Rumıniyada Azərbaycan diasporu

 

Azərbaycan diasporunun fəaliyyət göstərdiyi Avropa ölkələrindən biri də Rumıniyadır. Bu ölkəyə azərbaycanlıların mühacirəti heç də yaxın tarixə təsadüf etmir. Belə ki, tarixi mənbələrə də nəzər salsaq görərik ki, ölkələrimiz arasındakı əlaqələr dərin tarixi köklərə malikdir. Belə ki, Azərbaycanın Ağqoyunlu dövlətinin hökmdarı Uzun Həsən Rumıniya və Moldova hökmdarı Ştefan Çelmare ilə hələ 1473-cü ildə müttəfiqlik haqqında müqavilə imzalayıblar. Qardaş Türkiyə Respublikasından sonra Rumıniya Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ikinci dövlət olub. Azərbaycan Respublikası da  Şərqi Avropadakı ilk səfirliyini məhz Rumıniyada açıb. Hazırda da ölkələrimiz arasındakı əməkdaşlıq möhkəm təməl üzərində qurulub.

İki ölkə arasındakı ikitərəfli əməkdaşlıq ilə yanaşı, münasibətlərimiz hər iki dövlətin üzv olduğu beynəlxalq təşkilatlar nəzdində də qarşılıqlı dəstək şəklində aparılmaqdadır. Rumıniya birmənalı şəkildə Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır. Sərhədlərin toxunulmazlığı prinsipini əsas götürür. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin obyektiv, ədalətli və beynəlxalq hüquq normaları çərçivəsində həllini tapmasının tərəfdarıdır. Azərbaycan Respublikasının Avro-Atlantik strukturlara inteqrasiya prosesini dəstəkləyən ölkədir.  Müasir dövrdə iki ölkə arasındakı əlaqələrin inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xüsusi rolu vardır. 2004-cü ildə Rumıniyanın paytaxtı Buxarest şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstünün ucaldılması rumın xalqı tərəfindən bu böyük tarixi şəxsiyyətin xatirəsinə göstərilən dərin hörmət və ehtiramın əyani nümunəsidir. Qeyd etmək lazımdır ki, 1989-cu il inqilabından sonra Rumıniyada yalnız üç nəhəng dövlət xadiminin - Şarl de Qol, Mustafa Kamal Atatürk və Heydər Əliyevin büstləri ucaldılmışdır. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin göstərişi ilə ulu öndərimiz Heydər Əliyevin adını daşıyan və büstü ucaldılan parkda yenidənqurma, bərpa, abadlıq, inşaat işləri aparılıb. Azərbaycan xalqının ümummilli liderinin adını daşıyan park hazırda Buxarest şəhərinin ən gözəl guşələrindən birinə çevrilib.

Son illər ərzində Azərbaycan ilə Rumıniya arasındakı tarixi dostluq münasibətləri diplomatik dillə desək, strateci tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan Respublikasının Rumıniyadakı fövqəladə və səlahiyyətli Səfiri Eldar Həsənov iki ölkə arasındakı münasibətlərin belə yüksək səviyyəyə çatmasında başlıca rolu Azərbaycan Respublikasının prezidenti cənab İham Əliyevin rəhbərliyi ilə aparılan doğru və düzgün xarici siyasət kursu ilə izah edir. Dilimiz, dinimiz fərqli olsa da, adət və ənənələrimizdə, mənəvi dəyərlərimizdə bir çox müştərək nöqtələr mövcuddur.

Rumıniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarından biri Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətidir. Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti 2001-ci ildə təsis olunub və həmin il, oktyabrın 31-də Rumıniyanın Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti elə həmin il noyabrın 28-də birinci toplantısını keçirib. Toplantıda Rumıniya parlamentinin senatoru, Avropada tanınmış kardioloq, akademik İon Pop de Popa Cəmiyyətin baş katibi, Buxarest Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Simion Yurak cəmiyyətin İdarə Heyətinin sədri, Rumıniyanın Türk İş Adamları Birliyinin sədri Dursun Altınişık İdarə Heyyətinin sədr müavini seçiliblər. Həmçinin, Cəmiyyətin idarə heyyətinin tərkibinə Rumıniya Parlamentinin üç deputatı – Necat Sali, Kornel Boyancı və Corc Roşkulet, Rumıniyanın ən nüfuzlu adamlarından Corc Qeora və Rumıniyanın vətəndaşı, mənşəcə türk olan Nezih Kavsak, ölkədə fəaliyyət göstərən azərbaycanlı adamı Bəhruz Əsədbəyli, Rumıniya Qadınlar Cəmiyyətinin sədr müavini  xanım Kristina Andritsoyu da seçiliblər. Cəmiyyətin məqsədi Azərbaycanla Rumıniya arasında mövcüd olan dostluq və əməkdaşlıq  münasibətlərinin daha da genişləndirilməsi, iki ölkə arasında siyasi, iqtisadi, elmi və mədəni sahədə əlaqələrin perspektivləri haqqında fikir  mübadiləsi aparılmasıdır.  Xüsusilə, Rumıniya kütləvi  informasiya vasitələrində Azərbaycan haqqında, onun tarixi, mədəniyyəti, incəsənəti, müstəqillik yolu, son illərdə Azərbaycan dövlətinin apardığı siyasi-iqtisadi, hüquqi islahatlar, əldə olunan nailiyyətlər və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsi barədə obyektivdolğun məlumatların yayılmasında Cəmiyyət aktivlik göstərir. Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Buxarest Universitetinin professoru Dumitru Balandır.

Rumıniyada Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti ilə yanaşı Rumıniya-Azərbaycan Gənclər Assosiasiyası, Rumıniya-Azərbaycan Ticarət Palatası da fəaliyyət göstərir. Bununla yanaşı, 2007-ci ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin bu ölkədə nümayəndəliyi açılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyev, Rumıniyanın dövlət başçısı Trayan Basesku, YUNESKO İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə Buxarest şəhərində Heydər Əliyev Fondu-Rumıniya Nümayəndəliyinin təntənəli açılış mərasimi keçirilib. Bu illər ərzində Füzulinin qəzəlləri, "Leyli Məcnun" poeması, "Kitabi-Dədə Qorqud" rumın dilində çapdan çıxmışdır. Görkəmli şair yazıçılarımız B.Vahabzadə, Anar, Elçin, Ç.Abdullayevin əsərləri rumın dilinə tərcümə olunaraq nəşr edilib. Rumıniyanın paytaxtı Buxarest şəhərində vaxtaşırı musiqiçilərimizin konsertləri, rəssamlarımızın fərdi sərgiləri təşkil edilir. Bütün bu işlərin baş tutmasında ölkəmizin Rumıniyadakı səfiri Eldar Həsənovun Rumıniyadakı Azərbaycan diaspor təşkilatlarının  müstəsna xidməti var. Bütün bunlar iki ölkə arasındakı mədəniyyət sahəsindəki əlaqələrimizin inkişafına müsbət təsir göstərir. Rumıniyanın müxtəlif universitetlərində Azərbaycanlı tələbələr təhsil alır ki, onlar da sözügdən ölkədə Azərbaycan diasporunun inkişafına öz töhfələrini verirlər.  Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin dəstəyi, Heydər Əliyev Fondunun Rumıniya Nümayəndəliyi Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin bilavasitə iştirakı ilə Rumıniyanın Kluc şəhərində yerləşən Qocalar Evi himayəyə götürülüb, buraya mütəmadi şəkildə maddi köməklik göstərilir. 2005-ci ilin iyun ayında sel nəticəsində sular altında qalan Rumıniyanın Qalats vilayətinin İveşt kəndinin sakinlərinə ilk yardım əlini uzadan da məhz Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyi olub. Bütün bu sadaladıqlarımız ölkəmizin, xalqımızın təbliğinə xidmət göstərir.

Onu da qeyd edək ki, 2001-ci ildən etibarən Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü Azərbaycanın Rumıniyadakı səfirliyinin dəstəyi ilə iki xalqın ədəbiyyatının görkəmli nümunələrindən 50-dən çox kitab Azərbaycan rumın dillərində nəşr olunub; 2003-cü il, may ayının 9-da ümummilli lider Heydər Əliyevin siyasi həyat fəaliyyətinə, Azərbaycan-Rumıniya əməkdaşlığının inkişafına həsr olunmuş "Azərbaycanın dirçəlişi" kitabı Rumıniyada ingilis dilində çap olunub.  2007-ci il, aprelin 24-25-I tarixlərində Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti diaspor quruculuğu sahəsində əməkdaşlığın genişləndirilməsi Rumıniyada Azərbaycan türk diaspor təşkilatlarının fəaliyyətinin səmərəliyinin artırılması məqsədilə Rumıniyada səfərdə olub. 2008-ci il, iyulun 31-də Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin kollektivi, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru, Rumıniya-Azərbaycan Ticarət Sənaye Palatasının üzvləri Rumıniyada yaşayan Azərbaycan icmasının nümayəndələri Rumıniyanın şimalında yerləşən güclü daşqından ağır zərər çəkən Suçava bölgəsinə səfər edib yerli əhaliyə zəruri humanitar yardım göstəriblər.

2010-cu il, iyun ayının 17-18-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun, Azərbaycan millət vəkillərinin, Rumıniyadakı Türkologiya Mərkəzi Asiya araşdırmaları İnstitutunun Rumıniyadakı Səfirliyimizin təşkilatçılığı dəstəyi ilə Rumıniyanın Kluj-Napoka şəhərindəŞərq Qərb arasında dialoqmövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə millət vəkilləri iştirak ediblər Türkologiya Mərkəzi Asiya araşdırmaları İnstitutu ilə akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb. 2011-ci ilin oktyabr ayında Buxarestdə Heydər Əliyev Fondunun təşəbbüsü maliyyə dəstəyi ilə rumın dilində çapdan çıxmışİrəvan xanlığıkitabının təqdimat mərasimi keçirilib.

2012-ci il, oktyabr ayının 9-da  Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin təşəbbüsü Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin dəstəyi ilə Ermənistanın Azərbaycana qarşı təcavüzü, eləcə onun köklərindən bəhs edən, KanadanınEscript de Corps” dərgisinin redaktrou, hərbi jurnalist Skot Teylorun müəllifi olduğuBarışmaz fərqliliklər: Türkiyə, Ermənistan, Azərbaycan Quram Marxulia Şəbnəm Hacıyevanın birgə müəllifi olduqlarıƏzabkeş Ermənistan: mif gerçəkliklərkitablarının rumın dilinə tərcüməsinin təqdimatı keçirilib. Həmin il, may ayının 25-də Azərbaycan Respublikasının müstəqilliyinə həsr olunmuş rəsmi qəbul keçirilib ziyafətdə Rumıniya prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fota iştirak edib.

 

 Ardı növbəti sayımızda

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2013.- 22 noyabr.- S.15.