Azərbaycan diasporu daxilində
birlik və həmrəylik varmı?
Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, soydaşlarımızın bir araya gəlməsi istiqamətində müntəzəm olaraq tədbirlər təşkil olunur, görüşlər keçirilir. Məhz bu sahədə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, ildən-ilə xarici ölkələrdə yaradılan diaspor təşkilatlarımızın sayı artır. Təkcə keçən il dünyanın müxtəlif ölkələrində 13 diaspor təşkilatı yaradılıb ki, bununla da xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının sayı 446-ya çatıb.
Bəs görəsən xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında sözün həqiqi mənasında birlik və bərabərlik mövcuddurmu? Diaspor təşkilatlarının rəhbərləri bu məsələ ilə bağlı öz fikirlərini bildiriblər.
“Belçika Azərbaycan Evi”nin rəhbəri
Bülənt Gürçam deyir ki, bu
ölkədə fəaliyyət göstərən diaspor təşkilatları arasında sözün həqiqi mənasında birlik və həmrəylik yoxdur:
“Təssüflər olsun ki,
Belçikada yaşayan
azərbaycanlılar arasında birlik və
bərabərlik yoxdur. Soydaşlarımız
tam əksinə olaraq
bölünmüş və
parçalanmış vəzyyətdədirlər, Hesab edirəm ki, bunun da başlıca səbəblərindən
biri Azərbaycanın Belçikadakı səfirliyinin
və Diasporla İş
üzrə Dövlət Komitəsinin bu məsələyə
diqqətlə yanaşmamasıdır. Həmçinin
ayrı-ayrı cəmiyyətlər arasında
ayrıseçkilik edilmə tendensiyası
soydaşlarımızın parçalanmasına, birlik və bərabərliyin pozulmasına gətirib
çıxarır”. Bülənt Gürçam
Azərbaycan diasporu daxilində mövcud olan problemlərdən
də söz açıb: !Azərbaycan diasporu daxilində bir
sıra problemlər mövcuddur. Bu sırada sahibsizlik, onlara lazım olan diqqətin
göstərilməməsi və diaspor təşkilatları
ilə əlaqələrın olmaması başlıca
problemlər hesab edilə bilər. Eyni zamanda diaspor
təşkilatları, onların gördüyü
işlər barədə informasiyaların olmamasını da bu sıraya aid etmək mümkündür”.
“Belçika-Azərbaycan Evi”nin rəhbərinin sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin dəfələrlə
deməsinə baxmayaraq bu
işlə məşğul olan müvafiq qurum və təşkilatlar
təssüflər olsun ki,
öz üzərilərinə düşən
vəzifələri yerinə yetirmirlər: “Demək olar ki, hər kəs öz işi ilə məşğuldur.
Səfirliklər barədə də
eyni şeyi
söyləmək olar. Səfilriklər sanki '”yan gəlib yatmaq '' yerinə çevrilib,
Əgər qeyd etdiyim
problemlər düzəlməsə Azərbaycan diasporunda problemlərimiz hər zaman olacaq”.
Avropa Azərbaycanlıları Konqresinin
prezidenti, Almaniyadakı Azərbaycanlıların
Koordinasiya Mərkəzinin sədri Samira Patzer-İsmailova isə hesab edir ki, Avropada,
eləcə də dünyanın əksəriyyət ölkələrində
fəaliyyət göstərən Azərbaycan diaspor
təşkilatları arasında birlik və
həmrəylik getdikcə daha da güclənir:
“Mən deyərdim ki, bu
proses də özünü
ildən ilə daha mütəşəkkil
surətdə büruzə verir. Elə
Almaniyadakı Azərbaycanlıların Koordinasiya
Mərkəzinin 6 il bundan
əvvəl yaradılmasının da başlıca
məqsədi bu idi. Məhz
bizim Koordinasiya Mərkəzi
vasitəsilə Almaniyadakı Azərbaycan təşkilat və
cəmiyyətləri bir-birini yaxından
tanıyır, qarşılıqlı əlaqlər
yaradırlar. Eyni zamanda
onlar nəzərdə tutduqları tədbirləri
birgə koordinasiya etməyə nail olurlar. Xüsusilə,
Xocalı soyqırımının ildönümünə həsr
olunmuş tədbirlər, eləcə də
digər ağrılı problemlərimizin
ildönümündə hamımız birlikdə, əlaqələndirilmiş
surətdə tədbirlər keçiririk”.
Samir Patzer-İsmailova
bildirib ki, təkcə
bu il Almaniyanın
10-dan artıq vilayət və şəhərində Azərbaycan
təşkilat və cəmiyyətlərinin 30-a yaxın birgə
tədbiri keçirilib: “Türkiyə-Azərbaycan
Birliyi, Atatürk
Düşüncə Mərkəzi və Almaniyadakı Azərbaycanlıların
Koordinasiya Mərkəzi hər il Almaniyada Xocalı
soyqırımına həsr olunmuş konfranslar təşkil edir.
Həmin konfranslar Almaniyanın müxtəlif
vilayət və şəhərlərində keçirilir.
Bununla qeyd etmək istəyirəm
ki, biz yalnız Azərbaycan
diaspor təşkilatları ilə deyil, eyni zamanda
Türk diasporu ilə
əlaqələndirmə işini apararaq çoxsaylı tədbirlər həyata
keçiririk. Bu da heç şübhəsiz
ki, öz-özlüyündə
yaxşı bir formada
təşkilatlanmanın göstəricisidir”.
Nyu-Yorkda fəaliyyət
göstərən fəal diaspor nümayəndəmiz
Mehriban Nəsib
isə diaspor daxilində birliyin
o qədər də mhkəm
olmadığı qənaətindədir: “Hal-hazırda Nyu-Yorkda 4-5 Azərbaycan diaspora
təşkilatı fəaliyyət göstərir. Bunların sırasında
Tomris Azərinin
başçılıq etdiyi Azerbaijan Society of America (ASA), Dünya Azərbaycanlıları Konqresi kimi iki
yerə bölünmüş Azərbaycan
Nyu-York Assosiasiyası (Azerbaijan
New York Association (ANA)) Cəmiyyəti- hansının ki, rəhbəri Əli Nəsibov və Ercan Yerdələnlidir, Bundan
başqa Münəvvər
Vahabovanın rəhbərlik etdiyi
Nyu-Yorkdakı Azərbaycan-Amerika Qadın Assosiasiyası (Azerbaijan-American Women Association of New York) və Telman Cəlilovun rəhbərlik etdiyi Azərbaycanın Nyu-York
Şəhərindəki Mədəniyyət Mərkəzi (Azerbaijan Cultural Center in New
York City). Cəmiyyət
və təşkilatların saylarının çox
olması bizi nə qədər sevindirirsə
də bəzi şeylər bizi çox kədərləndirir. Bəzi
gənclərimiz haqqında zaman-zaman dediyim çox böyük təssüflə sözünü
bir daha təkrar etmək
istəyirəm. Çox təssuf ki, bizim diaspora
rəhbərlərinin bəzileri öz
şəxsi maraqlarını millətimizin və vətənimizin
mənafeyindən üstün tuturlar. Təssüf ki,
biz hələ də “mən”dən
çıxıb “biz” ola
bilməmişik. Bu birləşə bilməmək
isə bir çox
yerlərdə özünü büruzə
verir. Təsəvvür edin
ki, NyuYork şəhərində
3-4 yerdə 31 dekabr- Dünya
Azərbaycanlılarının Həmrəylik Günü
tədbiri keçirilir və bütün cəmiyyətlər də həmin
bayram tədbirlərinə eyni insanları dəvət edir.
Keçən il bir qrup gənclə diaspora təşkilatı
rəhbərlər birgə müzakirə aparıb və bir tədbir keçirmişdik.
Çox əla tədbir keşmişdi.
Təssuf ki, bu il bəzi səbəblərdən bu məsələyə qarışmadım və
vəziyyət çox da
yaxşı olmadı. Təbii, deyəcəksiniz ki, 3-4 Həmrəylik Günü
tədbiri keçirilməsində pis nə
var ki? Bilirsiniz,
hər tədbirə getmək üçün
70 ABS dolları ödəmək lazım idi
ki, bu da
insanların haqlı narazılığına səbəb olmuşdu. Tədbirlərdə
hər kəs iştirak etmək istəyirdi.
Çünki bir çox insanlar bir-birilərini
ancaq bu cür tədbirlərdə görmək
imkanı əldə edirlər. Çünki
Nyu-Yorkda həyat çox
bahalıdır və işləməsən yaşaya
bilməzsən. İşləyən insanlar
isə bir-birilərini ancaq bu cür tədbirlərdə
görə bilirlər. Çox təssuf ki, bir çox
insanlar bu tədbirlərin
yalnız birinə gedə bildi və eləsi
də vardı ki, heç
gedə bilmədi. Və yaxud 20 Yanvarla
bağlı olan tədbirlə. Yenə də
ayrı-ayrılıqda təşkil edildi.
Çox təssuf. Amma
şükürlər olsun ki, bu il
Xocalı ilə bağlı tədbirdə diaspora
təşkilatları rəhbərlərini bir
arada və eyni saatda bərabər görə bildik.
Bunun üçün
onların hər birinə təşəkkür edirəm ki, belə bir
razılığa gəldilər.
“Hollandiya-Azərbaycan Evi”nin rəhbəri Elxan Mirhəşimli
isə deyir ki, bu ölkədəki Azərbaycan
diaspor təşkilatları ildən ilə
daha da güclənirlər:
“Ancaq onu da etiraf edim
ki, diasporumuzun fəaliyyəti
məni o qədər də qane etmir. Düzdür
təşkilatlar çətin şərtlərdə
çalışırlar, maliyyə problemi
səbəbindən bir çox
layihələrini həyata keçirə bilmirlər. Ancaq bütün çətinliklərə,
maliyyə sıxıntılarına baxmayaraq
fəaliyyətlərini davam etdirirlər
və təmsil etdikləri təşkilatlarını öz güclərinə ayaqda
tuturlar. Bizim məqsədimiz bütün təşkilatlarla
bərabər Hollandiyada Azərbaycan diasporunu sözün həqiqi
mənasında birlik və həmrəylik
şəklində fəaliyyətə gətirməkdir”.
Qırğızıstanda
fəaliyyət göstərən Azərbaycan təşkilatları
birlik və bərabərlik şəraitində
fəaliyyət göstərib vahid
mövqedən çıxış edə bilirlərmi?
Qırğızıstan
Azərbaycanlıları Konqresinin sədri
Çingiz Ələsgərov dab u ölkədə fəaliyyət
göstərəmn diaspor təşkilatlarının
birlik və həmrəylik nümayiş etdirdiyini
söyləyir:”Mən rəhbərlik etdiyim
Qırğızıstan Azərbaycanlıları Konqresi adından deyə bilərəm ki, bizim konqresin
tərkibində fəaliyyət göstərən bütün təşkilatlar vahid
mövqedəın çıxış edirlər. Bizim konqres daxilində möhkəm həmrəylik
mövcuddur. Qırğızıstan Azərbaycanlıları
Konqresinin üzvü olan hansısa bir təşkilat
tədbir keçirdikdə hamılıqla həmin tədbirə
qatılır, öz dəstəyimizi veririk. Məsələn, konqresin üzvü olan Türkdilli Dövlətlərin Siyasətinə
Dəstək Fondu və onun
rəhbəri Nüsrət Məmmədov müntəzəm
şəkildə Azərbaycan, həmçinin iki ölkə
arasında əlaqələrin inkişaf
etdirilməsinə yönəlik tədbirlər təşkil edir ki, biz də həmin tədbirlərin yaxından
iştirakçısı oluruq. Adıçəkilən fondun
Azərbaycan və Qırğızıstanın görkəmli
şəxsiyyətləri, yazıçı və şairlərinin
kitablarının qırğız dilinə tərcümə
edilmiş variantının təqdimat mərasimində
konqres üzvlərinin əksəriyyəti
iştitak edir”. Çingiz Ələsgərovun sözlərinə
görə, bütün bunlar da
öz-özlüyündə Qırğızıstan Azərbaycanlıları
Konqresinin birlik və
bərabərlik şəklində fəaliyyət göstərdiyinin
bir nümunəsidir: “Ümumiyyətlə,
ölkədən kənarda fəaliyyət göstərən
istənilən diaspor təşkilatı ümummilli mövqelərdən
çıxış etməli, birlik
və həmrəyliyimizin daha da möhkəmləndirilməsi istiqamətində
çalışmalıdır”.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 15 aprel.- S.15.