Danimarkadakı diaspor
nümayəndəmizin tibbi nailiyyətləri
Dünyanın əksər
ölkələrində yaşayan
soydaşlarımız, diaspor nümayəndələrimiz
təkcə yaşadıqları ölkələrdə diaspor təmsilçisi kimi
fəaliyyət göstərmir, eləcə də həmin
ölkələrin ictimai siyasi
həyatında, elm və mədəniyyətində
öz sözlərini deyərək Azərbaycan
və azərbaycanlı adını yüksəklərə
qaldırırlar.
Belə
insanlardan biri də dəyərli soydaşımız,
Danimarkada fəaliyyət göstərən ” Vətən ” Cəmiyyətinin
İdarə Heyətinin üzvü, dünya şöhrətli
həkim, Kopenhagen Tibb
Universitetinin professoru Məsud Aşinadır. Məlumat
üçün qeyd etmək yerinə düşər ki, Məsud
Aşina Bakı şəhərində anadan olub. Həmyerlimiz
Azərbaycan Tibb Universitetini bitirib. Sonradan Danimarkaya üz tutan
Məsud Aşina təhsilini bu ölkədə davam etdirib.
O, elmi dərəcələri və
proffesor adını da məhz Kopenhagendə alıb. Məsud Aşina eyni zamanda Glostrup Hospitalinin Nervologiya şöbəsinin baş
həkimidir.
O, son illər tibb
sahəsində əldə
etdiyi nailiyyətlə
Danimarka ictimaiyyəti
və tibb sistemi, həmçinin dünya tibb mütəxəssislərinin diqqətini
özünə cəlb
edib. Belə ki, professor
1998-ci ildən 2013-cü ilə kimi miqren üzrə yazılan məqalələrini özünün
rəhbərlik etdiyi qrupla 1 il ərzində
araşdırmasını aparıb.
Nəticədə Kopenhagen
Universitetinin
alimləri aydınlaşdırıblar
ki, migren tez-tez beyinə zərər verə bilər. Belə baş ağrıları isə xroniki hal ala bilər ki, bu da
beyin zədələnməsi
və ağ maye kütləsi riskini artırar. Danimarka mütəxəssislərinin araşdırmalarına
görə, miqren xəstəliyi
beyinin zədələnməsi
ehtimalını əhəmiyyətli
dərəcədə artırır,
beynin ağ maye kütləsində anomaliyanın inkişafını
şərtləndirir. Bu, eyni
zamanda, beynin həcminin dəyişməsinə
səbəb olur. Belə təhlükəli
simptomlar, ilk növbədə,
xroniki baş ağrıları hiss edən
insanlarda daha çox nəzərə çarpır. Ümumilikdə,
Yer kürəsi əhalisinin 10-15 faizi miqren xəstəliyindən
əziyyət çəkir.
Həmyerlimiz doktor Məsud Aşina bununla bağlı bildirib ki, əvvəllər
təbiblər miqreni beyin üçün uzunmüddətli təhlükəli
nəticələrə səbəb
olmayan keçici naxoşluq hesab edirdilər: “Topladığımız
məlumatlar və metaanaliz nəticəsində
bəlli oldu ki, miqrenlər istənilən halda beyinin strukturunu ən müxtəlif formalarda dəyişir”. Mütəxəssislər tərəfindən
aparılan araşdırmalar
19 müxtəlif elmi işin yekunlarını əhatə edib. Burada bilavasitə miqren xəstəliyi keçirmiş şəxslərin
beyininin zədələnməsi
ilə bağlı əlavə təhlükələrin
olub olmaması, onun həcminin dəyişməsi riski və ya digər
anomaliyaların baş
verməsi ehtimalı öyrənilib. Müvafiq
suallara cavab verilməsi üçün
pasiyentlər zəruri
prosedurdan keçirilib,
əldə olunan görüntülər, nəticələr
sağlam adamların analoji vəziyyəti ilə müqayisə edilib. Nəticədə məlum olub ki, miqren aurasından
əziyyət çəkən
insanlarda beyinin ağ kütləsinin zədələnməsi ehtimalı
68 faiz təşkil edir. Adi miqren
xəstəliyi keçirmiş
insanlarda bu ehtimal xroniki baş ağrıları ilə üzləşməyənlərlə
müqayisədə, 34 faizdir.
Müvafiq müqayisəli
göstəricilər miqren
aurasından əziyyət
çəkənlərdə 44 faizə qədər yüksəlir. Eyni zamanda, müəyyən edilmişdir ki, beynin həcmi miqren qurbanlarında bu xəstəliklə qarşılaşmayanlardan fərqli
olaraq, daha tez dəyişir.
Qeyd edək ki, Məsud
Aşinanın 1 illik araşdırma qrupunun fəaliyyətində onun
qardaşı, Nyu-York
Tədqiqatlar İnisitutunun
baş elmi işçisi, Nyu -York Tibb Universitetinin professoru Səid Aşina da iştirak
edib.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilmişdir
Olaylar.- 2013.- 7-9 sentyabr.- S.15.