Yazımızın başlanğıcı

 

 

Maraqlı bir məqam isə türk dilində” (keçi-ov) sözündən yarananoğlaq”(keçi balası), “oğul”(övlad- oğ+ul // ulduz), “oğlan”(erkək evlad), “öğək”(bürc), “oğan”(tanrı- əski türkcədə) ola bilsin ki, “oğuzsözləri vahid bir anlamın paradiqmaları olsun.

Daha bir başqa maraqlı mövzu əski türk əlifbasındaki incə “t” işarəsinin keçi heroqilifindən yaranmasıdır ki, özü - özlüyündətürsözünü andırır.

Bunun ardınca əski türk məzar daşlarında, daş yazılarının yanında, o cümlədən Kül Tekin abidəsinin arxasında, keçi damğalarının varlığı inanc xarakterli yaxud türk kimliyinə bağlı olduğunun sübut edir.

Başsözünün başqa fonotik varyantları ondan düzələn sözlər proto-türk dövründən dilimizdə yaşamaqdadır, hərçəndki, onların ilkin anlamını artıq unutmuşuq. Onlardan “bas”, baz”,”bad”,”pat”, “boz”, “bod”,”boy”, “vazsözlərini göstərmək olar. Misal üçünbodsözündənbodun” (əski türkcədə) başlar mənasında insanlar xalq anlamında işlənmişdir yaxutbozsözü göy-səma anlamını ifadə etmişdir ki bəzi sözlərin tərkibində bu günə qədər yaşamaqdadır. Xatırladaq ki, səma anlamını daşiyanGöksözünə gəldikdə prototürk çağında öküz anlaminda olmuşdür ki astro-arxeologiya elmi onu sübut edir. Dünyanın bir çox yerində qaya rəsmləri içində böyük öküz şəkilləri ilə rastlaşırıq ki, onların gövdəsində bir ya bir neçə dairə cızılmışdır. Belə hesab edilir ki, qədim insanlar bu şəkilləri əsasən ovun uğurlu molması üçün, ovsun mənasında rəsm etmişlər. Lakin qədim insanlar əslində bu rəsmlərlə göyü-səmanı göstərmək istəmişlər

Kalbaktaş Altay öküz gövdəsində dairələr

Buradan aydın olur ki əski çağ insanları bürclərdən birinci buğa bürcü ilə tanış olmuşlar maraqlı burasındadır ki ülkər takımı elə həmin bürcdə yerləşir bunu paleolit dövrünün insanları Fransada yerləşən Laskauks mağara rəsmlərinin birində belə göstərmişlər:

Laskauks mağarası Fransa-öküz üzərində Ülkər

Maraqlı cəhət ondan ibarətdir kigöksözü İran yaylasının bəzi bölgələrində (yaylanın cənub şərqində, indiki Bəluçestan bölgəsində) əhalinin dilində yaşamağına davam edir. Qədim Elam mixi yazılarında bir çox şəxs tanrının adının önündəKuksözünün işləndiyinin şahidi oluruq (“Kuk-Tanra”, “Kuk-İnşuşinak”, “Kuk-Nahhunte,...). Ehtimala görə, elamlılar o şəxsləri səmaya bağlamaqla onları ilahiləşdirmək istəmişlər. Bu ənənə qədim fars mifologoyasında da davam etmişdir qədim farslar mifik şahların adlarının önünə “Key” (Kavi - öküz mənasında) titulunu əlavə edərdilər.

Göksözünün sinonimi olanTengrisözünün şumercədəkiDingir” , Danga (dana) sözündən yaranma ehtimalı var. Səmanın rəngini yer üzündə yansıdan sular çaylara belə babalarımızöküz” (böyük çay) dengiz” (dəniz) demişlər.

Uyğur türklərinə aid Öğuznamə kitabında yer alan göy rəngdə öküz şəkili mətnə istinadən Oğuz xanın ayla öküzün izdivacından doğulması onun səmaya bağlı bir varlıq olduğunu andırır. Burada öküz, adi bir heyvanı yox, bəlkə göy-səmanı bildirir Oğuz xanın ayla göyün birləşməsindən yarandığına işarədir .

 

Uyğur Oğuznaməsi

 

Qədim zodiak (heyvanlar dairəsi) təqvimini tərtib edən babillilər (m.ö I minillik) ilkin astrologi biliklərini bölgənin ilkin xalqı sayılan türklərdən aldıqlarına görəTürtanrısının ulduzları sayılan Ülkər ulduzlar qrupunu Buğa bürcünün çiyinlərində yerləşdirmişlər bu səbəbdən qədim samilər yaxud aramilər həmin bürcü Tora adlandırmışlar. Sonralar isə bu təqvim yunanlar romalılar tərəfindən mənimsənilərək qədim latın yunan dillərindətaurusşəklinə düşmüşdür.

 

Ədəbiyyat:

 

1. Məlahət Fərəcova .Azərbaycan qayaüstü incəsənəti. “ASPOLIQRAF”, Bakı, 2009.

2. Əliyev Vəli. Gəmiqaya abidələri.Azərnəşr”, Baki, 1993

3. Kaşğarlı Mahmud. Divanü Lüğatit-Türk (Farscaya çevirən: Dr. H.Düzgün). Təbriz,

4. Mirza Mehdi Astarabadi. Sənglax. Türkcə-Farsca sözlük (edit: R.Xiyavi) Tehran,

5. Musa Urud. Zəngəzur. Nurlar, Bakı, 2005.

6.Derəfşhaye Urartuyiye Azərbaycan_Rza Moradi QiyasabadiNəvid, Şiraz

7.Dehxoda Farsca inseklopedik sözlük- online

8.Sibiriyadan Anadoluya Taştakı Türkler_Servet Somuncuoğlu

9.Orxon-Yenisey Abidələri _Ə.Rəcəbov, Y.Məmmədov – Yazıçı,Bakı-1993

10. Sumerian-English Dictionery

11.A.Ü.Türkiyyat Araştırmaları Enstitüsü Dergisi say_37 Erzurum 2008

12.Understanding planet sin ancient Mesopotamiya_Folklore Vol.16 ISSN 1406-0957

13. Òðàäèöèîííîå äåêîðàòèâíîå èñêóññòâî è ïðàçäíèêè ÷óâàøåé àâòîð Ìàäóðîâ Äìèòðèé Ôåäîðîâè÷

 

Mənsur Rəhbəri

 

Olaylar.- 2013.- 25 sentyabr.- S.12.