Əsir olan
Zəngilanım...
Nədən yaman oda düşdün,
Girov qalan Zəngilanım.
İldə bir yol yada düşdün,
Rəngi solan Zəngilanım,
Əsir olan Zəngilanım.
29 oktyabr Azərbaycanımızın tarix səhifəsinin qara yazılmış səhifələrindən biridir. 29 oktyabr tarixinin xalqımıza vurduğu sağalmaz yara artıq 20 ildir ki, xalqın qəlbini sızladır. 1993-cü il 29 oktyabr tarixində erməni qəsbkarları Zəngilan rayonunu işğal etməklə Azərbaycan torpaqlarının 20%-nin işğalını başa çatdırdılar. Ermənistanın muzdlu silahlılarının 1993-cü il oktyabrın 24-25-də başlanan genişmiqyaslı hücumu Zəngilan rayonunun, habelə Cəbrayıl və Füzuli rayonlarının Arazboyu yaşayış məntəqələrinin işğalı işə başa çatıb.
Ermənilərin
irimiqyaslı hücuma
hazırlaşması barədə əhalinin əvvəlcədən
məlumatlandırılması rayonda ikinci Xocalı faciəsinin baş
verməsinin qarşısını alıb. Mülki
əhali İran ərazisinə keçərək
erməni soyqırımının qurbanına çevrilmək
təhlükəsindən qurtulublar.
Zəngilan rayonunun işğalı Azərbaycan
xalqının ürəyinə çəkilmiş sipərin
son səddini çəkdi.
707 kvadrat
kilometr ərazisi olan
Zəngilan rayonu işğal
olunan zaman əhalisinin
sayı 33 min nəfər idi.
Hal-hazırda isə Zəngilan rayonunun əhalisinin
sayı 39 min nəfərə
çatıb. Rayon işğal
olunan zaman 1 şəhər,
1 qəsəbə və 81 kənddən ibarət olub. Zəngilanın mübarizə əzmli əhalisi
torpaq uğrunda gedən
döyüşlər zamanı 235 nəfər şəhid vermiş, 143 nəfər isə əlil olmuşdur. Zəngilan uğrunda
gedən döyüşlərdə həlak olmuş
Əsədov Əsəd Soltan oğlu və Nuriyev Elnur Eyvaz oğlu
Azərbaycan Respublikasının Milli Qəhrəmanı
adına layiq görülmüşlər.
Zəngilan rayonu özlüyündə qədim
tarixə malikdir. Bunu tarixi mənbələr də sübut
edir. Şərqlə qərbin qovuşduğu yerdə yerləşən
bölgə, ticarətdə əsas əlaqələndirici məntəqələrdən
olmuşdur. Bölgənin tarixinin
qədimliyini, qalalar, müşahidə məntəqələri,
arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət
abidələri və nümunələri, qədim sikkələr
və məişət qabları sübut
edir. Rayonun ərazisində 60-cı illərdə təsərrüfat
işləri zamanı xeyli küp qəbirlər (küp
qəbirlər Azərbaycanda e.ə. II əsrdən
eramızın əvvəllərinə kimi
mövcud olmuşdur)
və e. ə. IV -II əsrlərə
aid edilən və əksəriyyəti
Makedoniyalı İsgəndərin adına zərb olunan onlarla sikkə ərazinin
lap qədim zamanlardan
beynəlxalq ticarətdə mühüm rol oynadığından xəbər verir.
XIV əsrdə
yaşamış məşhur coğrafiyaşünas
və tarixçi Həmdullah Qəzvininin
yazdığına görə, Zəngilanın əsası hicri tarixin 15-ci ilində,
yəni 636-cı ildə qoyulub.
Bilirik indi sənin isti qoynunda zəhərli ilan kimi düşmənlər
gəzir. Sənin nələr çəkdiyinə məhəl
qoymadan bütün sərvətlərini
talayırlar. Çinar meşəsinin
qırılması, məhv edilməsi sənin qəlbinə dağ çəkir. Bəsitçay, Oxçuçay, Həkəri çay
qanlı sularla axır. Əsirlikdə olan, düşmən tapdaqları altında olan Zəngilanımıza nə gedənimiz var, nə də ki ordan gələnimiz. Artıq 20 ildir ki, Zəngilanın
acı həsrətini qəlbimizdə yaşadırıq.
Torpağından, yurd-yuvasından ayrı düşmüş
soydaşlarımızın torpaq həsrəti
çəkdikləri ən acı həsrətdir.
Yaş tökürük ağlayırıq,
Sinəmizi dağlayırıq,
Bu gün matəm saxlayırıq,
Nədir bəlan Zəngilanım,
Əsir olan Zəngilanım.
Sevda Qurbanqızı
Olaylar.-
2013.- 29 oktyabr.- S.11.