Türkiyə, Yaxın Şərq və Orta Asiya regiondadakı diaspor təşkilatlarının idarəetmə
prosesi
Azərbaycan diasporunun bir qanadı da qardaş Türkiyə Cümhuriyyəti, Orta Asiya respublikaları, Gürcüstan, Yaxın Şərq ölkələri
və Yeni Zelandiya ilə
Avstraliyanı əhatə edir. Adı çəkilən regionlar
və ölkələrdə yaşayan
soydaşlarımız, eləcə də həmin dövlətlərdə
fəaliyyət göstərən diaspor təşkilatlarımızla
yaxından iş qurmaq,
onların fəaliyyətini koordinasiya etmək
məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsinin
tərkibində III ərazi şöbəsi
yaradılıb. .Şöbə xaricdə yaşayan
yaşayan azərbaycanlıları öz ətrafında cəm etmək,
onların Azərbaycan Respublikasının dövlət
orqanları, eləcə də qeyri-hökumət təşkilatları
ilə sıx əlaqələrini qurmaq və inkişaf etdirmək,
Azərbaycan Respublikasının daxili və
xarici siyasəti, ölkənin iqtisadi, sosial və mədəni
həyatı haqqında informasiya
almasına şərait yaratmaq istiqamətində
çalışır. Bununla yanaşı Türkiyə Cümhuriyyəti, Orta Asiya Respublikaları, Gürcüstan, Yaxın Şərq Ölkələri
və Yeni Zelandiya ilə
Avstraliyada yaşayan
azərbaycanlıları Azərbaycan Respublikasının iqtisadi, sosial və mədəni
inkişafına, cəmiyyətin və dövlətin siyasi həyatına cəlb edir,
həmin prosesi inkişaf etdirir.
Şöbə Dünya Azərbaycanlılarının
mənəvi birliyinə və həmrəyliyinə xidmət
edən ümummilli ideyaları, milli mənəvi dəyərləri öyrənmək,
sistemləşdirmək və ardıcıl surətdə Azərbaycan
Respublikasının vətəndaşları və xaricdə
yaşayan azərbaycanlılar
arasında yayılmasını təmin etmək istiqamətində
fəaliyyət göstərir. Qurum Türkiyə
Cümhuriyyəti, Orta Asiya
Respublikaları, Gürcüstan, Yaxın
Şərq Ölkələri və Yeni Zelandiya ilə Avstraliyada yaşayan azərbaycanlıların bir-biri ilə əlaqə yaratmasına, təşkilatlanması
işinə dəstək vermək, yaradılan ictimai, mədəni və digər birliklərin
respublika ilə əlaqələrinə kömək
göstərməyi də özünün
başlıca vəzifəsi hesab edir. III Ərazi şöbəsinin
başlıca vəzifələri sırasına Türkiyə
Cümhuriyyəti, Orta Asiya
Respublikaları, Gürcüstan, Yaxın
Şərq Ölkələri və Yeni Zelandiya ilə Avstraliyada yaşayan azərbaycanlıların
keçirdikləri kütləvi tədbirlərdə iştirak etmək və Azərbaycanın müvafiq dövlət və qeyri-dövlət təşkilatlarının
iştirakını təmin etmək, diaspora
ilə işin təmin olunması və
aparılması sahəsində digər ölkələrin təcrübəsinin
öyrənilməsinə və tətbiq olunmasına
yardım göstərmək; Azərbaycan Respublikası
qanunvericiliyindən, Azərbaycan Respublikası fərman və
sərəncamlarından, Nazirlər Kabinetinin
qərarlarından irəli gələn digər vəzifələri
yerinə yetirmək daxildir.
Diasporla İş üzrə Dövlət Komitəsinin III Ərazi Şöbənin əsas funksiyaları sırasına isə Türkiyə Cümhuriyyəti, Orta Asiya Respublikaları, Gürcüstan, Yaxın Şərq Ölkələri və Yeni Zelandiya ilə Avstraliyada yaşayan azərbaycanlılarla iş sahəsində dövlət siyasətinin əsas istiqamətlərinə dair təkliflər hazırlayıb və bu sahədə qəbul olunmuş qərarları həyata keçirmək, müəyyən olunmuş qaydada şöbənin fəaliyyət sahəsinə daxil olan məsələlər üzrə hüquqi aktların layihələrini hazırlayıb təqdim etməyi aid etmək olar. Eyni zamanda şöbə Azərbaycan dilini, mədəniyyətini, mənəvi dəyərlərini Türkiyə Cümhuriyyəti, Orta Asiya Respublikaları, Gürcüstan, Yaxın Şərq Ölkələri və Yeni Zelandiya ilə Avstraliyada yaşayan azərbaycanlılar vasitəsi ilə yerində geniş təbliğ edir, Türkiyə Cümhuriyyəti, Orta Asiya Respublikaları, Gürcüstan, Yaxın Şərq Ölkələri və Yeni Zelandiya ilə Avstraliyada yaşayan azərbaycanlıların öz mədəni irsinin qorunub saxlanmasında və inkişaf etdirilməsində yardım məqsədi ilə mədəniyyət mərkəzləri, mədəni-maarif təşkilatları, kitabxanaları, arxivləri, muzeyləri, teatrlarına və digər yardımçı kollektivlərinə müvafiq dövlət orqanları, şöbələri ilə birgə yardımı təşkil edir; qeyd edilən ölkə və regionlarda yaşayan azərbaycanlılarla bağlı dövlət proqramlarını işləyib hazırlayır və həyata keçirir. Türkiyə Cümhuriyyəti, Orta Asiya Respublikaları, Gürcüstan, Yaxın Şərq Ölkələri və Yeni Zelandiya ilə Avstraliyada yaşayan azərbaycanlıların vəziyyəti və onlarla aparılan iş haqqında hesabatlar, illik məruzələr hazırlamaq, Türkiyə Cümhuriyyəti, Orta Asiya Respublikaları, Gürcüstan, Yaxın Şərq Ölkələri və Yeni Zelandiya ilə Avstraliyada yaşayan azərbaycanlıların problemləri ilə bağlı dəyirmi masalar, seminarlar, beynəlxalq konfranslar keçirmək, azərbaycanlıların yığcam yaşadığı regionlarda müvafiq təşkilatlarla birgə ana dilində məktəblərin və mədəniyyət mərkəzlərinin açılmasını və fəaliyyətini təşkil etmək səalhiyyətlərinə da sahibdir. Eyni zamanda şöbə müvafiq beynəlxalq tədbirlərdə müəyyən edilmiş qaydada iştirak edir və öz səlahiyyətləri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsini təmsil edir, Türkiyə Cümhuriyyəti, Orta Asiya Respublikaları, Gürcüstan, Yaxın Şərq Ölkələri və Yeni Zelandiya ilə Avstraliyada yaşayan azərbaycanlıların ictimai birliklərinin respublika və beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirakına kömək göstərir. III Ərazi Şöbəsi elm və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olmağa, Azərbaycan Respublikasının tədris müəssisələrində təhsil almasında xaricdə yaşayan azərbaycanlılara yardım edir, Diasporla İş üzrə Dövlət Komitəsinin Əsasnaməsi ilə şöbəyə həvalə edilmiş vəzifələrin həyata keçirilməsi üçün digər funksiyaları yerinə yetirir. Şöbənin hüquqları sırasında isə mövcud şəraitə uyğun iş istiqamətlərini müəyyən etmək əlaqədar təşkilatlara şöbəni maraqlandıran məsələlər üzrə müraciət göndərmək, lazım gəldikdə sənədlərlə tanış olmaq kimi məsələlər özündə əskini tapır. Şöbə səlahiyyətləri çərçivəsində konfranslar, müşavirələr, seminarlar keçirir, sərgilər və digər tədbirlər təşkil edir, səlahiyyətinə aid problemlərin öyrənilməsi üçün qanunvericiliyə uyğun olaraq mütəxəssislər və ekspertlər cəlb edir; Türkiyə Cümhuriyyəti, Orta Asiya Respublikaları, Gürcüstan, Yaxın Şərq Ölkələri və Yeni Zelandiya ilə Avstraliyada yaşayan azərbaycanlıların məktəb və digər mərkəzləri üçün ana dili dərsliklərinin, müvafiq tədris proqramlarının və vəsaitlərinin hazırlanmasında iştirak edir; qeyd edilən ölkə və regionlar üzrə məlumat toplayaraq onları ümumiləşdirmək və analitik təhlil aparmaq məqsədi ilə Komitənin müvafiq struktur bölmələri ilə əlaqə saxlayır, keçirdikləri tədbirlərdə iştirak edir; Həmçinin səlahiyyətlərinə aid məsələlər üzrə metodiki və təlimat xarakterli məsləhətlər və izahatlar verir;
Olaylar.-2013.-4 sentyabr.-S.15.