Diaspora tarixinin görkəmli
şəxsiyyətləri
Tarixin müxtəlif
dövrlərində yaşamış alim
və nasirlər, tanınmış şəxsiyyətlər
olub ki, onlar da öz
fəaliyyətləri ilə Azərbaycanın diaspor tarixində iz qoyublar. Təsadüfi deyil
ki, həmin insanlar Azərbaycan
diasporunun görkəmli şəxsiyyətləri
hesab edilirlər.
Belə şəxsiyyətlərdən biri
də Almas İldirimdır. 1907-ci ildə Bakı şəhərində
dünyaya gələn Almas
İldırımın əsl adı İldırım, ailə
ləqəbi isə Almaszadədir.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra
Almas İldırımın bəy nəslinə mənsubluğu
onu Sovet totalitar rejimi tərəfindən həyata keçirilən
cəza tədbirlərinin hədəfinə gətirir. Daha sonra isə varlı
tacir oğlu olduğuna görə o,
Azərbaycan Dövlət Universitetinin
Şərq ədəbiyyatı fakültəsindən xaric edilir. O, 1926-cı ildə
şair Süleyman
Rüstəm ilə birlikdə “Dün bugün” adlı şer məcmuəsinin
müəllifi olur.1928-ci ildə şerlərində ifadə olunan millətçi ismarıclarına
görə İldırım Dağıstana sürgün
edilir. Almas İldırım
sürgündə olarkən "Dağlardan
xatirələr", "Ləzgi elləri", “Krımda axşamlar”, “Səlimxan” və “Günah kimdədir?” adlı şerlərini
yazır. Dağıstanda qaldığı ikiillik sürgündə onun
şairlik ilhamı sönməmiş,
şerləri Dağıstanın yüzlərlə vətənpərvərlərinin
əllərində dolaşmışdır. Şairin
şeirləri “Dağlara səslənirkən”
adı altında kitab kimi
nəşr edilmiş, lakin
əks-inqilabi fikirlər daşıdığı üçün qadağan
olunmuş və
tirajı müsadirə edilmişdir. Bundan sonra onu
Türkmənistana sürgün etmişlər.
Əslində bu sürgünlər türk dünyasını tanımaqda şairə
kömək etmiş və onun bu baxımdan dünyagörüşünü genişləndirmişdir.
Almas
İldırımı Türkmənistanda da
yaşamağa qoymamışlar.
1933-cü ilin iyun
ayında o, yenicə evləndiyi arvadı
Zivər xanımıvə üç
aylıq körpəsi Azəri də götürüb
İrana köçmüş,
lakin burada da “bolşevik casusu” damğası ilə təqib və təzyiqlərə
məruz qalmışdır.
Bir müddət həbsdə
yatdıqdan sonra Almas
İldırım İranda qala bilməyərək tezliklə Türkiyəyə
getmiş və 1934-cü ildə
Türkiyə vətəndaşlığına qəbul edilmişdir. O, 1952-ci ilin
14 yanvarında böyrək xəstəliyindən vəfat etmişdir.
Cahangir Kazımbəyli-Dərin hərbi biliyə malik olan polkovnik
Cahangir Kazımbəyli 1888-ci ildə Gəncədə
anadan olmuşdur. İlk təhsilini doğulduğu
şəhərdə alan Cahangir
Kazımbəyli ali təhsil almaq üçün Sankt-Peterburq şəhərinə getmiş və burada Hərbi
Hava Akademiyasına daxil
olmuşdur. Beş il orada oxuduqdan sonra ali təhsilli mütəxəssis
kimi orduda xidmət etməyə
başlamışdır. Birinci dünya müharibəsi başlayan
kimi o, könüllü
olaraq cəbhəyə getmişdir.
Bu müharibədə hərbin bir sıra sirlərini öyrəndikdən,
müəyyən təcrübə topladıqdan sonra Cahangir Kazımbəyli
cəbhədən tərxis olunub doğma vətəni Azərbaycana – Gəncəyə
qayıtmışdır. Burada bir müddət Gəncə alayında briqada komandiri vəzifəsində
çalışmışdır. Cahangir
Kazımbəyli rəşadətli hərbiçi kimi Gəncə qiyamına rəhbərlik etmişdir. O, 1920-ci ilin mayında, bolşeviklərin hakimiyyəti
ələ aldığını eşidən günü
Gəncədə bir yandan
XI Orduya, digər yandan
Yelendorf (indiki Göygöl) tərəfdən gələn daşnak və bolşevik
qüvvələrinə amansız zərbələr vurmuşdur. May
ayının 24-dən 25-nə keçən gecə artıq
şəhərdəki bolşevik ordusunu tərksilah etmiş,
burada hakimiyyəti ələ
almışdır. Bir qədər sonra qiyamın yatırılacağını hiss edən Cahangir
Kazımbəyli bədbinliyə qapılmamış, əksinə
nikbinliklə demişdir: “Qoy
biz məğlub olaq, lakin qoy düşmən də
öz qələbəsinə yüzlərlə,
minlərlə meyitlərin üzərindən
addımlayıb keçsin. Qoy 28 may günü
tariximizə təkcə müstəqilliyimizin elan
olunduğu bir gün kimi yox,
həm də vətən mehrabında böyük
qurbanlar günü kimi həkk olunsun. Qoy 28 may günü
düşmən amansız müqavimətlə
qarşılaşsın. 28 may gününün ləyaqətli müqaviməti
bizim mənəvi qələbəmizi sübut etsin”. Düşmənlər bir həftə
gecə-gündüz hücum etdikdən,
qədim Gəncəni dönə-dönə artilleriya
və pulemyot atəşinə tutduqdan və minlərlə itki
verdikdən sonra artıq müqavimətin
mənasız olduğunu görən Cahangir bəy və silahdaşları 5 iyun gecəsi döyüş
mövqelərini tərk etmişlər. Bundan
sonra Cahangir Kazımbəyli
canından artıq sevdiyi doğma
vətənindən mühacirət etmək məcburiyyətində
qalmışdır. O, bir müddət
Türkiyədə yaşamışdır. Burada
hərbi işlərdə çalışmış, hərbi
məktəbdə dərs demişdir. Sonra isə öz
yaxınları və dostlarıilə birlikdə Polşaya köçmüşdür.
Vətənpərvər polkovnik Cahangir Kazımbəyli 1955-ci ildə vəfat etmişdir.
Əbdürrəşid
Əl-Bakuvi -Tanınmış səyyah, coğrafiyaşünas,
iqlimşünas Əbdülrəşid ibn-Saleh ibn-Nuri əl-Bakuvi
XIV əsrin ikinci yarısında – XV əsrin
əvvəllərində yaşamışdır.
Əbdürrəşidin atası Bakıda doğulmuş
və dövrünün yüksək təhsil
görmüş adamlarından biri olmuşdur. Bakuvi özü yazmışdır ki,
“Bakı – mənim atam, alim
İmam Saleh ibn Nurinin vətənidir.
O, ləyaqət meyarı idi. Bakuvi
1335-1360-cı illər arasında Bakıda doğulmuş
və təqribən 1425-1430-cu illərdə Qahirədə vəfat
etmişdir. Əbdürrəşid əl-Bakuviyə
böyük şöhrət gətirən“Kitab
Təlxis əl-asap və əcaib əl məlikəl qəhhar”
(“Abidələrin xülasəsi və qüdrətli
hökmdarların möcüzələri”)
əsəri o zaman
Şərqdə məlum olan ölkə
və millətlər haqqında məlumat verir.
Tədqiqatçıların əksəriyyəti belə hesab edir ki,
kitab XV əsrin birinci
yarısında yazılmış, əlyazma nüsxəsi isə
1614-cü ildə köçürülmüşdür.
Bu kitabın və onun
fars dilinə tərcüməsinin başqa nüsxələri də vardır ki, dünyanın müxtəlif
kitabxanalarında saxlanılır. Kitab hələ
1789-cu ildə De Ginem
tərəfindən fransız dilinə tərcümə olunmuşdur. Sonra əsər
bir çox digər Avropa dillərinə çevrilmişdir.
Bu kitab rus dilinə akademik Ziya Bünyadov tərəfindən
tərcümə olunaraq Moskvada
nəşr edilmişdir. Qeyd
edilən kitabda Əbdürrəşid Bakuvi yaxşı tanıdığı Azərbaycan
və xüsusilə də Bakı haqqında daha
çox orijinal məlumatlar
vermişdir. O, Azərbaycanı dördüncü və beşinci
iqlim qurşaqları zonasına aid edir: “Azərbaycan Kuhistan, Arran və Ərməniyyənin
arasında geniş məskunlaşmış
bir vilayətdir. Orada çoxlu şəhər, kənd və çaylar vardır”. Araz
çayı barədə o yazır: “Bu çay bir
çox ölkələrdən keçərək,
Naquçevan (Naxçıvan)
yaxınlığındakı Diya əl-mülk
körpüsünə çatır. Bu körpü daşdan tikilib və dünyadakı möcüzələrdən
biridir”. Əlbəttə ki,
o, Bakı (Bakuya)
haqqında daha ətraflı məlumat verir. “Bu bir
şəhərdir ki, əl-Xəzər dənizinin
sahillərində daşdan tikilib. Onun divarları dəniz
suyu ilə yuyulur.İndiyəcən su çoxlu qala qüllələrini aparmış və məscidə
yaxınlaşmışdı... Evlərin çoxusu
qayalar üzərində tikilib.
Havası gözəldir, qayalıqdan axıb gələn
içməli su isə çox
xoşdur. Burada buğda az yetişir
və əsasən taxılı şəhərə Şirvan və Muğandan
gətirirlər. Burada əncir, nar və üzüm bol olur. Bağlar
şəhərdən uzaqdır və şəhərlilərin
çoxu yayda bağa köçür,
bir müddətdən sonra
isə şəhərə qayıdırlar. Hər il bu təkrar olunur”.
Xəlilbəy
Hacıbaba oğlu Xasməmmədov-1875-ci
ildə Gəncədə anadan olmuşdur. Orta təhsilini Gəncə klassik
gimnaziyasında aldıqdan sonra Moskva Universitetinin Huqüq fakültəsinə daxil
olmuş və 1902-ci ildə həmin ali məktəbi bitirmişdir.O,
1902-1907-ci illərdə Yekaterinodar dairə
məhkəməsində müstəntiq işləmişdir.1907-ci
il fevralın 20-də Peterburqda
açılan II Dövlət Dumasına Yelizavetpol
quberniyasından deputat seçilmişdir.
Xəlilbəy həmin illərdə III Dövlət
Dumasında Azərbaycanı təmsil edən yeganə deputat idi. 1917-ci ilin martında isə Nəsibbəy Yusifbəylinin
rəhbərliyi altında yaradılmış “Türkədəbi
mərkəziyyət partiyası”nı yaradanlardan
biri də Xəlilbəy Xasməmmədov
olmuşdur. Bu partiya Rusiyanı federativ
şəkildə qurmaq və onun tərkibində Azərbaycana muxtariyyət
vermək uğrunda mübarizə
aparmışdır. Xəlil bəy Xasməmmədov
1917-ci ildə keçirilmiş Qafqaz və Rusiya müsəlmanlarının
qurultayının iştirakçısı olmuşdur.
İyun aiənda Məmməd Əmin Rəsulzadənin
rəhbərlik etdiyi “Müsavat”
partiyası ilə, Nəsib bəy Yusifbəylinin
başçılıq etdiyi “Türk ədəbi-mərkəziyyət”
partiyası birləşmişdir. Xəlil bəy
Xasməmmədov birləşmiş partiyanın I
qurultayında (26-31 oktyabr 1917-ci il) Mərkəzi Komitənin üzvü
seçilmiş, 1917-ci il,
noyabrın 15-də yaranmış Zaqafqaziya
Komissarlığında Dövlət nəzarəti işləri
üzrə komissar və Seymin
üzvü olmuşdur.
1918-ci ildə Azərbaycan Demokratik
Respublikası elan olunandan
sonra Xoyskinin təşkil
etdiyi kabinetdə ədliyyə naziri vəzifəsini tutmuşdur.
1920-ci ildə isə kabinetin tərkibində
tam heyətlə istefaya
çıxmışdır. Xəlilbəy Xasməmmədov
1920-ci ilin aprelində Türkiyənin
paytaxtı İstanbula getmiş
və Azərbaycan Demokratik
Respublikasının səfiri təyin olunmuşdur.
1920-ci il aprelin 27-də
Azərbaycanda baş verən hadisələrdən
sonra vətənə qayıtmayan Xəlil
bəy Xasməmmədov İstanbulda
yaşamış və burada nəşr
olunan “Yeni Qafqasiya” (1923-1927),“Azəri
türkü” (1928-1931), “Odlu
yurd”(1920-1930)jurnallarında
Azərbaycanın siyasi məsələləri
ətrafında çıxış etmişdir.
Xəlil bəy Xasməmmədov 1936-cı ilin avqustunda Polşanın
paytaxtı Varşavada keçirilən “Milli Azərbaycan Müsavat
partiyası”nın III qurultayının
iştirakçısı olmuşdur. Öz dövrünün
görkəmli siyasi və ictimai
xadimi olan Xəlilbəy
Xasməmmədov 1947-ci ildə İstanbulda
vəfat etmişdir.
Rüstəmxan
Xoyski-Azərbaycan Xalq Cümhuriyyətinın
elan olunduğu ilk gündən dövlət
qanunlarının yazılmasında yaxından iştirak
edən, bir sıra məsul vəzifələr
(nazir, nazir müavini və s.)
daşıyan Rüstəmxan İskəndər oğlu Xoyski 1888-ci ildə Şəkidə anadan
olmuşdur. Onun
atası rus ordusunun genaral leytanantı idi. O, öz dövrünün görkəmli siyasi və ictimai xadimi Fətəlixan Xoyskinin
kiçik qardaşıdır. Onların əsli-nəsli
Cənubi Azərbaycandan, Xoy şəhərindəndir.
Rüstəmxanın böyük
qardaşı Hüseynqulu Ağanın oğlu Zahidxan Xoylunun 1989-cu il avqustun 18-də Nyu-Yorkdan
yazdığı məktubdan məlum olur
ki, Xoyskilərin nəslinin adı Dünbüllü Batman
Qılıncdır. 1803-1806-cı illərdə Azərbaycanı
işğal edən rus
ordusunun başçısı general Sisianov Peterburqa göndərdiyi
reportda Rüstəmxanın ulu babası Xoy xanı Cəfərqulunu
– Xan Xoyski kimi təqdim etmişdir. Həmin
illərdən bu nəsil Xoyski
soyadı ilə məşhurdur. Rüstəmxan Xoyski orta təhsilini Gəncə
klassik gimnaziyasında almış, sonra Peterburq Universitetinin hüquq
fakültəsinə daxil olmuşdur.
Rüstəmxan 1913-cü ildə ali hüquqşünas diplomu
alaraq, Gəncəyə
qayıtmış, dairə məhkəməsində müvəkkil
işləmişdir.1917-ci ildə Rusiyada burjua inqilabı baş verərkən
Rüstəmxan Xoyski siyasi
hadisələrə qoşulmuşdur. Azərbaycan Demokratik
Respublikasının dövründə Rüstəmxan Xoyski hökumətinin dəftərxana müdiri təyin olunmuşdur.1918-ci ildə
dekabrın 22-də Fətəli xan Xoyskinin üçüncü
hökumət Kabinetində Rüstəm xan
Xoyski sosial-təminat naziri
təyin edilmişdir. Həmin illərdə
Ermənistandan qovulmuş azərbaycanlıların
yerləşdirilməsi və onlara
kömək göstərilməsi Rüstəm xan Xoyskiyə
tapşırılmışdır. 1919-cu ilin
martında Fətəli xan Xoyskinin kabinetindən istefaya çıxdığı üçün Rüstəm xan
Xoyski tutduğu vəzifəni
tərk etmişdir.
Rüstəm xan Xoyskinin,
daha sonra Nəsibbəy
Yusifbəylinin təşkil etdiyi birinci kabinetdə sosial-təminat, ikinci (1919)
kabinetdə isə səhiyyə nazirinin
müavini olmuşdur.
Sovet
işğalından sonra Rüstəm xan Xoyski Azərbaycan SSR plan komitəsində hüquq
məsləhətçisi vəzifəsində işləmişdir.1920-ci
ilin axırında Moskvaya
köçən Rüstəm xan Xoyski burada ailə həyatı qurmuş, müxtəlif dövlət idarələrində
çalışmışdır. Rüstəmxan Xoyski
1948-ci ildə Moskvada vəfat etmiş və sonralar
dövlət tərəfindən Fəxri Xiyabana
çevrilən Novodeviçye qəbristanlığında dəfn edilmışdir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2013.- 25 oktyabr.- S.15.