Xaricdə yaşayan soydaşlarımız seçkilərdə

prezident İlham Əliyevi dəstəkləyəcəklər

 

Diaspor təşkilatlarımız bu qənaətdədir

 

Bu gün dünyanın əksəriyyət regionlarda, Birləşmiş Ştatlardan tutmuş Avropaya qədər, uzaq Avstraliyadan Afrika ölkələrindək hər bir yerdə soydaşımız yaşayır. Xarici ölkələrdə məskunlaşan soydaşlarımızın təşkilatlanma  prosesi ildən-ilə sürətləndiyindən yeni-yeni diaspor təşkilatları, cəmiyyət və federasiyaların təsis olunması zərurətə çevrilir.

 Statistik məlumatlara əsasən təqribi sayı 50 milyon nəfər olan dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda mühacirətdə yaşayır. Dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımızın həmin ölkələrin ictimai-siyasi, mədəni və sosial həyatında yaxından iştirak etdikləri də sevindirici haldır. Xaricdə yaşayan azərbaycanlılar ölkəmizin daxilində gedən prosesləri də diqqətdə saxlayır, həmin prosesləri yaxından izləyirlər. Bu baxımdan cari ilin oktyabr ayının 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərinə də xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən böyük maraq var. Hər dəfə ölkədə keçirilən seçkilərdə yaxından iştirak edən xarici ölkələrdəki Azərbaycan vətəndaşlarının bu dəfəki seçkilərdə də aktivlik nümayiş etdirəcəkləri istisna edilmir. Bəs görəsən xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, həmin ölkələrdə yaşayan soydaşlarımız oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə bağlı nə düşünürlər? Ümumiyyətlə, xaricdəki diaspor təşkilatları prezident seçkilərində hansı namizədin qələbə qazanmasını arzulayırlar? Onlar da bu prosesdə yaxından iştirak edəcəklərmi?

Avropanın siyasi mərkəzlərindən sayılan Belçikada fəaliyyət göstərən “Belçika-Azərbaycan Evibu ilin oktyabrında Azərbaycanda keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasından prezidentliyə namizəd, hazırkı dövlət başçısı cənab İlham Əliyevi dəstəkləyəcək. Bu barədə məlumatı “Belçika-Azərbaycan Evinin rəhbəri Bülənt Gürçam verib. Bildirib ki, rəhbərlik etdiyi “Belçika-Azərbaycan Evi” üzvlərinin böyük əksəriyyətinin mövqeyi bundan ibarətdir: “Mən bunu əminliklə deyə bilərəm ki, “Belçika-Azərbaycan Evinin üzvləri oktyabrın 9-da keçiriləcək prezident seçkilərində bütünlüklə hazırkı dövlət başçısı cənab İlham Əliyevə səs verəcəklər”. Bülənt Gürçam deyib ki, “Belçika-Azərbaycan Eviprezident İlham Əliyevin həyata keçirdiyi daxilixarici siyasəti dəstəkləyir və bunu açıq şəkildə bəyan edir. Rəhbərlik etdiyi təşkilatın  200-ə yaxın üzvünün olduğunu deyən “Belçika-Azərbaycan Evinin rəhbəri bildirib ki, əksəriyyət üzvlərin mövqeyi eynidir. Bülənt Gürçam əmin olduğunu bildirib ki, Belçikada yaşayan digər soydaşlarımız da oktyabrın 9-da keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasından prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevə səs verəcəklər. Cəmiyyət sədri yalnız az bir qismin fərqli mövqe nümayiş etdirəcəyini də istisna etməyib: “Bir neçə kiçik topluluq var ki, onların mövqeyini bilmək mümkün deyil

Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov da deyir ki, sözügedən ölkədə yaşayan azərbaycanlılar prezident seçkilərində cənab İlham Əlyevə səs verəcəklər. Nüsrət Məmmədov hələ bir müddət əvvəl prezident seçkiləri ilə bağlı ortaya konkret mövqe qoyduqlarını diqqətə çatdırıb: “Onsuz da prezident seçkiləri ilə bağlı bizim mövqeyimiz birmınalıdır. Təxminən bir neçə ay əvvəl təşkilat üzvləri və Qırğızıstanda yaşayan azərbaycanlılar olaraq toplaşıb belə bir qərar qəbul etdik ki, oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində hazırkı dövlət başçısı İlham Əliyevin namizədliyinin irəli sürülməsinin tərəfdarıyıq. Çünki Birləşmiş Ştatlar özünü demokratiyanın beşiyi adlandırdığı halda Ruzvelt 3 dəfə Amerikanın prezidenti seçilib. Ona görə  bizhesab edirik ki, bu gün cənab prezident İlham Əliyevi dəyişdirmək olmaz. Çünki ona alternativ yoxdur. Bizim əsas fikrimizmövqeyimiz ondan ibarətdiri ki, Orta Asiya regionunda yaşayan Azərbaycan vətəndaşları prezident seçkilərində cənab İlham Əliyevi dəstəkləsinlər. Bunu dünya şöhrətli kinorejissor Polad Cəmşiyevin sözləri ilə əlaqələndiririk. Belə ki, Polad Cəmşiyev Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşkil etdiyi tədbirdə iştirakı zamanı bildirdi ki, azərbaycanlılar doğurdan da Qafqaz regionunun lider dövlətidir. Əgər Azərbaycanı Türk dünyasının da lider dövlətinə çevirmək istəyirsinizsə İlham Əliyev yenə hakimiyyətdə olmalıdır. Çünki İlham Əliyevin gördüyü işlər göz qabağındadır”. Nüsrət Məmmədovun sözlərinə görə, məhz president İlham Əliyevin ötən 10 illik fəaliyyəti dövründə Azərbaycan bütün sahələrdə öz inkişaf dövrünü yaşayıb, beynəlxalq aləmdə öz layiqli yerini tutub: “Azərbaycanın bu dərəcədə inkişafı heç şübhəsiz ki, xaricdə yaşayan azərbaycanlılara da xoş təsir bağışlayır və soydaşlarımız da öz növbələrində bu siyasətin davam etdirilməsini istəyirlər. Biz əminik ki, oktyabrın 9-da Azərbaycanda keçiriləcək president seçkilərində cənab İlham Əliyev qələbə qazanaraq daha beş il müddətinə Azərbaycana rəhbərlik edəcək. Qarşıdakı beş ildə isə Azərbaycan İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf edəcək”

Danimarkada fəaliyyət göstərən Danimarka-Azərbaycan “Vətən” Cəmiyyəti də hesab edir ki, oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində hakim Yeni Azərbaycan Partiyasından prezidentliyə namizədliyi irəli sürülmüş, hazırkı dövlət başçısı İlham Əliyev qəlbə qazanacaq: Adı çəkilən cəmiyyətin sədri Səfər Sadiqi belə bir qənaətdədir “Bu bir reallıqdır ki, bu gun İlham Əliyevin alternativi yoxdur. Bilirik ki, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində xalqın 85 - 90 faizi hazırkı dövlət başçısı İlham Əliyevə səs verəcək”. Səfər Sadiqi onu da qeyd edib ki, rəhbərlik etdiyi təşkilat siyasətlə məşğul olmur: “Danimarka-Azərbaycan “Vətən” Cəmiyyəti  hec bir siyasi bloklara qoşulmur və cəmiyyet siyasətlə məşğul olmur. Biz ancaq Danimarkada Azərbaycanı təbliğ edirik. Bu haqda saytımizın " haqqımızda " bölməsində də yazılıb”. Səfər Sadiqi onu da diqqətə çatdırıb ki, Danimarkada azərbaycanlılarin sayı çox azdı: “ Əgər biz iqtidarı təmsil etsək onda müxalifət fikirli insanlar bizdən uzaqlaşacaq. Müxalifətyönlu olsaq da, iqtidar fikirlilər bizdən kənar gəzəcək. Ona görə heç bir siyasi blokları təmsil etmirik ki, bütün azərbaycanlıları bir yerə yığa bilək. Ona görə də prezident seçkilərində biz aktiv olmayacağıq”.

ÜmumRusiya Azərbaycanlıları Konqresinin Rostov regional təşkilatının sədri Şakir Allahverdiyev isə bildirib ki, Rostovda yaşayan azərbaycanlılar da oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə səs verəcəklər: “Çünki cənab İlham Əliyevin prezidentliyinin ötən 10 ili ərzində bütün sahələrdə Azərbaycan öz uğurlu inkişaf yolunu keçib. Dövlət başçısı hər bir sahəyə olduğu kimi xaricdə yaşayan soydaşlarımıza da böyük diqqət və qayğı ilə yanaşıb. Ümumilli lider Heydər Əliyevin təşəbüsü ilə keçirilən Dünya Azərbaycanlılarının Birinci Qurultayından sonra bu prosesin cənab İlham Əliyev tərəfindən davam etdirilməsi və ikinci, üçüncü qurultayların keçirilməsi cənab prezidentin dünya ölkələrində yaşayan azərbaycanlılara göstərdiyi diqqətin bariz nümunəsidir”. Şakir Allahverdiyev qeyd edib ki, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan-Rusiya münasibətlərinin yüksələn xətlə inkişaf etməsi Rusiya Federasiyası ərazisində, onun subyektlərində, eləcə də Rostov vilayətində yaşayan azərbaycanlıların da həyatında müsbət dəyişikliklərə səbəb olub: Bütün bu amilləri Rusiyada, xüsusilə Ristovda yaşayan azərbaycanlılar dəyərləndirirlər və oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində Azərbaycan Respublikasının Ali Baş komandanı, hazırkı dövlət başçısı cənab İlham Əliyevə səs verməyi düşünürlər”. Şakir Allahverdiyev əmin olduğunu bildirib ki, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində xarici ölkələrdə yaşayan soydaşlarımız cənab İlham Əliyevə səs verəcəklər və Azərbaycan növbəti beş ildə daha da inkişaf edəcək: Biz Rostovda yaşayan azərbaycanlılar olaraq əminik ki, Azərbaycan dövləti Ali Baş Komandan, cənab prezident İlham Əliyevin rəhbərliyi altında tezliklə işğal altında olan ərazilərini geri qaytaracaq və dövlətimiz daha da inkişaf edəcək.. Bu gün Azərbaycan dövlətinin əldə etdiyi uğurlar, Azərbaycanda qeydə alınan sürətli inkişaf xaricdə yaşayan hər bir azərbaycanlı kimi bizisevindirir. Biz Azərbaycan dövlətinin bu günkü inkişafından qürur duyuruq”.

Estoniyada yaşayan gənc soydaşımız, Dünya Azərbaycanlı Gənclər Birliyinin üzvü Tural Şirinov da deyir ki, yaşadığı ölkədəki Azərbaycan vətəndaşları Yeni Azərbaycan Partiyasından prezidentliyə namizəd cənab İlham Əliyevi dəstəkləyirlər: “Ümumiyətlə, deyərdim ki,  Estoniyada yaşayan azərbaycanlı vətəndaşları nəzərdə tutsaq, onların əksəriyyəti dövlət başçısı, cənab İlham Əliyevi dəstəkləyirlər. Estoniyada yaşayan azərbaycanlı olaraq inaniram ki, soydaşlarımız məhz cənab İlham Əliyevə  səs verəcəklər: “Estoniyada yaşayan zəbaycanlıların əksəriyyəti prezident İlham Əliyevi dəstəkləyirlər. Dövlət başçımızdan narazı olanları mən görməmişəm. Öz adımdan qeyd etmək istərdim ki, Estoniyada Azərbaycan vətəndaşları kimi, Estoniya vətəndaşlığı olan azərbaycanlılar da yaşayır. Lakin vətəndaşlıq heç bir rol oynamır. Azərbaycanlıların əksəriyyəti, burada 20 ildən artıq yaşayanlardır. Onlar da Azərbaycanın hazırkı siyasi kursunPrezident İlham Əliyevin uğurlu siyasətini dəstəkləyirlər”.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2013.- 18 sentyabr.- S.15.