Diaspor təşkilatları xarici ölkələrdə

Azərbaycan mədəniyyətini təbliğ edirlər

 

Azərbaycan mədəniyyəti, zəngin tarixi-mədəni irsimizin dünyanın müxtəlif ölkələrində təbliği məqsədilə diaspor təşkilatlarımızın həyata keçirdikləri layihələr və tədbirlər ildən-ilə öz zənginliyi və daha çox əhatə dairəsi ilə seçilir. Bu baxımdan keçən ildiaspor təşkilatları üçün uğurlu olub. Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında qeyd edilir ki, 2013-cü il ərzində həmvətənlərimiz və xaricdə fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən Vətənimizin zəngin mədəni irsininin təbliğ olunması istiqamətində 204 mədəni-kütləvi tədbir təşkil olunub.

Belə ki, xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız, o cümlədən burada yaşayan həmvətənlərimiz Azərbaycanın əlamətdar tarixi hadisələrinin, milli bayramlarının, milli-mənəvi dəyərlərinin, qədim mədəniyyətinin təbliğ olunması ilə bağlı tədbirlər həyata keçirmişlər. Bundan başqa,  Azərbaycan tarixində silinməz izlər buraxmış görkəmli şəxsiyyətlərin yad edilməsi  məqsədilə bir sıra mühüm bayram tədbirləri, konsert proqramları təşkil etmiş, ölkəmizi dünya festivallarında və sərgilərdə layiqincə təmsil ediblər. Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 21 yanvar tarixli 2679 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının 2-ci bəndinə uyğun olaraq Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diasporları vasitəsilə dünyanın müxtəlif ölkələrində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş müxtəlif formatlı tədbirlər, elmi konfranslar, dəyirmi masalar, fotosərgilər  keçirilib. Almatı şəhərindəki K.Satpaev adına Qazaxıstan Milli Texniki Universitetində Qazaxıstan Azərbaycanlıları Milli Mədəniyyət Mərkəzləri İttifaqının dəstəyi ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə elmi-praktiki konfrans keçirilib. “Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafında və möhkəmlənməsində Heydər Əliyevin rolu” adlı elmi-praktiki konfransda Universitetin professorları, elmlər doktorları və tələbələri, türk, ərəb, özbək, çeçen, qırğız milli mərkəzlərini təmsil edən alimləri ümummilli lider Heydər Əliyevin Şərq dünyasındakı şəxsiyyətinin dəyəri, onun siyasi baxışları və başqa xüsusi keyfiyyətləri haqqında  məruzə ilə çıxış ediblər. Qazaxıstan Azərbaycanlıları Milli Mədəni Mərkəzləri İttifaqının sədri Vidadi Salahov, Almatıdakı Azərbaycanlıların “Ozan” İctimai Birliyinin sədri Qərib Məmmədov, həmçinin professor və akademiklər, tələbələr Heydər Əliyevin müstəqil, müasir Azərbaycanın yaranması və möhkəmlənməsi istiqamətindəki müstəsna xidmətindən danışıblar. Tədbirdə iştirak edənlərə Ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən buklet və Qazaxıstan Azərbaycanlılarının milli dərgisi olan “Turan Times” qəzetinin Ümummilli liderə həsr olunmuş xüsusi buraxılışı paylanıb. Almaniyada Berlin “Azərbaycan Evi”nin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə futbol üzrə mini-turnir keçirilib. Turnirdə Almaniya, Çexiya, Sloveniya, Danimarka təmsilçiləri ilə yanaşı, Almaniyada yaşayan azərbaycanlılardan təşkil olunmuş “Azəri” komandası da mübarizə aparıb. On komandanın çıxış etdiyi turnirdə 150 uşaq iştirak edib. Qərara alınıb ki, ümummilli lider Heydər Əliyevin anadan olduğu 10 may tarixində hər il Berlin şəhərində analoji turnir təşkil olunsun.

Həmçinin hesabat dövründə xaricdə yaşayan azərbaycanlılar tərəfindən 28 May -  Respublika günü,  Azərbaycan Respublikasının Dövlət Bayrağı günü, Konstitusiya günü  sair əlamətdar və tarixi günlər münasibətilə bir sıra tədbirlər həyata keçirilib. Konnektikut  ştatında Azərbaycan diasporunun təşkilatçılığı ilə  28 may Respublika günü münasibəti ilə bayraq qaldırma mərasimi təşkil edilib. Mərasimdə iştirak edən Azərbaycanlı nümayəndələr öz aktivliyini nümayiş etdiriblər. Eyni zamanda, qeyd etmək düzgün olardı ki, 2013 il aprelin 16-da Konnektikut ştatının Baş Məclisi Şuşanın işğalının ildönümündə Xocalı soyqırımının tanınması haqqında sənəd qəbul edilib. Ştatın Senat və konqresində keçirilən görüşlərdə Azərbaycan haqqında təbliğat materialları onların kitabxanasına hədiyyə edilib. Eyni zamanda onlara Ümummilli Lider Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Diasporla İş üzrə Dövlət komitəsi tərəfindən hazırlanmış film nümayiş olunubdisk təqdim edilib. Niderland Krallığının Assen şəhərində yaşayan azərbaycanlılar 28 MayRespublika gününü qeyd ediblər. Odlar  Yurdu” Cəmiyyəti tərəfindən təşkil edilən tədbir Assen şəhərinin nüfuzlu tədris ocaqlarının birində - Nassau Kollecdə keçirilib. Əsasən kollecin şagird və müəllim heyətinin iştirak etdiyi gecəyə yerli tədris hissənin məsul isçiləri də qatılıb. Tədbirdə ilk çıxış edən məktəbin direktoru İ.Meuldijk ötən il keçirilən və Xocalı faciəsinə həsr olunmuş tədbiri yada salıb. O, Assen şəhərinin ICO konsert zalında keçirilmiş həmin gecənin də əsas iştirakçılarının Nassau Kollecinin şaqirdlərinin olmasından və onların tədbirə böyük marağından danışıb. 28 May Respublika gününə həsr olunmuş bu tədbirdə uşaqların çəkdiyi rəsmlər sərgilənib, sonra isə Azərbaycan Respublikası və Ümummilli lider Heydər Əliyev haqqında  filmlər nümayiş olunmuşdur. Tədbirin sonunda musiqi nömrələri səsləndirilib. Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu tərəfindən Ukrayna Xarici İşlər Nazirliyi nəzdində Ukrayna Diplomatik Akademiyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib.  Ümummilli liderə həsr olunmuş (Heydər Əliyevin həyat və fəaliyyəti prizmasından Azərbaycan-Ukrayna münasibətləri) kitab Ukraynaingilis dilində yazılıb. Tədbir Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin və Xarici Nümayəndəliklər Xidmət haqqında Kiyev Şəhər Şurası Baş İdarəsinin dəstəyi ilə keçirilib. Təqdimat günündə Azərbaycan Respublikasının Ukraynadakı səfiri Eynulla Mədətli, Türkiyə Respublikasının Ukraynadakı səfiri Mehmet Samsar, habelə 30 ölkənin diplomatik korpus nümayəndələri, Ukrayna Diplomatik Akademiyasının rektoru, 30 ölkənin diplomatik korpus nümayəndələri, yerli ukraynalı ziyalılar, azərbaycanlı diaspor nümayəndələri iştirak edib. Sonda tədbir iştirakçılarına  İki eranın lideri  adlı kitabın nüsxələri hədiyyə edilib.

Kaliforniyada İrvin universitetində Azərbaycan Respublikasının 95 illiyi münasibətilə tədbir keçirilib. İrvin universitetinin Azərbaycanlı Tələbə Assosiasiyası tərəfindən təşkil edilmiş tədbirə Azərbaycan, türk və yəhudi icmalarının üzvləri qatılıb. Tədbirdə  Azərbaycanlı Tələbə Assosiasiyasının üzvü, Dövlət siyasəti üzrə namizədlik dərəcəsi almış Aytən Nəbiyeva və Amerika Azərbaycan Şurasının baş direktoru Cavid Hüseynov çıxış ediblər.

Haaqa şəhərində “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin yeni binasının açılışı keçirilib. Yenicə açılmış ofisdə keçirilmiş ilk tədbir Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi olub. Cəmiyyətin sədri Mayisə Ağamirzəyeva binada Niderlandda yaşayan azərbaycanlı uşaqlara dilimizi və ədəbiyyatımızı aşılamaq üçün dahi şairimiz Nizami Gəncəvinin adını verdikləri kiçik tədris mərkəzinin fəaliyyət göstərməyə başladığını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Açılış mərasiminə Niderlandda fəaliyyət göstərən cəmiyyət və qurumlardan, Azərbaycanın Niderland Krallığında fəaliyyət göstərən səfirliyindən nümayəndələrlə yanaşı, burada yaşayan bir çox azərbaycanlılar da dəvət edilib. Tədbirdə azərbaycanlı sənətçilər də iştirak edib.

Misirin İsgəndəriyyə şəhərində fəaliyyət göstərən Misir-Azərbaycan Ticarət Nümayəndəliyi tərəfindən nəşr olunanEgAz” jurnalının növbəti nömrəsi çapdan çıxıb. Jurnalın bu nömrəsi oxucuları Azərbaycanın və Misirin siyasi və mədəni həyatında əhəmiyyətli hadisələrlə tanış edilib. Jurnal oktyabrın 9-da Azərbaycanda keçirilən və Prezident İlham Əliyevin inamlı qələbə qazandığı seçkiləri ölkəmiz üçün əsas hadisə adlandırıb. Misirli müəllif Zəhi Həvvas “Azərbaycan Odlar Yurdudur” adlı məqaləsində gözəl ölkəmiz, onun qədim və zəngin mədəniyyəti barədə təəssüratlarını bölüşür, Azərbaycan tədqiqatçısı Seymur Nəsirov Azərbaycan ilə Misir arasında tarixi əlaqələrdən, habelə ərəb dünyasının və Misirin tarixində əhəmiyyətli rol oynamış azərbaycanlılardan yazıb.

Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi ilə birgə ənənəvi olaraq  31 dekabr-Dünya Azərbaycanlıların Həmrəylik günü münasibətilə Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və icma fəalları ilə görüş keçirilib. Görüş zamanı Almaniyadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti və bu fəaliyyətin həmçinin Səfirliklə əlaqələndirilməsi, AAKM –nin təşkilatlandırıcı fəaliyyəti, Azərbaycan-Almaniya münasibətlərinin inkişafında Azərbaycan diasporunun rolu, diaspor təşkilatlarının həyata keçirdikləri layihələr, qarşıdan gələn il ərzində keçirilməsi nəzərdə tutulan tədbirlər və digər maraq kəsb edən mövzular ətrafında müzakirələr aparılıb. Tədbirin sonunda diaspor nümayəndələrinə Səfirlik və Heydər Əliyev Fondu tərəfindən alman dilində nəşr edilmiş kitablar hədiyyə verilibaxşam yeməyinə dəvət olunublar. Gecədə Azərbaycan musiqiləri səsləndirilib və qonaqlara milli mətbəximizdən nümunələr təqdim olunub.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 4 aprel.- S.15.