“Ukrayna
Azərbaycan diasporunun
aktiv olduğu ölkələrdəndir”
Rəhim Hümbətov: “Təəssüf ki, kəmiyyətcə təşkilat
sayının çoxalması keyfiyyətin
yaxşılaşması deyil”
“Hazırda Azərbaycan diasporunun Ukraynadakı durumu diasporun maraq və mənafeyinə cavab vermir”
Azərbaycan diasporunun
kifayət qədər uzunömürlü
və aktiv fəaliyyətli təşkilatlarından
biri olan Krım Azərbaycan
Cəmiyyətinin yaranmasının bu il 25 ili tamam
olur. 25 il bundan əvvəl təsis edilmiş
Krım Azərbaycan Cəmiyyəti fəaliyyət göstərdiyi
ötən illər ərzində Azərbaycanın haqq səsinin dünya
ictimaiyyətinə çatdırılması, zəngin
tarixi-mədəni irsimizin təbliği
istiqamətində bir sıra mühüm layihələrə imza atıb, təqdirəlayiq tədbirlər
həyata keçirib.
Biz də “OLAYLAR” qəzeti olaraq Krım Azərbaycan
Cəmiyyətinin keçdiyi 25 illik yola nəzər salmaq
üçün cəmiyyətin sədri Rəhim Hümbətovla
söhbətləşməyi qərara aldıq. Krım Azərbaycan Cəmiyyətinin sədri
“OLAYLAR”-a verdiyi müsahibədə rəhbərlik etdiyi təşkilatın gələcək
planları və bundan sonrakı dönəmdə
həyata keçirəcəyi layihələr barədə də
danışıb.
-Rəhim müəllim, bu il rəhbərlik etdiyiniz Krım Azərbaycan Cəmiyyətinin yaranmasının 25 ili tamam olur. Krım Azərbaycan Cəmiyyətinin ötən 25 ildəki fəaliyyətini necə qiymətləndirirsiniz?
-Ukrayna
ərazisində fəaliyyətə başlayan
ilk azəri təşkilatlarından biri Krımda yaranmış, təsis
konfransını 1989-cu il, oktyabrın 22-də
Yaltada keçirdiyimiz
Krım Azərbaycan Cəmiyyətidir. Onu da vurğulamaq lazımdır ki,
Krım Azərbaycan Cəmiyyəti keçmiş
SSRİ məkanında azərbaycanlıların
formalaşdırdığı ilk
qurumlardandır. 1990-cı ilin 20 Yanvar faciəsi ilə əlaqədar Bakıya
həmrəylik teleqramı göndərmək, şübhəsiz
ki, o zamanın nöqteyi-nəzərindən müəyyən risqlərlə bağlı idi. İyirmi beş illik fəaliyyətimizə
ümumi nəzər yetirsək, təvazökarlıqdan
bir qədər uzaq olsa da, deyə bilərəm
ki, bu illər ərzində
təşkilat olaraq bir
sıra nailiyyətlərimizin oldğunu
görməmək mümükün
deyil. Ukraynada azərbaycanlılarin
ilk qəzeti olan “Millət”
qəzeti 1991-ci ilin yanvar
ayında məhz Krımda işıq üzü
görüb. Ukraynada
Azərbaycan diasporuna məxsus ilk internet saytı da həmçinin Krım Azərbaycan
İcmasının idi. Diasporun
özü haqqında yazaraq
nəşr etdirdiyi ilk
kitab da – “Azərbaycanlılar
Krımda” – kitabı Krımda işıq üzü
görüb.
Həmçinin ilk dəfə Azərbaycan
diasporunun özü haqda çəkdiyi film də
bizim fəalliyyətimizin nəticəsidir.
İlk telekörpünü
– İTV və ATR telekanalı ilə birgə Bakı-Simferopol
– telekörpüsünü biz həyata keçirmişik.
Daha bir
kitabımız “Krım Azərbaycan almanaxı” adlanır. Bu kitabda Krımda yaşayan azərbaycanlı müəlliflərin
yazıları toplanıb. Bəndənizin (mənim) müəllifliyi
ilə dəfələrlə telekanallarda
nümayiş etdirilmiş
diasporla bağlı bir
neçə televiziya filmləri çəkilib.
Zənnimcə, ən böyuk
nailiyyətlərimizin nümunəsi isə, bizim
Ukraynanın Xarkov vilayətində erməni
lobbisinin gəbul etdirdiyi
“erməni soyqırımı” ilə bağlı qərarı
ləğv etdirməyimiz və azərbaycanlılara
qarşı təhqiramiz ifadələr işlədən Ukrayna parlamenitinin deputatı
Fyodor Neqoyu üzr istəməyə məcbur etməyimizdir.
Razılaşmaq lazımdır ki, söylədiyim
faktlar Azərbaycan diasporunun
imicini qaldıran faktlardandır. Bütün bunlara baxmayaraq, təəssüflər olsun ki, biz
lazımi səviyyədə diaspora təşkilatı
yaratamağa hələ nail
ola bilməmişik. Bu
bir sıra obyektiv və
subyektiv səbəblərlə
bağlıdır.
-Krım Azərbaycan Cəmiyyətinin 25 illik yubileyi geniş şəkildə keçiriləcəkmi?
-Heç şübhısiz ki, 25 illik yubiley – görkəmli tarixdir. Ona görə də bir sıra tədbirlər keçirməyi nəzərdə tutmuşuq. Lakin Krım Azərbaycan Cəmiyyətinin 25 illik yubileyinin geniş miqyasda qeyd edə bilməyimiz maliyyə imkanlarımızdan asılı olacaq.
-Azərbaycan diasporunun aktiv olduğu ölkələrdən biri də Ukrayna hesab edilir. Ümumiyyətlə, bu ölkədə diasporumuzun hazırkı durumunu necə dəyərləndirirsiniz?
-Doğrudan
da, Ukrayna Azərbaycan
diasporunun aktiv olduğu ölkələrdən biridir. Lakin son zamanlar vaxtı ilə diaspor hərəkatında nümunə kimi göstərilən Ukrayna
Azərbaycanlıları Qurumu daxili qarşıdurma nəticəsində
bölünərək zəif bir vəziyyətə
düşmüşdür. Təəssüf
ki, kəmiyyətcə təşkilat
sayının çoxalması keyfiyyətin
yaxşılaşması deyil.
Hal-hazırda Azərbaycan diasporunun
Ukraynadakı durumu, zənnimcə, gənaətbəxş
deyil, diasporun maraq və mənafeyinə cavab
vermir.
-Maraqlısı odur ki, diaspor daxilində ziddiyyətlər, parçalanma halları da daha çox Ukraynada müşahidə edilir. Sizcə, bunun başlıca səbəbi nədir?
-Öncə qeyd etdiyim kimi, Ukrayna Azərbaycan diasporunun strukturca xeyli müddətdir ki, formalaşdığı ölkələrdəndir. Bilirsiz ki, təxminən 10 il öncə Ukrayna Azərbaycanlıları Konqresinin sədri Azərbaycanın bu ölkədə səfiri təyin olunmuşdu. Şübhəsiz ki, bu hal, müəyyən dərəcədə, diaspor qurumunun uğurlu fəaliyyətinin nəticəsi idi. Diaspor təşkilatı rəhbərinin belə bir yüksək vəzifəyə layiq görülməsi qurum sədri kreslosunun çox arzuolunan bir obyektə çevrilməsinə və, təbii olaraq, bu vəzifə uğrunda mübarizənin kəskinləşməsinə, müxtəlif intriqaların yaşanmasına səbəb oldu. Təəssüf ki, bu mübarizə zamanı çox vacib bir məsələ - diaspor təşkilatının hansı məqsədlə yaradıldığı – unuduldu. Səxsi ambisiyalar milli maraqları üstələdi, Konqres parçalandı, öz inkişaf sürətini dayandırdı. Bu gün isə yaradılmış yeni təşkilatlar sürətli inkişaf mərhələsinə çata bilmir, amorf bir vəziyyətdə qalmaqda davam edir. Hazırda Ukraynada diaspor durumu arzuolunmaz bir vəziyyətdədir.
-Bəs Azərbaycanlıların Ukrayna cəmiyyətinə inteqrasiyası, bu ölkənin seçkili orqanlarında iştirakı qanedici sayıla bilərmi?
-Ümumiyyətlə
götürsək, azərbaycanlıların Ukrayna
cəmiyyətinə inteqrasiyasını müəyyən dərəcədə
uğurlu hesab etmək
olar. Həmyerlilərimiz iqtisadiyyatın bütün sahələrində
çalışırlar. Onların arasında həkimlər,
müəllimlər, jurnalistlər, hərbçilər,
hüquq-mühafizə orqanları işçiləri, iş adamları və s. sahələri təmsil edən insanlara rast gəlmək olar. Müxtəlif səviyyəli seçkili orqanlarda da azərbaycanlı deputatları görmək
olar. Krımda, məsələn, Simferopolda, Yaltada, Krasnoperekopskda və digər yaşayış
məntəqələrində həmyerlilərimiz yerli sovetlərdə təmsil olunub.
Ancaq söz yerli icra hakimiyyətindən
gedərsə, burada vəziyyət o qədər də ürəkaçan deyil. Etiraf etmək
lazımdır ki, bu orqanlarda azərbaycanlıların sayı çox azdır.
-Hazırda Ukraynada gedən daxili prosesləri necə qiymətləndirirsiniz. Ölkə daxilində baş verən hadisələr burada yaşayan azərbaycanlıların gündəlik həyatı, Azərbaycan diasporunun fəaliyyətinə nə dərəcədə mənfi təsir göstərir?
-Ukraynadaxili
prosesləri ölkə tarixində drammatik
bir səhifə kimi
qiymətləndirirəm. Bu poreseslər
azərbaycanlılara da ölkədə yaşayan digər millətlərin nümayəndəri
səviyyəsində təsir göstərir. Mən heç bir fərq hiss etmirəm. Qeyd edim ki, Ukraynadakı hadisələrə
aktiv, yaxud passiv dəstək verən azərbaycanlılar
var. Eyni zamanda bu proseslərə
qarşı çıxanlar da. Bu da təbii bir haldır. Ancaq diasporun fəaliyyətinə bu
proses mənfi təsir göstərmir. Zənnimcə,
düzgün taktiki
addımlar atılarsa, müəyyən şanslar
yaranar.
-Krım Azərbaycan Cəmiyyəti Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ problemi və Xocalı soyqırımının Ukrayna ictimaiyyətinə çatdırılması istiqamətində hansı addımları atır, tədbirlər görür?
-Biz
Azərbaycan həqiqətlərini Ukrayna
ictimaiyyətinə çatdırmağa ilk
günlərdən çalışırıq. Nəşr etdiyimiz “Millət” qəzetinin ilk
nomrəsində (yanvar, 1991-ci il) Bakida Yanvar
hadisələrindən, Dağlıq Qarabağ
problemindən yazilar dərc edilib. Bundan başqa hər il 20 Yanvar, Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçirir,
yerli mətbuatda bununla
bağlı informasiya, məlumatlar yerləşdiririk.
Keçirdiyimiz tədbirləri yerli kütləvi informasiya
vasitələri və Azərbaycan mətbuatı da işıqlandırır.
-Xocalı soyqırımının ildönümü ilə bağlı cəmiyyətiniz hansısa tədbirlər keçirdimi?
-Biz
Xocalı soyqırımının ildönümü
ilə bağlı tədbir planlaşdırmışdıq.
Həmin plana əsasən anım tədbirimizi
keçirdik. Tədbirə müxtəlif
xalqların və kütləvi informasiya
vasitələrinin nümayəndələri dəvət olunmuşdu.
-Ümumiyyətlə, Krım Azərbaycan Cəmiyyətinin 2014-cü il üçün fəaliyyət proqramına hansı tədbirlərin keçirilməsi daxildir?
-Yubiley tədbirlərindən başqa
biz Krım Azərbaycan Cəmiyyəti olaraq bir sıra bayram tədbirlərini qeyd
etməyi düşünürük. Eyni zamanda Azərbaycanın
görkəmlı mədəniyyət xadimlərinin yubileyləri
ilə bağlı tədbirlərimiz olacaq.
Maliyyə imkanlarımız yetərli olarsa
Krım azərbaycanlıları haqqinda kitab nəşr etməyi düşünürük.
Onu da qeyd
edim ki, cəmiyyət
olaraq biz respublika səviyyəsində keçirilən
çoxsayli müxtəlif tədbirlərə
də dəvət alır və həmin tədbirlərdə
iştirak edirik.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 1 aprel.- S.15.