Azərbaycan diasporu
dünyada ideoloji taktika ilə işləyir
Erməni
diasporu Azərbaycan diasporunun dünyada möhkəmlənməsindən ciddi narahatçılıq
keçirir
Təxminən on ildən artıq
bir müddət ərzində yaranmaq və təşkilatlanmaq səviyyəsində olan Azərbaycan diasporu bu gün dünyada
aparıcı mövqedə
olan diaspor təşkilatları səviyyəsindədir
və ayrı-ayrı
ölkələrin diasporları
ilə yaxından əməkdaşlıq
edir. Bu gün
Azərbaycan icmaları
fəaliyyət göstərdikləri
ölkələrin ictimai-siyasi
həyatına inteqrasiya
edir, siyasi partiya və təşkilatlarla əlaqələr
qurur. Müşahidə edilən bu
müsbət tendensiya
lobbi quruculuğu istiqamətində də uğurlar əldə etmək üçün zəmin yaradır. Qurulan əlaqələr xarici siyasi dövlət
xadimlərinin, parlament
üzvlərinin, kütləvi
informasiya vasitələrinin
nümayəndələrini Azərbaycana dəvət etməyə və onları respublikamızda gedən iqtisadi inkişaf prosesləri, quruculuq işləri ilə yaxından tanış etməyə imkan yaradır.
Bu gün qətiyyətlə demək
mümkündür ki,
Azərbaycan diasporu özünün çox geniş inkişaf mərhələsinə qədəm
qoyub. Biz artıq
bütün dünyada
Azərbaycan diasporunun
fəaliyyətində çox
müsbət meyillər
və strateci əhəmiyyətə malik
inkişaf istiqmətləri
görürük. Bu sahədə çalışan
ekspertlər, analitik təhlilçilərin də
söylədiyi fikirlərdən
aydın olur ki, yaxın illərdə Azərbaycan
diasporu dünyada tanınmış diasporların
sırasında önə
çıxacaq. Bunun işartılarını
artıq bu gün görmək mümkündür. Buna ən bariz nümunə
bütün dünyada
olan azərbaycanlıların
və diaspor təşkilatlarımızın fəaliyyətini istiqamətləndirəcək
bir sənədin - xartiyanın qəbul edilməsini göstərmək
olar. Heç şübhəsiz
ki, həmin sənəd xaricdə yaşayan soydaşlarımızın
sıx birliyinin yaranmasına, diasporlararası
münasibətlərin güclənməsinə,
onların ümumi iş fəaliyyətinin istiqamətlənməsinə, yaşadıqları
ölkələrdə ictimai-siyasi
həyata inteqrasiya olmalarına imkan verəcək.
Bir məqamı da qeyd etmək
yerinə düşər
ki, Azərbaycan diasporunun inkişaf etməsi, soydaşlarımız
arasında birlik və bərabərliyin təmin olunmasında Dünya Azərbaycanlılarının
Əlaqələndirmə Şurası
da məqsədyönlü
iş aparır. 2001-ci ildə ümummilli
lider Heydər Əliyevin təşəbbüsü
və iştirakı ilə Bakıda keçirilən Dünya Azərbaycanlılarının I qurultayının yekunları
əsasında yaradılan
Dünya Azərbaycanlıları
Əlaqələndirmə Şurasının
əsas vəzifəsi
xarici ölkələrdə
yaşayan soydaşlarımızın
təşkilatlanması prosesini
gücləndirmək, onların
ictimai-siyasi həyatda
iştirak səviyyəsini
yüksəltməkdir. Bu illər ərzində Şuranın apardığı
gərgin iş nəticəsində Azərbaycan
həqiqətlərinin dünya
birliyinə çatdırılması,
dünya azərbaycanlılarının
milli birlik və həmrəyliyinin möhkəmləndirilməsi, mədəni
irsimizin təbliği,
dünyanın tanınmış
diaspor təşkilatları
ilə əlaqələrin
inkişafı, türk
dünyasının birliyi
istiqamətində mühüm
nailiyyətlər əldə
olunub. Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının
fəaliyyəti dünyaya
səpələnmiş diaspor
təşkilatlarını bir araya gətirmək
və istiqamət fəaliyyətlərini müzakirə
etmək nöqteyi nəzərindən də
çox önəmlidir.
Əlbəttə, bu yolda görüləsi işlər
hələ çoxdur.
Çalışılır ki, gələcəkdə
diaspor təşkilatlarımız
sıx əlaqədə
olsunlar. Yeni informasiya-kommunikasiya
vasitələri də
buna imkan verir.
Müsbət
qiymətləndirilməli olan
məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan diasporu dünyada ideoloji taktika ilə işləyir. Diasporumuz Dağlıq Qarabağ münaqişəsi məsələsində
də olduqca həssasdır və təşkilatlarımız artıq
əvvəlki illərdə
olduğu kimi yalnız müdafiə taktikası ilə kifayətlənmir. Paralel olaraq
hücum taktikası da diasporumuzda əsas prioritet hesab edilir. Elə bunun nəticəsidir ki, erməni diasporu Azərbaycan diasporunun dünyada möhkəmlənməsindən ciddi narahatçılıq
keçirir. Hələ
bir neçə il əvvəl
erməni tərəfi
bunu açıq şəkildə etiraf etmək məcburiyyətində
qalıb. Belə ki, Bakıda Dünya Azərbaycanlılarının
Əlaqələndirmə Şurasının
toplantısı ərəfəsində
Azərbaycan diasporunun
fəaliyyətinə, onun
getdikcə güclənməsinə
diqqət çəkən
Ermənistanın kütləvi
informasiya vasitələri
Azərbaycan diasporunun
güclənməsini real təhükə
mənbəyi kimi qələmə vermişdilər.
Belə ki, "PanArmenian" agentliyi
"Azərbaycan diasporuna
qarşı Ermənistanın
dövlət siyasəti
gərəkdir" başlığı
altında məqaləsində
qeyd edirlirdi: “Bəzi analitiklər Azərbaycan diasporunun süni yaranan bir qurum olduğunu
və heç vaxt erməni lobbisinin səviyyəsinə
çatmayacağını söyləyirlər. Azərbaycandan gələn xəbərlər
bunun əksini söyləməyə vadar
edir". Agentlik
yazırdı ki, hazırda Azərbaycan diaspor təşkilatları
Birləşmiş Ştatlar,
Kanada və Avropada türk diaspor təşkilatları
ilə sıx əlaqə yaradıblar:
"Düzdür, hələ
ki, bu təşkilatlar
lobbiçilik fəaliyyətində
erməni diasporu ilə müqayisə oluna bilməz. Amma düşünürük ki,
bu, müvəqqəti
bir haldır. Türk və Azərbaycan diaspor təşkilatları
bütün məsələlərdə
ümumi fikrə gəlsələr, çox
güclü olacaqlar.
Əslində, hər ikisinin
hədəfi 100 ilə
yaxın xaricdə uğurla fəaliyyət göstərən erməni
diasporunun dünyada siyasi təsirini neytrallaşdırmaqdır". Agentlik yazır ki, bunu həyata
keçirmək üçün
Azərbaycanın hər
cür maddi imkanları var: "Neftdən və qazdan əldə etdikləri vəsait hesabına Azərbaycan hökuməti yüksək
səviyyədə sərgilər
təşkil edir, xarici dillərdə nəfis tərtibatlı kitablar yayır və konfranslar keçirir". Ermənilərin ehtiyat etdiyi
amillərdən biri də 90-cı illərdə
xarici ölkələrə
miqrasiya etmiş azərbaycanlıların ermənilərə
qarşı ideoloci mübarizəsi və buna olan əzmidir.
"PanArmenian"ın müxbiri
ilbəil güclənən
"Azərbaycan diasporu
faktoruna" qarşı
Ermənistanda dövlət
siyasətinin həyata
keçirilməsini təklif
edir və fikrini: "Rəsmi Bakı erməni lobbisinə qarşı öz siyasətini məhz bu cür
yürüdür", - qənaəti
ilə yekunlaşdırmışdı.
Ermənistandakı "Noravank" fondu
isə Azərbaycan diasporunun güclənməsində
dünyanın aparıcı
ölkələrinin və
beynəlxalq təşkilatlarının
rolu olduğunu qeyd edirdi. Fond belə zənn
edir ki, Azərbaycan diasporu bölgədə strateci mövqeyi artan ölkəsinin xarici dövlətlərlə əlaqələrinin
qurulmasında və iqtisadi layihələrin həyata keçirməsində
vasitəçi missiyasını
yerinə yetirir.
Fondun qənaətinə görə,
bu səbəbdən diaspora həm beynəlxalq, həm də yerli nüfuz
dairələrinin marağına
səbəb olur.Göründüyü
kimi, Azərbaycanın
bölgədə lider
ölkəyə çevrilməsi
Ermənistanı rahat
buraxmır.
Qazanılan uğurlar,
əldə edilən nəticələrlə yanaşı,
unutmaq lazım deyil ki, hələ
görüləsi işlər
irəlidədir və
Dağlıq Qarabağ
problemi ilə bağlı haqlı mövqeyimizi dünyaya daha geniş mənada çatdırmaq
üçün ayrı-ayrı
ölkələrin diaspor
təşkilatları ilə
sıx əməkdaşlıq
etmək lazımdır.
Yalnız birləşərək
məqsədimizə nail ola bilərik. Xüsusilə, türk dünyasını
bu prosesə səfərbər etmək
zəruridir. Unutmaq lazım
deyil ki, Dağlıq Qarabağ problemi təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının problemidir.
Eyni ilə Türkiyə, Şimali Kipr, Qazaxıstan, ümumilikdə
dünya türklərinin
problemi və acısı bizim problemimiz, bizim acımızdır. Sevindrici
hal ondan ibarətdir ki, bu gün Azərbaycan
tək deyil, bu gün Azərbaycanın
arxasında böyük
türk dünyası
var. Yeni daha mütəşəkkil qüvvənin
siyasi arenaya çıxdığı, istər
Qərbdə, istərsə
də Şərqdə
cərəyan edən
proseslərə təsir
etmək imkanında olduğu göz qabağındadır. Həqiqətən də, 200 milyondan çox insanı birləşdirən türk
dünyası böyük
gücə malikdir.
Son illər türk
dünyasının əzəməti,
dünyadakı rolu daha da artıb.
Beləliklə, bütün türk
toplumlarının, diasporların
fəaliyyətinin birləşdirilməsi,
bir nöqtəyə vurması zərurətə
çevrilib. Amerikada,
Kanadada, Almaniyada və başqa ölkələrdə Türk-Azərbaycan
diaspor təşkilatları
bir araya gələrək fəaliyyətlərini
qurmağa çalışırlar.
Məlumdur ki, Azərbaycandan
xarici ölkələrə
pənah aparan soydaşlarımızın əksəriyyəti
vətənlərini 90-cı illərdə tərk ediblər. Həmvətənlərimizdən fərqli olaraq
türklərin xarici ölkələrdə, məsələn,
Birləşmiş Ştatlarda,
Almaniyada artıq üçüncü nəsil
nümayəndələri yaşayır.
Bunlar yaşadıqları ölkələrdə
assimilyasiya olub və həmin ölkələrin ictimai-siyasi
həyatına fəal
qatılıblar. Türk icmalarının
bu kimi təcrübəsi
xarici ölkələrdə
yeni məskən salan həmvətənlərimiz
üçün çox
əhəmiyyətli və
faydalıdır.
Diqqət yetirməli olan məqamlardan biri ondan ibarətdir ki, diaspora sahəsində ctimai
və siyasi baxımdan fəal adamlara ehtiyacımız var.
Bu gün həm Azərbaycan,
həm də Türkiyə, ümumilikdə Türk
dünyası üçün həllini
gözləyən problemlər var ki, bunlar hökumətin deyil, diasporun üzərinə
düşür. Məsələn, 907-ci
maddənin qaldırılması, Xocalı soyqırımının
tanınması. Bu məsələlərin
həlli üçün diasporumuz
daha fəal olmalıdır. Bunun üçün güclü ideoloji iş aparmalıyıq. Hər bir
türkün, hər bir
azərbaycanlının ölkəsindən kənarda uğurlu fəaliyyəti dolayısı ilə
uzaq düşdüyü
Vətəninin uğurudur. Uğur qazanmış hər bir
şəxs öz adı ilə əcnəbilərə
ölkəsini tanıdır və sevdirir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2013.- 9 oktyabr.-
S.15.