Kəndini dünyaya tanıdan şair

 

Xalq şairi Zəlimxan Yaqubun şeirlərini hər dəfə oxuyarkən böyük şairimiz M.P.Vaqifin aşağıdakı misralarını xatırlayıram:

-Hər yetən gözələ gözəl demərəm,

Gözəldə bir qeyri-əlamət olur.

Yəni, bir insanın gözəl görünməsi üçün tək gözəlliyi yetərli deyil. Onun gözəllikdən başqa, digər insani keyfiyyətlərə malik olması da vacibdir. Eləcə də bir şairin şair adlanması üçün tək şeir yazması yetərli deyil. Əsil şair xalqın taleyini yaşamalı, onun sevincinə, ağrı və acısına şərik olmalıdır. Xalq şairi Zəlimxan Yaqub kimi.

Zəlimxan Yaqub 1950-ci ildə yanvarın 21-də Bolnisi (Borçalı) rayonunun Kəpənəkçi kəndində müəllim ailəsində dünyaya göz açmışdır. Elə orta təhsilini də kənd məktəbində başa vurmuşdur. 1967-1972-ci illərdə BDU-nun (keçmiş ADU) Kitabxanaçılıq fakültəsində təhsil almışdır. 1966-cı ildə “Qələbə bayrağı” adlanan rayon qəzetində “Şota Rustaveli” adlı ilk şerini çap etdirmişdir. Universitetdə təhsil alarkən Mir Cəlal Paşayevin, Abbas Zamanovun və nəhayət Əli Fəhminin mənəvi dünyasından bəhrələnmişdir. Gənc yaşlarında üzləşdiyi maddi və mənəvi çətinlikləri dəf edincə əsil qəhrəmanın keçdiyi uzun və çətin bir yol keçmişdir. Lakin heç bir zaman ruhdan düşməmiş, həyatda öz yerini tapmaq üçün dirəniş aparmışdır. Həmişə nikbinAllaha şükürlü olmuşdur:

-Zəlimxan yaz tapar qışın içində,

Tək arzu tükənib ömür bitməsin.

Bütövlükdə nikbinlik, xoş gələcəyə ümid Zəlimxan Yaqub poeziyasının özəyini təşkil edir. Nə qədər vətən yanğısı çəksə də Allahdan məhrəmət gözləyir, ümidini itirməmiş,

Özü ilə yaşadar Zəlimxanı da,

Bir insan sevgisi, bir Allah eşqi

- demişdir.

Şairin böyüklüyü məhz bundadır.

Zəlimxan Yaqubun istedadının əsas qaynağı təbiətdir, yerdir, göydür, günəşdir. Öz mayasını təbiətdən alan şair əsil təbiət vurğunudur. Ayağın gəzdikcə gəz təbiəti”-deyir. Əsil təbiət aşiqi olan şairin elə bir kitabı yoxdur ki, orada təbiəti vəsf etməsin. Özünü təbiətdən ayrı təsəvvür etməyən şairMən bir dağ çayıyam”-deyir.

60 yaşında çox az adamın nail ola bildiyi bir ümumxalq sevgisi qazanan şair bu gün öz şöhrətinin ən uca zirvəsindədir. Belə böyüklükdə şöhrəti Tanrı yalnız istəkli bəndələrinə nəsib edir. Biz əlimizdəki ruzunu qoymaq üçün təmiz yer axtardığımız kimi Tanrı da ilhamı həmişə təmiz yerə qoyur. Axı, o təkcə gözəl şair deyil, həm gözəl insandır, bir adi tələbə qədər sadədir, xeyirxahdır, böyük ürəyi vardır. “Bu gün mənim ürəyim Azərbaycan boydadır”-deyir. Azərbaycan boyda bir məmləkəti köksündə gəzdirir şair, xalqına, millətinə sonsuz bir sevgisi vardır. qədər yorğun olsa belə hamıya mehribanlıq göstərir. Gülə güldən ağır söz deməmişəm”-deyir.

Şairin sevimli müəllimi Əli Fəhmi deyirdi ki, “uşaq doğulanda ağlayır, ətrafındakılar isə sevinib gülürlər, hətta uşaq ağlamasa belə ona toxunub ağladırlar”. Elə yaşamaq lazımdır ki, fani həyatı tərk edərkən sən güləsən, çevrəndəkilər isə səni itirdiklərinə görə ağlasınlar. Zəlimxan Yaqub da məhz belə bir həyat yaşayır. Xeyirxahlıqla, savab əməllərlə dolu bir həyat.

-Azdı hələ varım, az,

Zirvəm təzə, qarım az.

Yaratmayan yarımaz

Əl, məni xoşbəxt elə.

1995-2005-ci illərdə dalbadal iki seçki müddətində Milli Məclisə millət vəkili seçildi. Bununla da şair siyasət meydanına atıldı. Adətən, sənət adamları, şairlər siyasətə atılarkən öz peşələri ilə daha az məşğul olurlar. Lakin millət vəkili seçilməsi Zəlimxan Yaqubun mübarizə əzmini daha artırdı. O, bir an da olsa qələmi yerə qoymadı. Siyasi həyata atılmaqla siyasətlə sənətin vəhdətini yaratdı. Ümumiyyətlə şairin yaradıcılığında bir-birilə vəhdət təşkil edən sahələr çoxdur. Məsələn, dövlətlə millətin vəhdəti, sazla sözün vəhdəti nəhayət sözlə işin vəhdəti.

Zəlimxan Yaqub təpədən-dırnağa qədər bir türkdür, bütün dünya türklərinə sonsuz sevgisi, sayğısı vardır. Dahilərdən biri deyib ki, “hər kəsin vətəni evinin kandarından başlayır”. Zəlimxan Yaqub üçün dünya Kəpənəkçidən başlayır. Kəpənəkçidən başlayan bu dünya bir ucu Zəncandan Dərbəndə qədər, bir ucu isə Göyçə gölündən Xəzər dənizinə qədər böyük bir məmləkətdə tamamlanır. Lakin şair tək Azərbaycan deyil, Altay dağlarını, Tyan-Şan meşələrini, bir sözlə türklərin yaşadıqları qədim torpaqları özünə vətən bilir.

Zəlimxan Yaqub bir şair, bir mədəniyyət xadimi omaqla yanaşı, həm fəal ictimai xadimdir. Azərbaycan nümayəndə heyətinin tərkbində Çin, Səudiyyə ərəbistanı, Almaniya, İran Türkiyəyə səfər etmiş, Füzulinin 500 illiyi münasibətilə İraqda-Kərbəlada Qırğız eposu olanManasdastanının 1000 illyi münasibətilə Qırğızıstanda-Bişkekdə olmuşdur.

Xalqımızın ağrılı-acılı problemlərini ürəyində gəzdirir şair. Qarabağ boyda bir dərdi var. Bu dərd ona gecə-gündüz rahatlıq vermir, dərdlərini misralara çevib nalə çəkir, fəryad qoparır:

-Arımı vermişəm, ar itirmişəm,

Bir dağam, zirvəmdən qar itirmişəm.

Qarabağ görkəmdə dünya gözəli,

Şuşa yaraşıqda yar itirmişəm.

Öldürün, öldürün, öldürün məni.

Zəlimxan Yaqubda bu gün çox nadir adamlarda təsadüf olunan bir gözəl özəllik daha vardır. O, heç vaxt ona dar gündə kömək etmiş insanları unutmur, onları minnətdarlıq hissi ilə xatırlayır. H.Əliyevə həsr etdiyi poemasında rəhbərə məhəbbətini belə ifadə edirdi:

-Canından can verər, gözündən işıq,

Öz böyük oğluna qıymaz bu dünya.

Tarix dahilərlə tapar yaraşıq,

Səni yıxılmağa qoymaz bu dünya.

Zəlimxan Yaqub yaradıcılığının şah zirvəsiniPeyğəmbərpoeması təşkil edir. Əsərin yazılması üçünQurani-Kərim”ə, peyğəmbərin yaşamına dərindən bələd olduğunu nəzərə alsaq bu poemanın necə ərsəyə gəlməsini təsəvvür etmək çətin deyil. Maraqlı burasıdır ki, şair poemanın bitirmək tarixini qeyd etsə yazmağa başladığı tarixi qeyd etmir. Bunu bütün həyatım boyu yazmışam”- deyir. Yüksək insani keyfiyyətlərə malik olan şairPeyğəmbər”in girişində sevimli müəllimi Əli Fəhmini iftixarla xatırlayır.

Z.Yaqubun sevimli Peyğəmbərimizin həyatından belə gözəl bir əsər yaratmasının səbəbləri çoxdur. Bu səbəblərdən biri zənnimcə sevimli peyğəmbərimizin şairlərə olan yüksək ehtiramı ilə bağlıdır. Müşriklər peyğəmbərimizə yamanlıq edəndə o, şairlərəmüşrüklərin cavabını şeirlə verin, şerin dili kəsərlidir”- deyərdi.

Bu sətirlərin müəllifinə sayğıdəyər xalq şairini bir neçə dəfə yaxından ziyarət etmək nəsib olmuşdur. Belə görüşlərin birində şairinPeyğəmbərpoemasının son sətirlərini oxuyub düzəlişlər etdiyinin şahidi oldum. Bunu gələcək həyatım üçün uğurlu başlanğıc hesab etdim. Poemanın hər sətrində Uca Tanrıya inam, sevimli peyğəmbərimizə sonsuz sevgi vardır.

-Zərrəni bir dünya daşı zər eylər,

Yerlərə, göylərə şad xəbər eylər.

Yetim bir uşağı Peyğəmbər eylər,

Yarsıza yar olar Allah istəsə.

Zəlimxan Yaqubun xidmətləri layiqincə qiymətləndirilmiş, o, dövlətimizin bütün yüksək ödüllərinə layiq görülmüşdür. O, doğma elinin, obasının üzünü edib. Tacik şairi Rudəki öz kəndini dünyaya tanıtdığı kimi Zəlimxan Yaqub da doğma Kəpənəkçini bütün dünyaya tanıdıb. Şairin fəxri titulları sırasına daha birini əlavə etmək istəyirəm. Kəndini dünyaya tanıdan şair.

Zəlimxan Yaqub xoşbəxt şairdir. Bu gün Azərbaycanın ən ucqar kəndlərində belə tanınır. Bir şair üçün bundan da gözəl ödül ola bilərmi?

Bir neçə aylıq öyrənci araşdırmamın sonucu olan bu yazımı yekunlaşdırıb xalqımızın sevimli şairini sizə bacara bildiyim qədər təqdim etdim. Buna dərəcədə nail olduğumu oxucuların öhdəsinə buraxıram.

Tanrı sizi qorusun, Zəlimxan Yaqub! Qorusun ki, köksündəQarabağboyda bir dərd daşıyan xalqımızın dərd-sərini, arzu istəklərini saza kökləyib car çəkə biləsiniz. Üzümü bütün xalqıma, bütün türk dünyasına tutub deyirəm. Gəlin Zəlimxanı qoruyaq.

-Hədər vermə bircə anı,

Səninkidir ruhu, canı.

Ucuz tutma Zəlimxanı,

İtirərsən, tapammazsan.

 

Yeqzar Cəfərli

 

Olaylar.- 2013.- 31 oktyabr.- S.12.