“Bizim
xeyrimizə lobbiçilik fəaliyyəti
göstərmək istəyən insanlar var”
Qafar
Əliyev: “Diaspora və lobbiçilik sahəsində dövlət
səviyyəsində aparılan mühüm işlərin
başlıca istiqamətlərindən biri də ölkəmizdə
bu kimi tədbirlərin təşkil olunmasıdır”
Bu
günlərdə Bakıda Diasporla İş üzrə
Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi
Beynəlxalq Mərkəzi, Madrid Klubunun təşkilatçılığı,
Dünya Elmlər və Mədəniyyət Akademiyası, BMT,
İsgəndəriyyə Kitabxanası və digər təşkilatların
birgə əməkdaşlığı çərçivəsində II Qlobal Açıq Cəmiyyətlər
Forumu keçirilir. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin də iştirak etdiyi foruma Misirin İsgəndəriyyə
Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
həmsədri İsmail Serageldin, Finlandiya Respublikasının
keçmiş Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
idarə heyətinin və Madrid Klubunun üzvü xanım
Tarya Halonen, Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin həmsədri və Madrid Klubunun
prezidenti xanım Vayra Vike-Freyberqa, Ukrayna və
Gürcüstanın sabiq prezidentləri qatılıb.
Ümumilikdə tədbirdə 57 ölkədən
200-dək nüfuzlu ictimai-siyasi xadim, rəsmi şəxs,
ekspert və elm adamı iştirak edib. Forumun gündəliyinə
açıq cəmiyyətlərin əhatə dairəsi və
əsasları, iqtisadi dayaqlar, mürəkkəb vəziyyətlərdə
münaqişələrin həlli üsulu, davamlı
inkişaf prosesinin təmin edilməsi üçün multi
idarəetmə və institusional çərçivəyə
olan ehtiyac və digər mühüm məsələlərin
müzakirəsi daxil edilib. Forum
ikinci günü işini sessiyalarla davam etdirib. 2015-ci il və
ondan sonrakı mərhələdə dünyanın
davamlı inkişafı proqramına həsr olunan beynəlxalq
forumda dünyanın müxtəlif ölkələrindən
tanınmış ictimai və siyasi xadimlər iştirak edir.
İştirakçıların əksəriyyətinin
müxtəlif ölkələrin sabiq dövlət və
hökumət başçıları, cəmiyyətdə
tanınan simaların olması Azərbaycan lobbisinin
formalaşdırılması prosesinə də öz müsbət
təsirini göstərir. Elə Prezident
Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla
iş bölməsinin müdiri Qafar Əliyev də bu qənaətdədir.
“OLAYLAR”-a verdiyi müsahibədə Qafar Əliyev Azərbaycan
diasporunun hazırkı vəziyyəti, qarşıda duran
mühüm vəzifələr barədə də
danışıb.
-Qafar
müəllim, bu günlərdə Bakıda II Qlobal
Açıq Cəmiyyətlər Forumu keçirilir. Forumun Azərbaycanın
dünyada daha yaxından tanıdılması baxımından
əhəmiyyətini necə qiymətləndirərdiniz?
-Məlum olduğu kimi bu günlərdə
Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin
dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi,
Madrid Klubunun təşkilatçılığı, Dünya
Elmlər və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə
Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı
çərçivəsində
II Qlobal Açıq Cəmiyyətlər Forumu
keçirilir. Hesab edirəm ki, Azərbaycanın
beynəlxalq miqyasda tanıdılması, diaspora və lobbiçilik
sahəsində dövlət səviyyəsində aparılan mühüm işlərin başlıca istiqamətlərindən
biri də ölkəmizdə bu kimi tədbirlərin təşkil
olunmasıdır. Mən buna Azərbaycanın Dostları Klubu deyərdim. Azərbaycana gələn bu insanların hamısı keçmişdə
öz ölkələrində prezident, baş nazir, eləcə də digər mühüm strukturlara rəhbərlik
etmiş insanlardır. Onlardan
bir neçəsinin adını xüsusi qeyd etmək olar ki, həmin şəxslərin
fəaliyyətində hər zaman Azərbaycana
xoş bir münaibət
özünü göstərib. Onlar müntəzəm
olaraq daxili və xarici siyasətimiz, xalqımızın
yaxın keçmişdə başına gətirilən
müsibətlər, Dağlıq Qarabağ
problemi, ərazi bütövlüyü
ilə bağlı Azərbaycan dövləti və
xalqının xeyrinə olan fikirlər
söyləyiblər. Məsələn, Moldova
Respublikasının Ombudsmanı Aureliya Qriqoriu. Moldovalı ombudsmanın Ermənistan
parlamentində etdiyi məlum
çıxış Azərbaycan xalqının haqq səsinin işğalçı ölkənin
tribunasından dünya dövlətləri,
beynəlxalq təşkilatların rəhbərlərinə
çatdırılması idi. Azərbaycanın dostları olan
bu kimi insanların ildə
bir dəfə Azərbaycana dəvət
edilməsi, xalqımızın adət-ənənələri,
tarixi, mədəniyyəti, ədəbiyyatının,
ölkəmizdə əldə edilən nailiyyətlər,
inkişafın onlara
çatdırılması, öz gözləri
ilə görmələri mühümdür.
Həmin insanların öz ölkələrində
təsiretmə mexanizmlərinin olduğunu
nəzərə alsaq deyə bilərik ki, onların yaşadıqları ölkədə
Azərbaycan haqqında müsbət imicin
formalaşmasında böyük rolu ola bilər. Bu mənada keçirilən tədbirin əhəmiyyətini
çox yüksək qiymətləndirirəm.
Bundan başqa Azərbaycan
bir qədər masştabı böyük olan Beynəlxalq
Humanitar Foruma da evsahiblik edir.
Həmin foruma əsasən Rusiya, MDB ölkələri, Türkiyə və
digər ölkələrdən nümayəndələr dəvət
olunursa, ancaq II Qlobal Açıq Cəmiyyətlər Forumunda Azərbaycanı sevən, onun həqiqətən dostu
olan bütün dünya dövlətlərindən olan tanınmış ictimai-siyasi
xadimlər iştirak edir.
Bir daha qeyd edirəm ki, Azərbaycanda belə bir
tədbirin keçirilməsi həddən artıq mühüm əhəmiyyət kəsb edir və Azərbaycan Respublikasının daxili və xarici siyasətinin
təbliği, onun haqq
səsinin dünyada eşidilməsində
müstəsna rol oynayır.
-Bu cür tədbirlərdə müxtəlif ölkələrin tanınmış ictimai-siyasi xadimlərinin iştirak etməsi Azərbaycan lobbisinin formalaşmasına nə dərəcədə təsir göstərir?
-Diaspora işi dünya dövlətlərində yaşayan azərbaycanlıların təşkilatlanmasıdırsa,
lobbi işi
dünyanın müxtəlif ölkələrində Azərbaycanın
haqq səsini deyən insanlardan
ibarət qrupların formalaşmasıdır. Bu
mənada Azərbaycana gələn insanlar
dolayısıyla dövlətimizin xeyrinə öz
ölkələrində lobbiçilik fəaliyyəti
göstərə biləcək insanlardır. Bu
həqiqətən belədir. Biz qətiyyətlə deyə bilərik ki, Azərbaycanın haqq səsini
dünyada müdafiə edən, Azərbaycan
üçün mübarizə aparmağa, açıq-aşkar fəaliyyət
göstərməyə hazır olan, bizim xeyrimizə lobbiçilik
fəaliyyəti göstərmək istəyən insanlar var.
-Bu günlərdə keçirilən Praqa sammitində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Türkiyə Cümhuriyyətini müdafiə edən çıxışı iki ölkənin diaspor təşkilatları arasında əməkdaşlığın daha da genişləndirilməsinə necə təsir göstərəcək?
-Birmənalı
şəkildə qeyd etmək
lazımdır ki, Türkiyə
Cümhutiyyəti və Azərbaycan Respublikasının rəhbərləri
bu və ya digər
beynəlxalq forumlarda açıq şəkildə
hər iki ölkənin mənafelərini
müdafiə edən çıxışlar edirlər. Praqa sammitində Azərbaycan Respublikasının prezidenti cənab İlham
Əliyevin açıq şəkildə Türkiyə
Cümhuriyyətinin mənafeyini müdafiə etməsi,
qoruması həqiqətən də dövlətlərimiz
arasında dostluq və qardaşlıq
münasibətlərinin daha da güclənməsi, hər iki
ölkənin strateji hədəflərinin,
məqsədlərinin həyata keçirilməsində
onların birgə fəaliyyət göstərməsinə stimul verəcək.
Bu
həm də Azərbaycan və Türkiyənin diaspor təşkilatlarının daha da birgə fəaliyyət
göstərməsi, eyni zamanda
Türkdilli Xalqların Əməkdaşlıq
Şurasının fəaliyyətinin canlanmasına müsbət
təsir göstərən amillərdən biridir.
Bütün bunlarla yanaşı qeyd etdiyim amil
türkdilli respubliklarının
hamısının diaspor təşkilatlarının
birgə fəaliyyətinə müsbət təsir edəcək.
Çünki artıq beynəlxalq aləmdə
Azərbaycan, Türkiyə və digər türkdilli
respublikaların başçıları xarici
və daxili siyasət məsələlərində
bir-birinin mənafeyini açıq şəkildə
müdafiə etməyə başlayıblar. Hesab
edirəm ki, olduqca gərgin,
ziddiyətli, mürəkkəb dünyamız üçün
belə bir siyasətin həyata
keçirilməsi bizim üçün
həddən artıq əhəmiyyətlidir.
-Azərbaycan diasporunun ölkəmizin həqiqətləri, Dağlıq Qarabağ problemi, eləcə də zaman-zaman başımıza gətirilən deportasiya və soyqırımların dünyaya çatdırlmasında istiqamətindəki fəaliyyətini necə qiymətləndirirsiniz?
-Ölkəmizin həqiqətləri,
Dağlıq Qarabağ probleminin
dünya ictimaiyyətinə
çatdırılması məsələsi Azərbaycan diaspor təşkilatlarının
başlıca vəzifəsidir. Dağlıq Qarabağ probleminin həlli
və bu problem ətrafında
dünyada gedən mübarizədə Azərbaycan
dövlətinin mövqeyini dünya dövlətləri, dünyanın
beynəlxalq təşkilatları və ictimaiyyətinə daha aktiv formada
çatdırmaq, danışıqlar prosesində Azərbaycanın
haqlı olduğunu təbliğ etmək
bu vəzifələr
sırasındadır. Hesab edirəm ki, diaspor təşkilalarımız
gecə-gündüz bu istiqamətdə iş aparmalı, Azərbaycanın təbliği
ilə məşğul olmalıdırlar. Onlar fəaliyyət göstərdikləri
ölkələrin kütləvi informasiya
vasitələrində Azərbaycanla bağlı məlumatlar
yerləşdirməli, danışıqlar prosesinin
gedişi, Azərbaycan dövlətinin bu istiqamətdə apardığı siyasətin
mahiyyəti ilə bağlı açıqlamalar verməlidirlər.
Həmçinin internet saytları, mətbuat
səhifələrində yazılarla çıxış
etməlidirlər. Bununla diasporamız
Dağlıq Qarabağ problemi,
Azərbaycanın haqlı mövqeyi barədə
dünyanı geniş və ətraflı
məlumatlandırmalıdır. Diaspora
sahəsində əsas prioritet məsələlər
həmişə olduğu kimi
yenə də Dağlıq Qarabağ probleminin mahiyyətini dünya
ictimaiyyətinə çatdırmaq, həmçinin bu məsələ ətrafında informasiya, təbliğat işini
genişləndirməkdir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 30 aprel.-S.15.