Dünya elm aləminə dəyərli töhfələr vermiş diaspor nümayəndəmiz-Lütfi Ələsgərzadə

 

Yaratdığı qeyri-səlis məntiq nəzəriyyəsi ilə riyaziyyat, kibernetika və hesablama texnologiyası elmlərinə böyük yeniliklər gətirmiş, əldə etdiyi silsilə elmi kəşfləri dünya ictimaiyyətini heyran qoymuş böyük Azərbaycan alimi Lütfi Ələsgərzadə də Azərbaycan diasporunun tanınmış tarixi şəxsiyyətlərindən hesab edilir.  Dünya elm aləmində Lütfizadə soyadı ilə tanınan Lütfi Ələsgərzadə  1921-ci ildə Bakıda jurnalist-psixoloq  ailəsində anadan olmuş, ailəsi ilə birlikdə 1926-cı ildə İrana köçmək məcburiyyətində qalmışdır. O, burada ingilis təmayüllü məktəbdə oxumuş, sonra Tehran İnstitutunun mühəndis-elektrik fakültəsinə daxil olmuşdur. Lütfi-zadə 1942-ci ildə həmin universiteti uğurla başa vurub Amrika Birləşmiş Ştatlarına köçmüş və1944-cü ildən orada yaşamışdır. 1946-cı ildə Massaçusets Texnologiya İnstitutunu bitirmiş, 1949-cu ildə Nyu-Yorkdakı Kolumbiya Universitetində doktorluq elmi dərəcəsi almışdır.1959-cu ildən Kaliforniyadakı Berkli Universitetində çalışmışdır.

Professor Lütfi-zadə 1965-ci ildə reallığa  fantastikanın harmoniyasından yaranmış qeyri-səlis məntiq nəzəriyyəsini meydana gətirmişdir. Amma bu nəzəriyyə nədənsə həm Amerika, həm də dünya elm ictimaiyyəti tərəfindən spektikcəsinə qarşılanmışdır. Buna da səbəb Lütfi-zadənin əsərlərinin adamların beynində maddiləşmiş aristotal məntiqini öz qeyri-səlis məntiqi ilə dağıtması olmuşdur. O, sübut etmişdir ki, insan dünyanı yalnız “” və “qara” rənglərdə duyub qavramır. İnsanın dünyanı görüb dərketmə imkanları zəngin və hüdudsuzdur. Elə buna görə də o, buhüdudsuzluğun riyaziyyatını yaratmış, onun rəngarəngliyini açmışdır. Beləliklə, əl-xarəzmi cəbri ilə yanaşı, qeyri-səlis cəbr- “Zadəcəbri” meydana gəlmişdir.

Lütfi-zadənin qeyri-səlis məntiq nəzəriyyəsi riyaziyyatın, kibernetikanın, informatika və hesablama texnologiyasının bütün sahələrinə geniş nüfuz etmişdir. Paltar yuyan maşından tutmuş avtomat sürücüyə kimi yüzlərlə, minlərlə sistemdə, qurğuda öz tətbiqini tapmışdır. Beləliklə, həmin nəzəriyyənin əməli gücü onun mücərrəd mahiyyətini üstələmişdir.

1965-ci ildən başlayaraq dünyanın bütün aparıcı firmalarında onun nəzəriyyələri tətbiq olunur. 1966-cı ildən etibarən isə dünyanın bir çox ölkələrində – İngiltərədə, Almaniyada, Yaponiyadabaşqa yerlərdə Lütfizadənin yaratdığı elmi məktəblər, laboratoriyalar fəaliyyət göstərir. “İmatchi”, “Mitsubishi”, “Toshiba”, “Sony”, “Orison”,“Canon”, “Rigo”, “Sanio”, “Anessan”,“Honda”, “Nek”, “Sharp” və s. firmalar Lütfi-zadənin nəzəriyyəsinin kommersiya tətbiqi ilə məşğuldurlar. Bu nəzəriyyənin praktikiiqtisadi əhəmiyyəti əvəz olunmazdır.Professor Lütfizadə həm də NASA-nın və NATO-nun aparıcı mütəxəssisidir. Professor Lütfi-zadənin qeyri-səlis məntiq nəzəriyyəsi Birləşmiş Ştatlarda kosmik proqramların həyata keçirilməsində mühüm rol oynayır. Yaponiyada qeyri-səlis məntiqə əsaslanan foto-video cihazlar buraxılır. Danimarkada qeyri-səlis məntiq əsasında işləyən sement sobaları istehsal edilir. Avropada çoxlu sistemlər və qurğular, xüsusi “ağıllı” (smart) ekspert sistemləri hazırlanır. YaponiyadaPanasonic” və “Kvasser” adı altında  mallar istehsal edən “Mitçusita” kompaniyası qeyri-səlis məntiq nəzəriyyəsinin tətbiqindən sonra həcmi milyard dollarla ölçülən məhsul istehsal edib sata bilmişdir. Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, psixologiyada, siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində də istifadə olunur. Sosioloji araşdırmalar göstərir ki, bu nəzəriyyənin tətbiq dairəsi daha da genişlənəcəkdir. Professor Lütfi-zadə həm də sistemoptimal süzgəclər nəzəriyyəsinin müəllifidir .Elimin qeyri-səlis məntiq nəzəriyyəsi kimi optimal süzgəclər nəzəriyyəsi müasir riyaziyyatdakibernetikada yeni bir addım, yeni bir hadisədir. Bu nəzəriyyə təkcə elmi orijinallığı ilə deyil, həm də elmi nəticələri ilə qiymətlidir.

 

Alimin dünya elm aləmində hadisəyə çevrilən kəşflərindən biridinamik sistemlərdə çoxmeyarlı optimallaşdırma nəzəriyyəsidir. Alim özünün bu nəzəriyyəsi ilə sübut etmişdir ki, bütün lazımi meyarların ən yaxşı qiymətlərinə cavab verə bilən ideal sistem yaratmaq mümkün deyil. Bir meyarın yaxşılaşdırılması yalnız digərlərinin pisləşməsi hesabına mümkündür. Bu da kompromis variant tələb edir. Bununla  əlaqədar Lütfi-zadə çox meyarlı dinamik sistemlərin qurulma üsullarını təklif etmişdir.

Bu gün dünyanın ayrı-ayrı ölkələrində Lütfi-zadənin qeyri-səlis məntiq nəzəriyyəsiilə əlaqədar 25-ə yaxın elmi nəzəriyyəsi ilə bağlı hər il minlərlə məqalə çap olunur. Yaponiyada 2 mindən çox alim qeyri-səlis məntiqin istehsala tətbiqi ilə məşğuldur. Qeyri-səlis məntiq məişət tipli cihazların, elektrik avadanlığının hazırlanması layihələrinə tətbiq edilir. Son illər ABŞ-da, Yaponiyada, Avropada qeyri-səlis məntiqin bəhrəsi olan 1300-dən çox patent tətbiq edilmişdir. Alimin elmi uğurları 1991-ci ildə Yaponiyanın ən yüksək mükafatına – “Honda”mükafatına layiq görülmüşdür. O, dünyanın bir çox akademiyalarının, universitetlərinin fəxri üzvü və fəxri professorudur.

 

Olaylar.-2013.-5 sentyabr.-S.15.