Azərbaycan diaspor
təşkilatlarının
sayı 450-yə çatıb
Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, diaspor fəaliyətinin əsas istiqamətlərindən birini təşkil edir. Elə son illər bu sahədə görülən işlər də bunu sübut edir. Belə ki, təkcə 2013-cü il ərzində bu sahədə 30 tədbir həyata keçirilib. Keçən il xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən 13 diaspor təşkilatı yaradılıb və beləliklə də dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının sayı 450-yə çatıb. Bunlar arasında Azərbaycan – Alman Dostluq Cəmiyyəti – “Ocaq”, Alman - Azərbaycanlı Gənclər Birliyi, İstanbul Azərbaycanlı Tələbə Gənclər Dərnəyi, Şimali Hollandiya Azərbaycanlıları İttifaqı, Qırğızıstan Azərbaycanlıları Assosiasiyası, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunu qeyd etmək olar. Azərbaycan icma və birliklərin nəzdində yeni yaradılmış dövrü nəşrlərə və elektron KİV-lərə isə “www.dakv-nrw.de” internet səhifəsi və “Vətən -Rodina” qəzeti aiddir.
2013 –cü
il, yanvarın 26-da tarixində Moskva
vilayətinin Kolomno şəhərində
Ümumrusiya Azərbaycan Konqresinin
(ÜAK) yeni nümayəndəliyi
açılıb. Bu münasibətlə
Ümumrusiya Azərbaycan Konqresi
mərkəzi aparatı nümayəndələrinin
iştirakı ilə yığıncaq keçirilib.
Tədbirin sonunda şəhər administrasiyasına
Ümumrusiya Azərbaycan Konqresi
adından ölkəmiz haqqında kitablar
təqdim olunub. Yanvarın
29-da isə Moskvada Rusiya
Azərbaycanlı Gənclər Təşkilatının
(RAGT) sədri Leyla Əliyevanın təşəbbüsü
və qurumun təşkilatçılığı,
habelə Azərbaycan Gənclər və İdman
Nazirliyi, Rusiya Təhsil
və Elm Nazirliyi Gənclərin
İşləri üzrə Federal Agentliyinin (“Ros Molodyoj”) dəstəyi ilə “Liderlik
və fəal vətəndaş mövqeyi”
mövzusunda qış məktəbinin
açılışı olub. Ondan bir gün sonra
isə Rusiyanın Azərbaycanlı
Gənclər Təşkilatı ilə Gənclər və İdman Nazirliyinin
başçılığı və Rusiyanın Təhsil və
Elm Nazirliyinin təşəbbüsü
ilə Rusiyada “Liderlik
və aktiv vətəndaş mövqeyi”
adlı qış məktəbinin
açılışı olub. Tədbirdə
Azərbaycanın Rusiyadakı səfiri Polad
Bülbüloğlu da
iştirak edib Rusiya Federasuyasının paytaxtı Moskva şəhərində Ümumrusiya
Azərbaycan Konqresinin Mərkəzi
Şurasının iclası keçirilib.
“Prezident Hotel”də keçirilən iclasda konqresin prezidenti Məmmədbağır Əliyev və
konqresin Rəyasət Heyətinin üzvləri
və Rusiyadakı Azərbaycan diasporunun
nümayəndələri iştirak edib.
Fevral ayının 13-də AMOR nümayəndələri
və Voronej regionun azərbaycanlı
icmaları Heydər Əliyev fondunun təşəbbüskarlığı
ilə Voronej regionunda
uşaqlar və yeniyetmələr üçün tədbir keçiriblər. Tədbir
təşkilatçıları uşaqlara
hədiyyələr aparıblar. Tədbirdə azərbaycanlı və qafqazlı
rəqs qrupu olan “Qobustan” və “Almaz” uşaqlara konsert proqramı təqdim edib.
Qırğızıstandakı Azərbaycan diaspor təşkilatlarının - “Xəzər”
İctimai Birliyi,
Qırğızıstan Azərbaycanlıları Konqresi, Qırğızıstan Azərbaycanlılarını
Əlaqələndirmə Mərkəzi, Regional
Milli Etnik Diaspor Əməkdaşlığı
Şurası və “Qırğızıstan-Azərbaycan Gəncləri”
İctimai Birliyinin rəhbərlərinin
toplantısı keçirilib. Tədbirdə
Qırğızıstandakı Azərbaycan diaspor
təşkilatlarının inkişafı,
soydaşlarımızın bu ölkənin
ictimai həyatında daha
fəal iştirakı və s. məsələlər
müzakirə olunub.
2013-cü il,
fevralın 20-də yeni təşkilat - Ukrayna Azərbaycanlılarının Birləşmiş
Diasporası yaradılıb. Təşkilatın
təsis konfransında Azərbaycanın Ukraynadakı fövqəladə
və səlahiyyətli səfiri, Ukraynada
fəaliyyət göstərən bir
sıra Azərbaycan diaspor təşkilatlarının
nümayəndələri, Ukraynanın müxtəlif
universitetlərində təhsil alan azərbaycanlı
gənclər, ziyalılar, elm və
incəsənət xadimləri iştirak edib. Ukrayna Azərbaycanlılarının
Birləşmiş Diasporasının nəzdində Gənclər
Təşkilatı yaradılıb. Mart
ayının 4-də Rusiya paytaxtında
“Azərbaycanlılar Rusiyada: biznes, mədəniyyət, xeyriyyəçilik”
adlı tədbir keçirilib. “Rusiya hamı üçün”
layihəsi çərçivəsində RİA “Novosti” informasiya agentliyində
keçirilən tədbirdə
Rusiyadakı Azərbaycan diasporunun fəaliyyəti,
azərbaycanlıların Rusiya mədəniyyətinin
inkişafında rolu və iki ölkə arasında olan
iqtisadi əlaqələr müzakirə edilib. Mart ayının 9-da Diasporla İş üzrə Dövlət Komitəsinin
(DİDK) dəstəyi və Avropa Azərbaycanlıları
Konqresinin təşkilatçılığı
ilə Frankfurt şəhərində “Avropada Azərbaycan diasporu:
yeni dövrün
şərtləri və qarşıda duran
vəzifələr” mövzusunda diaspor nümayəndələrinin
müşavirəsi keçirilib. Görüşdə Fransa Milli
Assambleyasının binasında Azərbaycan diasporunun
fəallarının erməni icmasının üzvləri tərəfindən
hücuma məruz qalması faktı da ətraflı müzakirə olunub.
Müzakirələrin nəticəsi olaraq
Fransa Milli
Assambleyasına müraciət və Avropa
Azərbaycanlıları Konqresinin bəyanatı
qəbul edilib. Türkiyənin İstanbul şəhərində Dünya Azərbaycanlı Gənclər Birliyi Mərkəzi Şurasının
iclası keçirilib. İclasda
40 ölkədən 70-dən çox təşkilat
rəhbərləri və üzvləri iştirak
edib. Gündəlikdə olan məsələlər əsasən, Mərkəzi
Şuraya daxil olan üzv təşkilatların
il ərzində gördükləri
işlərin və həyata keçirilən layihələrin
hesabatlarının dinlənilməsi, bu haqda müzakirələrin aparılması olub. Tədbirin rəsmi hissəsində Dünya Azərbaycanlı Gənclər Birliyi və Avropa Azərbaycanlıları
Konqresi arasında Əməkdaşlıq
Memorandumu imzalanıb. Tədbirin sonunda Dünya azərbaycanlı
Gənclər Birliyi Mərkəzi
Şurasının bəyanatı qəbul edilib.
Aprel ayının 30-da Moskvada
Rusiya Azərbaycanlı Gənclər Təşkilatının rəhbərliyi ilə Rusiyada işləyən azərbaycanlı həkimlərin
1-ci tibb forumu keçirilib. Forumda Azərbaycan
və Rusiya arasında tibbi
əməkdaşlığın genişləndirilməsi və
mütəxəssis mübadiləsi haqda
fikirlər müzakirə olunub. Tədbirdə
Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev də iştirak
edib. O, “2007-2015-ci il azərbaycanlı gənclərin xaricdə
təhsil proqramı” -ın yüksək əhəmiyyətini
vurğulayıb. 100 gənc həkim və 50-dən çox qonağın iştirak
etdiyi forumda səhiyyə
sahəsində dövlət proqramı, cərrahiyyə və
stamatalogiya, kadr siyasəti
və müasir tibbi
avadanlıqlar mövzularında davamlı
görüşlərin keçirilməsi
planlaşdırılıb. Kiyevdə “Ukraynadakı Azərbaycan
diasporunun inkişaf
perspektivləri” I Ümumukrayna forumu işə başlayıb. Forumun təşkilatçısı “Ukrayna Azərbaycanlılarının Birləşmiş
Diasporu” Ümumukrayna İctimai Təşkilatı olub.
Tədbirdə “Ukrayna Azərbaycanlılarının
Birləşmiş Diasporunun Gəncləri”
regional təşkilatlarının rəhbərləri,
Ukraynanın ali məktəblərində
təhsil alan azərbaycanlı tələbələr,
Ukraynanın azərbaycanlı gənclər təşkilatları
və başqaları diaspor quruculuğu işində gənc nəslin
fəallaşdırılması, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
haqqında həqiqətin dünya
ictimaiyyətinə çatdırılması və s. məsələləri müzakirə edilib.
Dünya Azərbaycanlı Gənclər Birliyinin Almaniyadakı nümayəndəliyinin
dəstəyi ilə Almaniyanın Maqdeburq
şəhərində “Odlar Yurdu” Boks İdman
Klubu təsis edilib. Yeni qurulan İdman
Klubunun rəhbəri hazırda İBO-İnternational, İBO-İnterkontinental
və İBF-Avropa versiyaları üzrə
dünya çempionu Azad Əzizov seçilib. Yeni təsis edilən idman
klubunun rəhbəri Azad
Əzizov bildirib
ki, Boks idman növü 2015-ci ildə
Bakıda təşkil olunacaq birinci Avropa
Oyunlarının proqramına daxil edilib. “Bu qərar Beynəlxalq
Boks Federasiyasının (AİBA)
İcraiyyə Komitəsinin Qazaxıstanda keçirilmiş
iclasında qərara alınıb və artıq bu barədə Avropa Olimpiya Komitəsinə (AOK) müraciət qəbul
olunub. Noyabr ayında Nyu-York şəhərində yaşayan
Azərbaycanlı qadınları bir araya toplamaq, onların dil, iş, inteqrasiya
məsələlərini həll etmək məqsədilə yeni bir təşkilatın
təməli qoyulub. Zərurətdən
irəli gələn bu cəmiyyətin
adı Nyu York Azərbaycan-Amerika
Qadınlar Cəmiyyətidir. Cəmiyyətin rəhbəri
Minəvvər Vahabovadır. Qadınların, uşaqların və ümumiyyətlə
azəri ailələrinin sosial-ictimai
problemlərinin həll edilməsi, Azərbaycanla Amerika arasında körpülərin daha da güclü
dayaqlar üzərində
dayanmasını təmin etmək məqsədilə bu cəmiyyət yaradılıb.
Dekabrın 26 da
isə təşkilatın rəsmi təqdimat mərasimi keçirilib.
Londonda fəaliyyət göstərən “Azərbaycan
Evi”nin təsis edilməsinin
5-ci ildönümü ilə əlaqədar
tədbir keçirilib. Tədbirdə
Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığındakı səfirliyinin əməkdaşları,
bu ölkədə fəaliyyət
göstərən diaspor təşkilatlarının
təmsilçiləri, yerli və xarici ictimaiyyətin nümayəndələri
iştirak edib. Tədbir çərçivəsində “Azərbaycan
Evi”nin nümayəndəsi
Fəridə Pənahova , “Azərbaycan Evi”nin icraçı direktoru,
doktor Əli Təkin Atalar,
Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığındakı səfiri Fəxrəddin Qurbanov çıxış edərək təmsil
etdikləri mədəniyyət
evi haqqında ətraflı məlumat verib. Bildirilib ki, ölkəmizin adını
daşıyan bu dostluq
mərkəzi Britandiyada yaşayan,
təhsil alan həmvətənlərimizin
təşəbbüsü ilə təsis edilib.
İlin sonunda
Türkiyədə fəaliyyət göstərən iki təşkilat TADEF-ə üzv
qəbul olunub. Türkiyənin Qars şəhərində Qars
Azərbaycan Evi Dərnəyi, sədri Filiz Civan və İzmir şəhərində İzmir Azərbaycanlı Qadınları Mədəniyyət
Mərkəzi Dərnəyi sədri Cəvahir Əhmədovadır.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 12-14 aprel.- S.15.