Mühacirət həyatı
yaşayan soydaşlarımızın
diasporun formalaşmasında rolu
Azərbaycan diasporunun formalaşıb bu günkü vəziyyətə gəlməsində müxtəlif illərdə bu və ya digər səbəblərdən xarici ölkələrə mühacirət etmiş soydaşlarımızın da əməyi kifayət qədər böyükdür. Təsadüfi deyil ki, hazırda Azərbaycan diasporunun sosial bazasının böyük bir hissəsini məhz mühacirət həyatı yaşamış həmvətənlərimizin övladları, nəvə-nəticələri təşkil edir. Ona görə də Azərbaycan diasporundan söz düşəndə haqlı olaraq mühacirət tarixi ilk diqqət yetirilən məqam olur. Bəs görəsən diasporun bir hissəsini təşkil edən mühacirət tariximizi kifayət qədər öyrənirikmi?
“Diaspor
və Lobbi” Araşdırmalar Mərkəzinin
sədri Zaur Əliyev hesab
edir ki, Azərbaycan vətəndaşlarının
mühacirət tarixi bu
günə qədər az öyrənilib,
onun gerçəklikləri tarixin qaranlıq dumanları içərisində
itib-batıb. Ekspert deyir
ki, xalqı keçmişindən, soy-kökü və milli
özülündən uzaq salıb
ayırmaq üçün tarix təhriflərə uğradılıb,
adına saxta, qondarma bir tarix yazılıb:”.Azərbaycanın
etnik tarixi Azərbaycan
xalqının formalaşması tarixindən də qədimdir.
Bu isə o deməkdir
ki, Azərbaycan xalqının formalaşma prosesi başlayana qədər Azərbaycanda kifayət qədər mürəkkəb
etnik hadisələr baş
verib. Bunun bir səbəbi, haqqında
söhbət gedən coğrafiyanın yaşayış üçün münasib
təbii şəraitə malik olması,
digər çox mühüm
səbəbi müxtəlif istiqamətlərdə gedən yollar üzərində yerləşməsi, etnik, sosial-siyasi fəallığı,
qaynarlığıdır. Çox qədim
tarixi və ənənələri
olan Azərbaycanda insan,
onun varlığı,
yaşayışı, həyat şəraiti, sevgisi,
təbiətə və cəmiyyətə, başqalarına
münasibəti – əxlaqi davranışları, elmi-intellektual vəziyyəti, məişət
mədəniyyəti, əmək və yemək ənənələri
və s. zəngin tarixi
zəmin üzərində qurulub. Qədim
Azərbaycanda insan, onun
yaranması, tarixi, ictimai
fəaliyyəti barədə çoxlu mifik düşüncələr olub və onun birinci izləri folklorda,
sonrakı yazılı ədəbiyyatda, Qobustan
daş yazılarında, arxeoloji
qazıntılarda və s. əks etdirilib”. Zaur Əliyev deyir ki, tarix
boyunca millətlərin axın və
köçlərinə keçid olan Qafqaz regionu
və Azərbycan başqa xalqların yerləşməsi, məskunlaşması,
yaşayışı üçün əlverişli
bir bölgə olub. Burada məskunlaşmış
xalqlar minilliklər boyu
Qafqaz sərhədləri içərisində,
xüsusilə Azərbaycanda milli kimliklərin qoruyub
saxlamış, mədəniyyət və ənənələrin
inkişaf etdiriblər: “Ölkəmiz ərazisində
aparılan elmi tədqiqatlar nəticəsində
4 arxeoloji mədəniyyət: olduyev (ən qədim dövr),
qədim aşen, aşen
və mustye mədəniyyət abidələri
tapılıb. Azıx, Tağlar,
Daşsalahlı, Qazma Buzeyir
və digər ərazilərlə yanaşı ən qədim
dövr adlandırılan çəmənliyi
adlandırılan Quruçay mədəniyyəti
dövrlərinə təsadüf edən qalıqlar aşkar olunub. Elmi əsaslarla isbat olunub ki, iki
milyon il əvvəlki
illərə aid olan Quruçay mədəniyyəti zamanı tarixdə
insana bənzər canlının 4 deyil iki ayaqları
üstündə yeriməsi, buranın qədimliyinin bariz nümunəsidir. Fizuli rayonu
ərazisində yerləşən Azıx mağarasında ən
qədim insan, Azıxantrop
adlandırılan insanın alt çənə
sümüyünün tapılması Azərbaycanın
qədim tarixi inkişaf
dövrü keçməsi faktın təsdiqləyir”
Mərkəz rəhbərinin sözlərinə görə, Türk xalqları qrupuna daxil olan
azərbaycanlıları müxtəlif dillərin işlənmə
texnikasını nəzərə alaraq
müxtəlif cür adlandırıblar:
“Adarbaqadan, alban, atropatan, azər, aser, oser, az, sovir, türk,
Azərbaycan türkü, aderbicanlı, qaşqay, qızılban, kazax
tatarı, hun, və yüzlərlə
adları sadalamaq olar.
Türk mənbələrində bizi Azərbaycan türkləri, Fars mənbələrində, türk,
azəri, assur və ərəb mənbələrində
azəris, Rus mənbələrində tatar adlandırıblar. Lakin bir
şeyi unutmaq
lazım deyil ki, biz türk xalqları qrupuna daxil olsaq
da digər türk
xalqları kimi, biz azərbaycan
türklərinin özünəməxsus fərdi xüsusi səciyyəli mədəniyyəti inkişaf edib. Şərq
mədəniyyəti çərçivəsində azərbaycan
türklərinin öz renesansı var ki, adət-ənənə,
mətbəx, musiqi, və digər sahələrdə
fərqli xüsusiyyətlər var. Türk sözünün etnik mənşəyinə nəzər salaq. Adətən Türk
etnomininin qədim formasını, “Turuk”, “turukku”, kimi bərpa edirlər. Erkən orta əsr yaddilli qaynaqlarda “Türk”, adı
ilə yanaşı “Turukka”
(hindqaynaqları) trukki (xotan
mətnləri), “Druq-druqu” (Tibet qaynaqlarında) turexu
(Cənubi Amerika və bəzi Okeaniya ölkələri mənbələrində)
formalarında işlənib. E.ə.
II minillikdə Akkad-mixi yazıları etnominin erkən turukki,Turiki
– formasını saxlayıb. Bu dəlillər
onu göstərir ki,
e.ə. III-II minilliklərdə və daha
qədimdən də Azərbaycan ərazisində türk etnosları yaşayırdılar. Onlar o dövrün
siyasi proseslərində yaxından iştirak ediblər. Azərbaycan
xalqının tarixən məskunlaşdığı (superetnos olaraq
formalaşdığı!) Coğrafiya
müxtəlif dövrlərdə müxtəlif adlarla adlandırılıb. Bu
barədə professor M.Seyidovun
fikri olduqca
maraqlıdır. Professorun fikrincə Azərbaycan-uğurlu,
yaxşı istər (Az) yaxşı istər
qırmızı, yəni günəş (Azar/Azər),
varlı ata (qan) deməkdir.
O, vaxtilə yaxşı istər qırmızı, yəni
günəş antropomorfik
tanrısının adı imiş. Sonralar Az qəbiləsindən
olan Xan, İnsan mənasında işlənmişdir. Son zamanlar bu
sahədə aparılan elmi tədqiqatlar
zamanı professorun fikrini
təsdiqləyən faktlar ortaya çıxır. “Toranın şifrələrinin
açılması”, “Azərbaycanın tarixi”
və digər kitabların müəllifi Firidun
Gilarbəylinin tədqiqatları da diqqəti
cəlb edir. Firidun bəyin
fikrinə görə Qafqazda (bu barədə məşhur Hegel
də bir sıra fikirlər bildirib) – Azər adlı Allah
olub. Məhz onun
ağıllı, ədalətli, iradəçiliyi
dövründə geniş ərazili
müəssisə yaranıb. Danil Andreyevin “Dünyanın mərkəzi”
kitabında ruhani yüksəlişin və
inkişafın piramidasında “Azur”
sözləri ilə tutuşdursaq professor Seyidovun, Gilarbəylinin
nəzəriyyələri maraq doğurur”. Zaur Əliyev bildirir ki,
yurdumuzun qədim sakinləri olan azərbaycanlılar mezolit
dövründə (e.ə XIII-IX əsrlər) insan kollektivlərin mühacirət dövrünün fəal iştirakçıları olublar. Bu mühacirətlə,
köçlə əlaqədar
mədəni yeniliklər mezolit
oykumenanın müxtəlif ərazilərə
yayırdılar: “ Bu dövrdə başlanan azərbaycanlıların mühacirəti,
köçü tarixən zamanla aktiv, zamanla passiv formalarda davam edib. Məşhur tədqiqatçı Qumilyovun “passionarlıq” anlayışına nəzər
salsaq görərik ki,
türk tayfaları böyük
bir geosiyasi mənada daim köç ediblər.
Onlar ilk əvvəl Qərbdən
Şərqə və sonradan geriyə bütün məkanı, enerjiləri, mədəniyyətləri,
ruhları və nəfəsləri ilə
çalxalayıblar. Beləliklə türk
əsrlər boyu Qərblə Şərqi
“çalxalaya-çalxalaya” öz “passionarlıqlarını” bir qismi oturaqlara
verdi, başqa sözlə
onlara həyat bəxş elədi. Bu oturaqlardan olan türklərin bir hissəsi
Qərbdə və Şərqdə assimliyasiya oldular.
Onların mühacirətini davamiyyətli olması, bioloji artım zamanı nəsil dəyişməsinə
yerlilər tərəfindən olan böyük təsir onların barəsində
ətraflı məlumatların yaranmasına mane
oldu. Azərbaycanlıların da mühacirətinin
çoxəsirlik tarixi var.
Son dərəcə
geosiyasi mövqeyi, təbiəti,
zənginlikləri və insan
ehtiyatları azərbaycanlıların könüllü
mühacirəti ilə yanaşı müxtəlif səbəbin
toqquşmalar, münaqişələr səbəbilə
həm vətənlərimiz öz doğma torpaqlarından zorla
köçürülürlər, yad
ölkələrə aparılıbar. Bir çox
tarixi mənbələrdə qeyd olunan qədim Azərbaycan mühacirləri məlum
səbəblərə görə tam diaspor formalaşdırmamalarına baxmayaraq, alimlərimiz, musiqiçilərimiz,
memarlarımız və digər peşə sahibləri olan azərbaycanlıların səsi İran, Ərəbistan, Hindistan,
Avropa və digər Asiya
Amerika ölkələrindən gəlib.
Azərbaycanlılar dünyanın hansı ölkəsində
məskunlaşmalarına baxmayaraq vətənlə
bağlılıqlarını birbaşa olmasa da mədəniyyət və incəsənət
vasitəsilə gələcək nəsillərə
çatdırıblar. Burada bəzən yerli mədəniyyətin təsirləri hiss olunması isə təbii
qarşılanmalıdır. Bu danılmaz
bir prosesdir ki, azərbaycanlılar məskunu olduqları,
yaşadıqları mühitlə təmasda olublar.
Nəticədə ədəbi mədəni, mənəvi və
dini əlaqələr bu
bağlılıqların mahiyyətinə və xarakterinə
təsirsiz qalmamışdır. Bu mənada
Azərbaycan mühacirəti və diasporu
ədəbi, mədəni irsi olduqca mürəkkəb, ziddiyyətli və
çoxşaxəlidir. Azərbaycan dastanlarını, şifahi və yazılı xalq
ədəbiyyatı folklorunda qürbət
mövzusunun yeni
olmadığı hamıya bəllidir. Biz
azərbaycanlıların dünya səpələnməsi,
diaspor formalaşdırılması barədə
Azərbaycan alimləri ilə yanaşı Rusiya,
İngiltərə, Türkiyə, İsveç,
Norveç və digər ölkələrin
alimləri, tədqiqatçıları da
çox sayda kitablar yazıblar. Bu istiqamətdə
aparılan tədqiqat işlərində norveçli
səyyah alim Tur
Heyerdalın nəzəriyyələrinin xüsusi
yeri var. Əsərlərilə
tarixin qaranlıq səhifələrini
işıqlandıran Tur Heyerdalın fikirlərindən sonra bizdə Azərbaycan
diasporunun, mühacirətin qədim tarixini araşdırmaq üçün şərait yarandı. İlk dəfə 1981-ci ildə Azərbaycanda
olan səyyah ölkə ərazisində tarixi abidələrlə yaxından tanış
olduqdan sonra Dünya tarixində 3 əsas svilizasiyadan
birinin Azərbaycan ərazisində
olması barədə mülahizə irəli sürdü.
Bu 3 svilizasiya məskənləri
inkişaf etmiş ərazilərlə
malik olmaqla
yanaşı sakinləri mədəni, incəsənət
və memarlığı ilə seçiliblər. Tur
Heyerdalın qənaətinə görə, bir
sıra çağdaş Avropa
tayfalarının və xalqlarının, o
cümlədən Skandinaviyada yaşayan xalqların ulu əcdadları
vaxtilə Qobustan ərazisində
yaşayıb, lakin sonralar
naməlum səbəblər üzündən köç
edərək Avropaya gediblər.
Süleyman
İsmayılbəyli
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 17 aprel.- S.15.