Savaş dövrünün ədəbiyyatı
sosializm
realizminin ən gözəl örnəkləri kimi...
1941-ci ildə dünya ağalığı fikrinə
düşən faşist Almaniyası
SSRİ üzərinə hücum etdi. Sovet xalqlarının “qardaşlıq ailəsi”nə daxil olan Azərbaycan da ilk gündən savaşa cəlb olundu. Ön cəbhədə döyüşən əsgərlər,
arxa cəbhədə çalışan əməkçilər
kimi şair və
yazıçılarımız da ilk gündən öz fəaliyyətlərini
xalqın faşizm üzərindəki qələbəsi
naminə səfərbər etdilər. S.Vurğunun:
Bilsin ana torpaq,
eşitsin Vətən,
Müsəlləh əsgərəm,
mən də bu gündən
-misraları bütün yaradıcı insanların devizi oldu. Müharibənin
lap ilk günlərindən
başlayaraq şair və
yazıçılarımız ön cəbhədə,
arxa cəbhə insanlarının qəhrəmanlığını
tərənnüm edən əsərlər yazdılar. S.Vurğunun hər sətirbaşı qəhrəmanlıq
təbliğ edən şerləri
döyüşçülər arasında sevilərək
yayılırdı. Onun “Ananın öyüdü” şerini
əzbər bilməyən yox idi.
Biz sənsiz də dolanarıq, uğur olsun yoluna,
Qılıncını
çalan zaman
qüvvət gəlsin qoluna.
Və yaxud:
Azərbaycan
qadınını vəsf edən:
Adın şərəflidir
sənin, ey qadın,
Dahilər anası
çağrılır adın.
misralarını bu günün
özündə belə sevə-sevə oxuyurlar.
S.Vurğun Böyük Vətən
Savaşına həsr etdiyi onlarla şerin
yazarıdır. “Şəfqət bacısı, “Moskva”, “Ukrayna
partizanlarına”, “Şairin salamı”, “Partizan Babaş”, “Mənə
belə söylədilər”, “Zəfər bayramı” və sair bu kimi
şerlərində o,
xalqımızın qəhrəmanlıq səhifələrini
tərənnüm etmişdir.
Ədəbiyyatımızda
öz izi olan, heç kəsə bənzəməyən
Süleyman Rüstəmi bu
gün ən çox
ideologiyaya ximət etməkdə
suçlandırırlar. Bizim bir millət olaraq faciəmiz
ondadır ki, hər bir
məsələyə birtərəfli yanaşırıq. Sovet dövlətinin
heç bir təhsil
haqqı almadığı, S.Rüstəm kimi
milyonlarla yoxsul
uşaqlarını oxutdurub bütün Ali məktəblərin
qapılarını onların üzünə
açdığı və bu kimi bir sıra müsbət
cəhətləri demək olar ki, kölgədə qalıb. Ürəyi,
qəlbi vətən eşqi ilə çağlayan, zəngin
yaradıcılığı olan
S.Rüstəm indi cəmi bir
neçə şeri ilə
xatırlanır. Belə getsə zaman-zaman
unudulacaq, xatirəyə dönəcək.
Zamanın böyük şairi və
ictimai xadimi olan, millətini, xalqını dərin məhəbbətlə
sevən şairin təsadüf şeri olar ki, orada vətən eşqi, millət sevgisi
aşılanmasın.
Yadları vətəndən
qovacağam mən,
Xain gözlərini ovacağam
mən.
Bu gün mən üzümü gənc Azərbaycan oxucusuna tutub soruşuram ki, onlar M.Rahim adlı görkəmli
bir şairimizi
tanıyırlarmı? O M. Rahimi ki, sovet ədəbiyyatının
çox gözəl örnəklərini
yaratmışdı.
Ey könül,
fürsəti bada vermə, gəl,
Gün keçir,
ay ötür, il yaman gedir;
Yarat, sən köçəndə illər
söyləsin:
Dünyadan
nə gözəl bir insan gedir.
-deyib bizim
üçün “Leninqrad
göylərində” kimi
möhtəşəm bir
poema yazan M.Rahim bu gün
cəmi bir-iki şeri ilə xatırlanır.
Yazdığı hər
bir şerin mayasını doğma torpaqdan alan
R.Rza “Sevgilim” şerində yazırdı:
Bəlkə bir
gün məndən gətirdi soraq
Qan ləkəsi düşmüş bir sarı yarpaq,
Bil ki, son şerimin ilhamı sənsən
Bir də can verdiyim bu ana
torpaq.
Böyük
Vətən Savaşı
mövzusu onun yaradıcılığının məhsuldar dövrüdür. Bu dövrdə o, “Bəxtiyar”, “İşıqlar
yandı” və sair bu kimi
gözəl şerlər
yazmışdır. Onun “Bəxtiyar”
şeri uzun zamanlar dillər əzbəri olmuşdur.
Onun da sosialim realizmində
yazdığı əsərlər
“ideologiyaya xidmət edir” deyə ədəbiyyatdan götürülüb.
Səngərdə
qəhrəmanlıq göstərənlər,
əmək cəbhəsində,
neft buruqlarında çalışanlar Ə.Cəmil
yaradıcılığının əsasını təşkil
edir. O, “Tez ol, sevgilim, tez
ol”, “Çağırış”,
“Can nənə, bir nağıl de”, “Açıl,
ey səhər”,
“Lay-lay”, “Nişan üzüyü”,
“Salam, şanlı dviziyamız”,
“Məni yada salırmı”? kimi
insanları xariqələrə
səsləyən şerlərin
müəllifidir.
Alqış sizə,
ey Babəkin,
Cavanşirin övladları!
Taqanroqdan daha
gəlmir
qəmli ana fəryadları.
Süngünüzlə geri qovun,
qırın faşist cəlladları!
Bilin, əziz qardaşlarım,
nə qədər ki, hələ sağam,
Şəninizə şer deyib,
nəğmə, dastan yazacağam.
Sovet dövründə nisbətən az
təbliğ olunan, bu gün isə
demək olar ki, unudulmaqda olan Osman Sarıvəllinin
də yaradıcılığında
müharibə mövzusu
xüsusi yer tutur. Onun qızıl əsgərləri
tərənnüm edən
şerlərində doğma
vətəninə, onun
qəhrəman övladlarına
dərin məhəbbət
duyulur.
Bu qızıl xətlərlə
yazıram sizi,
Hərəniz tarixdən
bir yarpaqsınız,
Bu dünya durduqca duracaqsınız.
Sosializm
realizminin hazırda tənqidə məruz qaldığı bir cəhəti
də onun xalqlar dostluğunu təbliğ etməsi idi. Lakin burada unudurlar ki, bütün xalqları eyni dərdin
birləşdirdiyi müharibədə heç bir milli ədavət
yox idi. Ayrı-ayrı millətin nümayəndələri
bir-birinin yolunda ölümə gedirdilər. Bütün xalqların öz səylərini
başları üzərindəki fəlakəti sovuşdurmaq
üçün birləşdirmişdilər. İndi hətta alman işğalçılarına
haqq qazandıranlar da tapılır. Sovet
rejimini alman işğalından daha pis sayanlar sovet
dövrü deyilən bir dövrdə xalqımızın
dünya mədəniyyətinə verdiyi töhvələri
gölgədə qoymağa çalışırlar.
Bu gün müharibə dövrü
ədəbiyyatına böyük ehtiyac
vardır. Qələbədən sonra
yazılacaq əsərlərə yox, məhz müharibə
dövründə yazılmış əsərlərə.
Dəyərli alimimiz Nizami
Cəfərovun qeyd etdiyi kimi “müharibə
ədəbiyyatı müharibə dövründə
yazılmalıdır. Qarabağ
savaşına dair az-çox əsərlər vardırsa da
bu əsərlərdən əsgərlərin xəbəri
yoxdur. Hərbi xidmətimi bir az
öncə başa vurmuş bir gənc kimi bunu deməyə
tam əsasım vardır. Biz hər bir gəncə vətənini
doğma anası qədər sevməyi aşılamayanca
heç nəyə nail ola bilmərik.
Müharibə dövrü ədəbiyyatından ibrət
götürmək əvəzinə” sosializm realizmidir” - deyə
az qalır ki, bu gözəl ədəbi
örnəkləri unudaq.
Süleyman
Rüstəmin “And” şerində
şair cəbhəyə yola düşən əsgərə
onu anasının özünün pak qanı, halal
südü ilə böyütdüyünü
xatırladır. Əgər o, qəhrəmanlıq
göstərməyəcəksə yadlar onun anasının
üzünə güləcək, yeri-yurdu düşmən
tapdağı altında qalacaq. Bu
mövzuda qələmə aldığı digər şerlərində
də şair eyni hissləri aşılamağa
çalışır.
Haşiyə: Bu sətirləri
qələmə alarkən Musa peyğəmbərin
yəhudiləri Misirdən çıxarması hadisəsini
xatırladım. Böyük çətinliklə
yəhudiləri əsarətdən xilas edib Kənan
torpağına gətirən Musa bu yerlərin Allahı
tanımayan tayfalar tərəfindən tutulmasını
görür. Lakin nə qədər təkid
edirsə yəhudilər hücuma keçib bu torpqları
almırlar. Musa başa düşür ki, uzun müddət
qibtilərin əsarətində olub qorxaqolublar Ona görə
də yeni bir nəsil yetişincə onları 40 il səhrəda saxladı. Yeni bir cəsarətli
nəsil tərbiyə edəndən sonra öz məqsədinə
nail oldu. Bizim isə torpaqlarımızı azad etməyə
qeyrətimiz və cəsarətimiz olsa da vətənpərvərlik
təbliğatına həqiqətən də böyük
ehtiyyacımız var. Ən azı 40 il.
KİV-in Inkişafına
Dövlət Dəstəyi
Şurasıının və ABUC-un birgə
təşkilatçılığı çərçivəsində
“Olaylar”ın 1 aprel nömrəsində sosializm realizmi
haqqında yazdığım yazıda oxuculara sovet
dövrü yazıçılarının əsərlərini
oxuduqca təəssüratlarımı oxucularla
bölüşməyi vəd etmişdim. Həmin vədin sonucu olaraq bu yazımda S.Rüstəmin
üzərində belə geniş dayanmağım heç də
təsadüfi deyildir. Çünki, ədəbiyyatımızda
bu görkəmli şairə münasibət həqiqətən
də acınacaqlıdır. Sovet
dövründə yaşayan şair və
yazıçılardan ideologiyalarından imtina etməyi tələb
etmək Füzulidən kolxoz haqqında yazmağı tələb
etmək kimidir. Və bir də ki, yetirməsi
olan ideologiyaya hədsiz sədaqət göstərmək məgər
pisdir? “Ana və poçtalyon” şerində
yaralı bir kimi, balasına toxunacaqları halda onu didib
parçalamağa hazır olan bir dişi aslan,
caynağında ov aparan bir qartal kimi, eyni zamanda mülayim,
kövrək, acılabsa belə danışmayan, kin saxlamayan
bir Azərbaycan anasının obrazını yaradır. Bu ana qayğıkeş, humanist anadır. Əvvəl başqasının balasına, sonra
öz balasına dua edir. Bu gün həyat yoldaşı
ola-ola pullu kişi axtaran, doğma körpələrini
zibil yeşiklərinə atan “qadınların” bu səpgidə
yazılan şerlərə necə də ehtiyac vardır.
(ardı
var...)
Yeqzar Cəfərli
Azərbaycanın
Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi
ilə həyata keçirdiyi “Azərbaycan ədəbiyyatında
müasir yaradıcılıq cərəyanlarının izlənməsi
və təhlilinə dair təşəbbüslər” layihəsi
çərçivəsində çap olunur.
Olaylar.- 2014.- 9 aprel.- S.10.