Macarıstanda Azərbaycan diasporu

 

Bu gün əksər Avropa ölkələrində olduğu kimi Macarıstanda da Azərbaycan diasporu fəaliyyət göstərir. Düzdür, bu ölkədə Azərbaycan diaspor təşkilatları çox məhdud sayda olsa da, lakin bu sahədəki fəaliyyət qənaətbəxş hesab edilə bilər. Hazırda Macarıstanda fəaliyyət göstərən yeganə diaspor təşkilatı Macar-Azərbaycan Dostluq Cəmiyyətidir desək yanılmarıq.

Məlumat üçün qeyd edək ki, Macar-Azərbaycan Dostluq Cəımiyyəti (MADC) – 1994-cü ildən Macarıstanın paytaxtı Budapeştdə fəaliyyət göstərir, Macar-Azərbaycan Dostluq Cəmiyyətinin sədri  Svetlana Abdullayevadır. Macar-Azərbaycan Dostluq Cəmiyyətinin bu ölkədə yeganə diaspor təşkilatı olmasına baxmayaraq uğurlu fəaliyyət göstərməsinin başlıca amillərindən biri ondan ibarətdir ki, cəmiyyət üzvlərinin 90 faizi macarlardan ibarətdir. Macar-Azərbaycan Dostluq Cəmiyyəti təsis edilərkən Azərbaycanın tarixi və bu günü, qədim adət-ənənələri, milli bayramları, dövlətimizin qazandığı nailiyyətlər barədə informasiya yaymağı qarşısına məqsəd qoyub. Etiraf etmək lazımdır ki, ötən müddət ərzində Macar-Azərbaycan Dostluq Cəmiyyəti qarşısına qoyduğu məqsədlərin reallaşması istiqamətində bir sıra uğurlara imza atıb və qeyd edilən istiqamətlərdə məqsədyönlü tədbirlər həyata keçirib. Macar-Azərbaycan Dostluq Cəmiyyəti zəngin tarixi-mədəni irsimizin təbliği, bu istiqamətdə çap materiallarının hazırlanıb macar cəmiyyətinə çatdırılması işində də fəal olub. Belə ki, 2010-cu ildə Azərbaycan Respublikasının Diaspora İlə İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə macar dilində çapdan çıxmış üçcildlik topluda Macarıstanda tanınan gənc Azərbaycan müəlliflərinin qələminə məxsus, onların keçmiş və gələcəklə bağlı mülahizələrini, Vətənin ağrılı-acılı və şad günlərini əks etdirən hekayə, povest və esselər, habelə qədim Azərbaycan diyarı olan Qarabağın zəngin mədəniyyəti barədə sənədli materiallar yer alıb.

Macar-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi ilə öz üzvləri arasında görüşlər keçirirək iki ölkə arasında yaxınlığa öz töhvəsini verir. Həmçinin Macarıstan rəsmiləri ilə müntəzəm şəkildə görüşlər təşkil edərək Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ problemini onların diqqətinə çatdırır. Cəmiyyət rəsmi Bakı ilə Budapeşt arasında dostluq, qarşılıqlı münasibətlərin inkişaf etdirilməsinə də zaman-zaman öz töhfəsini verir.

Macar-Azərbaycan Dostluq Cəmiyyəti həmçinin Macarıstanda yaşayan azərbaycanlıların ölkəmizin mədəniyyəti, tarixi və s. barədə məlumat yaymasına dəstək verir. Məsələn, cəmiyyət 2011-ci ilin yanvar ayında Mərkəzi Avropa Universitetində keçirilən Beynəlxalq Mədəniyyət Festivalında Azərbaycanın da tələbələr tərəfindən təmsil olunmasına dəstək verib. Təşkilat Azərbaycanın milli bayramları zamanı həm azərbaycanlı, həm də macar üzvləri ilə birlikdə bayram süfrəsi açır. Macar-Azərbaycan Dostlqu Cəmiyyəti  həmçinin Azərbaycanın problemləri, Dağlıq Qarabağ münaqişəsi barədə macarlara məlumat verir. Matəm günlərində-20 Yanvar, 31 Mart, 26 Fevral- dünyasını dəyişmiş azərbaycanlıların xatirəsi anılır, bu hadisələr barədə məlumatıandırma işləri aparılır.

Macar-Azərbaycan Dostluq Cəmiyyət həmçinin hər il ənənəvi olaraq Azərbaycan və macar dillərində görkəmli azərbaycanlılara həsr olunmuş təqvimlər hazırlayır. 2011-ci ilin təqvimi məşhur rəssam Tahir Salahova, 2012-ci ilin təqvimi isə Toğrul Nərimanbəyova həsr olunub.

Macar-Azərbaycan Dostluq Cəmiyyəti mədəni kütləvi tədbirlərin keçirilməsində də yaxından iştirak edir. Belə tədbirlərdən biri 2008-ci ildə təöşkil olunub. Belə ki, 2008-ci ilin noyabr ayının 18-20-də paytaxt Budapeştdə “Macarıstan-Azərbaycan: mədəniyyətlərin dialoqumövzusunda III beynəlxalq elmi konfrans keçirilib. Konfransda Macarıstanın dövlət orqanlarının, ictimai təşkilatların, elmi müəssisələrin, aparıcı universitetlərin müəllim və tələbələri, Azərbaycan diasporunun üzvləri iştirak ediblər. Konfrans Azərbaycanın Macarıstandakı Səfirliyinin, Azərbaycanın Milli Elmlər Akademiyasının, Macarıstan Elmlər Akademiyasının, Etves Lorand adına Budapeşt Universitetinin, Macar-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikasının Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilib. Üç gün davam edən konfransda Azərbaycan və Macarıstan alimlərinin 40-dan çox məruzəsi dinlənilib. Məruzələr tarix, arxeologiya, etnologiya, ədəbiyyat, dilçilik, folklor, politologiya, iqtisadiyyat, hüquq və memarlıq məsələlərinə həsr olunub. Konfrans başlanarkən Macarıstan parlamentinin spikeri Katalin Sillinin konfrans iştirakçılarına müraciəti oxunub. Konfransda Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənov, Macarıstan Elmlər Akademiyasının həqiqi üzvü Xazai Dyerd, Azərbaycan Milli Elmlər Akademiyasının  vitse-prezidenti  Nailə Vəlixanlı, Macarıstan Etnologiya Avropa Folkloru İnstitutunun direktoru Mixay Xoppal başqaları çıxış edərək, bu konfransların keçirilməsinin artıq ənənə halını almasını xalqımız arasında bütün sahələrdə əlaqələrin genişlənməsinə kömək etdiyini vurğulayıblar. Konfransın noyabrın 18-də keçirilən birinci iclasında macar dilinə tərcümə edilərək nəşr olunanDədə QorqudKoroğludastanlarının təqdimat mərasimi keçirilib.  Ekspertlər bu əsərlərin nəşrini Azərbaycan-Macarıstan humanitar münasibətlərin tarixində əlamətdar hadisə adlandırıblar.Təqdimat mərasimindən sonra məruzələr dinlənilib. Konfransın ikinci günündə macar alimlərinin dinlənilən məruzələrinin əksəriyyəti hüquq məsələlərinə, Azərbaycanın Konstitusiyasına, ölkəmizin hüquq sahəsində əldə etdiyi nailiyyətlərə həsr olunub. Konfransda, həmçinin tanınmış macar türkoloqu, musiqişünas, Azərbaycan xalq musiqisi haqqında kitab yazan Yanoş Şipoşun Azərbaycan, macar, Anadolu türk mərasim mahnıları haqqında məruzəsi böyük maraqla dinlənilib.

Cari il, iyul ayının 13-də isə paytaxt Budapeştin Ybl Sarayında azərbaycanlı rəssam Çingiz Mehbalıyevin ən son rəsmlərindən ibarətHəyatınızı rəngləyərəkadlı fərdi sərgisi təşkil olunub. Sərginin açılışında Azərbaycan Respublikasının Macarıstandakı səfiri Cənab Vilayət Quliyev, Macarıstan Parlamentinin, eyni zamanda Macarıstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü Tamaş Hegedüş çıxış edib. Səfir Vilayət Quliyev sərgidə istedadlı rəssam Çingiz Mehbalıyevin rəsmlərindən aldığı təəssüratları bölüşüb, bu cür mədəni tədbirlərin keçirilməsinin müasir Azərbaycan mədəniyyətinin tanıdılmasındakı xüsusi rolunu qeyd edib. Macarıstan Milli Assambleyasının üzvü T. Hegedüş Azərbaycan mədəniyyəti istedadlı rəssam haqqında fikirlərini bildirərək Azərbaycan Macarıstan arasında getdikcə genişlənən ictimai mədəni əlaqələrdən məmnun qaldığını deyib. Sərgidə həmçinin Azərbaycandakı Macarıstan Ticarət Evinin rəhbəri Ceyhun Abdullayev, Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayeva, Macarıstan-Azərbaycan Gənclər Təşkilatının təsisçiləri üzvləri, Macarıstanın ictimai xadimləri, aparacı siyasi partiyalarının gənclər təşkilatlarının liderləri, eləcə yerli əcnəbi adamları digər şəxslər iştirak edib. Beş gün davam edən sərgidə rəssamın 30-a qədər rəngkarlıq qrafika işləri nümayiş olunub. Xatırladaq ki,  Çingiz Mehbalıyevin 2007-ci ildə UNESCO-nun keçirdiyi Mövlanə Cəlaləddin Ruminin anadan olmasının 800 illiyinə həsr olunan beynəlxalq sərgidə iştirak edən ən gənc rəssam olub. Bir il sonraMolla Nəsrəddin - Azərbaycanbeynəlxalq karikatura müsabiqəsində iştirak edib Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinə üzv qəbul olunub. 2010-cu ildə isə Türkiyənin Bartın şəhərində keçirilən sərgidə uğurla iştirakından az sonra SESAN (Serbest Sanatçılar) beynəlxalq rəssamlar ittifaqına üzv qəbul olunub.

Macar-Azərbaycan Dostluq Cəmiyyətinin səmərəli fəaliyyətinin nəticəsi olaraq bu ölkənin parlamentinə Dağlıq Qarabağda ermənilərin azərbaycanlılara qarşı törətdiyi kütləvi qətllərlə bağlı qərar layihəsi təqdim edilib. Layihə parlamentdəki üçüncü böyük partiya olan Daha Yaxşı Macarıstan Uğrunda Hərəkat (Jobbik) tərəfindən təqdim olunub.  Parlamentin Xarici Əlaqələr Komitəsinin sədr müavini Marton Gyöngyösi Ermənistanın 1992-ci ildə Dağlıq Qarabağda başladığı hücumlar nəticəsində Azərbaycan torpaqlarının beşdə birini işğal etdiyini deyib. O bildirib ki, 1992-ci ildə baş verən Xocalı qətliamında çoxu qadın uşaq olan 613 nəfər öldürülüb. Marton Gyöngyösi BMT Təhlükəsizlik Şurasının, ATƏT NATO-nun Ermənistanın həyata keçirdiyi soyqırımı pislədiyini xatırladıb. Bir milyon qaçqın məcburi köçkünün problemlərinin hələ həllini tapmadığını vurğulayan parlamentar qeyd edib ki, beynəlxalq ictimaiyyət bəzi faciələrə diqqət göstərsə , Azərbaycan xalqının dramına fikir vermir. Müxalifətdəki Jobbik Partiyasının nümayəndələri parlamenti Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləməyə çağırıblar. Qeyd edək ki, Jobbik Partiyası 227 yerlik parlamentdə 47 yerə malikdir.

Macarıstandakı Azərbaycan diasporunun ən uğurlu fəaliyyətindən biri azərbaycanlı zabit Ramil Həsənovun Azərbaycana ekstradisiyası zamanı özünü göstərdi. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin bilavasitə gərgin əməyi nəticəsində baş tutan bu proses erməni lobbisində dərin hiddətə səbəb olmuşdu. O, ərəfədə erməni lobbisi maksimum dərəcədə çalışaraq Macarıstan rəsmilərini bu addımdan çəkindirməyə Ramil Səfərovun həbsxanada saxlanılmasına cəhd etsələr , lakin başda Macar-Azərbaycan Dostluq Cəmiyyəti olaraq bu ölkədə fəaliyyət göstərən diaspor nümayəndələrimiz erməni təbliğat maşınını zərərsizləşdirməyə nail oldular.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2013.- 26 noyabr.- S.15.