Uşaqlar üçün film, ya serial çəkməmişəm, çəkməyi də düşünmürəm”

 

Müsahibimiz rejissor Rövşən İsax, Vüqar Əmirov və ssenarist Əyyub Qiyaslı ilə söhbətimizi davam etdiririk. 

(Əvvəli 06.09.2013 tarixində)

 

 “Ssenari sahəsində çalışmaq istəyən şəxslərin peşəkar təhsili olmalıdı”

 

-Əyyub Qiyaslı: ...Rejissor çəkiləcək aktyorlarla yanaşı əsas meydançaları, obyektləri də çəkiliş günü müəyyənləşdirir. Dəfələrlə belə halla rastlaşmışam. Peşəkarlar azdır, işə münasibət isə bir o qədər düzgün deyil. Kino-serial aləmində yazan şəxslərin böyük əksəri isə dramaturgiya-ssenari sahəsindən xəbərsiz olan şəxslərdi.

-Yəqin ki mükəmməl ssenarinin yazılması üçün məktəbin də olması vacib amildir. Bu sahənin istənilən səviyyədə ixtisaslaşmaması necə, qeyri-peşəkarların ortaya çıxmasına səbəb olurmu?

- Ə.Q: Təhsil önəmlidir. Ssenari sahəsində çalışmaq istəyən şəxslərin peşəkar təhsili olmalıdır. Təhsil problemi həll olunduqdan sonra düşünürəm ki, ssenari sahəsində də bacarıqlı və istedadlı mütəxəssislər meydana atılacaq. Bu gün bizə qonşu olan Türkiyə, Rusiya, Gürcüstan, İranda kino-serial sahəsinin ənənələri var. Gənclərimizin qonşu ölkələrdə bu sahə üzrə təhsil alması üçün şərait yaratmalıyıq. Təhsil-təcrübə olmadan heç bir nailiyyət əldə etmək olmaz. Yenicə bu sahəyə qədəm qoymaq istəyən gənclər komanda şəklində birləşərək bir-birlərinə kömək etməlidir. Ssenaristlə yanaşı rejissor da peşəkar olmalıdır. Ssenarist nəsə səhvə yol verərsə rejissor düzəliş edərək onu tamaşaçının istədiyi bir formada təqdim edəcək. Qələmimə hörmət etdiyim üçün pis yazmağa haqqım yoxdur. Amma yenə də bu serialla bağlı arxayınlığım var. Çünki işbirliyi qurduğum şəxs kifayət qədər peşəkardır. Rövşən kimi rejissorla işləmək nə qədər çətindirsə, bir o qədər də asandır.

-Uşaqlar haqda serial çəkməyi necə, düşünürsünüzmü?

-Rövşən İsax: Çox çətin işdir. Bu vaxtacan uşaqlar üçün film, ya serial çəkməmişəm, çəkməyi də düşünmürəm. Çox səbrsiz insanam. Onlarla işləmək isə ilk növbədə səbr tələb edir. Bədii filmi sevə-sevə işləyərm. Amma uşaqlar üçün serial çəkmək çətin olar. Bu gün uşaqlarla bağlı bir çox sahələrdə boşluqlar var. Onlar üçün yazılan mahnılar, hazırlanan verilişlərin də sayı azdır. Ümumiyyətlə uşağın nəyə maraq göstərdiyini bilmək də olmur. Bir onu bilirəm ki rəngbərəng şeylər onların daha çox diqqətini çəkir. Onların düşüncə tərzləri də çox qəribədir. 6 yaşlı oğlum bu il birinci sinifə getməyə hazırlaşır. O dəfə mənə sual verir ki, ata, o nədir ki, uçur, amma gəzmir. Görəndə ki cavabı tapmaqda çətinlik çəkirəm, onda mənə köməklik edərək dedi ki, uçur, həm də qonur. Onda bildim ki, söhbət kəpənəkdən gedir. İndi, gəl bu düşüncədə olan, məntiqi suallar verən uşaqların maraq dairəsini öyrən...

-Ə.Q: Tək olanda qorxmaserialını çəkirik. Sezon açılışında uşaqlar yenidən ekran önündə əyləşərək sevimli qəhrəmanlarını görə biləcəklər. Həqiqətən uşaqlarla işləmək çox çətindir. Bir görürsən ki ayaq üstə yatırlar.

-Müsahibələrin birində filmlərin probleminə qısaca da olsa toxunmuşduq. Bu haqda danışaq. Öncəki filmlər kimi bənzərsiz ekran əsərləri niyə çəkilmir?

-R.İ. Çox ağır sualdır...Adətən bu cür problemlərin kökündə maliyyə dayanır. Qədim zamanlarda iki məmləkət arasında müharibə başlayır. Tərəflər bir-birinə qarşı hücuma keçir. Hər dəfə eyni tərəf məğlub olur. Padşah əsas vəzirlərdən birini çağıraraq məğlub olmalarının səbəblərini öyrənir. Vəzir buna 9 amili səbəb olduğunun deyərək bir-bir sadalamağa başlayır. İlk olaraq barıtın yoxluğundan şikayətlənir. Padşah da cavabında deyir ki, barıt yoxdursa, get bayrağı qaldır. Azərbaycan kinosunun da 9 problemini sadalamaq olar. Təcrübə sahəsində problemlər var. Hovuzda su olmadan necə üzməyi öyrənmək olar? Kinostudiyamızın da vəziyyəti belədir. Kamera, montaj, dünya kinosunun tələb etdiyi işıq avadanlıqları olmadan hansı təcrübədən danışmaq olar? Hazırda bütün dünya səsi çəkiliş zamanı qeydə alır, amma Azərbaycanda hələ ki bu texnika yoxdur. Yaradıcılıq problemlərinə deyil, hələ təkcə texniki məsələlərə nəzər yetirdikdə qədər çatışmazlığın olduğunu görə bilərik. Azərbaycanda çox gözəl ssenarilərin yazıla biləcəyinə inanıram. Deyə bilmərəm ki, əsər yoxdu, rejissor yoxdu. Yox, var. Kino sintetik sənətdir. Lazım olan texnikaya əlimiz çatmayanda ekran əsəri keyfiyyətsiz alınır. bu zaman serial yayımlanarkən aşağıdakı titrlərdətexnika baxımdan problem olduğu üçün filan səhnə bu cür çəkildideyə yaza da bilmirik.

Ə.Q: Bu sahədə olan şəxslərin kinoya münasibəti birmənalı deyil.

-Aktyorluğu bitirmisiniz, amma nədən səhnədən deyəsən birdəfəlik uzaqlaşmısınız...

- R.İ: 95-ci ildən etibarən teatrdan ayrılmışam, amma peşman deyiləm... O vaxtlar çox ağır dönəm idi. Mən dözmədim. Təxminən bir il yeddi ay Gənclər Teatrında, sonra Pantomimada işləyib bu sahədən uzaqlaşdım. 6 ay mənim üçün çətin oldu. Sonradan vərdiş etdim... Aktrisafilmi məncə pis alınmayıb. Hərdən özüm bu filmdə rol aldığımı unuduram. Bir dəfə Moskvada olarkən filmin başqa qəhrəmanı olan xanımla görüşəndə onunla bircə dəfə olsa eyni filmdə oynamaq istədiyimi dedim. Sonra yadıma düşdü ki, yox, biz eyni filmdə rol almışıq. Hazırda ssenarisini yazdığımSonuncu Fəsilserialında da rol ifa etmək istədim, sonra fikirləşdim ki, deyəcəklər buçelovekorkestrdı. Özü yazıb, özü oxuyur. Amma kim mənə rol təklif etsə böyük məmuniyyətlə oynayaram. Çəkiləcəyim filmlərdə ən mənfi, murdar obrazları canlandırmaq istəyərdim.

-Ə.Q: Nədənsə mənə rejissorun özünün məhsulu olan ekran əsərində çəkilməsi qəribə gəlir...

-R.İ:  Özümü daha çox aktyor sayıram, nəinki rejissor. Hər ikisi çətin sənətdir.

-Ə.Q: Gecə çox yorğun idim, amma beynimdə ideya var idi. İstədim ki, uzanıb yatam. Beynimdəki fikir mənə rahatlıq vermədi, işimi görüm sonra yatdım. Buna görə rejissor, ssenarst olmaq çətindir.

-R.İ: Evim ofisə yaxın olduğu üçün olur ki, gecə mənim ağlıma bir şey gəlir, ofisə gəlib nəyəsə düzəliş edirəm. Beyində fikir olanda istər-istəməz adam yata bilmir.

-Reklam sahəsində bir müddət çalışmısınız...Hazırda necə, bu sahə ilə məşğulsunuzmu?

-Uzun müddət bu sahədə çalışmışam. Bəlkə 500-dən artıq reklam məhsulum olub. Amma hazırda bu işlə məşğul deyiləm. Heç evə çörək almağa vaxtım yoxdur, qaldı ki, reklam çəkəm.

-Aktyorların ləhcə ilə danışmasına münasibətiniz necədir?

-R.İ: Tutaq ki, mən Gəncədə böyüyüb boya-başa çatmışam. Buna görə bu bölgənin ləhcəsində olduğu kimi danışa bilirəm. Filmlərdə ən çox istifadə olunan ləhcələrdən biri Şəki ləhcəsidir. Naxçıvan ləhcəsinə tez-tez müraciət edilir. Pərvanələrin Rəqsiserialında da ləhcə ilə danışan aktyorlar var idi. Hansı ki, onlar ədəbi dildə çox gözəl sərbəst danışırlar. Özüm belə istədim ki, Elxan Gəncə ləhcəsində danışsın. O  özü Gəncədən olmasaydı bu addımı atmaqda ehtiyat edərdim. Daşdəmir rolunu canlandıran aktyorumuz Raufun işlətdiyi səydərəm sözünü birinci dəfə eşidirdim. Sən demə Qarabağ ləhcəsində bu söz var imiş. Bəziləri bu sözün mənasını bilmədiyindən serialda bunu açıqlamaq məqsədi ilə Daşdəmirlə dialoqda olan obrazların birinə tapşırıq verdim ki, sözün mənasını ondan soruşsun. Əhlikef, beyninə gəldi onu edən adamları belə adlandırırlar. Dünya təcrübəsində ləhcədən istifadə edilir.

-Ssenarist serialın hər bölümü üçün çəkiliş meydançasına gəlir?

-Ə.Q: Bu o qədər vacib deyil. Bizim əsas işimiz ofis daxilində yekunlaşır.

-R.İ: ...ssenarinin yazılması prosesində iştirak etmək istəməzdim. Amma bilirəm ki, bu yolla həm ssenaristə, həm özümə əziyyət vermiş olaram. Öncəki serialda buna əmin oldum. Sonuncu Fəsil”də hələ tanımadığım, amma müəyyən amillərə nəzər yetirərək işbirliyi qurduğum şəxslər var. İş əsnasında kimin gücünün nəyə qadir olduğunu görəcəyik. Kiminsə üzərinə düşən yükü qaldıra bilmədiyini gördükdə ssenaristin qulağına pıçıldayaraq filankəsin işinin bir az azaldılmasını tələb edəcəyəm. Elə olub ki, bacarığına, istedadına tam əmin olmadığım aktyorladan daha yüksək nəticələr əldə etmişəm.

-“Pərvanələrin Rəqsi”ndə hansı aktyor sizin gözləntilərinizdən daha artıq nailiyyətlər əldə etdi?

-R.İ: Xatirə rolunu canlandıran Mətanət Eresdən, İlqar Cahangirdən umduğumdan da artığını əldə etdim. Ramiz Novruzun ümumiyyətlə başqa cür oynamağa belə haqqı yox idi. Şəbnəm Hüseynovanı Şövqinin həyat yoldaşıdı deyə tanıyırdım. Onun da bacarığını bəyəndim. Ən əsası ona görə ki, Şəbnəm xanım çox məsuliyyətli şəxsdir. Aktyor daxilən rejissora tabe olmalıdır. Xala xətri qalmasın deyə verilən tapşırıqları məcburən yerinə yetirməklə keyfiyyətli əldə etmək mümkün olmur. Aktrisafilmində yazıçının obrazını canlandıran İlham Hüseynovda da bu xoşbəxtlik var. O da daxilən rejissora tabe olan insandır. Aytən obrazını canlandıran Fidan Axundova da gözlədiyimdən daha uğurlu nəticə əldə etdi. Gözləntilərimi dorultmayan aktyorlar da oldu. Amma onların adını çəkə bilmərəm.

 

Nigar Məhərrəm

 

-P.S.-R.İ: Nə yaxşı ki bəzi sualları eşitmədim. “Hansı hissləri keçirirsiniz?”, “hansı sualı eşitmək istərdiniz?”,  bir də ki “ən çox nəyi bəyənirsiz ya bəyənmirsiniz?” suallarını yaxşı ki eşitmədim.

 

Olaylar.- 2013.- 11 sentyabr.- S.12.