Diaspor anlayışı və mahiyyəti

 

Qloballaşan dünyada aktual hesab edilən, daha çox etnik-milli xarakter daşıyan terminlərdən biri də diaspor fenomenidir. Bu anlayışın hərtərəfli təhlili informasiya axınının gücləndiyi və miqrasiya proseslərinin intensiv xarakter daşıdığı müasir dövrdə vacib əhəmiyyət kəsb edir. Azərbaycan Milli Elmlər Akademiyasının  Tarix İnstitutunun dissertantı Yəhya Babanlı “Diaspor: tarix və realliqlar”əsərində qeyd edir ki, diaspor termini ayrı-ayrı tədqiqatçılar tərəfindən müxtəlif prizmalarda şərh olunub. Siyasi lüğətlərdə bu anlayışın yunan dilində “dia” sözönü ilə “speirein” sözünün birləşməsindən əmələ gəldiyi, səpələnmə, dağılma, yayılma, xalqın və ya etnik birliyin müəyyən hissəsinin yaşadığı ölkədən xaricdə olması mənasını ifadə etdiyi qeyd edən ekspert bildirir ki, antik yunan əsatirlərində, Heredotun və Sofoklun əsərlərində rast gəlinən “diaspor” termini əvvəllər pulu səpələmək, ordunu yaymaq mənasında işlənmiş, sonralar isə daha geniş məna kəsb etmişdi:

“Bu termin ilk dəfə İudaizmin müqəddəs kitabı Bibliyanın yunan dilinə tərcüməsində insanların, etnik qrupların səpələnməsi mənasında işlənib. Bu anlayış ərəbcə “calayi-vətən” adlanır, vətənini tərk edən, öz el-obasından kənarda məskunlaşan anlamını daşıyır. Bu anlayışa ikili baxış mövcuddur: Birincisi, diaspor könüllü miqrasiya, rahat şərait qurmaq üçün yerdəyişmə, ticarət məqsədi və s. məqsədlər üçün vətənindən kənara üz tutan şəxsləri əhatə edir; İkincisi, diaspor məcburi miqrasiya, genosid təhlükəsi, iqtisadi və coğrafi amillərin təsiri nəticəsində əmələ gələn hadisə hesab edilir. Fikrimizcə, diasporun yaranması daha çox və əsasən ikinci amillərlə bağlıdır. Diaspor anlayışı ilk dəfə e.ə. VI əsrin əvvəllərində yəhudilərin Babilistan padşahı II Navuxodonosor və sonralar isə bizim eranın I-II əsrlərində romalılar tərəfindən qovulub. Fələstindən kənarda ya-şamaları ilə əlaqədar işlənib . Romalılar regionda ağalıq edən (e.ə.63-cü il b.e.313-cü ili) hakimiyyət orqanı kimi Selevkiləri əvəz etdikdə Xaşmonaim çarı II Hirkanı Romanın Dəməşqdəki canişininə tabe edərək onun səlahiyyətlərini azaltdılar. Yəhudilər yeni hökmdarlıqla barışmaq istəmirdilər və ölkədə tez-tez üsyanlar baş verirdi. Xaşmonaimlər sülaləsinin keçmiş şöhrətini qaytarmağa axırıncı dəfə cəhd edən Matityahu Antiqonun məğlubiyyətləri və ölümü Xaşmonaimlərin hakimiyyətinə (e.ə.40-cı il) son qoydu. İsrail torpağı Roma imperiyasının əyalətlərindən birinə çevrildi. Belə ki, e.ə.586-cı ildə babillər Yehudeya çarlığını fəth etdilər, Yerusəlim Məbədini dağıtdılar və ölkə sakinlərinin əksəriyyətini əsir apardılar. Bununla da Babilistan əsarəti yəhudi dövlətçiliyinin birinci mərhələsinə son qoydu, amma yəhudi xalqı İsrail torpağı ilə əlaqəsini kəsmədi. Babilistan çarlığında yəhudilər doğma torpaqlarını yaddan çıxarmamağa and içdilər: “Əgər mən səni unutsam Yerusəlim, qoy mənim sağ əlim qurusun, əgər Yerusəlimi öz sevincimin zirvəsinə yüksəltməsəm qoy dilim qırtlağıma yapışsın”. Məbədin dağıdılması (b.e.ə.586-cı il) və bunun ardınca sürgün yəhudi diasporunun başlanğıcını göstərir. Elə o vaxtdan da yəhudi dini İsrail torpağından kənarda yəhudi diasporunun fəaliyyətin-də dini sistem və həyat tərzi kimi inkişaf etməyə başlayıb”. Yəhya Babanlı bildirir ki, elm aləmində bu fikir də birmənalı qarşılanmır və sözügedən məsələyə müxtəlif yanaşmalar mövcuddur: “Məsələn, rus tədqiqatçısı N.Lebedeva diaspor termininin çərçivəsini daha da genişləndirir və “diaspor” anlayışının qədim zamanlardan mövcud olduğu-nu yazır. Bu termini dünyaya təzyiq nəticəsində səpələnmiş insanlara, köçürülmüş xalqlara (yəhudi və Afrika qullarına), ticarətlə məşğul olanlara (Cənub-Şərqi Asiyaya İslamı gətirən ərəblərə) və əməkçi miqrantlara (Böyük Britaniya imperiyasının hindlilərə) aid edir  Sonralar miqrasiya proseslərinə yeni baxış, miqrantların müxtəlif tipi üzrə “diaspor” anlamının klassik formasını rədd etdi və yeni, müasir “diaspor” anlamı yarandı. Eyni zamanda, tədqiqatçı alim müasir formanın varlığını xarakterizə etmək üçün öz tədqiqatında “diaspor” termini ilə yanaşı “beynəlxalq icma” terminini də işlətməyi təklif edir. Diaspor tədqiqatçılarından olan V.Tişkova görə isə “diaspor xidmət, müqavimət və intiqamın siyasi missiyasıdır. Diaspor əsasən mənşə ölkəsinin donorluğu hesabına yaranır. Ölkədən çıxış yoxdursa, diaspor yoxdur. Tədqiqatçı qeyd edir ki, “diaspor hər şeydən əvvəl siyasi, eyni zamanda, sosial miqrasiyadır. Diasporun yaranmasının əsas açarı isə etnik icma deyil, milli dövlətdir”. Başqa sözlə, diaspor etnik qruplardan fərqli olaraq özündə təkcə etnik mədəniyyəti deyil, həm də etnik siyasi məz-munu da daşıyır. Diaspor kontekstində tez-tez baxılan məsələlərdən biri də xarici mənşəli, lakin əsrlərlə ölkədə yaşayan xalqlardır. Bunlara yəhudi, alman, polyak və s. xalqların nümayəndələrini aid etmək olar. Bununla bağlı V.Tişkovun fikirləri böyük maraq doğurur. O yazır: “Ölkənin diasporlaşması prosesi mütləq dayandırılmalıdır. Ölkədə yaşayan və onun vətəndaşları sayılanlar diaspor ola bilməz. Məsələn, Moskvadakı tatar və çeçen icmaları diaspor sayıla bilməz”. Buna paralel olaraq qeyd edə bilərik ki, İran (Cənubi Azərbaycan) və ya Gürcüstan ərazilərin-də (Borçalı mahalı) tarixən yaşayan azərbaycanlılar diaspor sayıla bilməz, ona görə ki, onlar bu ərazilərə köçməmiş, bura onların etnik-tarixi, ata-baba yurdlarıdır”. Ekspert qeyd edir ki, diaspor siyasətində bir məsələyə xüsusi diqqət yetirmək vacibdir: “ Bu strateji məsələdir. Tarixən eyni ərazidə yaşayan etnosların, xalqların diasporlaşması absurddur. Yəni hər hansı bir etnik qrup ölkədaxili diaspor məsələsindən istifadə edərək etnik-milli zəmində həmrəyliyə öz mənfi zərbəsini vura bilər. Rusiyalı tədqiqatçısı T.Poloskova diaspor konsepsiyası məsələsinə toxunaraq aşağıdakı əla-mətləri diasporlar üçün səciyyəvi hal hesab edir. Etnik identiklik, Mədəni dəyərlər və sosial-mədəni antitezanın etnik və mədəni kimliyin qorunmasında əks olunması. Fikrimizcə, bu əlamətlərin hər biri özü-özlüyündə geniş tədqiqat obyekti ola bilər ki, bunun nəticəsində diaspor nəzəriyyəsi məsələsində yeni konsepsiya işlənib hazırlanması daha məqsədəuyğun ola bilər. Diaspor konsepsiyası üçün zəruri olanlardan biri də diasporların genezisi faktorlarının təhlil edilməsidir. Buradan belə nəticə əldə etmək olar: “Diaspor mədəni fenomen kimi şəxsiyyət və sosioloji mövqedən yaranır”. Deməli, diaspor probleminə bu nəti-cədən irəli gələrək iki aspektdən baxa bilərik. Xüsusi tarixi fenomen kimi, Düşünülmüş həyat tərzinin seçimi kimi. Lakin bu məsələdə yaddan çıxarmamalıyıq ki, təcrübədə “endo diaspor” və “ekzo diaspor” anlayışları mövcuddur. Endo diaspor ölkədən köç etmiş insanları bildirir. Ekzo - diaspor isə heç bir zaman vətənində yaşamayan insanlar anlayışı deməkdir. Endo - diaspor ilk vaxtlar mühacirət edən və ölkəsilə əlaqəni itirməyən insanların nəvə-nəticələridir. Bu fərqlər isə hər iki endo və ekzo diasporlar arasında olan qurumlar və təşkilatlar arasında da özünü büruzə verir.

 Tədqiqatçı V.Şnirelman “Diaspor mifləri” adlı məqaləsində “diaspor” anlayışını belə xarakterizə edib: “Diaspor anlayışını mən insanların xoşagəlməz şərait-müharibə, aclıq, zorakı deportasiyalar nəticəsində səpələnməsi kimi başa düşürəm. Bu proses insanlarda milli hisslərin tapdanması, utancaqlıq, təhqir olunma ilə müşayiət olunur və onlara psixoloji baxımdan ağır zərbə vurur”

XX əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq Rusiyada işıq üzü görən, bu sahənin inkişafında uğurlu fəaliyyət göstərən “Diaspor” jurnalı diaspor anlayışının sosial-fəlsəfi məzmunu ilə bağlı maraqlı yazılar dərc edir. Jurnalda qeyd edildiyi kimi müasir ədəbiyyatlarda bu termindən həddindən çox müxtəlif proseslərin izahında istifadə olunsada, “universallığı” bildirilsədə təyinatı etnik qrupun vətəndən kənarda məskunlaşmasında görünür və “milli icma”nın statusu ilə üst-üstə düşür. Məsələn, B.Popkova görə isə diaspor termini heç vaxt elmi cəhətdən araşdırılmayıb və yalnız emosional nöqteyi-nəzərdən işlənib. Zənnimizcə, tədqiqatçının bu fikri subyektiv xarakter daşıyır. Çünki, bu anlayışın elmi cəhətdən təhlilinə həsr edilmiş çoxsaylı tədqiqatlar mövcuddur. Müasiri olduğumuz əsrdə prioritet sayılan, gündəmdə daim yer alan diaspor fəaliyyəti planetin hər yerində aktual məsələyə çevrilmişdir. Diaspor vətəndən kənarda yaşayan hər bir xalqın sosial-mədəni “milli ordusu” və ya “milli atributu”dur desək, yanılmarıq. XXI əsrdə qloballaşan dünyada funksiyası əhəmiyyətli dərəcədə artan diaspor məfhumunun hansı anlamı daşıdığını və təyinatının nədən ibarət olduğunu öyrənməyin artıq vaxtı çatıb.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 Olaylar.- 2014.- 16 aprel.- S.15.