Azərbaycan diasporu lobbi fəaliyyətinə doğru

 

Azərbaycan diasporunun lobbi fəaliyyətinə keçməsi, müxtəlif ölkələrdə Azərbaycan lobbisinin formalaşdırılması istiqamətində hər il məqsədyönlü addımlar atılmaqdadır. Bu baxımdan keçən il də səmərəli olub. Belə ki, 2013-cü il ərzində keçirilmiş 61 tədbir xarici ölkələrin ictimai-siyasi xadimləri, dövlət orqanları, siyasi partiyaları, nüfuzlu beynəlxalq təşkilatlar, müxtəlif ölkələrin parlament üzvləri, kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulmasına xidmət edib. Məhz bu tədbirlər nəticəsində dünyanın bir sıra ölkələrinin parlament üzvləri, dövlət rəsmiləri, ictimaisiyasi xadimləri, KİV nümayəndələri ilə görüşlər keçirilib, onların bir çoxunun Azərbaycana səfərləri təşkil olunub.

2013-cü il martın 8-də Diasporla üzrə Dövlət Komitəsinin dəstəyi və Avropa Azərbaycanlıları Konqresinin təşkilatcılığı ilə Frankfurt şəhərində “Avropada Azərbaycan diasporu: yeni dövrün şərtləri və qarşıda duran vəzifələr” mövzusunda diaspor nümayəndələrinin müşavirəsi keçirilib. Görüşdə Avropada Azərbaycan diasporunun fəaliyyəti, qarşılaşdığı problemlər, Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması istiqamətində görüləcək tədbirlərlə bağlı geniş müzakirələr aparılıb. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov tədbirdə çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq diasporumuzun öz fəaliyyətini hücum taktikası əsasında qurduğunu bildirib.

14-21 aprel tarixlərində isə 14 nəfərdən ibarət İsrail Dövlətinin kütləvi informasiya vasitələri nümayəndələrinin Azərbaycana səfəri baş tutub. Səfərin məqsədi müstəqillik dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlər, həyata keçirilən iqtisadisosial islahatlar, İsrail-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan həqiqətlərinin İsrail ictimaiyyətinə çatdırılması, iki dövlətin kütləvi informasiya vasitələrinin nümayəndələri ilə  əməkdaşlığın strategiyasını formalaşdırılması, Azərbaycanda dini və etnik tolerantlıq, Azərbaycan və yəhudi xalqları arasında dostluq və tərəfdaşlığın inkişafı amilli kimi məsələlərin müzakirə olunmasından ibarət olub. İsrail Dövlətinin KİV nümayəndələri Bakı şəhərində səfərləri zamanı Milli Məclisin deputatları, Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, İsrailin Azərbaycandakı Səfirliyində görüşlər keçiriblər.

Almatı şəhərindəki nüfuzlu universitetdə Qazaxıstan Azərbaycanlıları Milli Mədəni Mərkəzi, Fəlsəfə problemlərini öyrənən Elmi Mərkəz, Azərbaycanlıların  Ozanİctimai Birliyi Azərbaycan bayrağı altında bir araya gəliblər. “Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafında və möhkəmlənməsində Heydər Əliyevin rolu” adlı elmi praktik respublika konfransında Satpaev adına Qazaxıstan Milli Texniki Universitetində professorlar, elmlər doktorları və tələbələr, türk, ərəb, özbək, çeçen, qırğız milli mərkəzlərini təmsil edən alimlər Heydər Əliyevin Şərq dünyasındakı şəxsiyyətinin dəyəri, onun siyasi baxışları və başqa xususi keyfiyyətləri haqqında  çıxışlar ediblər. Qazaxıstan Azərbaycanlıları Milli Mədəni Mərkəzləri İttifaqının sədri Vidadi Salahov “Azərbaycan dövlətçiliyinin yaranmasında Heydər Əliyevin rolu” adlı məruzəsində Heydər Əliyevin Qazaxıstan və Azərbaycan xalqlarının dostluğu zəminində apardığı ümummilli siyasətindən danışıb. Tədbirin sonunda   Qazaxıstan Azərbaycanlılarının milli dərgisi olanTuran Times” qəzetinin Heydər Əliyevə həsr olunmuş nəfis nömrəsi paylanılıb. Moskva şəhərində Ümumrusiya Azərbaycan Konqresi regional bölmələri rəhbərlərinin Konqresin rəhbərliyi və Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları ilə görüşü keçirilib. ÜAK icraçı direktoru görüşü açaraq, Konqresin 2013-cü ildə Rusiyanın dövlət və hökumət orqanları ilə əlaqələri, azərbaycanlıların cəmiyyətə inteqrasiyası, mədəni irsimizin təbliği sahəsində həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb. Tədbirdə ÜAK-ın növbəti il üçün fəaliyyət planı müzakirə olunub. 2014-cü il Qış Olimpiya Oyunlarının Soçidə keçirilməsi ilə əlaqədar şəhərdə Azərbaycan evinin yaradılması məqsədəuyğun hesab edilib. İyul ayının 17-də TRT Avaz telekanalında Kocaeli Azərbaycan Evi haqda veriliş yayımlanıb. İl ərzində TRT Avaz kanalında Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və Kocaeli Azərbaycan Evi haqda çəkilən proqramın yayımı davam edib. Türk dünyasının səsi olan TRT Avaz kanalında yayımlanan “Türkiyənin rəngləri, Türkiyənin səsləri” proqramı artıq üçüncü verilişdir ki, TADEF və Kocaeli Azərbaycan Evinin fəaliyyətinə həsr edir. Verilişin çəkilişləri  mart ayında aparılıb. Bir həftəlik çəkilişlərdə TADEF-in sədri Bilal Dündarla yanaşı, Kocaeli valisinin müavinləri, Kocaeli Mədəniyyət və Turizm müdiri, bələdiyyə sədrləri, universitet müəllimləri və digəriləri müsahibələr veriblər.

2013-cü ilin  sentyabr  ayında Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən  paytaxtdakı Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində Özbəkistanın müstəqilliyinin 22-ci ildönümü ilə əlaqədar “Azərbaycan və özbək xalqlarının mədəni və mənəvi birliyi” adlı tədbir keçirilib.  Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin əməkdaşları, universitetin professor və müəllim heyəti, tələbələr, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.  Tədbir zamani Universitetin rektoru, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Şavkat Şaripov, Səfir Hüseyn Quliyev, Filologiya elmləri namizədi, dosent Gulbaxor Aşurova və Cəmiyyətin icraçı direktoru Erkin Nuriddinov, Azərbaycan diasporunun fəalı Almaz Məcidova və başqaları Azərbaycan və Özbəkistanın ali məktəbləri arasında əlaqələrin yaradılması və inkişafı məsələlərindən söhbət açıblar. Oktyabr ayının 2-də isə Hyuston şəhərindəki Azərbaycan mərkəzinin direktoru İradə Axundova konqresmen Cim Braydenstayn ilə görüşüb.  Görüşdə ABŞ və Azərbaycan arasında münasibətlər müzakirə edilib.  Cim Braydenstayn Oklahoma ştatının ikinci ən iri şəhəri Talsanın da daxil olduğu birinci seçki dairəsini təmsil edir. Konqresmen 2012-ci ildə seçkilərdən sonra ilk dəfə ABŞ Konqresində fəaliyyətə başlayıb.

Noyabr ayında Estoniyada nəşr olunanPostimees“ qəzetinin 28 noyabr nömrəsində Tallinndəki Azərbaycan həftəsonu məktəbinin rəhbəri Sənəm Əliyeva ilə müsahibə dərc olunub. Azərbaycan həftəsonu məktəbinin rəhbərinin fikrincə, Azərbaycan dilinin mənimsənilməsində, mədəniyyət və tarixin öyrənilməsində məktəbin müəllimləri üçün ən əsas amil uşaqların və gənclərin arzu və istəyinin nəzərə alınmasıdır. Sənəm Əliyeva məktəbin genişmiqyaslı fəaliyyətindən söhbət açıb, görülən və qarşıda duran layihələr haqqında məlumat verib. Noyabrın 27-də  Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru A.Jilkinin rəhbərlik etdiyi nümayəndə heyəti  Azərbaycana səfərdə olub.

Avstraliyada yaşayan həmvətənlərimiz arasında təşkilatlanma işinin daha da möhkəmləndirilməsi, azərbaycanlıları birləşdirən qurumların vahid əlaqələndirmə mərkəzinin formalaşdırılması və erməni icmasının ölkəmizin milli maraqları əleyhinə, xüsusilə işğal olunmuş Dağlıq Qarabağın Avstraliyanın yerlifederal qanunverici orqanları tərəfindən tanınması istiqamətində intensiv fəaliyyətinin zərərsizləşdirilməsi məqsədilə prioritetlərin müəyyənləşdirilməsi məqsədilə Avstraliyadakı azərbaycan səfriliyində görüş keçirilib. Görüşdə  Avstraliyanın azərbaycanlı icmasının üzvilərinin təmsil olunduğu qurumların vahid federasiyaya konfederasiya formatında birləşdirilməsi qərara alınmış və bu istiqamətdə ilk addımlardan biri kimi Sidney şəhərində azərbaycanlıların ümumi təsis yığıncağının təşkili ideyası qəbul olunub. Könüllülük prinsipi ilə doqquz nəfərdən ibarət müvəqqəti idarə heyəti seçilib, idarə heyətinin vəzifələri kimi yaradılacaq qurumun əsasnaməsinin hazırlanması və Sidneydə keçiriləcək toplantının təşkil edilməsi müəyyənləşdirilib.

Moskva şəhərində Rusiya Federasiya Şurasının Azərbaycan Milli Məclisi ilə ikitərəfli parlamentlərarası komissiyasının on birinci iclası keçirilib. İclasda Milli Məclis sədrinin müavini, parlamentlərarası komissiyanın həmsədri Valeh Ələsgərovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. Görüşdə  Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Rizvan ƏliyevAzərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev iştirak etmişlər. Rusiya Federasiya Şurası sədrinin müavini, komissiyanın Rusiya tərəfindən yeni seçilmiş həmsədri İlyas Umaxanov, komissiyanın 10-cu iclasından ötən bir il ərzində Azərbaycanda olduqca önəmli hadisələrin baş verdiyini, prezident seçkilərinin keçirildiyini söyləyib. İ.Umaxanov komissiya üzvləri adından Azərbaycan prezidenti İlham Əliyevi seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik edib.

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz) ölkənin cənubunda yerləşən Aşkelon şəhər bələdiyyəsinin və Heydər Əliyev Fondunun dəstəyi ilə bu şəhərin sakinlərini Azərbaycanın mədəniyyəti, tarixibugünkü reallıqları ilə tanış edib. Tədbirin əvvəlində 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində baş vermiş faciəli hadisələri əks etdirən sənədli fotoşəkillər nümayiş etdirilib. Aşkelon sakinləri bu dəhşətli fotoşəkillərə baxdıqdan sonra son dərəcə hiddətləndiklərini bildiriblər. İsveçrənin Bazel şəhərində fəaliyyət göstərən “Azərbaycanın Dostları” cəmiyyəti  : "Azərbaycan diasporunun inkişafı" mövzusunda elmi-praktiki konfrans keçirib. Ankarada isə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin II Toplantısı keçirilib. Türkiyə baş nazirinin müavini Bəkir Bozdağın ev sahibliyi ilə keçən toplantıya Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin diaspor təşkilatlarının rəhbərləri qatılıb. Toplantıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin iyunun 21-də Bakıda keçiriləcək Birinci Forumunun proqramına dair müzakirələr də aparılıb. TDƏŞ-ə üzv ölkələr – Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında “Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası” imzalanıb.

İyunun 25-də isə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Bakıda səfərdə olan BMT baş katibinin Qlobal Tərəfdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi və Forumun rəhbəri Amir Dossal ilə görüşüb. Görüş zamanı tərəflər BMT strukturuna daxil olan təşkilatlarla Azərbaycan arasında müxtəlif səpkidə və müstəvidə birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 9 aprel.- S.15.