Firəngiz Babayeva: ”“Toy gecəsi”nin
süjet xətti çox
mükəmməldir”
Azərbaycan Respublikasının Əməkdar artisti Firəngiz xanım Babayeva ilə müsahibəni sizlərə təqdim edirik.
- Firəngiz xanım, hal-hazırda “Toy gecəsi” bədii televiziya serialına çəkilirsiniz. Serialın süjet xətti, canlandırdığınız obraz haqqında fikirlərinizi bilmək maraqlı olardı?
- “Toy
gecəsi” bədii televiziya
serialının ən üstün və
fərqli cəhətlərindən biri gərgin,
dinamik və dramatik sujet xəttinə malik
olmasıdır. Burada əsasən dörd ailənin həyatından, yaşam tərzindən, şəxsi
maraqları və mənafeləri ugrunda
necə amansız şəkildə mübarizə
aparmalarından və saf , təmiz bir sevgidən bəhs edilir.
Qohumlar, valideyn və
övladlararası münasibətlərdəki ziddiyyətlər,
ailədaxili çatlar, münaqişələr
ustalıqla təsvir olunur. Süjet xətti o qədər
mükəmməldir ki, dinamika
və dramatik situasiyalar
o qədər zəngin və o qədər cəzbedicidir ki,
əminəm ki, tamaşaçı gözünü bir an olsun belə ekrandan ayırmır. Bu məqamda
serialın quruluşçu rejissoru Yaşar Əhmədovun
əməyini xüsusi vurğulamaq
istəyirəm. Oynadığım obraza
gəldikdə isə onu deyə bilərəm
ki, ele birinci
seriyada oglunu
var-dövlətə, dünya malına
görə sevmədiyi qadınla evləndirən və sonda oğul itkisi kimi böyük
bir faciə yasayan gözü yaşlı bir
anayam. Tale sanki Zərifədən üz
döndərib. Hələ ki, xoş günlər, xoş
anlar Zərifədən uzaqdır. Bir sözlə, dərdli ana,
dərdli həyat yoldaşı.
- Zənninizcə, Zərifə obrazı tamaşaçıların diqqətini hansı xüsusiyyətləri ilə cəlb edə bilər?
- Bu
obraz bir cox analarımıza ana
olmagın əsl məgzini öyrədəcək. Yəni analar məhz Zərifə
kimi ana olmaq istəməyəcəklər.Onun etdiyi səhvlərdən ibrət götürəcək,
tale yüklü məsələlərdə
övladlarının yerinə qərar verməkdən çəkinəcək,
kor-koranə qərarlarıyla balalarının həyatını
məhv etməkdən uzaq qaçacaqlar. Bir Azərbaycan
qadını, bir ana kimi arzum budur
ki, qoy bütün
analar övadlarını hər zaman xoşbəxt görsünlər, Zərifənin
etdiyi səhvləri heç
vaxt təkrarlamasınlar.
- “Toy gecəsi”nin digər seriallardan fərqli və üstün hansı cəhətləri var?
- Bu
ilki serial mövsümü hələ yenicə baslayib. Hazırda yayımlanan serialların da hələki bir
neçə seriyası efirə gedib. Ona görə də bu
sualınıza cavab verməyə bir qədər çətinlik çəkirəm.
Ancaq bir amili xüsusi vurğulamaq istəyirəm. Əminəm ki, “Toy gecesi”
öz sujet xəttiylə
mütləq tamaşaçıların böyük
marağına səbəb olacaq.
- Firəngiz xanım, sizcə, ümumilikdə seiallarımızın uğrur qazanması üçün hansı addımları atmağa ehtiyac var?
- İlk
növbədə rejissorlarımız çəkinmədən
professional aktyorların xidmətindən
istifadə etməlidirlər. Bu, çox vacib amildir. Çünki professional aktyorun ortaya qoyduğu iş də sünilikdən uzaq,
təbii, professional olur.
Seriallarımızın uğur
qazanması üçün vacib olan daha
bir mühüm amil isə keyfiyyətli görüntünün
əldə edilməsidir. Buna görə
də texniki təchizat məsələsinə
xüsusi həssaslıqla
yanaşılmalı, çəkiliş prosesində müasir avadanlıqlardan istifadə
olunmalıdır.
- Bizim serialların Azərbaycanın hüdudlarından kənara çıxması üçün nə qədər vaxt lazımdı?
- Gəlin bunun ücün hələ
tələsməyək. Unutmayaq ki, hər bir işdə vacib olan təcrübədir.
Bir anlıq qardaş
Türkiyənin serial işində keçdiyi yola nəzər
salaq, müqayisələr aparaq.
Onların illər öncə istehsal etdiyi, hələ təzə-təzə serial çəkməyə
başladıqları dövrlərdə ortaya
qoyduqları seriallara baxanda
indi yəqin ki,
hamını gülmək tutar. Amma illər keçdikcə, serialdan
seriala təcrübə öz
sözünü deməyə
başladı. İndi, baxın görün tamasaçı necə boyuk maraqla onların
seriallarını izləyir. Biz bu işə hələ təzə
başlamışıq. Vaxt keçdikcə,
təcrübə çoxaldıqca, problemlər
çözülərək həllini tapacaq,
bu sahədə olan qüsurlar, nöqsanlar aradan qaldırılacaq. Nəticə
haqqında da o zaman danışacağıq. Mən
inanıram ki, yaxın bir
neçə ildən sonra bizim
seriallarımız da dunya
arenasına çıxa biləcək.
- “Toy gecəsi”nin hər yeni bölümü yayımlandıqdan sonra bəlli oldu ki, ölkədə ən çox izlənən televiziya məhsuludu. Bunun belə olacağını gözləyirdinizmi?
- İnanın mənə,
tam səmimiyyətlə deyirəm ki, hardasa bunun
məhz belə olacağını gözləyirdim.Çünki
ssenari müəllifimiz Samir
Sədaqətoğlu o qədər
maraqlı süjet xətti qura bilib ki...
Bütün məsuliyyətiylə qeyd edə bilərəm ki,
“Toy gecəsi”nin süjet
xətti çox mükəmməldir. Hətta
mən özüm birinci
seriyanı oxuyandan sonra
bir sıra suallarla,
müəmmalarla üz-üzə qaldım. İstər-istəməz
düşünməyə başladım ki,
görəsən, növbəti seriyalarda
hadisələr necə cərəyan edəcək? Demək olar ki, hər epizodda hansısa gözlənilməz hadisə
baş verir, qəhrəmanlar
bir epizoddan digər epizoda keçincə ən ağlagəlməz
situasiyalara düşürlər. Və bu da təbii olaraq dinamikanı, konflikti
gücləndirir. Məhz belə olduqda
tamaşaçı böyük diqqət
və maraqla ona təqdim
olunan məhsulu izləməkdə davam edir.Sözün düzü, əvvəlcədən mən bu şahmat oyununun tamasaçını cəlb edəcəyinə
yüz faiz əmin idim. Və indi çox sevinirəm ki,
yanılmadım, ümidlərim özünü
doğrultdu. Bu, quruluşçu rejissor Yaşar Əhmədov başda
olmaqla hamımızın uğurudur.
- Firəngiz xanım, hazırda yayımlanan seriallar içində “Toy gecəsi”nə rəqib hansı seriallar ola bilər?
- Məncə, Azad Azərbaycan Televiziyası da
daxil olmaqla hazırda
ölkə televiziyalarında yayımlanan serialların bir neçəsi maraqlıdır. Əlbəttə,
sağlam rəqabət yalnız ümumi işin xeyrinə
ola bilər. Bu
danılmaz bir faktdır ki,
məhz sağlam rəqabət olan yerdə inkişaf mümkündür. Amma bütün hallarda
yaxşı, gözəl bir işin ortaya
çıxması üçün zəhmətkeşlik
və fədakarlıq tələb olunur.
Hamıya işlərində müvəffəqiyyət
arzulayıram və xüsusilə “Toy gecəsi”
bədii televiziya serialının
yaradıcı heyyətinə arzu edirəm
ki, qazandığımız uğur sona qədər davam etsin.
Bahar Rüstəmli
Olaylar.-
2013.- 23-25 noyabr.- S.13.