Azərbaycan diasporunun
qızıl dövrü
Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratmışdır. Ümummilli liderimiz bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı.
Zaman keçdikcə
diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət
siyasətinin prioritet istiqamətlərindən birinə
çevrilmişdir. Əsası ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulmuş bu siyasətin məqsədi
dünya azərbaycanlılarının tarixi Vətənlə
əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın
milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun
potensialından milli maraqlarımızın daha etibarlı
şəkildə qorunması istiqamətində faydalanmaq,
diasporlararası əlaqələri genişləndirmək,
onların mədəni-siyasi hüquqlarını müdafiə
etməkdən ibarətdir. Dünyanın müxtəlif
ölkələrində yaşayan
soydaşlarımızın və həmvətənlərimizin
müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin
daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və
həmrəyliyin təmin olunması, habelə Azərbaycan
icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin
gücləndirilməsi və əlaqələndirilməsi ilə
bağlı məsələlərin birgə müzakirəsi
zərurətini nəzərə alaraq Dünya Azərbaycanlılarının
I Qurultayının keçirilməsi haqqında 2001-ci ilin may ayınn
23-də ümummilli lider Heydər Əliyevin məlum Sərəncamı
bu möhtəşəm
ideologiyanın gerçəkləşməsinə
istiqamətlənmişdir. Həmin ilin noyabr ayının 9-u
və 10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının
I Qurultayı Azərbaycan tarixinə böyük bir prosesin
başlanğıcı kimi daxil olmuşdur. I qurultayda 36 ölkədən
200-dən çox müxtəlif təşkilatı təmsil
edən 406 nümayəndə və 63 qonaq iştirak
etmişdir. Bu qurultayda Azərbaycan Respublikası 130-dan
çox dövlət və ictimai qurumlardan, elm, təhsil, mədəniyyət
və digər yaradıcı təşkilatlardan, 25 siyasi
partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil
olunmuşdur. Dünya azərbaycanlılarının I
qurultayı xaricdəki soydaşlarımızın ümumi məqsəd,
vahid ideya ətrafında birləşməsi yolunda
böyük addım, gələcəyə istiqamətlənmiş
önəmli tədbirlərdən idi. Qurultay milli ideologiyamız
olan Azərbaycançılıq ideyası ətrafında
soydaşlarımızın birlik və həmrəyliyini
nümayiş etdirdi. Qurultayda xaricdəki həmvətənlərimizlə
sistemli iş aparılmasını təşkil etmək,
soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini
təmin etmək məqsədilə xüsusi dövlət
qurumunun yaradılması ideyası irəli sürüldü.
Ümummilli lider Heydər Əliyevə məxsus olan bu ideya Azərbaycan
diasporunun formalaşdırılması prosesini sürətləndirməyə
xidmət edirdi.
2002-ci ilin 5 iyulunda Azərbaycan
Respublikasının Prezidenti cənab Heydər Əliyev «Xaricdə
Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsinin yaradılması haqqında» Fərman
imzaladı. Fərman Azərbaycan diasporunun fəaliyyətinin
mütəşəkkil qaydada əlaqələndirilməsi,
dünya azərbaycanlılarının siyasi və ideoloji
birliyinin təminatı baxımından müstəsna əhəmiyyyət
kəsb edən mühüm tarixi sənəd olmuşdur.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət Komitəsinin
yaradılması bu sahədə olan problemlərin aradan
qaldırılması istiqamətində əhəmiyyətli
addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini
milli maraqlarımızın gerçəkləşdirilməsi
istiqamətində mərkəzləşdirməyə imkan
vermişdir. Mübaliğəsiz demək mümkündür
ki, Azərbaycanın hüdudlarından kənarda məskunlaşmış
milyonlarla soydaşlarımızın vahid bir amal ətrafında
birləşdirilməsi istiqamətində indiyədək əldə
olunmuş bütün nailiyyətlər ümummilli liderimiz
Heydər Əliyevin adı və məqsədyönlü fəaliyyəti
ilə bağlıdır. Bu gün Heydər Əliyev siyasi
kursunun layiqli davamçısı, onun müəyyənləşdirdiyi
ümummilli inkişaf strategiyasını müvəfəqqiyyətlə
həyata keçirən Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev diasporumuzun
formalaşdırılması sahəsində nailiyyətləri
yeni inkişaf mərhələsinə qaldıraraq daim diqqət
mərkəzində saxlayır. Prezident İlham Əliyevin
iş rejiminin gərginliyinə baxmayaraq Azərbaycan diasporu ilə
bilavasitə bağlılığı olan xarici ölkə
nüimayəndələrini mütəmadi qəbul etməsi
artıq ənənəyə çevrilmiş və Xarici
Ölkələrdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət Komitəsinin bu sahədəki
fəaliyyətinə böyük təkan verir. Cənab
İlham Əliyev hələ Prezident seçilməzdən əvvəl
də diaspor işinə xüsusi diqqət yetirmiş, diaspor
təşkilatlarımız, ümumən xaricdə yaşayan
soydaşlarımız həmişə onun
qayğısını hiss etmişlər.
2003-cü ilin prezident
seçkilərində xalqın böyük etimadını
qazanaraq dövlət başçısı seçilmiş cənab
İlham Əliyev diaspor məsələlərinə diqqətini
artırmış, xaricdə yaşayan həmvətənlərimizin
təşkilatlanması, onların vahid ideya ətrafında
birləşdirilməsi siyasətini müvəffəqiyyətlə
davam etdirmişdir. Prezident İlham Əliyev 2003-cü ilin
dekabrında Dünya azərbaycanlılarının həmrəylik
günü münasibətilə müracəiətində həmvətənlərimizi
ümumi maraqlarımız ətrafında sıx birləşməsinin
tarixi zərurət olduğunu vurğulamış və
ümummilli lider Heydər Əliyevin bu sahədə əldə
etdiyi nailiyyətlərə əsaslanaraq, daha da irəliyə
getmək üçün mühüm addımlar
atılacağını bəyan etmişdir.Müraciətdə
Prezident İlham Əliyev həmvətənlərimizlə əlaqələrin
möhkəmləndirilməsini dövlətin prioritet vəzifələrindən
biri olduğunu vuruğulamış və hökumətin bu
sahədə bütün zəruri tədbirləri görməyə
hazır olduğunu bildirmişdir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev əksər
xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri
ilə görüşür, onları narahat edən problemələrlə
maraqlanır, dəyərli tövsiyələrini verir.
2004-cü ilin yanvarında Fransaya rəsmi səfəri
zamanı Azərbaycan Prezidentinin keçirdiyi
görüşlərdə burada məskunlaşmış
soydaşlarımız da iştirak etmiş, dövlət
başçımızın daxili və xarici siyasətini
birmənalı olaraq dəstəklədiklərini bildirmişlər.
2004-cü ilin oktyabrında Prezident İlham Əliyevin
Ümumrusiya Azərbaycan Konqresinin II qurultayında Rusiya
Federasiyasının Prezidenti Vladimir Putinlə birgə
iştirakı diaspor quruculuğunun Azərbaycanın dövlət
siyasətinin ən mühüm istiqamətələrindən
biri olduğuna daha bir əyani sübutdur. Qurultayda Rusiyada
yaşayan həmvətələrimizin təşkilatlanması,
onların tarixi Vətənlə əlaqələrinin daha da
inkişaf etdirilməsi, soydaşlarımızın Rusiya
Federasiyasının ictimai-siyasi həyatında daha fəal
iştirakı məsələləri müzakirə
edilmiş və müvafiq qərarlar qəbul olunmuşdur.
Rusiya Prezidenti Vladimir Putin tədbirdə çıxış
edərək Azərbaycanla münasibətlərə
xüsusi önəm verdiyini və Rusiyadakı azərbaycanlıların
problemlərinin həlli üçün hökumət tərəfindən
zəruri tədbirlər görüləcəyini bəyan
etmişdir. Ümumiyyətlə, Ümumrusiya Azərbaycan
Konqresinin II qurultayı dünya azərbaycanlılarının
diaspor quruculuğu tarixində əhəmiyyətli bir hadisə
kimi yadda qalmışdı. Prezident İham Əliyev müxtəlif
ölkələrdə keçirilən diaspor quruculuğu tədbirlərini
də diqqətdən kənarda qoymur. Yeni icma və birliklərin
yaranması, eləcə də diaspor qurumlarının vahid mərkəzdə
birləşdirilməsinə istiqamətlənmiş tədbirlər
dövlət başçımız tərəfindən həmişə
təqdir olunmuşdur. Prezident İlham Əliyev 2004-cü ilin
aprelində Berlində keçirilən Avropa Azərbaycanlıları
Konqresinin təsis konfransına da müraciət göndərərək
bu mühüm tədbiri Azərbaycan diaspor quruculuğu
tarixinin əlamətdar hadisələrindən biri kimi qiymətlədirmiş,
həmvətələrimizin təşkilatlanmasının ümumi
Vətənin maraqlarından irəli gələn bir məsələ
olduğunu vurğulamışdır. Azərbaycan Prezidenti
icma və birliklərimizin təşkilatlanmasının daha
yüksək səviyyədə təmin olunmasına ehtiyac
duyulduğunu öz müraciətində xüsusi olaraq qeyd
etmiş və AAK-ın yaranmasını bu ehtiyacdan doğan zərurət
kimi səciyyələndirmişdir. Bütün bunlar Azərbaycan
Prezidentinin və onun timsalında Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyev tərəfindən əsası
qoyulmuş Azərbaycançılıq ideologiyasının təməl
prinsiplərinin həyata keçirilməsi sahəsində
nümayiş etdirdiyi əzmkarlığın parlaq təzahürüdür.
Ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarını
vahid məqsəd ətrafında birləşdirmək siyasəti
bu gün Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməkdədir. Bu isə həmvətənlərimizin
təşkilatlanması, onlar arasında ideya-mənəvi
birliyin daha da möhkəmləndirilməsi, diaspor
quruculuğu işinin müvəffəqiyyətlə həyata
keçirilməsi baxımından çox böyük əhəmiyyətə
malikdir.
Diaspor sahəsində
ən mühüm hadisələrdən biri də Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı
ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət Komitəsinin əsasında
Diasporla İş üzrə Dövlət Komitəsinin
yaradılması olmuşdur. Diasporla İş üzrə
Dövlət Komitəsinin yaradılması digər
xalqların diaspor qurumları və müxtəlif ölkələrin
bilavasitə bu sahəyə məsul olan dövlət
orqanları ilə birbaşa əməkdaşlığın
qurulması imkanlarını genişləndirir. Bu mənada Azərbaycan
Respublikası Prezidentinin «Diasporla İş üzrə
Dövlət Komitəsinin yaradılması haqqında» Sərəncamı
Azərbaycan Respublikasının diaspor quruculuğu işinə
verdiyi önəmin daha bir parlaq təzahürü kimi qiymətləndirilməyə
layiqdir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2013.- 23 oktyabr.- S.15.