Yazımızın başlanğıcı

 

əvvəli 20 sentyabr sayımızda

 

Qonaş hadisəsi

Qonaş hadisəsi

Gəmiqayada daha bir neçə rəsmdə insanların yuxarıda (başda) xəyal etdiyi keçi və onun damğa formasına ibadət edildiyi göstərilmişdir.

Qadın və kişi keçiyə tapındığı halda

Daha bir qaya rəsmində “baş” damğasının üzərində kiçik “baş” damğası artırılaraq ibadət halında rəsm edilmişdir. Bu isə keçi və yuxarısında balası deməkdir ki, artım və törəmə diləyi kimi başa düşülməlidir.

Bu kult və ya dilək obyekti İran yaylasında qaya, saxsı qab və hətta məzar daşları üzərində yaxın zamanlara qədər cızılıb həkk edilmişdir.

İran yaylası - oxşar motiv

İran yaylası - oxşar motiv

Keçi və "baş" damğası - Uyğur kilimi

Gəmiqaya

İran yaylası-Temərə

Iran yaylası

İran yaylası məzar daşı

Təbiətdən oxşar şəkil

Bəzi alimlər “baş” damğasını ( ) “rt” kimi oxuyurlar. Onu “tr” kimi (metateza hadisəsi) kimi oxumağımız da mümkündür. Bu zaman “tur” (dağ keçisi) sözünün necə yarandığını anlamaq olar. Damğanın üstündəki ay işarəsi ( ) əski türk əlifbasında qalın “n” səsini ifadə edir bu isə Ay tanrısının adı “Nanay”la bağlıdır. Bu oxunuşla iki damğanın yayn-yana cızılması ( ) bir sözü ifadə edə bilr o isə saitsiz “TRN” və saitlə “TURAN” sözünü bildiri ki onu “Yaşadan” kimi məna etmək olar. Başqa bir yazı işə “TR” işarəsinin üst-üstə və yaxut yayn-yana qoşa yazılmasıdır ( ) ki, onu “TUR- TUR” kimi oxumaq olar və tanrılar tanrısı kimi məna edə bilərik.

Yuxarıdıkı rəsmlərin müqayisəsi bizi daha bir əski türk inanc sisteminin varlığına inandırır : “Tür” (Tur) tanrısına tapınma inancına. “Tür” əski dilimzdə eləcədə qədim Şumer dilndə keçi balasına deyilirdi. Astral görüşlərdə onun tanrıların yaşadığı səmada var olduğu düşünülürdü. “Tür” , törəmə və məhsuldarlıq, bir sözlə həyat quvvəsi deməkdir. “Tür” yağışların yağmasına, bitgilərin göyərməsinə səbəb olurdu və o üzdən keçi ilə həyat ağacı yanaşı rəsm edilirdi.

Gəmiqaya keçi və ağac

Mesopotamiya incəsənəti

İran yaylası qaya və saxsı qab

Türkəmənistan saxsı qabı

İran yaylası-Siyəlk

İran yaylası saxsı qırığı

İran yaylası-Elam bardağı

Tünc qab üzərində “Tür” tanrısı

“Tür” kultu qədim Ön Asıyada xüsusi ilə Şimalı Qafqaz, Şərqi Anadolu, Mesopotamiya, Ərəbistan yarımadası və İran yaylasında geniş yayılmış inanc obyektlərindən biri və ən yayğını olmuşdur. Hətta vaxtı ilə çuvaş türklərinin bu bölgədə yaşamış əcdadları (subarlar // suvarlar) bu kultla bağlı inanclarını başqa inancları ilə birlikdə Volqa-Don bölgəsinə daşımışlar. Onların miflərində “Tura // Tora”, “Ama Tura” (tanrıların anası), “Tur Tur” (Tanrılar tanrısı) adları bu günə qədər qorunub saxlanmışdır. Bu tanrının adını V əsr erməni tarixçisi Movses Xorenatsi Turq // Torq kimi qeydə almışdır.

Bu mülahizələrdən sonra belə bir qənaətə gəlirik ki, Türk etnosunun adı elə həmin inancla bağlıdır və “Türk” sözünü teonim kimi qəbul etmək olar və ümumi anlamda bugünki dilimzcə “Durmaq” (yaşamaq) feli həmin sözdən yaranmış ola bilər. “Tür”ün yaşam, dirilik, törəmək tanrısı olduğunu, ona sitayiş edildiyini bəzi qaya və metal sənəti işləri üzərindəki tsvirlər tsdiqləyir. Məsələn, Qırqızistanda Saymalıtaş piktogramlarının birində döl alma zamanı bir erkəyin əlini qaldıraraq “Tür” tanrısından oğul (evlad) diləməsi aydın şəkildə göstərilmişdir...

 

Qırğızıstan Saymalıtaş

 

...Və yaxud İran yaylasının Lorestan bölgəsindən əldə edilmiş metal baş sancağı üzərində bir qadın doğum yaparkən sağında və solunda keçi balalarının qoruyucu rolunda iştirak etməsi həmin “Tür” tanrısından yardım diləmək kimi başa düşülməlidir.

 

Mənsur Rəhbəri

 

Ardı var

 

Olaylar.- 2013.- 24 sentyabr.- S.12.