95 il əvvəl baş vermiş tarixi gün

 

Qafqaz İslam Ordusunun 15 sentyabr qəhrəmanlıq səlnaməsi

 

Yaxın tarixə nəzər saldıqda aydın olur ki, Azərbaycan xalqının milli oyanışı əsasən XX əsrə təsadüf edir. Bu əsrin əvvəllərində Azərbaycanda baş verən inqilabi böhran çarizmin müstəmləkə siyasətinin bir hissəsi kimi mövcud vəziyyəti bir qədər də dərinləşdirirdi. Həmin illərdə istismarın əleyhinə olan milli azadlıq hərəkatının liderləri Qafqazın federativ quruluşu uğrunda mübarizəyə başladılar. Bu mübarizədə əsasən öndə olanlar milli burjuaziyanın siyasi qanadı idi. Azərbaycanda milli burjuaziyanın meydana çıxması və onun milli təfəkkürün inkişafına təsiri cəmiyyətdə yeni qüvvələrin formalaşmasına gətirib çıxardı.

Rusiyada baş verən inqilabdan sonra Qafqaz xalqları arasında müstəqillik, suverenlik meyilləri bir qədər də artmış oldu. Üç Qafqaz ölkəsi, Azərbaycan, Gürcüstan və Ermənistanın mərkəzdən ayrılaraq Zaqafqaziya Seymi adlı yeni bir qrumda birləşməsi bunun bariz nümunəsi idi. Seymdə 3 Qafqaz ölkəsinin birləşməsinə baxmayaraq sözügedən qurumda Azərbaycan bir növ təcridedilmiş vəziyyətdə qalmışdı. Konkret desək, bu dövrdə Zaqafqaziya Seymi daha çox gürcü və erməni mənafelərini qoruyan bir təşkilat səviyyəsində idiSeym Məclisində önəmli vəzifələr gürcü və ermənilərə verilmişdi. Azərbaycanlı türklərə isə yalnız sosial yardım məsələləri ilə əlaqəli sahələr həvalə olunurdu. 1918-ci il, may ayının 26-da Gürcüstanın Zaqafqaziya Seymindən çıxaraq öz müstəqilliyini elan etməsi Azərbaycanın da anoloji addım atmasını zərurətə çevirmişdi. Beləliklə, 1918-ci il, may ayının 28-də müsəlman şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Tarixdən də məlumdur ki, Azərbaycanın müstəqilliyinin elan edilməsinə baxmayaraq, həmin dövrdə respublikanın müəyyən hissəsi, o cümlədən Bakı və ətraf rayonlar erməni-bolşevik birləşmələrinin nəzarəti altında idi. Belə ki, Birinci Dünya müharibəsindən, eləcə də Rusiyada baş vermiş 1917-ci il fevraloktyabr çevrilişlərindən istifadə edən ermənilər mənfur iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail olmuş, Azərbaycanın bəzi bölgələrini, o cümlədən Bakını işğal etmişdilər. Bu isə öz-özlüyündə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin tam müstəqilliyinə imkan vermir, onun fəaliyyətini məhdudlaşdırırdı. Müstəqilliyini yeni əldə edən, beynəlxalq aləmdə kifayətqədər tanınmayan gənc dövlətin isə özünün ərazi bütövlüyünü təmin etmək və daxildəki erməni-bolşevik birləşmələrini zərərsizləşdirmək imkanları istənilən səviyyədə deyildi. Bu səbəbdən Azərbaycan Xalq Cümhuriyyətinin daxili-xarici həmlələrdən müdafiəsində və möhkəmlənməsində Osmanlı Türkiyəsi yaxından iştirak edirdi. Osmanlı Türkiyəsinin Azərbaycan Xalq Cümhuriyyətini müdafiəsi o dövrdə tərəflər arasında imzalanmış Batumi sazişi ilə tənzimlənirdi. 1918-ci il, iyunun 4-də imzalanmış müqavilədə vurğulanırdı ki, Azərbaycan ərazisində təhlükəli vəziyyət yaranacağı təqdirdə Osmanlı dövləti burada intizamasayişi təmin etmək üçün Azərbaycana əsgəri yardım göstərə bilər. Azərbaycanda nəzarətin tamamilə erməni-bolşevik birləşmələrinin əlinə keçməsi Osmanlı dövlətini təcili təxirəsalınmaz tədbirlər görmək məcburiyyətində qoyurdu. Vəziyyətin gərginləşdiyini görən Osmanlı hökuməti özünün ağır siyasi, iqtisadi və hərbi durumuna baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi. Burada başlıca məqsəd yeni müstəqillik əldə etmiş Azərbaycan Xalq Cümhurriyyətini bolşevik-daşnak təzyiqlərindən qurtarmaq, onun paytaxtını özünə qaytarmaq idi. Qısa zaman ərzində Nuru paşa qarşısına çıxan əngəlləri dəf edərək Cəbrayıl-Ağdam-Tərtər marşurutu ilə Yevlaxa gəldi. Mayın 24-də Nuru paşanın Yevlaxda böyük təntənəli qarşılanma mərasimi oldu. Nuru paşa Qafqaz İslam Ordusunun qərargahının Nuxada yaradılmasını qərara almışdı. Lakin bir tərəfdən Nuxa ətrafında erməni dəstələrinin fəallığı, digər tərəfdən isə oranın əsas nəqliyyat xətlərindən kənarda qalması Nuru paşanı qərargahını Gəncədə təşkil etmək məcburiyyətində qoydu. Nuru paşa mayın 25-də Gəncəyə gəldikdən sonra Azərbaycanın müxtəlif bölgələri ilə əlaqə yaratdı və həmin bölgələrdə müqavimət dəstələrinin təşkilinə başladı. Az vaxt ərzində Gəncə, Qazax, Zaqatala, Nuxa, Ağdam, Ağdaş, Cəbrayıl, Qarabağ və Zəngəzurun şərq hissəsini əhatə edən ərazilərdə asayişin təmini üzrə idarə və komandalar təsis edildi. 1918-ci il iyulun 7-si və 8-də Osmanlı-Azərbaycan qoşun birləşmələri Kürdəmir istiqamətində çətin döyüşlərə başladılar. Nəhayət, iyulun 10-da axşama doğru Kürdəmir daşnak qüvvələrindən azad edildi və Şərq istiqamətində geri çəkilən bolşeviklərin təqibinə başlanıldı.

Şamaxının azad edilməsi isə Qafqaz İslam Ordusunun əldə etdiyi ən əhəmiyyətli uğurlarından biri idi. Mürəkkəb bir coğrafi şəraitdə yerləşən Şamaxının azad edilməsi həm qoşunlardan böyük şücaət tələb edirdi, həm də bununla yerli əhalidən erməni xofunu birdəfəlik silib atmaq lazım idi. Şamaxı, tqni zamanda Bakıya doğru hücum üçün başlıca strateji baza hesab olunurdu. Ona görə də Qafqaz İslam Ordusu komandanlığı Şamaxı üzərinə kifayət qədər hazırlıq görülməsini və bu hücumun qısa bir vaxt ərzində başa çatdırılmasını lazım bilirdi. 1918-ci il iyulun 19-da Mürsəl paşa Şərq cəbhəsi komandanı kimi Şamaxı üzərinə hücum əmrini imzaladı. Şamaxı üzərində hücumu həyata keçirən 10-cu və 13-cü alayların şəxsi heyəti böyük fiziki dözüm və fədakarlıq nümayiş etdirərək düşmənə ağır zərbələr endirdilər. Artıq günün ikinci yarısında bolşevik-daşnak qüvvələri kütləvi şəkildə Şamaxıya tərəf geri çəkilməyə başladılar. İyulun 20-si döyüşlər davam etdirildi. Gün ərzində gedən döyüşlərdə Şamaxı düşmən qüvvələrindən azad edilərək Türk-Azərbaycan birləşmələrinin əlinə keçdi.

Qafqaz İslam Ordusunun komandanı Nuru paşa kəşfiyyatın, habelə Bakıdan qaçıb gəlmiş azərbaycanlıların verdiyi məlumatlar əsasında cəbhədə cərəyan edən prosesləri öz nəzarətində saxlayırdı. Bakı üzərinə hücumun Şimal qrupu tərəfindən icra edilməsi nəzərdə tutulmuşdu. Cənub qrupu isə daha çox yardımçı rol oynamalı idi. Beləliklə, Bakı üzərinə qətiyyətli hücum avqustun 5-nə təyin edildi. Səhər saatlarında başlayan döyüşlərdə Qafqaz İslam Ordusu hissələri hərbi təşəbbüsü ələ aldılar. Onların üstünlüyü bütün cəbhə boyu hiss edilməkdə idi. İlk zərbədən sonra "Sentrokaspi" qoşunları geri çəkilməyə başladı. Bayıl ətrafındakı yüksəkliklər, Qurd qapısı təpəlikləri boyunca uzanan müdafiə xətti Qafqaz İslam Ordusu qüvvələrinin əlinə keçdi. Avqustun 5-nə qədər davam edən qanlı vuruşmalarda düşmən tərəf 2 min itki verdi, Qafqaz İslam Ordusundan isə 139 əsgər, 9 zabit şəhid oldu, 463 nəfər isə yaralandı. Azərbaycan Türkləri Bakının azad edilməsini və bu şəhərin müstəqil Azərbaycan dövlətinin paytaxtına çevrilməsini səbirsizliklə gözləyirdi. Bakının azad edilməsi Azərbaycan xalqının ölümdirim məsələsi idi. Həmin dövrdə İstanbulda olan Məmməd Əmin Rəsulzadə xarici işlər naziri M.Hacınskiyə göndərdiyi məktubunda yazırdı: "Hansı yolla, nəyin bahasına olursa-olsun, Bakı tezliklə tutulmalıdır. Əks təqdirdə, baş vermiş fakt qarşısında cətin vəziyyətdə qalarıq. Əgər Bakı alınmasa, hər şey bitdi. Əlvida, Azərbaycan!".

Avqustun 25-də Qafqaz İslam Ordusunun Bakı üzərinə ikinci hücumunu uğurla başa çatdırmaq və şəhəri azad etmək məqsədilə Nuru paşa polkovnik Süleyman İzzət bəyin komandanlığında olan 15-ci diviziyanı Qafqaz İslam Ordusunun tabeliyinə keçirdi. Bir neçə gün davam edən uğurlu döyüşlərdən sonra Novxanı, Goradil, Pirşağı, Kürdəxanı və Fatmayı kəndləri Qafqaz İslam Ordusunun nəzarəti altına keçdi. Maştağa və Höküməli kəndlərində mövqelərini möhkəmlədən Qafqaz İslam Ordusu yerli əhalini də Bakının azad edilməsi işinə cəlb etdi. Avqustun 25-dən sentyabrın 13-nə qədər davam edən döyüşlərdə Qafqaz İslam Ordusu böyük uğurlar qazanaraq Bakıya yaxınlaşdı. Sentyabrın 14-də axşam saat 20:30-da Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Bakı şəhərinə hücumu başa çatdırmaq üçün 100 saylı əmr imzaladı. Artıq Qafqaz İslam Ordusunun qarşısının alınmasının qeyri-mümkünlüyünü görən "Sentrokaspi" rəhbərliyi məcburiyyət qarşısında qalaraq danışıqlara başlamağı qərara aldı. Saat 10:30-da "Sentrokaspi" ordusunun qərb cəbhəsinin komandanı üzərində bayraq asılan avtomobillə 5-ci diviziyanın qərargahına yaxınlaşdı. Beşinci diviziyanın qərargahına danışıqlara gələn "Sentrokaspi" rəhbərliyinə şəhərin qeyd-şərtsiz təslim edilməsi, şəhərdəki düşmən qüvvələrin; top və silahların, binaların və digər obyektlərin təslim olunması, Nargin adasında olan Osmanlı Türk, almanAvstriya əsirlərinin azad edilməsi; silah anbarlarının, ərzağın, avtomobillərin, yük maşınlarının, zirehli avtomobillərin, təyyarələrin və digər hərbi mülkiyyətin təslim olunması şərtləri təqdim edildi. Beləliklə, sentyabrın 15-i saat 15-dən sonra Bakı şəhəri bütünlüklə Qafqaz İslam Ordusunun nəzarəti altına keçdi. Nuru paşa Bakının ələ keçirilməsilə bağlı hərbi nazir Ənvər paşaya, Gəncədəki Azərbaycan hökumətinə təbrik teleqramı göndərdi. Bakının azad edilməsi şərəfinə xalq kütlələrinin iştirakı ilə paytaxtda Nuru Paşanın komandanlığı altında möhtəşəm hərbi keçid təşkil olundu. Bu tarixi günü və hadisəni Məmməd Əmin Rəsulzadə belə dəyərləndirirdi: "15 sentyabr Azərbaycan xalqının tarixində 28 mayıs qədər böyük dəyərə malikdir. Əgər 28 mayda Cümhuriyyətin istiqlalı bütün dünyaya elan edilmişdisə, 15 sentyabrda bu istiqlal real bir təməl üzərində qurulmuş oldu. 15 sentyabrda Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsi ilə başla bədən birləşmiş oldu. Bakı baş, bədən isə Azərbaycandır". 1919-cu ilin sentyabrında indiki Şəhidlər Xiyabanında Osmanlı Türk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün möhtəşəm bir abidənin təməli qoyuldu. Lakin 1920-ci ilin bolşevik çevrilişi bütün şəhidlərə ümumxalq məhəbbəti və minnətdarlığının simvoluna çevrilməli olan bu abidənin tikintisinin başa çatmasına imkan vermədi. Həmin abidənin tikintisi, nəinki dayandırıldı, hətta TürkTürkçülük sözü rəsmi yasağa çevrildi. Yalnız 90-cı illərin əvvəllərində Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra Qafqaz İslam Ordusunun xilaskarlıq yürüşləri ilə bağlı mətbuatda yazılar dərc olunmağa başladı. Qafqaz İslam Ordusunun tarixi xidmətləri nəzərə alınaraq 1999-cu ildə onun şərəfinə Şəhidlər Xiyabanında möhtəşəm bir abidə ucaldıldı. Ancaq etiraf etmək lazımdır ki, bu heçQafqaz İslam OrdusuNuru Paşanın xidmətlərinin əvəzi demək deyil. Azərbaycan xalqı Qafqaz İslam OrdusuNuru Paşaya olan mənəvi borcunu qaytarmaq üçün paytaxtın mərkəzi küçələrindən birinə onun adının verilməsi və Nuru Paşanın abidəsinin ucaldılması arzusu ilə yaşayır. Bu məqsədlə ölkədə fəaliyyət göstərən bir sıra təşkilatlar, xüsusilə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi də Nuru Paşanın adının əbədiləşdirilməsi məqsədilə ölkə başçısı cənab İlham Əliyevə müraciət edib. Cənab prezident İlham Əliyevin hər bir məsələyə diqqət yetirdiyi kimi bu müraciətə də lazımı reaksiya verəcəyi və sözügedən təşəbbüsü dəstəkləyəcəyi şübhə edilmir.

 

Süleyman İsmayılbəyli

Olaylar.-2013.-4 sentyabr.-S.13.