“Pis əsər ruhu
incidir”
Vüqar Əhməd: “Mövzu yeniliyim,
orijinallığım özü elə modernizmdir”
Müsabimiz
tanınmış şair, nasir, filologiya elmləri doktoru,
prof. Vüqar Əhməddir.
Çağdaş ədəbiyyatımızın tanınmış simalarından olan Vüqar Əhməd özünün dəyərli ədəbi nümunləri ilə ədəbiyyat xəzinəmizi zənginləşdirmişdir. Yazdığı şeirlərə xeyli sayda mahnılar bəstələnmişdir. Vüqar Əhməd az-az şairlərdəndir ki, xalqın sevgisini, məhəbbətini qazanmağı bacarıb. Hər bir şairin, yazarın əsas uğuru, qazancı elə onun xalq məhəbbətini qazanmasıdır.
Dəyərli
şairimizlə görüşüb, onun
yaradıclığı, müasir ədəbi prosesləri və
çağdaş Azərbaycan ədəbiyyatında cərəyanlaşma
barəsində fikirlərini öyrəndik.
-Çağdaş Azərbaycan ədəbiyyatında müasir cərəyanlaşma prosesi sizi qane edirmi?
-Yox!
-Bütövlükdə vaxt ayırıb ədəbi prosesi yaxından izləmək imkanınız olurmu?
-İzləyirəm ədəbi prosesi,
amma tam halda yox.
-Bir
müddət bundan öncə sizin haqqınızda “Mayası
poeziyadan yoğrulan nəğməkar şair” adlı məqalə
qələmə almışdım. Həmin məqalədə
sizin şeir yaradıcılığınızı nəsr
yaradıcılığınızdan daha sanballı
olduğunu vurğulamışdım. Yazdığım fikirlərlə
razılaşdınızmı?
-Onu mən deyə bilmərəm,oxucular və tənqidçilər
hökm verər, fkir bildirə bilər. Bəziləri nəsrimi
üstün sayır, bəziləri hər iki janrı bərabər
qiymətləndirir.
-Yazdığınız
şeirlərə çoxlu sayda mahnılar bəstələnib.
“Anam mənim” adlı şeiriniz dillər əzbəridir. Bu qədər
sevilmənizin səbəbi nədədir?
-Hər bir insan üçün anadan əziz, doğma
varlıq yoxdur. Qeyri-təvazökarlıq olsa da yəqin
şeir də qüvvətli alınıb. Orijinal deyimlər
var nəğmədə. Rauf Məmmədov da gözəl,
milli musiqi bəstələyib, şübhəsiz Baloğlan
da gözəl oxuyub. Mahnıya şöhrət gətirən
müğənnidir.
-Bir
çox yazarlar kimi posmodernizmə müraciət etmirsiniz. Səbəbini
bilmək maraqlı olardı.
-Posmodernizm mənlik deyil, mən klassik
üsluba üstünlük verirəm. Fəqət mövzu
yeniliyim və üslub orijinallağım özü elə
modernizmdir.
-Son
vaxtlar ədəbiyyatımızda posmodernizm adı altında
heç bir mənası olmayan, qalaq-qalaq əsərlər qələmə
alınır. Düşünürəm ki bu cür əsərlər
qələmə alan “yazarlar” ya posmodernizmi başa
düşmürlər, ya da düşmək istəmirlər.
Buna münasibətiniz necədir?
-Mən artıq öncəki sualda buna cavab verdim.
Modernizm ruhuna daha yaxın olduğum üçün elə bu
janrı – modernizmi öz yaradıcılığıma tətbiq
edirəm.
-Bir
müddət bundan öncə Azərbaycan
Yazıçılar Birliyinin Natəvan klubunda AXC-nin qurucusu Məmməd
Əmin Rəsulzadə haqqında yazdığınız
kitabın təqdimatı olmuşdu. Aldığım bilgilərə
görə bir neçə yazar bu tədbiri boykot etmişdi,
gəlməkdən imtina etmişdi. Bu barədə
mümkünsə bir neçə kəlmə deyərdiniz.
-"Natəvan" klubunda Rəsulzadəyə həsr
etdiyim romanın təqdimatı yüksək səviyyədə
keçdi, həmin gün Bakıya bərk qar yağdı,
yollar bağlıydı. Görkəmli alimlərimiz əsər
haqqında yüksək fikir söylədilər. "ATV"
və "İTV" kanalı tədbir haqqında süjet
verdilər. Boykot deyəndə Rəsulzadəni sevməyənlər,
kommunist ruhlu yazalar idi onlar.
-Gənc
yazarlardan hansı(lar)nın gələcəkləri
haqqında daha ümidlisiniz?
-Dilqəm Əhməd, Əsəd
Qaraqaplan, Ayxan Ayvaz, Mövlud Mövlud, Kəramət
Böyükçöl, Şəhriyar del Gerani, Şamil
Sadiq, Qafar Şövqi, Çingiz Babaoğlu, Rüfət
Əhmədzadə, Kənan Hacı, Oqtay Hacımusalı və.b.
-İstedadlı
şair olmaq üçün nə etmək lazımdır?
-Allahın işlərinə
qarışa bilmərəm.
-Sizcə
müasir cərəyanlardan hansı çağdaş Azərbaycan
ədəbiyyatının ruhuna daha yaxındır?
Yaxşı əsər var, pis əsər var. Pis əsər
ruhu incidir. Yazar əsər yazanda qarşısına məqsəd
qoyursa mən bunu filan cərəyanda yazıram, onda heç nə.
-Tanınmış
şair, nasir, alim kimi ədəbiyyata, bütövlükdə
elm aləminə yenicə qədəm qoyan gənc yazarlara nəyi
məsləhət görərdiniz?
Oxucu ilə səmimi olsunlar. Onda seviləcəklər.
Əllaməçilk olmaz. Əvvəlki ədəbi nəsillərə
hörmət etsinlər. Şöhrət dalınca
qaçmasınlar, şöhrət özü onları
tapacaq. Bir də unutmasınlar ki, əsas xalq məhəbbətidir.
Pulla, qonaqlıqla 100-lərlə resenziya yazdırmaq olar tənqidçilərə,
boş şeydir. Bir də Vətəni sevsinlər,
böyük Anamız vətəndir. Vətən borclu qalmır.
Yeqzar Cəfərli
Olaylar.-
2014.- 4 aprel.- S.12.