20 illik
şərəfli yol keçmiş
diaspor təşkilatı-
Niderland-Azərbaycan-Türk Mədəniyyət Dərnəyi
Niderland Krallığında Azərbaycanı layiqincə təmsil edən diaspor təşkilatlarından biri də Azərbaycan-Türk Mədəniyyət Dərnəyidir. Bu günlərdə 20 illik yubileyini qeyd edən dərnək ciddi şəkildə yubiley tədbirlərinə hazırlaşır. Məlumat üçün qeyd etmək yerinə düşər ki, Niderland Krallığındakı ən böyük Azərbaycan diaspor təşkilatlarından olan Azərbaycan-Türk Mədəniyyət Dərnəyi 1993-cü ildə yaradılmışdır. Haaqada fəaliyyət göstərən bu qurumun təsisçiləri əslən Türkiyənin İqdır vilayətindən olan azərbaycanlılardır. Sözügedən dərnək Azərbaycanın milli adət-ənənələrinin və mədəni irsinin təbliği istiqamətində səmərəli fəaliyyət göstərir.
Niderland Azərbaycan-Türk Mədəniyyət
Dərnəyi 20 illik fəaliyyəti
dövründə bir sıra layihələrə
imza atıb. Bura Azərbaycanın
çətin vaxtlarında təşkilat tərəfindən
cəbhə bölgəsinə edilən yardımlar, müxtəlif
dövrlərdə ölkəmizin üzləşdiyi
haqsızlıqlara etiraz olaraq
mitinq və yürüşlərin
keçrilməsi və.s. daxildir. Dərnəyin
ölkəmizin təbliği, üzləşdiyimiz problemlərin
dünya ictimaiyyətinə
çatdırılması istiqamətində atmış olduğu ən mühüm
addım Hollandiyada Xocalı
soyqıımı qurbanlarına abidənin ucaldılması olub. Belə ki, Niderland- Azərbaycan-Türk Mədəniyyət
Dərnəyi 2007-ci ildə bu Avropa ölkəsində Xocalı
şəhidləri üçün
abidə ucaltmışdır. Həmçinin təşkilat
20 illik fəaliyyəti dövründə
dəfələrlə Haaqada yerləşən
beynəlxalq təşkilatların ofisləri
qarşısında Azərbaycan faciələri ilə
bağlı etiraz aksiyaları təşkil
etmiş, ölkəmizdəki
qaçqın və məcburi köçkünlərə
yardım göstərmiş, Gəncədə Qarabağ şəhidlərinin xatirəsinə
bulaq kompleksi inşa etdirmişdir. Elə Niderland Azərbaycan-
Türk Mədəniyyət Dərnəyinin
sədri İlhan Aşkın da hesab edir
ki, təşkilatın ən uğurlu layihəsi Xocalı
soyqırımına aid ucaltıdqları
abidədir: “Mən bütün bizim fəaliyyətimizin başında təşkilatımız
tərəfindən Niderlandın Den Haaq şəhərində Xocalı
soyqrımı abidəsinin ucaldılmasını görürəm.
Biz bu abidəni
qoyulmasında çox çətinliklərlə
üzləşdik. Amma nə ermənilərin
bizə qarşı olan təpkiləri, nə
də başqa səbəblər bizi çəkindirmədi. Abidə qoyulduqdan indiyə qədər yerli
ictimaiyyətin nümayəndələri, o
cümlədən keçmiş millət
vəkilləri buranı ziyarət edib və
soyqırımla bağlı münasibətlərini bildiriblər.
Biz bundan sonrakı fəaliyyətimizdə
də niderlandlı söz sahiblərinin
abidənin ziyarət etmələrinə
çalışacağıq”
Rus-erməni birləşmələrinin
və xüsusilə 366-cı alay tərəfindən
26 fevral 1992-ci ildə həyata
keçirilən Xocalı faciəsinin 21-ci ildönümü
ilə bağlı cari ilin
fevral ayında da
Hollandiyanın Den-Haaq şəhərində
izdihamlı aksiya təşkil olunub. Niderland-Azərbaycan Türk Mədəniyyət Dərnəyi və
mərkəzin qadın qolları bölməsinin fəalları,
Azərbaycan-Hollandiya Ana Vətən Cəmiyyətinin,
Hollandiya-Azərbaycan Gənclər Təşkilatı, Güney Azərbaycan İstiqlal
Partiyasının birgə təşkilatçılığı
ilə 350-ə yaxın insan anım tədbirində
iştirak edib. Tədbirdə
çıxış edənlər bu günün heç bir zaman
unudulmayacağını və Ermənistanın bu əməllərinin dünya
ictimaiyyəti tərəfindən ifşa
olunması istiqamətində səylərinin
artırılmasını bildiriblər. Azərbaycanın
Hollandiyadakı səfiri Mirhəmzə Əfəndiyev, səfirliyin
əməkdaşı Elnarə Nəsibova, Türkiyə səfirliyinin
əməkdaşları, sabiq millət vəkili
Luuk Blom, Ana Vətən Qadınlar Təşkilatının
sədri Maisə Gündoğdu,
Hollandiya-Azərbaycan Gənclər Təşkilatının fəalı
Nilufər Sangin və s. şəxslər çıxış edərək,
Xocalıda törədilən cinayətin insanlığa
qarşı olduğunu bildiriblər. Onlar bir yurdun
yer üzündən silinməsini,
insanlarının vəhşicəsinə qətlə yetirilməsini
ermənilərin vəhşilik nümunəsi kimi
dəyərləndiriblər.
Təşkilat
Xocalı soyqırımı ilə yanaşı Azərbaycan
xalqının digər faciəli günlərini də hər
il ənənəvi olaraq
qeyd edir. Belə ki, 20 yanvar faciəsinin ildönümü ilə bağlı dərnək
hər zaman anım tədbirləri təşkil
edir. Belə tədbirlərdən biri cari ilin
yanvar ayında Lahey
şəhərindəki Xocalı Soyqırım abidəsinin
qarşısında keçirilib. Soyuq hava olmasına baxmayaraq yüzlərlə insan
həmin tədbirə qatılıb. Anım tədbirində
20 Yanvar faciəsi qurbanlarının ruhuna Quran-ı Kərim oxunub.
Tədbirdə çıxış edən Niderland-Azərbaycan
Türk Mədəniyyət Dərnəyinin
sədri İlhan Aşkın deyib ki, 20 Yanvar faciəsi
Türk dünyasının üəyinə
vurulan bir yaradır. Bu səbəbdən həmin tarixə unutmaq qeyri-mümkündür:
“Şəhidlərimiz, həyatlarını azad
və müstəqil Azərbaycan üçün
verdilər. Bizlər Hollandiyada Azərbaycan
bayrağı altında səsimizi ucaltdıq və bu gün də buna davam edirik.
Bu gün bizim azadlıq günümüzdür.
Allah bir daha bizlərə belə günlər
yaşatmasın. Bir daha
belə bir insanlıq cinayətinin
yaşanmamasını arzulayırıq. 20 Yanvar
xalqımızın şan və şərəf
günüdür. O gün
küçələri boyamış al
şəhid qanları bir anlamda
milli kimliyimizin oyanan günəşinin qırmızı
şəfəqi idi. O gün
137 nəfər öldürülmüş,
700 nəfər yaralanmış
və 800-dən artıq insan həbs edilmişdi. Azərbaycan türklərinin
azadlıq mücadiləsini həyata keçirdiyi
əngəlləməyə çalışan Sovet zulmünü şiddətlə
lənətləyir, bir daha
belə bir insanlıq cinayətinin
yaşanmamasını, arzulayırıq".
Niderland- Azərbaycan Turk Mədəniyyət
Dərnəyi hər il 31 mart-Azərbaycanlıların
Soyqırım Gününü də qeyd edir. Dərnəyin sədri İlhan Aşkın hər il
31 mart-Azərbaycanlıların Soyqırım Günü
ilə bağlı yaydığı mesajda
ermənilərin 1918-ci ildə Bakıda və ətraf rayonlarda törətdikləri vəhşiliklər
əksini tapır. Bildirilir ki, ermənilər mart
hadisələri zamanı on minlərlə
müsəlman türkünü qoca-cavan, uşaq bilmədən
qətlə yetirib.
Niderland-Azərbaycan Türk Mədəniyyət Dərnəyi 20 illik fəaliyyəti dövründə Azərbaycan
mədəniyyətinin təbliğinə də geniş yer ayırıb.
Belə ki, təşkilat bir
qayda olaraq hər il Novruz və digər milli bayramlarımızın keçrilməsini
yüksək səviyyədə təşkil edir. Soydaşlarımızın bayram tədbirlərində bir
yerə toplannası, şənlənməsi, onların
arasında ünsiyyətin yaranması və möhkəmlənməsi
ilə nəticələnir. Dərnək Hollandiyada
keçirilən musiqi festivallarında da təmsil olunur. Məhz bu sitiqamətdəki uğurlu fəaliyyətin
nəticəsidir ki, Niderland-Azərbaycan Türk
Mədəniyyət Dərnəyi 2009-cu il,
fevralın 12-də
Hollandiyanın Utreçt səhərində
hər il ənənəvi şəkildə
keçirilən ölkə miqyaslı Folklor
yarışmasında iştirak edərək
ikinci yerə sahib
çıxıb.
Niderland-Azərbaycan
Türk Mədəniyyət Dərnəyi
rəsmi Bakı ilə Amsterdam arasında
əlaqələrin inkişaf etdirilməsi,
iki ölkənin rəsmi dairələri
və parlamentariləri arasında münasibətlərin
qurulması istiqamətində də ötən iyirmi il ərzində uğurlu fəaliyyət göstərib. Dərnəyin bu
istiqamətdə gördüyü işlər
və həyata keçirdiyi layihələrə
nəzər yetirdikdə deyilənlər öz
təsdiqini tapmış olur. Belə ki,Hollandiyada fəaliyyət göstərən
Azərbaycanın fövqəladə və səlahiyyətli
səfirliyinin dəvətilə Zaqatala Rayon İcra Hakimiyyətinin
rəhbərliyi Haaqa şəhərində
rəsmi səfərdə olmuşdur.
Krallıqda səfərdə olan heyət
həmçinin Azərbaycanın Hollandiyada
fəaliyyət göstərən diasporası ilə bir sıra görüşlər keçiribdir. Azərbaycandan getmiş nümayəndə
heyəti Niderland-Azərbaycan Türk Mədəniyyət
Dərnəyinin başkanı İlhan
Aşkın və cəmiyyətin digər üzvləri ilə
birlikdə Haaqa şəhərində
Xocalı soyqırımının şərəfinə
ucaldılmış xatirə abidəsini ziyarət edib. Daha sonra hər iki tərəf
arasında Azərbaycan həqiqətlərinin Avropada
açıqlanması ilə bağlı mühüm
müzakirələr aparılıb.
Dərnəyin ikitərəfli
əlaqələrin inkişaf etdirilməsinə
verdiyi töhfələrdən biri də Niderland və Azərbaycan
parlamentariləri arasında əlaqələrin qurulması ilə
bağlıdır. Məlum olduğu
kimi Azərbaycan və Niderland
parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Adil Əliyev bu ölkəyə
səfəri çərçivəsində Hollandiyada
fəaliyyət göstərən Niderland-Azərbaycan-Türk
Mədəniyyət Dərnəyinin qərərgahında həmın
ölkədə yaşayan bir qrup diaspora
nümayəndələri ilə görüşüb.
Görüş olduqca
maraqlı və səmimi şəraitdə keçib.
Millət vəkilinin təklifi ilə mərhum Prezident Heydər Əliyevin və şəhidlərimizin
xatirəsi yad olunub. Daha sonra Adil
Əliyev Azərbaycan-Hollandiya münasibətləri, Azərbaycanın
bu günkü durumu barədə çıxış edib. Niderland- Azərbaycan
-Türk Mədəniyyət Dərnəyinin
sədri İlhan Aşkın da çıxışına millət vəkilini
və qonaqları salamlamaqla
başlayıb. Daha sonra
diaspor fəaliyyətinin daha
aktiv fəaliyyət göstərməsinin
vacibliyini vurğulayan
İlhan Aşkın bu
barədə səylərini artıracağını qeyd etdi. Daha sonra
Hollandiyada fəaliyyət göstərən,
Hollandiya və Beynəlxalq Jurnalistlər Birliyinin üzvü Vüqar Abbasov söz alaraq, buradakı diaspora nümayəndələrinin çox işlər görməli olduğunu önə çəkib.
Çıxışlardan sonra millət vəkili
Adil Əliyevə tədbir
iştirakçılarının suallarını
cavablandırıb. Görüşün sonunda tədbir iştirakçıları Den Haaq şəhərində
ucaldılmış Xocalı abidəsini ziyarət edib və abidə önünə gül dəstələri qoyublar.
Bir məqama
da diqqət çəkmək
lazımdır ki, Niderland-Azərbaycan-Türk
Mədəniyyət Dərnəyi 20 illik
fəaliyyəti müddətində uğurlu
layihələri və gördüyü
işlərə görə bir sıra ödüllərə layiq örülüb.
Bunlardan biri də dərnəyə
şəhər bələdiyyəsi tərəfindən verilib. Belə ki,
Niderland-Azərbaycan-Türk Mədəniyyət Dərnəyi
şəhər bələdiyyəsi sədrinin yüksək
hizmət nişanı ilə də təltif
edilmışdır.
Qeyd edək ki, Niderland Azərbaycan-Türk Kültür Dərnəyinin 20 yaşını qeyd etmək və bu müddət ərzindəki fəaliyyətinə nəzər salmaq məqsədilə Den Haaq şəhərində geniş yubiley tədbirinin keçirilməsi planlaşdırılır. Tədbirdə təşkilatın rəhbəri İlhan Aşkının hesabatı dinləniləcək, qarşıda görüləcək işlər haqqında müzakirələr aparılacaq.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2013.- 24 oktyabr.- S.15.