respublikasında yaşayan
azərbaycanlıların və onların cəmiyyətlərinin
qüvvələrini birləşdirərək öz vətəndaş hüquqlarının
həyata keçirilməsində və həmvətənlərimizin
ictimai, mədəni inkişafında
birgə fəaliyyət göstərmək, azərbaycanlıların
milli ənənələrinin, dilinin, mədəni irsinin
qorunub və inkişaf
etdirilməsi daxildir. Bundan
başqa konqres Azərbaycan
və Moldova xalqları arasında dostluq əlaqələrinin möhkəmlənməsinə
köməklik göstərməyi də başlıca məqsəd
olaraq qarşısına qoyub.
Konqresin qarşısına qoyduğu məqsədləri sırasına Moldovada yaşayan azərbaycanlılara
sosial-müdafiə işlərində hüquqi
yardımın göstərilməsi də daxildir.
Bir məqamı da qeyd
etmək yerinə düşər ki, Moldova Azərbaycanlıları Konqresinin
sədri Vüqar Novruzov
istər diaspor fəaliyyəti, istərsə
də iki dövlət arasında əlaqələrin
inkişaf etdirilməsindəki xidmətlərinə
görə dəfələrlə yüksək səviyyədə
təltif olunub.
Belə ki, konqresin sədri
Moldova Prezidenti tərəfindən
"Gloria Muncii" ordeni, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
tərəfindən isə 2011-ci ildə “Tərəqqi”
medalı ilə təltif edilib. Moldovadakı Azərbaycan diasporunun
rəhbəri millətlərarası dostluğun
möhkəmləndirilməsi, inkişafı və milli mədəniyyətlərin
qarşılıqlı zənginləşməsi sahəsində,
həmçinin, məhsuldar təşkilati və ictimai fəaliyyətinə görə bu yüksək mükafatlara
layiq görülüb.
Vüqar
Novruzov Moldova Respublikasının dövlət
mükafatı «Gloria Muncii»
ordeni və Moldova
Respublikası Hökumətinin II dərəcəli Diplomu ilə də təltif olunub.
2011-ci ildə isə “Dədə Qorqud” Fondu və “Azərbaycan Dünyası” Beynəlxalq
jurnalı Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar
Novruzovu “Vətən övladı” ordeni ilə təltif ediblər. Konqres sədrinə mükafatın təltifetmə
mərasimi 2011-ci il, fevral ayının 10-u
tarixində Moldovanın paytaxtı Kişinyov
şəhərində “Moldexpo”nun «Casa vinului»
sərgi salonunda keçirilib. Ordeni Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar
Novruzova təqdim etmək üçün
“Dədə Qorqud” Fondunun
Ağsaqqallar Şurasının sədri
Rəhim Sultanov və Avrasiyada
tanınmış “Azərbaycan Dünyası” Beynəlxalq
jurnalının baş redaktoru
Eldar İsmayılov Kişinyovda
olublar. Eldar İsmayılov Moldova Azərbaycanlıları
Konqresinin sədri Vüqar
Novruzovun bu ordenə
xeyriyyəçilik fəaliyyətinə, dostluq
münasibətlərinin, əməkdaşlığın, milli mədəniyyətlərin
yaxınlaşması və qarşılıqlı bəhrələnməsinə
verdiyi əhəmiyyətli töhfə,
eləcə də məhsuldar ictimai fəaliyyətinə
görə layiq görülüb.
Təltifetmə mərasimində çıxış edən
Moldova Azərbaycanlıları Konqresinin prezidenti Vüqar Novruzov onun fəaliyyətinə bu
cür yüksək qiymət verilməsindən
şərəf duyduğunu bildirib. “Mənim və Konqresin fəaliyyətinə bu
cür yüksək qiymət verilməsi
mənim üçün böyük
şərəf, Azərbaycan və Moldova
xalqlarının maraqları naminə yorulmadan
xidmət etmək işində daha böyük nailiyyətlərin əldə
edilməsi üçün ciddi stimuldur”, - deyə Moldova Azərbaycanlıları Konqresinin
sədri Vüqar Novruzov
qeyd edib. “Dədə Qorqud” Fondu və “Azərbaycan
Dünyası” Beynəlxalq jurnalı Moldova
Elmlər Akademiyası Universitetinin rektoru, genetika və molekulyar biologiya sahəsində
tanınmış alim, professor,
Moldova Elmlər Akademiyasının müxbir üzvü, doktor habilitat Mariya Vasilyevna Duku da ordenlə təltif edib. Mariya Vasilyevna Duka Moldova ilə Azərbaycan arasında dostluğun və əməkdaşlığın
möhkəmləndirilməsinə və inkişaf
etdirilməsinə, Moldovanın elmi-tədris
potensialının gücləndirilməsinə, milli təhsilin nüfuzunun
yüksəlməsinə verdiyi töhfəyə
və çoxillik humanitar
və xeyriyyəçilik fəaliyyətinə görə
“Mehriban ana” ordeni təqdim olunub.
Vüqar Novruzovun rəhbərlik
etdiyi Moldova Azərbaycanlıları
Konqresinin bilavasitə iştirakı sayəsində
Moldovada böyük
Azərbaycan şairi və mütəfəkkiri
Nizami Gəncəvinin, Kişinyov
şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin və Komrat şəhərində
dünya ədəbiyyatının
görkəmli klassiki Mixay
Yemineskuya abidələr ucaldılıb. Konqres Moldovada yaşayan bütün azərbaycanlıların
birləşməsində, iki ölkə
xalqları arasında əlaqələrin genişlənməsində,
Moldovanın polietnik xalqının birliyinin möhkəmlənməsində və
həmrəyliyində mühüm rol oynayır. Qeyd edək ki, Moldova Azərbaycanlıları Konqresinin
ölkənin azərbaycanlılar yaşayan
regionlarında bölmələri fəaliyyət göstərir.
Moldova Azərbaycanlıları Konqresi Azərbaycan həqiqətlərinin Moldova ictimaiyyətinə
çatdırılması, ölkəmizin milli
maraqlarının qorunması istiqamətində hazırda da fəal iş aparır.
Moldovada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarından biri
də “Araz”
Cəmiyyətidir. 1991-ci ildə Kişinyov
şəhərində fəaliyyətə başlayan
“Araz” Cəmiyyəti Moldova
azərbaycanlılarının sosial
hüquqlarının müdafiəsi,
Azərbaycanla Moldova arasında əlaqələrin
inkişaf etdirilməsi ilə məşğul olur. Hazırda da
işıq üzü görən və Moldovada yaşayan azərbaycanlıları
öz oxucu kütləsinə
çevirən “Araz” qəzeti də məhz
sözügedən cəmiyyətin himayəsi ilə nəşr
edilməkdədir.
Moldovada fəaliyyət göstərən digər bir Azərbaycan diaspor təşkilatı
“Azəri” Mədəniyyət Mərkəzidir. 1995-ci ildə Kişinyov şəhərində
yaradılmış “Azəri” Mədəniyyət Mərkəzi
Moldovada Azərbaycanın mədəniyyətinin,
dilinin, elminin təbliği
istiqamətində fəaliyyət gostərir. “Azəri” Mədəniyyət
Mərkəzi müntəzəm olaraq Moldovada Azərbaycan mədəniyyəti, incəsənəti,
mətbəxinin təbliğinə xidmət edən tədbirlər
həyata keçirir.
Moldova-Azərbaycan
Əməkdaşlıq Cəmiyyəti- Moldova-Azərbaycan
Əməkdaşlıq Cəmiyyəti də aktiv
Azərbaycan diaspor təşkilatlarından
hesab edilir. 2000-ci ildə
Kişinyov şəhərində təsis
edilmiş Moldova-Azərbaycan Əməkdaşlıq
Cəmiyyəti iki dövlət
arasında hərtərəfli əlaqələrin qurulması və inkişaf
etməsi üçün prinsipial
mübarizə aparır.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2013.- 21 noyabr.- S.15.