Xaricdə yaşayan soydaşlarımızın
həmin ölkələrə
inteqrasiyası sürətlənir
Bu işdə diaspor təşkilatları daha
çox fəallıq nümayiş
etdirir
Xarici ölkələrdə yaşayan soydaşlarımızın cəmiyyətə inteqrasiyası, hüquq və azadlıqlarının müdafiəsi işi hər zaman diqqət mərkəzində olan məsələlərdəndir və mütəmadi olaraq bu istiqamətdə silsilə tədbirlər, görüşlər keçirilir. Elə 2013-cü ildə də qeyd edilən istiqamət diaspor təşkilatları və müvafiq dövlət qurumlarının diqqətindən kənarda qalmayıb. Belə ki, il ərzində dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini qorunması və inkişaf etdirilməsi, beynəlxalq aləmdə təbliği məqsədilə bir sıra tədbirlər, elmi-praktiki konfranslar keçirilib.
2013-cü
il 1 yanvar tarixində Türkiyənin Kocaeli
vilayətinin yerli qəzetlərindən olan Kocaeli qəzeti tərəfindən
hər il ənənəvi olaraq təşkil edilən “Doruktakiler
2012”-nin bu ilki təqdimatında
12 nominasiya üzrə qalibləri
müəyyən edilərək “ilin
qeyri-hökumət təşkilatı” nominasiyasında Türkiyə Azərbaycan Dərnəkləri
Federasiyası qalib elan
edilib. Həştərxan Gənc
Tamaşaçılar Teatrında isə şəhər gənclərinin
iştirakı ilə Yeni il
bayramı münasibətilə tədbir keçirilib.
Rusiyanın
Azərbaycanlı Gənclər Təşkilatının
(RAGT) Həştərxan regional bölməsi
Həştərxan şəhəri və vilayətinin gənclər
təşkilatlarının tədbirlərində fəal iştirak etdiyinə görə şəhər
merinin və Dumasının diplomları
ilə mükafatlandırılıb. Ümumrusiya
Azərbaycan Konqresinin (ÜAK) mərkəzi
aparatının nümayəndə heyəti Murmansk
vilayətində səfərdə olub. Səfər
çərçivəsində ÜAK-ın təşkilatçılığı
ilə “Birinci millətlərarası Murmansk forumu” keçirilib. Forumda Rusiyada fəaliyyət göstərən Azərbaycan
diasporunun gördüyü
işlərdən, planlardan söhbət
açılıb. Forumda vilayətdə
“Millətlər evi”nin
və “Dostluq xiyabanı”nın
yaradılması təklifləri irəli sürülüb.
Fevral ayının 10-da Berlin
İncəsənət Universitetinin professoru, həmyerlimiz Ləman Dadaşın
sinfində təhsil alan tələbələrin
iştirakı ilə konsert təşkil edilib. Universitetin “Yosef-Yoaxim konsert
zalı”nda keçirilən “Gecənin romansları” adlı konsert proqramında müxtəlif ölkələrin
bəstəkarlarının dünya musiqi xəzinəsinə daxil
edilmiş əsərləri səslənib.
Kanadanın
paytaxtı Ottava şəhərində fəaliyyət
göstərən “Qarabağ” Azərbaycan
dili məktəbinin şagirdləri
parlamentdə keçirilən beynəlxalq tədbirə
qatılıblar. “Qarabağ” məktəbinin
təsisçilərindən biri, Azərbaycan
dilini məktəbdə tədris edən
Vüsalə Əhmədovadır.Qeyd edək ki, Qarabağ Azərbaycan
dili məktəbi 2011-ci ilin
senatyabrından fəaliyyət göstərməyə
başlayıb. Məktəb Ottava şəhərində
yaşayan qadınlar, Nigar
Əliyeva və Vüsalə Əhmədova tərəfindən
yaradılıb.
Almaniyanın Drezden
şəhərində “Kültür Aktiv” təşkilatı tərəfindən
keçirilən VI Transqafqaz festivalı
çərçivəsində “Kişi
və qadınlar arasında gender bərabərliyi”
və “Sərhədsiz dünya”
mövzularında iki layihə gerçəkləşib.
Birinci layihədə altı həftə ərzində
Gürcüstan və Ermənistan
nümayəndələri ilə yanaşı, Azərbaycanı
rəssam Səbinə Şıxlinskaya təmsil edib. Almaniya, Çexiya və Polşanın sərhəddində
keçirilən ikinci layihədə isə
Səbinə Şıxlinskaya ilə bərabər heykəltaraş
Çingiz Babayev də
iştirak ediblər. Zaqafqaziyadan olan qadın rəssamların triosu
əl işlərini “Qadınların gözü
ilə…” adı altında sərgilənib. Yekun
sərgi Drezdendə Yohannştadt rayonunun mədəniyyət mərkəzində
baş tutub. Mərasimə
müxtəlif diasporları təmsil edən yüzdən
artıq qonaq qatılıb. Onlar burada rəssamların
əl işləri ilə tanış olmaq
imkanı, həmçinin Zaqafqaziya mətbəxi
layihəsində təqdim olunan Azərbaycan
yeməklərindən dadmaq fürsəti
qazanıblar. Həmvətənimiz Əlihüseyn Babayev və həyat yoldaşı Yuliana Şneyderman tərəfindən
təqdim edilən Azərbaycan mətbəxi həm almanlarda, həm də digər xalqların
nümayəndələrində böyük
maraq doğurub. Vilnüsdə Litva Müdafiə
Nazirliyinin Ağ
zalında 1945-1951-ci illərdə Litva
xalqının azadlığı və Dövlət müstəqilliyi
uğrunda Litva
“meşə qardaşları” sıralarında silahlı
mübarizə aparmış azərbaycanlı partizan
Şakir Sadıqova (1919-1951) Litva ordusunun könüllü qurucusu
medalının təqdim olunma
(ölümündən sonra) mərasimi olub. Təltifat mərasimində Cəmiyyətin sədri
Mahir Həmzəyev çıxış
edərək Şakir Sadıqovun
mübarizə yolunun tarixi,
siyasi və mənəvi əhəmiyyəti
barədə danışıb, Litva
dövləti və hökuməti tərəfindən həmvətənimizin
döyüş fəaliyyəti yüksək
qiymətləndirildiyi üçün
ölkədə yaşayan azərbaycanlılar
adından öz təşəkkürünü
bildirib. Berlin şəhərində
Almaniya Sosial-Demokrat
Partiyasının təşəbbüsü ilə “Almaniya bayramı” adlı tədbir təşkil
olunub. Həmin tədbirdə Almaniyada fəaliyyət
göstərən Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyi
(ATEB) də Azərbaycan Respublikasının Almaniya
Federativ Respublikasındakı Səfirliyinin
dəstəyi ilə bu tədbirdə Vətənimizi
uğurla təmsil edib.
Azərbaycana həsr olunmuş stendi sadə vətəndaşlarla
yanaşı, Bundestaqın deputatları və
deputatlığa namizədlər də ziyarət ediblər. Bu stend Sosial-Demokrat
Partiyasının müxtəlif qurumlarının da xüsusi marağına
səbəb olub.
2013-cü
il avqustun 21-də Azərbaycan Respublikasının
Özbəkistandakı Səfirliyinin nəzdində fəaliyyət
göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət
Mərkəzində görkəmli müğənni və bəstəkar,
Xalq Artisti Müslüm Maqomayevin anadan olmasının 71-ci ildönümünə həsr olunmuş
konsert proqramı təqdim edilib. Tədbir Daşkənddəki Azərbaycan
diasporunun gənclər təşkilatı
ilə birgə təşkil olunub. Tədbirdə
çıxış edənlər Müslüm
Maqomayevin dünya musiqi xəzinəsinə bəxş etdiyi töhfələrdən
danışıblar. Azərbaycanlı gənclərdən
ibarət “Şən və hazırcavablar klubu”
üzvlərinin Müslüm Maqomayevin xatirəsinə ithaf
edilmiş və
çıxışları iştirakçılar tərəfindən
böyük maraqla
qarşılanıb. Oktyabr ayında
Fransanın Oloron şəhərində
keçirilən beynəlxalq foto kulinariya festivalında ilk
dəfə Azərbaycan da təmsil olunub. Festivalda müxtəlif ölkələri təmsil edən fotoqraf və aşpazlardan
ibarət cütlüklər birinci yer uğrunda mübarizə
aparıb. Ölkəmizin yarışda təmsil olunması
Parisdə fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri Mirvari
Fətəliyeva və Jalə Babayevanın təşəbbüsü
ilə reallaşıb. İki gün davam edən
festivalın məqsədi müxtəlif mədəniyyətlərin
mübadiləsi, yerli məhsulların və
istehsalçıların tanıdılması olub.
Azərbaycanlı cütlüyün - Azərbaycan Fotoqraflar
Birliyinin üzvü Etibar Cəfərov və Azərbaycan Milli Kulinariya
Assosiasiyasının üzvü Ağa Aşurovun təqdim
etdiyi “Odlar Yurdu” adlı fotoda milli mətbəximizə aid
yemək və odla dalğavarı tüstü əks olunub.
Noyabr ayında Birləşmiş Ştatların Ohayo ştatının Deyton
şəhərində Deyton Dövlət
Məktəbləri Təhsil Şurasına üzvlüyə
keçirilmiş seçkilərə Dünya Azərbaycanlılarını Əlaqələndirmə
Şurasının üzvü, Amerika Azərbaycanlıları Şəbəkəsinin
(USAN) icraçı direktoru Adil Bağırov öz namizədliyini irəli sürüb.
5 noyabr tarixində yekunlaşan
səsvermədə Adil Bağırov və
digər 3 namizəd seçkilərdə qalib
gələrək növbəti 4 illiyə Təhsil
Şurasına üzv seçiliblər.
Bişkekdə isə qırğız
yazıçısı Çingiz Aytmatovun 85 illiyi münasibətilə
Türkdilli Dövlətlərin Siyasətinə
Dəstək Fondunun sifarişi
ilə “Çingiz Aytmatovun
dünyası” adlı kitab nəşr olunub. Qırğız xalqının dahi oğlu Çingiz Aytmatova həsr
olunmuş kitabın müəllifi Azərbaycan
ədəbiyyatşünası, filologiya
elmləri namizədi, Bakı Dövlət Universitetinin
professoru Leyla Gərayzadədir.
Kitabın elmi redaktoru
Bakı Dövlət Universitetinin professoru Aqil Hacıyev və
redaktoru isə məşhur
qırğız şairi, tərcüməçi
Mukan Asanalıyevdir. Azərbaycanın
İtaliyadakı Səfirliyi, Milan Bələdiyyəsi,
Milandakı Azərbaycan Mədəniyyət Assosiasiyası və
“Dirçəliş” Gənclərin Sosial-Psixoloji
Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı
ilə noyabrın 23-də Milanın “Chiesa
Rossa” kitabxanasında gənc rəssamlarımızın
sərgisi açılıb. Serginin
keçirilməsinə, həmçinin
Azərbaycanın Xarici İşlər, Mədəniyyət
və Turizm nazirlikləri, “Azal-Azərbaycan”
Qapalı Səhmdar Cəmiyyəti də təşkilatı dəstək
verib. Milanda ilk dəfə keçirilən Azərbaycan rəssamlarının
sərgisini giriş sözü
ilə açan ölkəmizin
İtaliyadakı səfirliyinin nümayəndəsi Zaur Fərhadov tədbir
iştirakçılarına mədəniyyətimiz
haqqında ətraflı məlumat verib.
Dekabrın 22-də Azərbaycanın
Avstriya, Slovakiya və
Sloveniyadakı səfirliyi və Sloveniyanın Müdafiə Nazirliyi tərəfindən Sovet
İttifaqı Qəhrəmanı Mehdi
Hüseynzadənin 95 illik yubileyi
keçirilib. Təntənəli
mərasim çərçivəsində Sloveniya
Poçtu, Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin nəzdindəki
“Azərmarka” şirkəti tərəfindən Mehdi Hüseynzadənin 95 illik
yubileyinə həsr edilmiş poçt markasının, həmçinin sloven yazıçısı Peter
Amalettinin M.Hüseynzadəyə həsr edilmiş “Mixaylonun qisası”
adlı 2 cildli romanın rus
dilinə tərcümə olunmuş
variantının təqdimatı keçirilib.
Rusiya Federasiyasının paytaxtı Moskvada,
eləcə də federasiyanın müxtəlif subyektlərində
MDB dövlətlərindən bu ölkəyə
iş dalınca gəlmiş miqrantlara qarşı həyata keçirilən
tədbirlər, xüsusilə də miqrantlara
qarşı göstərilən təzyiqlər Azərbaycanın
diaspor təşkilatları tərəfindən etirazla
qarşılanıb. Moskvada 25
yaşlı Yeqor Şerbakovun
qətlində şübhəli bilinən Azərbaycan
Respublikasının vətəndaşı Orxan
Zeynalovla bağlı sensasiya
xarakterli məlumatların yayılması
nəticəsində miqrantlara
qarşı yürüdülən diskriminasiya
siyasətinə etiraz əlaməti olaraq Ümumrusiya Azərbaycanlıları
Konqresi, Benilüks Azərbaycanlıları
Konqresi və digər diaspor təşkilatları bəyanatlarla
çıxış edib və adi bir məişət cinayətinin millətlərarası,
hətta beynəlxalq münaqişə kimi
qələmə verilməsindən ciddi narahat olduqlarını bildiriblər. mişlər.
Qeyd edək ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin mərkəzi ofisində həmvətənlərimizə
hüquqi kömək göstərilməsi
məqsədi ilə təcrübəli hüquqşünaslardan
ibarət operativ qərargah
yaradılıb.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2014.- 10 aprel.- S.15.