Diasporun inkişafına stimul
verən amillər
Hazırda uğurlu inkişaf yolu keçən
Azərbaycan diasporu daxilində zaman-zaman, elə indinin
özündə də müəyyən problemlərin olduğunu etiraf etmək
lazımdır. Bu sahədə
çalışan ekspertlər həmin problemləri müxtəlif
cür xarakterizə edirlər. Bildirilir ki, diaspora problemində ən həssas nöqtə
müxtəlif ölkələrdən olan
azərbaycanlıların bir-biri ilə əlaqələr
qurmaq məsələsində
qarşılaşdıqları çətinliklərdir.
Belə ki, Türkiyə, Azərbaycan, İran
və Qərbi Avropadan Dünya Azərbaycanlıları
Konqresinin qurultaylarına
toplaşan Azərbaycan diaspora nümayəndələrinin
bir-birilə soyuq münasibətləri təəsüf
doğurmaya bilməz. Hələ Hollandiyanın Haaqa şəhərində
11-13 oktyabr, 2003-cü il tarixdə keçirilən DAK-ın
IV qurultayında təşkilatın parçalanması, daha
sonra onun yenidən
parçalanması həmin münasibətlərin nəticəsidir.
DAK -ın əvvəlki qurultaylarının birində cənublu
qardaşlarımız konfrans zalına Azərbaycanın
üçrəngli bayrağının deyil, İran
bayrağının gətirilməsini tələb etmişdi.
Əlbəttə, bu faktın özü diasporamızın məntiq
və məramının aydın olmamasından xəbər
verir. Axı dünya azərbaycanlılarının bir vətəni
var! O da Azərbaycan Respublikasıdır. Holandiyada DAK-ın VI
qurultayında da diaspora daxilində qəribə münasibətlər
müşahidə edildi. Qurultay nümayəndələri
sanki 4 qrupa bölünmüşdü: Azərbaycandan,
Türkiyədən, İrandan və Qərbi Avropadan gələn
azərbaycanlılar. Əlbəttə, bura Amerikadan gələn
azərbaycanlıları da daxil etsək diasporun rəngarəngliyi
aşkar olar. Bu qurultay arasında fikir ayrılığı
DAK-ın parçalanmasına səbəb oldu. Lakin bu
parçalanma davam etməkdədir və bu gün də davam
edir. Təəsüflər olsun ki, cənublu, şimallı,
avropalı azərbaycanlı anlayışı bizim ümumi
işimizə ziyan vurur və vurmaqdadır. Hətta, müxtəlif
dövrlərdə emiqrasiya edən
azərbaycanlılar da keyfiyyətcə bir-birindən fərqlənir.
Emiqrasiya etdiyi dövlətdən, yerdən, işindən və
peşəsindən asılı olmayaraq hər bir azərbaycanlı
diasporamızın mübariz üzvü olub, Azərbaycan həqiqətlərini
dünyaya yaymalı, Azərbaycan elminin, mədəniyyətinin,
tarixinin yorulmaz təbliğatçısı olmalıdır.
Bəs problemlərin həlli
istiqamətləri hansılardır?
Tarix boyu müstəqillik
əzmini yaşamış və bu
müstəqilliyi əldə etmiş, zəngin
mədəniyyətə, qədim dövlətçilik ənənələrinə
malik, yetkin bir millət kimi formalaşmış
Azərbaycan xalqının elmi, mədəni
və digər sahələrdə əldə etdiyi
nailiyyətləri dünyaya tanıtmaq üçün elmi-pratiki,
mədəni-kütləvi tədbirlərin həyata
keçirilməsinin təşkili zəruri addımlardan biridir. Həmçinin,
xaricdə yaşayan
soydaşlarımızın lobbiçilik
fəaliyyətinin genişlənməsinə kömək etmək
niyyətilə onların sayı, həyat tərzi,
yaşadıqları dövlətin ictimai-siyasi
həyatında iştirak dərəcələri
və digər məlumatların əldə edilməsi vacibdir. Bu məqsədlə
səfirliklər və ərazilərində azərbaycanlılar
yaşayan dövlətlərin miqrasiya xidmətindən istifadə etmək olar. Belə ki, «Diasporla İş üzrə
Dövlət Komitəsi»nin əməkdaşlarının və
ya diaspora sahəsində
fəaliyyət göstərən QHT-nın müqavilə
şərtlərinə əsasən əməkdaşlarının
səfirliklərə ezam edilməsinin təşkili
bu sahədə əsaslı dönüş yaradar və
qısa zamanda öz
müsbət təsirini göstərər. Azərbaycan diasporunun iş aparması
onun təşkilatlanmasından çox asılıdır. Hələ Brussel görüşündə bu məsələyə toxunan
Ulu öndərimiz Heydər Əliyev qeyd edirdi ki,
Avropa ölkələrində yaşayan azərbaycanlılar bir
mərkəzdə birləşməlidirlər. Bunun üçün vətəndaşlarımız
təşəbbüskar olmalı, eyni zamanda, səfirliklərimiz də fəallıq
göstərməlildirlər.
Bir mərkəzdə birləşmək
ideyasının gerçəklənməsi üçün
vahid bir mexanizm yaradılmamışdır. Baxmayaraq ki, Diasporla İş üzrə
Dövlət Komitəsi» bu istiqamətdə
olan fəaliyyətini uğurla
davam etdirir . Belə ki, 12 aprel 2007-ci il tarixdə İsraildə təntənəli
şəkildə «Azİz» Azərbaycan – İsrail Dövlətlərarası
Assosiasiyasının Təsis konfransı keçirildi.
Məlumdur ki, azərbaycanlılar tarix boyu yəhudilərlə
sədaqətli dost və səmimi qonşuluq münasibətində yaşayib. Həmin
səbəbdən əvvəllər Azərbaycanda
yaşamış 20 mindən artıq yəhudini öz sıralarında cəmləşdirən
«Azİz» təşkilatının böyük əhəmiyyəti vardır. Belə
ki, «Azİz» öz sıralarında bütün
rusdilli kütləvi informasiya
sahəsində çalışan 30-dan artıq jurnalisti, 150-dən artıq həkimi və
ölkənin 6 böyük Universtetində
dərs deyən 6 nəfər professoru cəmləşdirmişdi.
Bu böyük
qüvvədir. Elə bunun nəticəsidir
ki, İsraildə ilk
dəfə olaraq Azərbaycanın Respublika gününə həsr olunmuş bayram şənlikləri
qeyd edildi. İsraildə
«Azərbaycan Mədəniyyət Mərkəzinin» təntənəli
açılışı baş tutdu. Gələcəkdə xarici
ölkələrdə siyasətimizin həyata keçirilməsində
bu diasporanın əvəzsiz xidmətləri
olacaq. Biz buna inanırıq. Çünkü
xarici ölkələrdə Azərbaycan
mədəniyyətini, tarixini, ənənələrini
İsraildə olan diaspora
qədər bilən xalq yoxdur.
O səbəbdən ki, diasporanın 80
faizindən çoxu Azərbaycan dilini, Azərbaycan tarixini,
müsiqisini, incəsənətini çox gözəl bilir.
Onlar Azərbaycan həqiqətlərini bütün dünyada təbliğ
etmək imkanına malikdirlər.
Eyni zamanda Ümumrusiya Azərbaycanlaları Konqresinin iş fəaliyyətinin
digər dövlətlərin ərazilərində də tətbiq
edilməsinə köməklik göstərilməli, bu təcrübə geniş
tətbiqini tapmalıdır. Azərbaycanda azad
mətbuat, kütləvi informasiya vasitələri
üçün yaradılan şəraitlə
yanaşı, dövlətin qlobal informasiya məkanında geniş
təmsil olunması və aparıcı xarici
mətbuat orqanlarının nümayəndəlikləri ilə
əlaqələrinin genişləndirilməsi, bütün dünyada siyasi plüralizmim hökm sürdüyü bir dövlət imicinin qorunub saxlanılması istiqamətində olan fəaliyyət genişləndirilməlidir.
Bu gün diaspora üzvləri olan gənclərin
bir-biri ilə münasibətdə
olmaları, diaspora təşkilatları nəzdində
gənclər klubunun yaradılması
imkanları yoxdur. Belə klub
və mərkəzlərdə gənclərin bir-
biri ilə tanış olaraq,
ana dilində ünsüyyətdə
olmaları, birləşmək imkanlarını əhatə
edən müzakirələr aparmaları mühüm
əhəmiyyət kəsb edir.. Bu həm də valideynlər üçün
böyük problemdir.
Öz həmvətənləri ilə ailə–nigah
qurmaq çətinliyi bu
gün diaspora üzvləri
arasında problem kimi öz aktuallığını itirməmişdir.
Yalnız bir-biri ilə münasibət qurmaqla, öz
xalqının zəngin tarixini və mədəniyyətini,
xalqın görkəmli nümayəndələrinin həyatını
öyrənməklə, musiqisini dinləməklə
öz xalqının keçmişi
ilə qürurlanmaq , gələcəyinə
ümidlə baxmaq və xalqının gələcəyi
üçün şəxsi məsuliyyyəti
anlamaq olar. Bunun üçün
müstəqil Azərbaycanda «Dünya Azəprbaycanlılarının
Milli Üniverstetinin»
yaradılması zərurəti meydana
çıxır. Orada əsasən tariximizi, mədəniyyətimizi və siyasətimizi
əhatə edən fakultələr fəaliyyət göstərməlidir.
Həmin universtetin nəzdində geniş auditoriya
imkanlarına malik «Azərbaycanlılar evi» yaradılmalıdır. Bu
«evdə» bütov Azərbaycanın təbliğinə
yönəldilmiş kütləvi tədbirlərin, mətbuat
konfranslarının, gənclər üçün
əyləncəli proqramların təşkil olunması üçün şərait
yaradılmalıdır. «Xaricdə yaşayan
azərbaycanlılar» anlayışı baxımından həmin
şəxslərin övladlarının və
çoxsaylı diaspora üzvlərinin
yaradılacaq «Dünya Azəprbaycanlılarının
Milli Üniversiteti» nə
ali təhsil almaq üçün cəlb edilməsi Azərbaycanda
turizmin inkişafına əhəmiyyətli
təsirini göstərəcəkdir. Bütün
bunlarla yanaşı qarşıda duran problemləri həlli üçün
Azərbaycan diasporuna dövlət
qayğısı artırılmalıdır. Başqa
xalqlarla xüsusən, yəhudi, yunan və erməni diasporu
ilə müqayisədə bu fərq nəzərə
çarpır. Diasporamızın maliyyə dəstəyinə
böyük ehtiyacı var.
Etiraf etməliyik ki, Ulu Öndərimizin rəhbərliyi altında
diasporanın inkişafı sahəsində çox
böyük işlər görülmüş
və əhəmiyyətli qanunlar qəbul
edilmişdir.
27 dekabr 2002–ci il tarixli «Xaricdə yaşayan azərbaycanlılarla bağlı
dövlət siyasəti haqqında» Azərbaycan Respublikası
Qanununun 6.3-cü maddəsində xaricdə
yaşayan azərbaycanlılrla
bağlı Azərbaycan Respublikasının dövlət
siyasətinin məqsədləri üçün
xaricdə yaşayan azərbaycanlılara
maliyyə yardımı edən fiziki və
hüquqi şəxslərə Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun
olaraq vergi, gömrük güzəştləri və digər
güzəştlər verilə bilər. Həmin qanunun 9.3-cü maddəsində isə qeyd edilmişdir. Xaricdə
yaşayan azərbaycanlılara və
onların təşilatlarına maddi
yardım edilməsi məqsədilə dövlətin, fiziki və hüquqi şəxslərin
ödəmələri hesabına təşkil olunan dövlət və ya
ictimai fondlar
yaradıla bilər. Qanunun bu
maddələrinin tələbinə uyğun
olaraq, Azərbaycan Respublikasının
Vergilər Məcəlləsinin 109.2 maddəsinə istisna kimi qeyri
kommersiya fəaliyyəti ilə
bağlı diaspora problemləri ilə məşğul
olan Qeyri Hökümət
Təşilatlarına maliyyə yardımı edən fiziki şəxslərin gəlir vergisindən
və hüquqi şəxslərin mənfəət
vergisindən maliyyə yardımı miqdarında gəlirdən
çıxılması qeyd edilməlidir.
Fiziki və hüquqi
şəxslərinin xeyriyyəçilik fəaliyyətləri
Vergilər Nazirliyi tərəfindən məqsədəyönlü
həvəsləndirilməlidir.
Heç şübhəsiz ki,
Azərbaycan diasporunun inkişafına
dövlət qayğısı bu gün daha da
güclənib. Ulu Öndərimizin bu sahədə tövsiyyələri,
qarşıya qoyduğu mühüm
vəzifələr və tapşırıqlar, dövlətin
siyasi xətti İlham
Əliyev tərəfindən böyük
uğurla davam etdirilir. İnanırıq ki,
həmin qayğı gündən günə artacaq
və Azərbaycan diasporu xarici
ölkələrdə yaşayan diasporalar arasında öncüllərdən biri olacaq.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 29 aprel.- S.15.