Diaspor nümayəndələrimiz də

səsvermə prosesində aktiv olublar

 

Oktyabrın 9-da Azərbaycanda növbəti dəfə prezident seçkiləri keçirildi. Müstəqil Azərbaycan Respublikasının tarixində sayca altıncı dəfə keçirilən seçkilərdə dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan vətəndaşları, diaspor nümayəndələrimiz də yaxından iştirak ediblər. Qardaş ölkə olan Türkiyə Cümhuriyyətində yaşayan azərbaycanlılar da səsvermə prosesində fəallıq nümayiş etdiriblər. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının bununla bağlı açıqladığı məlumatda bildirilib ki, soydaşlarımız könüllü şəkildə seçki məntəqəsinə gələrək öz seçimlərini ediblər. Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası əminliklə bildirib ki, qardaş ölkədə yaşayan Azərbaycan vətəndaşları prezidentliyə namizəd cənab İlham Əliyevə səs veriblər.  Federasiya hesab edir ki, soydaşlarımızın belə bir seçim etməsi üçün kifayət qədər əsaslar var. Çünki əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Türkiyə-Azərbaycan tarixi dostluq-qardaşlıq əlaqələri bu gün cənab İlham Əliyevin rəhbərliyi altında bir qədər də inkişaf etdirilir: “Dünyada buna bənzər ikinci bir örnək yoxdur. Azərbaycan sürətlə inkişaf edib, Qafqazın parlayan ulduzu olma yolundadır. Bu inkişaf ümummilli lider Heydər Əliyev siyasətini davam etdirən Prezident İlham Əliyevin sayəsində gerçəkləşir. Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası olaraq hesab edirik ki, prezident İlham Əliyevin yenidən dövlət başçısı seçilməsi Azərbaycanın beynəlxalq nüfuzunu daha da artıracaq”.

İstanbul Türkiyə Azərbaycan Dərnəyi də əminlik ifadə edib ki, qardaş ölkədə yaşayan Azərbaycan vətəndaşları oktyabrın 9-da İlham Əliyevə səs veriblər. Adıçəkilən dərnəyin sədri Səfər Qaraqoyunlu hesab edir ki, Azərbaycan bugünkü kimi gələcəkdə də İlham Əliyevin rəhbrəliyi altında bölgənin nüfuzlu ölkəsi olacaq: “Türkiyə Azərbaycan üçün beynəlxalq dəstək və müttəfiqdir. Azərbaycanla Türkiyənin iqtisadi, siyasi, mədəni, elm, təhsil və s. sahələrdə reallaşdırdığı ortaq layihələr, əməkdaşlıqlar bu münasibətlərin ən önəmli göstəricisidir. Mustafa Kamal Atatürkün «Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir», Heydər Əliyevin «Bir millət, iki dövlət» fikirləri iki ölkə arasında dostluq, qardaşlıq əlaqələrinin uğurla davam etdirməsi üçün zəmin rolunu oynamış və bu münasibətlərin təməl faktorunu aşkar etmişdir».

Norveçdə yaşayan Azərbaycan vətəndaşları, xüsusilə bu ölkədə təhsil alan azərbaycanlı tələbələr də səsvermə günü fəallıq nümayiş etdiriblər. Norveç Azərbaycanlıları Gənclər Təşkilatı, Norveç Azərbaycanlıları Tələbələr Təşkilatı, Oslodakı Azərbaycan Evi Norveçdə yaşayan Azərbaycan vətəndaşlarının prezident seçkilərində İlham Əliyevə səs verdiklərinə ümidvar olduğunu qeyd edib. Adıçəkilən təşkilatlar hesab edir ki, soydaşlarımızın belə bir seçim etməsi Azərbaycanın İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlara imza atması ilə əlaqədardır: “Həmvətənlərimiz son illərdə Azərbaycanın iqtisadi cəhətdən inkişafı, siyasi gücünün artması, bir sıra nüfuzlu beynəlxalq təşkilatlara üzvlüyü, xüsusilə bu təşkilatlarda əhəmiyyətli tərəfdaş kimi qəbul edilməsindən məmnundur. Hesab edirik ki, əldə olunmuş uğurların xalqımızın, ilk növbədə isə prezident İlham Əliyevin siyasi iradəsi və böyük səyi nəticəsində mümkün olub.  Ona görə də ümid edirik ki, 9 oktyabr seçkilərinin nəticəsi olaraq qarşıdakı 5 ildə Azərbaycanın ölkə daxilində, dünya çapında və o cümlədən Avropa məkanında siyasəti, iqtisadi strategiyası, inkişafı, mövqeyi və istiqamət kursu müəyyən olunacaq”.

Norveçdəki təşkilatlarla yanaşı, Niderland Krallığında fəaliyyət göstərən Holland-Azərbaycan Türk Kültür Dərnəyi və “Odlar Yurdu” Cəmiyyəti də Azərbaycanın inkişafı, rifahı, proqressiv gələcəyi və demokratik dəyərlərə hərtərəfli inteqrasiyası naminə bu ölkədə yaşayan azərbaycanlıların İlham Əliyevə səs verdiklərini bəyan edib. Təşkilat hesab edir ki, növbəti beş ildə Azərbaycan İlham Əliyevin rəhbərliyi altında daha da sürətlə inkişaf edəcək. Niderlandda yaşayan azərbaycanlı qadınlar da oktyabrən 9-da Azərbaycanda keçirilən seçkilərlə əlaqədar mövqelərini ortaya qoyublar. Bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarının səsvermə gnü İlham Əliyevə etimad göstərməsini  Azərbaycan son 10 ildə çox sürətli inkişaf yolu keçməsi ilə əlaqələndiriblər: “İlham Əliyevin yenidən dövlət başçısı seçilməsi bizə bu inkişaf yolunu davam etdirməyə labüd şərait yaradır. Azərbaycan xalqının qarşısında bu tərəqqini çıçəkləndirmək üçün böyük imkan açılıb. Odur ki, nəinki Niderlandda bütövlükdə dünyada yaşayan azərbaycanlıları Azərbaycanın bugünkü inkişafının səbəbkarı - İlham Əliyevə səs verib. Ümid edirik ki, "Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası"ndan irəli gələn prinsipləri rəhbər tutaraq bütün Avropa azərbaycanlıları bundan sonra da öz səylərini ölkələrimiz arasındakı etimad, xeyirxahlıq və dostluq münasibətlərinin möhkəmlənməsinə yönəldəcəklər”.

Belarusda yaşyan Azərbaycan vətəndaşları da səsvermə günü birmənalı şəkildə seçim edərək cənab İlham Əliyevə səs veriblər. Bu Belarus Azərbaycan İcmaları Konqresinin bəıyanatında da öz əksini tapıb.Bəyanatda qeyd olunub ki, təməli ümummili lider Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan dövlətinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən inkişaf etdirilərək dünya birliyində öz layiqli yerini tutması, dünya azərbaycanlılarının təşkilatlandırılaraq vahid azərbaycançılıq məfkurəsi ətrafında birləşdirilməsi, dünyanın müxtəlif ölkələrində olduğu kimi Belarusda yaşayan azərbaycanlıların da ürəyincədir. Tarixi vətənimizin inkişafını və xalqımızın yüksək rifah halını nəzərə alan Belarusda yaşayan soydaşlarımız ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının əldə etdiyi uğurları yüksək qiymətləndirir və dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsi üçün onun həyata keçirdiyi qlobal işləri ürəkdən alqışlayırlar.

Oktyabrın 9-da seçici aktivliyinin müşahidə edildiyi ölkələrdən biriAlmaniya olub. Belə ki, bu ölkədə yaşayan Azərbaycan vətəndaşları səfirlikdə yaradılan seçki məntəqəsinə gələrək öz seçimlərini ediblər. Almaniya azərbaycanlılarının seçkidə İlham Əliyevə səs verdikıəri də vurğulanıb. Bununla bağlı  Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin yaymış olduğu bəyanatda qeyd edilir ki, biz Avropa Azərbaycanlıları, xalqımızı və vətənimizi təmsil edən azərbaycanlı icmaları neçə illərdir ki, Azərbaycan mədəniyyətinin təbliği, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində fəaliyyət göstəririk. Şübhəsiz ki, bu yolda biz Azərbaycan dövlətinin dəstəyi ilə irəliləyirik. Bu gün Azərbaycanın Avropa üçün strateji tərəfdaşa çevrilməsi, təkcə enerji yox, digər sahələrdə də əlaqələrin inkişafına xüsusi diqqət yetirildiyi göz önündədir. Azərbaycanın həyata keçirdiyi məqsədyönlü siyasət Dağlıq Qarabağ münaqişəsinin həllinə və ölkəmizin ərazi bütövlüyünün bərpasına hesablanıb. Təsadüfi deyil ki, Avropanın aparıcı dövlətlərindən olan Almaniyanın ali orqanı - Bundestaq Azərbaycanın ərazi bütövlüyünü özündə ehtiva edən qətnamə qəbul edib. Bütün bunlar məhz Azərbaycan Respublikasının przidenti cənab İlham Əliyevin rəhbərliyi altında baş verib. Ona görə də biz Almaniyada yaşayan azərbaycanlılar olaraq oktyabrın 9-da İlham Əliyevə səs verməyi özümüzə borc bildik”. Bəyanatda həmçinin Almaniya azərbaycanlıları Azərbaycanın sürətli inkişafının davamlı olacağına böyük inam bəsləyir və hesab edir ki, bütün soydaşlarımız milli və dövlətçilik maraqlarına dair məsələlərdə vahid mövqedən çıxış etməlidir. Qeyd edək ki, Almaniya-Azərbaycan Dostluq Cəmiyyəti Ağahüseyn Babayev tərəfindən 2010-cu ildə Drezden şəhərində fəaliyyətə başlayıb və Azərbaycan həqiqətlərinin alman ictimaiyyətinə çatdırılmasında fəallığı ilə seçilir.

Avstraliyada fəaliyyət göstərən Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyiİlham Əliyevə dəstək verən diaspor təşkilatlarındandır. Birliyin yaymış olduğu bəyanatda son illər iki ölkə arasında əlaqələrin genişlənməsindən, Azərbaycan diasporunun bu ölkədə güclənməsindən, Azərbaycanın turizm potensialının artmasından və son dövrlərdə fəallaşan erməni lobbisinin ölkəmiz, xüsusən də Dağlıq Qarabağ münaqişəsi barədə apardığı yalan məlumat kampaniyasına qarşı ciddi mübarizə aparılmasından bəhs olunur. Bəyanatda bütün bu işlərin görülməsində yerli Azərbaycan icmasına Azərbaycan hökumətinin dəstəyi də xüsusi qeyd olunur. Məhz Azərbaycan dövlətinin dəstəyi sayəsində biz diaspor fəaliyyətimizi gücləndirərək haqq səsimizi istənilən səviyyədə ucaltmağa nail olmuşuq. Sözsüz ki, bütün bunlar Azərbaycanda bərqərar olan iqtisadi-siyasi sabitliyin, demokratik cəmiyyət quruculuğunun, ölkənin geostrateji mövqeyindən düzgün istifadənin və bütün bunların səbəbkarı olan Prezident İlham Əliyevin uğurlu daxilixarici siyasətinin məntiqi nəticəsidir.

Qeyd edək ki, 1992-ci ildə İmamətdin Qasımov tərəfindən təsis edilən Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyi azərbaycanlıların daha çox cəmləşdiyi Sidney şəhərində fəaliyyət göstərir. Təşkilatda azərbaycanlılarla yanaşı, digər türkdilli xalqlar da təmsil olunur. Təşkilatın yaxından dəstəyi və iştirakı ilə 2000 FM Radio stansiyasında 98.5 MHz tezliyində və internetlə yayımlanan “Azərbaycanın səsi” (Voice of Azerbaijan) radiosu artıq 20 ildir hər bazar ertəsi dinləyiciləri Azərbaycanın sosial-siyasi həyatında baş verən hadisələr barədə məlumatlandırır.

Berlində fəaliyyət göstərən Azərbaycan icması  bu şəhərdəki Azərbaycan vətəndaşları da seçki günü cənab İlham Əliyevə səs veriblər. Bu barədə məlumatı Berlinin yəhudi icmasının himayəsi altında fəaliyyət göstərən “Bakılılar” diaspor klubu yayıb. Klubun yaymış olduğu məlumatda deyilir ki, 90-cı illərdə ölkədə hökm sürən qeyri-stabillik zamanı vətəni tərk etsələr də, qəlblərindəki vətən sevgisi hələ də yaşamaqdadır. Azərbaycanda sabitlik yaratmış və hüquqi dövlətə çevirmiş ümummilli lider Heydər Əliyevi hörmətlə anan Almaniya “bakılıları” onun davamçısı olaraq İlham Əliyevin rəhbərliyini yüksək qiymətləndirir və prezident seçkilərində İlham Əliyevə səs verdiyimizi bəyan edirik”.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2013.- 10 oktyabr.- S.15.