Yusif Seyidov-dilimizin və
dilçiliyimizin fədaisi
Yusif Seyidovun 84 yaşında dünyadan
köçməsi xəbərini eşidəndə günün günorta
çağı idi.TQDK-nın növbəti (18.11.2013)seminarına getməyə
hazırlaşırdım.İş otağımda elektron poçtumu
yoxladım, əməkdaşlıq etdiyim
saytlara ötəri nəzər saldım.
Vaxilə Azərbaycanın yeganə universiteti
olan ADU-da mənə yaxşı dərs deyən müəllimlərimdən birinin ölüm xəbəri ilə
rastlaşdım.
Yusuf müəllim
dünyadan köçmüşdür.
Son vaxtlar
halının o
qədər də yaxşı olmadığını bilirdim. Yusif müəllim
müəllim sözünü
daha üstün tuturdu. Gecəli- gündüzlü
yazırdı, yaradırdı. Ömrünün elə
çağını yaşayırdı ki,
Yusif müəllim daha çox işlər görməyə tələsirdi.
O, hər bir mövzuya
mütləq öz münasibətini
bildirməyə meyilli
idi.
Biz tələbələri
ona həmişə Yusif müəllim
demişik, dosent olanda da, professor olanda da. 40-50 ilin professoru olsa
da, professor sözündən,
deyəsən, xoşu gəlmirdi.
Oktyabın 21-də 15 cild kimi nəzərdə tutduğu
Əsərlərinin XI cildini mənə
hədiyyə göndərmişdi. Münasibətini 8
sözlə ifadə etmişdi:
"Hörmətli Nazim müəllimə
can sağlığı arzusu
ilə".Qol da çəkmişdi, amma tarix
yazmamışdı. Kitabı aldığım tarixi müəllimimin
sözlərinin altında yazdım.
Yusif müəllim onu
tanıdığım vaxtdan bəri hələ
də imzasını dəyişməmişdi.
Yusif müəllimin imzası
rus qrafikası ilə 7 hərf
və bir
nöqtədən ibarət idi.
Bu kitabın
işıq üzü görməsinin səbəbkarı
və cəfakeşi Yusif müəllimin ən yaxşı tələbələrindən
biri
AMEA-nın müxbir üzvü,
pofessor Nizami Cəfərovdur.
XI cild Bakı Universitetinin
nəşriyyatı tərəfindən 06.06.2013-cü ildə çapa
hazırlanmışdır. Həcmi 530 səhifədir.
Sayı 500-dür. (Təəssüf ki,
yenə də kimlərinsə şəxsi kitabxanasında Yusif müəllimin
bu kitabından olmayacaq).
XI cilddə
əsasən dilçi alim kimi tanıdığımız
Yusif Seyidovun tənqidçi-ədəbiyyatşünas kimi elmi
bacarığını və elmi-bədii təfəkkürünü
əks etdirən iki
monoqrafiyası yerləşdirilmişdir. 314 səhifəlik birinci
monoqrafiya oxuculara "Xalq
yazıçısı Elçin "
adı təqdim olunur. Cildin ikinci əsəri
isə akademik İsa
Həbibbəylinin
yaradıcılığına həsr olunmuşdur.(səh.316-530).
Yusif Seyidov bu il fevralın 28 -də mənə Əsərlərinin X cildini göndərmişdi."Çaşıoğlu
" nəşriyyatının
ərsəyə gətirdiyi bu nəşr
müəllifin VI-IX sinif dərsliklərinin toplusudur. Dərsliklərin
toplu şəklində nəşri, məncə,kitab nəşri
tariximizdə ilkin hadisədir.İki hissəli bu nəşrin
birinci bölməsi VI-VII siniflərin, ikinci bölməsi isə
VIII-IX siniflərə aid dəfələrlə nəşr
olunmuş dərsliklərdir.Cəmi 100 nüsxə ilə
buraxılan bu cild 19.04.2011-ci ildə çapa
hazırlanmışdır.Nəşrin redaktoru professor Nizami Cəfərovdur.
Annotasiyada dərsliklərin
yeganə müəllifi olduğuna birbaşa
işarə vardır: "Çap olunmuş dərsliklərə metodist
müəllimlər kimi Qənirə
Əmiraslanovanın və Təhminə Əsədovanın
adları da əlavə edilmişdir".
Annotasiyada əlavənin kim tərəfindən
edildiyi
göstərilməmişdir
Cildin "Yeni dövrün
dil dərslikləri" adı ilə
verilən "Ön söz"ünün müllifi AMEA-nın
müxbir üzvü,əməkdar elm xadimi, professor
Nizami Cəfərovdur. Ön söz "Yeni dövrün dil dərslikləri" adı ilə
kitabın çapından əvvəl ayrıca məqalə kimi də çap etdirmişdir. Orta məktəb dərsliklərinin
toplu şəkildə heç bir dəyişiklik
edilmədən cildlərə
salınması faktı göstətir ki,orta
məktəb dərslikləri
diqqətlə təhlil ediməli, dərsliklər şagirdlərin dünyagörüçü və
düşüncə tərzinə
uyğun olmalıdır.Cildə dilçiliyin qrammatika
bölməsinin materiallarının tədqiqi və bu tədqiqin təqdimatı nəzəri materiallar
və çalışmalar vasitəsilə oxuculara
çatdırılır. Burada əsas nitq hissələrinin
münasibətini göstırən sxemin verilməsi maraqlı görünür (s.24). Mənsubiyyət şəkilçilərinə
aid paradiqma cədvəli
də müəllimlərin metodiki
ustalığını yüksəltməyə xidmət edə
bilər (45).
Y.Seyidov mətn anlayışını morfologiya bölməsində izah etməyə çalışmış,
bədii, elmi və rəsmi-əməli üslublardan ümumi
şəkildə söz
açmışdır.
Y.Seyidov da bir
çox həmkarları kimi "qəsdən" sözünü
səbəb zərfi hesab edir, lakin onu
zərflərin məna qruplarında göstərmir. Yusif müəllimin tədqiqatçı tələbələri
bu məsələdə öz
sözlərini deməli, zərfin problemli
məsələlərinə aydınlıq gətirilməlidir.Yusif
müəllim zərfin mənasındakı nisbilikdən
danışanda öz fikrini maraqlı mülahizələr sübut edir , zaman zərfləri ilə zaman bildirən isimlərin sərhəddini
aydın göstərir: "Zaman zərfləri
konkret bir zamanın, dövrün adını bildirmir.
Məsələn,DÜNƏN konkret bir vaxtı
bildirmir,danışdığımız gündən əvvəlki gün deməkdir.Danışdığımız vaxtdan sonrakı gün
sabahdır. İsimlər isə müəyyən bir zamanı bildirir (söhbət zaman
anlayışı bildirən
isimlərdən gedir-N.N.).Məsələn,fəsillərin
adları(yaz,yay,payız,qış), ayların
adları(yanvar,fevral),sutkanın hissələrinin adları(gecə,
gündüz),günün
hissələrinin adları (səhər,günorta,axşam) və
s.
Biz hər əvvəlki günə dünən
deyə bilərik,dünən bu günə
nisbətdə zaman bildirir.Həftənin,ayın,ilin
hər bir günü
dünən və ya sabahola bilər.Ancaq biz qış əvəzinə yay,səhər
əvəzinə axşam işlədə
bilmərik"( səh.198-199).
Yusif müəllim
nədən yazmasına baxmayaraq,biz
həmişə onu sintaksisin
ən fəal, ən işgüzar tədqiqatçısı
kimi xatırlayacayıq. Yusif
Seyidovdan əvvəl də söz birləşmələri tədqiqat obyekti olub, bundan
sonra da olacaq.Amma söz birləşnmələrinin
tədqiqində Y.Seyidov birincilərin cərgəsində
olacaq. O yazırdı:"Söz
birləşməsi iki sözdən ibarətdirsə,
onların hər biri müstəqil mənalı
söz olmalıdır.Əgər onlardan biri köməkçi nitq
hissəsinə aid sözdürsə, belələri
söz birləşməsi hesab olunmur".Yeri gəlmişkən qeyd
edək ki,Y.Seyidov dilçilik məktəbinin
yetirmələri onun axıra
çatdıra bilmədiyi işləri ləyaqətlə davam etdirməlidirlər. Bu
ocaq sönməməli, daha
da gur
yanmalıdır.
Bizə elə gəlir
ki,biz birinci tərəfi buraxılmış təyini
söz birləşmələrinə ciddi münasibət bildirməıliyik. ( ... bəzisi, .... kimisi, ...nənəsi tipli sözlər birinci
tərəfi buraxılmış
söz birləşmələri kimi izah oluna
bilər. Bunları ONLARIN BƏZİSİ, BUNLARDAN KİMİSİ, ƏHMƏDİN NƏNƏSİ kimi başa düşmək o
qədər də çətin deyil. Əlbəttə, kimsə bunu məntiqlə dilçiliyin
qarşılaşdırılması, bərabərləşdirilməsi
kimi başa düşə bilər. O ki qaldı bu tipli sözlərin
istifadə olunduğu cümlə
üzvlərinə, onları quruluşca sadə üzv
kimi izah etmək elmi və metodiki cəhətdən
daha önəmli görünür.
Y.Seyidov -kosmosa yol,əlində kitab,dağlardan uca,əsgərlərdən biri, durna gözlü formalı söz
birləşmələrini Əsərlərinin X cildində də, dərsliklərində də
qeyri-təyini söz birləşməsi kimi izah edir.Məsələnin
belə təqdimatı elmi mübahisələri
kəsir, dilin tədrisində ortaya
çıxarılan süni problemləri
aradan qaldırır.
Bu gün
dilçiliyimizdə ən mübahisəli məsələlərdən
biri sintaktik əlaqələr
məsələsidir. Tabesizlik əlaqəsinin təqdimində
problem, demək
olar ki, yoxdur.Əsas
çaşqınlıq yaradan məsələ
idarə əlaqəsi ilə
bağlıdır.Y.Seyidov idarə əlaqəsini belə izah edir: "Əsas sözün
tələbi ilə sözün ismin adlıq halından çıxıb başqa hala düşməsinə idarə
əlaqəsi deyilir"( X cild,səh.314).Deməli, idarə
əlaqəsində hal şəkilçisi
görünməyə də bilər.Başqa sözlə,
qeyri-müəyyən yiyəlik halda olan söz də, təsirlik
halda olan söz də idarə olunan
sözdur. Məsələn," Tar məktəbinin ən yaxşı nümayəndəsi odur";
"Əhməd tar
şalır" cümlələrindəki tar sözü birinci cümlədə qeyri-müəyyən
yiyəlik halda,"tar
çalır"dakı tar-qeyri-müəyyən təsirlik
haldadır,"məktəbinin" sözü
müəyyən yiyəlik halda isimdir. Bu sözlər adlıq
haldan çıxıbsa, deməli,idarə
olunmuşlar.
Mən professor Yusif Seyidovla bir sıra qurumlarda fəaliyyət göstərmişəm;
Yusif
müəllim Azərbaycan Resrublikası Təhsil Nazirliyinin Elmi-Metodik
Şurasının sədr müavini (sədr
professor N.Cəfərovdur)idi.Mən isə
hələ -10 ildən artıqdır ki,bu
qurumun
üzvüyəm.(Deyilənə görə ən fəal
üzvüyəm,son bir ildə bu EMŞ-nın adı ilə maarifçilik
məsələləri ilə ilgili
ölkədə və xaricdə
100-dən artıq elmi, elmi-
metodiki məqalələrlə
çıxış etmişəm).
Y.Seyidovla birlikdə bir müddət
TQDK-nın Azərbaycan dili fənni üzrə (rus
bölməsi) ekspert şurasında da işləmişəm.Yusif
müəllim Azərbaycan Respublikasınn təlim rus
dilində olan
ali məktəb tələbələri üçün "Azərbaycan dili"
dərsliyinin də müəllifidir. Bu dərslik təkmilləşditilərək bir neçə
dəfə nəşr olunmuşdur. Mən bu dərslikdən Azərbaycan KP Nərimanov RK -da
işləyəndə də, orta və orta ixtisas məktəblərində
işləyəndə də istifadə etmişəm.Y.Seyidovun
şeir yazıb-yazmadığnı bilmirəm,
ancaq bu, çox maraqlı faktdır ki,
o, mövzulara aid dil materiallarının seçimində poeziya nümunələrinə və dramatik əsərlərdən seçilmiş dil faktlarına
meyilli dilçilərdən idi.
Y.Seyidovun Əsərlərinin 10-cu cildinə onun özünün
və metodist müəllimlərdən Qənirə Əmiraslanova və Təhminə Əsədovanın ümumtəhsil orta
məktəblərinin VI-IX sinifləri üçün
hazırladıqları "Azərbaycan dili
" dərsliklərinin bütün
materialları daxildir.Başqa sözlə,bu
4 sinif üçün
(VI,VII,VIII,IX siniflər)
hazırlanmış dərsliklərin toplusudur. Qənirə Əmiraslanova və Təhminə
Əsədova bu dərsliklərə
metodist-müəllim kimi əlavə olunduğuna görə Yusif
Seyidov əsas
müəllif kimi tanınır. X cildin
ən maraqlı cəhətlərindən biri
də budur ki, elmi mübahisələrə aydınlıq gətirmək
üçün cildə "Çaşıoğlu "nəşriyatı
tərəfindən Y.Seyidovun həmişə
elminə və elmi sadiqliyinə
inandığı iflologiya elmləri doktoru, Hüseyn Əsgərovun "Yeni Azərbaycan"
qəzetinin 05.03.2005-ci il tarixli nömrəsində
dərc olunmuş iri
həcmli məqaləsi də əlavə olunmuşdur
(səh.256-271). Bu yazının elmi əsərlərə daxil
edilməsi , çox güman
ki,məqsədəuyğun şəkildə düşünülmüşdür:
nəşriyyat dərslik siyasətində elmi polemikaya hazır olduğunu
nümayiş etdirmişdir.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının
Azərbaycan
dili və ədəbiyyat bölməsinin üzvü,
TQDK-nın Azərbaycan
dili üzrə eksperti.
21.11.2013-cü
il.
Olaylar.-
2013.- 22 noyabr.- S.10.