Turan dövləti, yoxsa türk birliyi?
Turan
dövləti qurmaq ideyası yüzillərdən bəri
dünya türklərinin ürəyində yaşayan, bəzən
çiçəklənən, alovlanan, bəzən
yavaşıyan, amma heç zaman sönməyən bir
ideyadır. Bir çoxumuza isə bu ideyanın
nə zamansa gerçəkləşəcəyi xəyal kimi
görünür. Bu da təsadüf deyil,
bir sıra amillərlə bağlıdır.
Bildiyimiz kimi ölkəmiz tarixən
türklərin, Qafqaz xalqlarının (ləzgi, udin, avar və
b.) və farsdilli xalqların (kürd, talış, tat və
b.) barış və dinclik şəraitində
yaşadığı bir məkan olub. Bu, bu gün də belədir. Ölkəmizdə
yaşayan xalqların öz dinlərinə tapınması,
öz gələnək-görənəklərini rahatca icra
etmələri üçün yaxşı şərait
yaradılıb. Ölkəmizin
anayasasının 18-ci maddəsinin I bəndində deyildiyi
kimi “Azərbaycan Respublikasında din dövlətdən
ayrıdır. Bütün dini etiqadlar
qanun qarşısında bərabərdir”. Ölkə başçısı cənab İlham
Əliyev də tez-tez öz çıxışlarında Azərbaycandakı
tolerantlığa, xalqların dostluq, qardaşlıq şəraitində
yaşamasına diqqət çəkir. Bu
faktor ölkəmizin demək olar, artıq bütün sahələrinə
nüfuz edir. Cənab prezidentimiz həmçinin
yaxın günlərdə Türkiyə
cümhurbaşqanı Abdullah Gül ilə görüşərkən
öz nitqində Türk birliyinin yaradılmasının
vacibliyini də önə çəkdi və bunun türk
dövlətlərinin gələcək inkişafına dəyərli
töhfəsini verəcəyini qeyd etdi.
Türk birliyindən söz
düşmüşkən qeyd etməliyik ki, belə bir birlik
yaranacağı halda ortaq türk dilinin qəbul edilməsinə
ehtiyac olacaq ki, bu da başlıca məsələlərdən
biridir. Açığı, mən
digər türkcəlrə nisbətən Azəri və
Anadolu türkcələri haqqında daha bilgiliyəm. Və bu yazımda istəyirəm ki, bu iki dili
bacardığım qədər müqayisə edim. Dəfələrlə qeyd olunub ki, ortaq türk dili
Türkiyə türkcəsinin bazasında
formalaşmalıdır. Mən də
müəyyən qədər bununla razıyam. Lakin razılaşmadığım məqamlar var. Məsələn,
Türkiyə türkcəsində kifayət qədər
Avropa boğazları var və bu dilin struktur-semantik
quruluşuna da təsirsiz ötüşmür. Həmçinin də Türkiyə türkcəsində
olan indiki zaman sonluqlarını bizim türkcədəki
sonluqlarla əvəzləmək daha yaxşı olar. Bizim dildə bu sonluqlar daha qısa və diləyatımlı
səslənir. Onların
uzaldılmış formalarının isə (Türkiyə
türkcəsindəki kimi) müəyyən ləhcələrdə
qalmasına tərəfdaram. Hər halda bu
mənim özəl fikrimdir. Düşünürəm
ki, Azəri türkcəsi gələcək inkişaf
baxımından Türkiyə türkcəsindən daha
perspektivlidir. İnkişafa, alınma
sözlərin dilə təsirinə fikir verək. Türkiyə türkcəsi dil baxımında
sürətlə Avropaya inteqrasiya edir, Azəri türkcəsi
isə daha çox Türkiyə türkcəsinə. Artıq çoxlu miqdarda söz türkcədən
dilimizə keçib, alınma sözləri
sıxışdırıb.
***
Rus dili uluslararası dil olsa da qeyd etməliyik
ki, hardasa türklərin ortaq dili funksiyası
daşıması faktı ortaq türk dilinin olmamasından irəli
gəlir. Öncəki yazılarımda
ortaq türk dilindən geniş danışdığımdan
təkrarçılıqdan uzaq olsun deyə yeni fikirlərdən
danışacam. Ortaq türk əlifbası kimi latın əlifbasının qəbul
olunması daha doğru olar. Bunu həm bu əlifbanın
uluslarası əlifba olması, həm də türklərin
müəyyən hissəsinin bu əlifbaya artıq öyrəncəli
olması ilə bağlamaq olar. Yeri gəlmişkən əlifba
sözünü də abc sözü ilə
əvəzləmək olar. Məsələn,
türk əlifbası yerinə türk abc-si demək daha
doğru olar. Çünki əlifba
sözü ölkəmizdə ərəb əlifbasınn əsas
əlifba olması zamanından irəli gəlir. Ortaq əlifba
ilə bağlı Azər Həsrətin layihəsini də
(Əsasən də “ə” hərfinin “a”
ilə əvəzlənməsini) müəyyən dəyişikliklərlə
dəstkləyirəm.
Yaranacaq olan Türk Birliyini anayasa
baxımından BMT-nin, NATO-nun, həmçinin də Avropa
Birliyinin qanunlarından istifadə etməklə zənginləşdirmək
olar. Məs, bu kimi uluslararası qurumların
maddələrinin Türk birliyi anayasına tətbiqi daha
effektli və məhsuldar olacaq. Birlik
başqanlarının 4-5 ildən bir türkdilli dövlətlərin
vətəndaşlarından seçilməsi və milliyətindən
asılı olmayaraq türk birliyinə, türk dilinə,
ulusuna, gələnək-görənəyinə sadiq
qalacağı barədə and içməsi əsas
götürülməlidir. Birliyin rəsmi
dilləri kimi türk, rus, ingilis dillərinin qəbul
olunması düşünürəm ki, daha doğru olar.
Rus dili müəyyən qədər türklərin
uzun zamandır ki, ortaq anlaşma dili olduğu
üçün, ingilis dili də hamıya məlum olduğu
kimi. Bəlli ki, müəyyən zaman
keçdikdən sonra bu birlik dünyanın ən qabaqcıl
birlikləri ilə bir sırada dayanacaq. Türk
Birliyinin yaradılması ilə bağımsız olan
altı türk respublikası, həmçinin də
dünyanın digər ölkələrində yaşayan (əsasən
Rusiya və Çin) türklərin bir-birinə daha da
yaxınlaşması, ictimai-siyasi, ədəbi-mədəni
ilişgilərin sürətlənməsilə ilə
sonuclanacaq.
Bu birliyin yaradılması, sonradan ortaq
bayrağın, valyutanın qəbul olunması, ortaq tarixin
yazılması, mədəniyyətin formalaşması gələcəkdə
türk xalqlarının minilliklər boyu yaratdığı ədəbi-mədəni
sərvətləri ümumiləşdirərək
bütövlükdə dünya mədəniyyəti, ədəbiyyatını
və başqa sahələri zənginləşdirəcək.
Düşünürəm ki, bu gün türk birliyi qurmaq
Turan dövləti yaratmaq ideyasından daha real
görünür!
***
Gənc bir yazar, tənqidçi kimi Azərbaycan
və Azəri sözlərinə də münasibət bildirmək
istəyirəm. Öncə qeyd edim ki bu
yöndə tanınmış bilim adamlarımızın dəyərli
fikirləri var. Örnək olaraq Nizami Cəfərovu,
İqrar Əliyevi və b. göstərə bilərik. Mənim şəxsi fikrimə görə bu ifadənin
(Azəri sözünün) qaynağını talış
dağlarının ətəklərində yaşayan Azəri
xalqının adı ilə bağlamaq doğru deyil. İncə bir məqama nəzər yetirmək kifayət
edər ki, fikrimizin doğruluğunu isbatlayaq. Hər hansı bir xalq, toplum inkişaf edir,
böyüyür, dünya sivilizasiyasına qoşulur. Və əgər həmin xalqın
yaşadığı bir vilayətdə digər xalqlar da
yaşayırsa sonrakı dönəmdə həmin vilayətin
tarixində, mədəniyyətində daha çox
inkişafda olan xalqın təcrübəsindən istifadə
olunacaq, həmin xalqın ideyaları əsas
götürüləcək. Və əgər Azəri xalqı Talış
dağlarında yaşayan bir azsaylı xalq olubsa onda niyə
onlar bu gün etnik azlıq sayılmır? Və
yaxud da əgər Azəri xalqı İran mənşəlidirsə
və sonradan türklərlə qarışıb milliyətlərini
itiriblərsə onda niyə onların
danışdığı dil qalmayıb? Bu
barədə çox yazılıb, deyilib. İqrar Əliyevin nəzəriyyəsinə inanmaq
lazım olursa əgər daha əvvəllər Azərbaycana
türklərin axınları baş verməmişdisə necə
oldu ki, XI yüzildə səlcuqların gəlişi ilə
türkləşmə prosesi dərhal başa çatdı.
Nəzərə alsaq ki, bu, çox uzun sürən
bir prosesdir). Deyərsiniz
ki, bu işdə islam dini rol oynadı. Axı, türkləşmənin başa
çatması ilə də türk mədəniyyətinin
formalaşması da başa çatdı. Hərçənd, dünya təcrübəsi
göstərir ki, bu, daha uzun bir prosesdir. Çünki,
mədəniyyət ixrac olunmur.
Onu təyyarələrə doldurub
dünya ölkələrinə səpələmək
mümkün deyil. Bu hər bir ölkənin inkişaf özəllikləri
ilə bağlıdır. Çox olub ki, qalib
dövlətlər məğlub dövlətlərə
öz mədəniyyətlərini qəbul etdirə bilməmişlər.
Məsələn ərəblər İrana,
monqollar isə Azərbaycana öz mədəniyyətlərini
qəbul etdirə bilmədilər. Əksinə
özləri həmin mədəniyyətlərin təsiri
altına düşdülər. Eynilə
bu gün biz Avropa mədəniyyətinə inteqrasiya edirik.
Bu bizə nə verir? Nəticədə
cəmiyyətimizdə bizim heç zaman eşitmədiyimiz,
ağlımıza belə gəlməyən cinayətkarlıq
artır.
İqrar Əliyevin nəzəriyyəsinə
inansaq və türklərin Azərbaycana gəlişini səlcuqlardan
götürsək bəs hunların Beyləqanda məskunlaşması,
bəs Göytürklərin Azərbaycanda tapılmış əlifbası? Buna inanmaq,
düşünürəm, bütövlükdə
xalqların Böyük Köçünü və bu köçdə
türklərin böyük rolunu danmaq deməkdir.
Birdəfəlik başa düşmək
lazımdır ki, istər qədim, istərsə də orta əsrlərdə
türklər arasında milli birlik olmayıb (və ya olubsa da
nəzərə çarpacaq dərəcədə zəif
olub). Tarixin orta və yeni dövrlərində
Avropa ölkələrinin də Şərqə münasibəti
milli zəmində deyil, dini zəmin kəsb edib. Bu, Azərbaycanda da belə olub. Dəfələrlə
qeyd etdiyim kimi bu günün özündə belə bizdə
dini birlik milli birlikdən güclüdür. Təsadüfi deyil ki çox zaman öz “müsəlman
qardaşımızdır”-deyirik, “türk
qardaşımızdır”-demirik.
Mən də bir gənc yazar, tənqidçi
kimi bu məsələyə münasibət bildirməyi
özümə borc bildim. Bəlli
ki, son söz bu işlə yaxından məşğul olan
aydınlarındır. Ərəb dilinə
az-çox bələd olub və bu dildə müəyyən
əsərlər oxumuş bir gənc kimi Azərbaycan
sözünün mənşəyi və əski əlifba
haqqında bir neçə söz demək də istərdim.
Azərbaycan ən qədimdən Odlar ölkəsi
adlandırılıb. Bu dünya
xalqları arasında ilk olaraq xalqımızın oddan istifadəsi
ilə bağlıdır. Od
Allahının da adı Azər olub. Çoxlu təbii,
yanar qazların, atəşgahların olması, islamdan öncəki
dinimiz-zərdüştlükdə odun müqəddəs
sayılmasını da bura əlavə etsək
düşünürəm ki, Azərbaycan coğrafi
adının odla bağlanmasından daha doğru variant yoxdur. Bu bir tərəfdən. İkinci tərəfdən
isə niyə Azərbaycan adının mənşəyi Az (ıx) sözü ilə əlaqələndirilmir.
Bütün bu tarixi həqiqətlər qalan
yerdə ölkəmizin adının Atropatena sözü ilə
əlaqələndirilməsi başa düşülən
deyil. Və indi artıq qəti əminəm
ki, məşhur yunan yazıçısı Esxil
özünün “Zəncirlənmiş Promotey” əsərində
göylərdən odu oğurlayıb insanlara bəxş
etdiyi üçün Promoteyin Qafqaz dağlarında zəncirlənməsi
haqqında hekayəti heç də əfsanə deyil,
gerçəkdir.
Azərbaycan sözünün
yazılışı ilə bağlı məsələ də
məni çox düşündürür. Götürək əski
əlifbanı. Əski əlifbada Azərbaycan
dilində olan alınma sözlər “ze” hərfiylə, milli
sözlər isə “zeyn” hərfi ilə yazılır. Azərbaycan sözü də “ze” hərfi ilə
yazılır. Deməli elə
özümüz bu sözü alınma söz kimi qəbul
etmişik. Bu gün çağdaş ərəbcədə
də bu söz “ze” hərfiylə yazılır.
Ortaq türk dili və Turan dövlətinin
yaradılmasını çətinləşdirən bir amil
də türklərin ayrı-ayrı ölkələrə səpələnməsi
və ləhcə fərqləridir. Burda bir
sıra mətləblər var.
Əli bəy Hüseynzadə 1905-ci ildə
yazırdı: “Keçənlərdə bir “mir zaklyuçi”
sözünü “sülh əqd etmək” surəti ilə tərcümə
etmək istiyordum. Rüfəqamdan
biri buna etiraz edib dedi ki, böylə tərcümə etsən
kimsə anlamaz. “Sülh etmək”
yazılmalıdır. Lakin “sülh etmək”lə “əqdi
sülh etmək” birmidir?. “Sülh
etmək” sadəcə barışmaq deməkdir. “Əqdi-sülh isə qanun və nizam dairəsində,
şahidlər hüzurunda, əldə kağızlar, əhdnamələr
tərəfeyn tərəfindən imzalanmış şərtnamələr
olduğu halda barışmaq deməkdir”.
Ortaq türk dilinin qəbulu çox ciddi
məsələdir. Azərbaycan türkcəsini
alınma sözlərdən təmizləyib (bu sözlər
artıq çoxdan vətəndaşlıq hüququ qazansalar
belə) eləcə də bütün türk dilli
xalqların dillərini alınma sözlərdən təmizləyib
yalnız təmiz türk sözlərini ortaya qoymaqla ortaq dil
yaratmaq lazımdır.
Türk dilinin təmizlənməsi uğrunda Əli bəy Hüseynzadə,
Ə.Ağaoğlu ötən yüzilin əvvəllərində
mübarizə aparsalar da Mirzə Cəlil və
Ə.Haqverdiyevə nisbətən
çətin yazırdılar. Bu gün
biz tələbələr Əli bəy Hüseynzadəni
çətin başa düşürük. Onun əsərlərinin
tərcüməyə ehtiyacı var. Ən azından ərəb
və fars sözləri lüğətini
bilmədən onu başa düşmək bugünkü gənclik
üçün çox çətindir.
Sonda qeyd etmək istəyirəm ki, tələm-tələsik,
zorla qurulan imperiyaların ömrü uzun olmur. Bu imperiyanı zamanında Əmir Teymur
yaratdı, Nadir şah yaratdı. Amma ömürləri
çox qısa oldu. Şah İsmayıl isə islamın bir
qolunu digərinə qarşı qoymaqla öz
imperiyasının ömrünü müəəyyən qədər
uzada bildi. Ona görə də Yunus Oğuzun dediyi kimi “Turan
imperiyasını əvvəl başlarda, sonra
qılınclarda yaratmaq lazımdır”. Bu birlik isə Nizami Cəfərovun
sözləri ilə desək “türklərin birliyi yalnız
iqtisadi mədəni birlik deyil, həm də siyasi birlik
olmalıdır”. Bu yolda saysız-hesabsız çətinlikləri
dəf etməkdə Tanrı türkə yar olsun.
Yeqzar Cəfərli
Olaylar.- 2013.- 26 noyabr.- S.13.