Əsilsiz-nəcabətsiz
meyvələr
HEKAYƏ
Sərvət avtobusda oturub düşünürdü: “Nə yaxşı ki, Şahbaz ilə qohum oldum. Rayonda bu nəsli tanımayan yoxdur. Demirəm pulludurlar, varlıdırlar. Amma yaman işlərdən uzaqdırlar. Halal çörək qazanandır bu Şahbazın qohum-əqrəbası. Köklü, nəcabətli, tanınmış adamlardır bunlar. Qız tanımadığım bir adam seçib getsəydi, necə olardı?
Hə, Sərvət bunları düşünür, bir az rahatlanıdı. Amma həyəcanlı
idi Sərvət bu gün. Qudaları qonaq gəlirdi
onlara.Gərək qonaqların qabağına yaxşı
çıxaydılar. Arvadı Mərcanın qonaq
qarşılamaqda səriştəsinə söz
ola bilməzdi. Heçdən nələr
yaradırdı. Qəfil qonaq gələndə
də bir süfrə açırdı ki, bilmirdin süfrəni hardan doldurardı. Zəhmətkeş idi Mərcan xanım. Bazar
da onun öhdəsində
idi. Heç kimə
arxayın olmazdı bazarlığı. Amma
indi Sərvəti meyvə dalınca
bazarlığa göndərdi. Yaxşı meyvələr
almağı tapşırdı.
Bazar
o qədər də gur deyildi. Odur ki, meyvələr adamı uzaqdan çağırırdı. Yaşıl,
sarı, qıpqırmızı
almalar, cürbəcür
portağallar, alabəzək
armudlar və.s. Kişi çaşbaş qaldı.
Qiymətlər də çox
baha deyildi. Bu gözəl-göyçək
meyvələrin yanında
çox da parlaq olmayan, bəziləri büzüşmüş
meyvələr də vardı. Sərvət:
“Bu büzüşmüş meyvələri kim
alacaq? Süfrəni də yaraşıqdan salar”,- deyə
kişi düşündü.
Kişi bu fikirdə ikən yanından keçən iki qadından eşitdiyi cümləyə gülümsədi.
“İnsanda əsil-nəcabət
olmalıdır.” Elə bil
avtobusdakı fikirlərini
təsdiqləyirdi qadınlar.
Sərvət
cibinə uyğun meyvələrin hərəsindən
1-2 kq alıb evə gəldi. Süfrə hazır idi. Mərcan çantanı Sərvətin
əlindən alıb
baxdı və başını bulayaraq güldü. Sərvət ağzını açıb
soruşmaq istəyirdi
bu sevincin səbəbini, bu vaxt qapının zəngi səsləndi.
Deyəsən, qonaqlar gəlmişdilər.
Mərcan meyvələri yumaq
üçün mətbəxə,
Sərvət qonaqları
qarşılamaq üçün
qapıya qaçdı.
Qonaqlıq
qaydasında keçdi. Olanlar yad olundu, uşaqlıq,
gənclik illəri xatırlandı. Sərvət Şahbazla uşaqlıq dostluğundan qohumluğa çevrilən hadisədən
çox məmnun idi.
Ortalığa
çay gəldi. Birdən meyvələr Sərvətin
yadına düşdü.
Mərcanı səsləyərək:
- Arvad,
meyvə də gətir ortalığa.
Alabəzək
meyvələr büllur
qabda süfrəyə
gətiriləndə, doğurdan
da, süfrə xüsusi yaraşığa
mindi. Şahbaz
bərkdən gülərək
dedi:
- Sərvət,
bu əsilsiz-nəcabətsiz
meyvələri yığışdır.
Özümüzün turş alçalarımız
bunlardan faydalıdır.
Sonra üzünü arvadı Əsmərə
tutaraq:
- Əsmər, dur həyətimizin alma-armudlarından
düz stola.
Sərvət heç
nə başa düşməyərək:
- Ay Şahbaz,
gör necə parıldayır bu meyvələr, gəl bir dadına baxaq, bu gün
almışam bazardan,-dedi.
Şahbaz cavabında:
- Sərvət,
bu meyvələrdir bizi cürbəcür xəstəliklərə düçar
edən. Bir ay qala elə
bu cür şəffaf qalacaq.
O gün qəzetdə
oxuyuram ki, belə meyvələri yeməkdəndir ki, hətta 3-4 ilə qəbirdə çürüyən
meyitlərin ömrü
daha 2-3 il
uzanıb. Amerika alimləri müəyyən
ediblər ki, meyitlərin gec çürüməsi qəbiristanlıqda
problem yaradıb. Meyitlər
çürümür ki,
köhnə qəbirlərin
yerində təzə
qəbirlər yerləşdirilsin.
Hə, belə-belə
işlər...
Düzü,
rayondan gələn meyvələr çox dadlı idi, amma bayaqkı meyvələr kimi görkəmli deyildi.
Qudalar,
öpüşüb-görüşüb
ayrıldılar. Ayrılanda
Şahbaz bir daha dedi:
- Əsil-nəcabəti olmayan
meyvə yemə.
Köhnə
dostlar gülüşdülər.
Yır-yığış
başlanarkən Sərvət
eyvana çıxdı. Təmiz hava ciyərlərinə doldu. Qonaqlıq mərasimini bir
daha xatırladı.
Meyvə
məsələsi yadına
düşdü və
həyətdə bərli-bəzəkli
eyvan qonşusunu gördü, qanı qaraldı.
Əslində qonşu
ilə əlaqəsi yox idi, demək
olar, heç olmamışdı, əgər
keçən həftəki
hadisə baş verməsəydi...
...Qapı döyülmüşdü,
arvadı Mərcanın
səsi eşidilmişdi:
- Nə
olar, məgər qonşu deyilik? Keçin içəri.
Sonra
üzünü ərinə
tutmuşdu.
- Sərvət,
bu qonşuluqda olan Edikin yoldaşıdır,
bu da qızları.
Gör nə qəşəng uşaqdır. Açar
anasıgildə qalıb,
odur ki, bizdə gözləyəcəklər, şofer açarı gətirənə
qədər.
- Xoş
gəliblər. Buyurun əyləşin.
Sərvət aradakı
sükutu pozmaq üçün demişdi:
- Neçə
illərdir qonşuyuq,
get-gəl də yoxdur. Bu balaca
qızın adı nədir? Nədir, qızım, adın?
Sakitlik
çökmüşdü.
Uşaq anasına
qısılaraq:
- Mama, mne
skuçna. Aslan əmi kaqda
prinesyot klyuç?
- Şto za slova
əmi? Dyadya
Aslan ili
prosta Aslan!
- Niyə
ay qızım, qoy hansı dildə rahat olur, elə
danışsın,-deyə Sərvət müdaxilə
etmişdi.
-Yox, bu uşağa Azərbaycanca
bilmək lazım deyil. Biz bir-iki ilə xaricə köçəcəyik.
Nə üçündür uşaq üçün bu
lazımsız dil? Rusca, ingiliscə hələlik kifayət edər.
Bu “vaxtsız qonaqları” niyə
xatırladı, görəsən, Sərvət? Qonşunun əsil-nəcabəti hara
gedirdi?... Evi təzə alanda, yüksək vəzifədə
işləyən qonşunun
arvadı özündən
razı bir erməni idi, əri isə... özümüzkülərdən. Məlum hadisələrdən sonra
bu ailə Rusiyaya köçmüşdü.
Evdə qalanlar onların tör-töküntüləri idi. Əsil-nəcabətisiz
qonşular, mayası qarışıq, dili naməlum tör-töküntülər,
lap parıldayan meyvələr
kimi...
Bikəxanım Səlimova
Olaylar.-
2014.- 5-7 aprel.- S.13.